Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə29/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   25   26   27   28   29   30   31   32   ...   281

Bilik – Elm – Bilik 

 

 

 

79



lumatların daşıyıcısıdır. Bu məlumat-ideyalar kitab və kompüter üçün kə-

nar, yad ideyalardır. Burada ideyaların simvolik saxlanmasından söhbət 

gedir.  

Kompüterdə  də müəyyən bir məlumatın passiv yaddaşdan çıxarıla-

raq operativ yaddaşa keçirilməsi mümkündür. Burada hansı isə  məlumat-

ideya müəyyən bir proqram əsasında aktivləşir, işıqlandırılır. Amma insan 

üçün işıqlandırıcı amil kənar təsirdir.  

Belə bir təsir ümumi halda situasiya, mühit və ya daha geniş miq-

yasda götürsək, təbiət, hissi dünya, kosmos sayıla bilər.  Əlbəttə, kosmik 

amil Allahın iradəsi kimi də şərh edilə bilər. Lakin indi bizi maraqlandıran 

bu deyil. 

Hissi dünyada, cisimlərdə olan passiv ideyalarla insanın potensial 

hafizəsində olan ideyaların adekvatlığı, birqiymətli eyniyyət problemi 

fəlsəfədə  ən mübahisəli məsələlərdən biridir. Bir çox təlimlər, filosoflar 

belə hesab edirlər ki, insanda ideya hissi təcrübənin nəticəsi olaraq, yəni 

cisimdəki xassələrin, passiv ideyaların üzə çıxarılması, inkası kimi yaranır. 

Platonun «Menon» əsərində yazdığına görə, insan nəfsi ölməz olduğundan 

və insanın əvvəlki həyatlarındakı təcrübələrin nəticələri universal hafizədə 

saxlandığından onun indiki həyatında cisimləri  xatırlamasından,  tanıma-

sından və ya yenidən dərkindən (raspoznovanie) söhbət gedə bilər

7

1



. Lakin 

bu halda da tam adekvatlıqdan danışmaq çətindir. Yaxud Platonun başqa 

bir fikrinə uyğun olaraq cisimlər (əslində cisimlərdəki passiv ideyalar) ide-

yaların (əslində mütləq ideyaların) surətləridir. Lakin bu zaman hissi dün-

yada ideyalar təhrif olunduğundan, yenə də orijinala tam adekvat olmur.  

Yeganə bir versiya qalır: həm cisimlərdəki, həm də insanın genetik 

hafızəsindəki ideyalar eyni bir yaradılış proseslərinin nəticələridir. Başqa 

sözlə, mikrokosmdakı passiv ideya ilə cisimdəki passiv ideya – hər ikisi 

eyni bir aktiv, orijinal ideyanın surətləri olduğuna görə, bir-birinə ekviva-

lentdirlər.  

İnsanın kosmik ruhla (dünya ilə) əlaqəsi onun daşıdığı daha yüksək 

səviyyəli ideyanın realizasiyası kimi həyata keçir. Əql kosmik ideyanın re-

alizasiyasıdır. Bu ideyanın realizasiyası da xarici aləmlə, mühitlə qarşılıqlı 

əlaqə prosesində  həyata keçir. Kosmik ruh (mikrokosm) bütün insanlar 

üçün eyni potensial baza olduğuna görə insanlar hamısı «bu dili» bilirlər. 

                                                 

1

 Платон. Собрание сочинений в 4 т.: Т. I М., «Мысль», 1990. – с. 588-589. 




Elm haqqında elm 

 

 



 

80

Sadəcə olaraq, müxtəlif adamlar üçün bu potensialın müxtəlif hissələri 



aktivləşmiş olur. Yəni insan ona daxilən xas olan bu potensial bilik ba-

zasından yararlana bilmək üçün intellektual iradə nümayiş etdirməlidir.  

Canlanmış, işıqlanmış ideya kopiyalanmaq və çoxalmaq imkanına 

malikdir. Bu isə maddi realizasiya prosesində həyata keçir.  

Eyni ideyanın müxtəlif daşıyıcılarının olması materialın bolluğun-

dan asılıdır. Eyni qədər materialdan müxtəlif  şeylərin yarana bilməsi isə 

ideyaların bolluğundan asılıdır.  

İdeya yoxsulluğu şəraitində dünya yeknəsəq və bir-birini təkrarla-

yan şeylərdən ibarət olardı. Burada «müxtəliflik» ancaq materialın müxtə-

lifliyi və məkan-zaman fərqi sayəsində mümkün olur.  

İdeya zənginliyi isə müxtəlif mahiyyətli şeylərin yaranmasına im-

kan verir. Bu müxtəliflik çox vaxt potensial imkan şəklində də özünü gös-

tərir. Başqa sözlə, bu zaman virtual müxtəliflikdən söhbət gedə bilər. Bir 

tərəfdə məhdud miqdarda material və olduqca müxtəlif ideyalar, formalar, 

layihələr… Digər tərəfdə isə məhdud sayda ideyalar və material bolluğu… 

Hər bir yaranış ideya və materialın konkret bir görüşü, başqa sözlə 

desək, ideyanın maddi realizasiyasından ibarətdir. Digər tərəfdən, artıq re-

allıq olan hər bir cisim özündə daşıdığı passiv ideyanı (ideyanın konkret 

bir surətini, kopiyasını) özü canlandıra bilməz. Bu ancaq insan idrakının 

məqsədyönlü fokuslanması sayəsində mümkün olur. Və canlanmış ideya 

yenidən yüzlərlə kopiyalar vasitəsilə çoxala bilər.  

Bizim real dünyamız virtual ideyalar dünyası ilə virtual materiallar 

dünyasının «təsadüfi görüşlərindən» hasil olur. İki  əksqütblü virtuallığın 

toplanmasından bir reallıq yaranır. İnsana bəzən elə gəlir ki, o bu görüşləri 

idarə edə bilər. Lakin insan buna ancaq lokal bir miqyasda, ancaq konkret 

bir ideyanın realizasiyası miqyasında müyəssər olur. Geniş miqyasda gö-

türdükdə isə bu, insan üçün idarəolunmaz bir prosesdir və ancaq daha bö-

yük bir qüdrətin istəyi və iradəsi ilə həyata keçir. İnsanlar bu qüdrətə Allah 

deyirlər.  

Maddi şeylərin cəmlənməsi yalnız hər hansı bir canlı ideyanın ca-

zibəsi sayəsində yeni bir sistemin, yeni bir mahiyyətin yaranmasına gətirib 

çıxara bilər. Bu toplanma əslində sintezdir, yeni bir mahiyyətin  əvvəlki 

materialları istifadə etməsidir. Bu zaman toplananların mahiyyəti arxa pla-

na keçir və bütöv sistem bir mahiyyətin, bir yeni canlı ideyanın maddi rea-

lizasiyası kimi görünür (üzə  çıxır).  Əgər belə bir səfərbəredici ideya ol-



Bilik – Elm – Bilik 

 

 

 

81



masa, guya toplanan şeylər əslində özü olaraq qalacaq və onların məkanca 

bir yerə cəmlənməsi yeni bir mahiyyətin yaranmasına səbəb olmayacaqdır. 

 

Maddi dünyanı ümumiləşdirən, hissi olaraq qavranılan bütün 



mövcud şeyləri və hadisələri bir tamın hissələri kimi qəbul etməyə imkan 

verən cəhət nədən ibarətdir? Burada da sual iki istiqamətdə qoyula bilər. 

Hər şeyi ehtiva edən, hər şeyin cəmi olan nə isə varmı? Yaxud hər şeyə da-

xil olan nə isə varmı, başqa sözlə bütün hissi şeylərin əsasında nə dayanır? 

Təbii-elmi təlimlərdə bunlar kosmos və ya kainat, atom və ya element kimi 

qeyd edilir. Lakin həm ən böyük, ən əhatəli olanı, həm də ən kiçik, ən ele-

mentar olanı, həm sonsuzluğu, həm də tükənməzliyi özündə birləşdirən bir 

anlayış da vardır ki, bu da Allah ideyasıdır. Yəni eyni vaxtda həm hər şeyi 

ehtiva edən, həm də hər şeydə təcəssüm olunan  mütləq varlıq – Allahdır.  

Bir çox Şərq fəlsəfi təlimlərində həm ideya dünyasının, həm maddi 

dünyanın – kainatın, həm də insanla dünyanın vəhdətinin təcəssümü Allah 

hesab edilir. Yəni biz bu daxili əlaqəni, ümumiliyi (ümumi ahəngi) dərk 

etməyə çalışarkən,  əslində Allah ideyasına gəlib çıxırıq. Dünyanı kosmik 

ruh mövqeyindən izah edənlər Allahı «insan ilə kainatın xalis vəhdət 

simvolu, dünyanın sirri-sehri, əbədiyyət rəmzi» kimi dəyərləndirirlər.  

Allah ideyasına müraciət ona görə zəruridir ki, zaman və məkanca 

sonsuz hissi dünya insanın idraki qabiliyyətindən kənara çıxır.  İnsanın 

yaradıcılığı ideya ilə maddiyyatın yalnız lokal təmaslarını (görüşlərini) 

ehtiva edir. Yəni insan nəyi isə yaradarkən mütləq nələri isə pozur, dağıdır. 

Və pozduğunun nə olduğu haqqında bəzən heç düşünmür. İnsan bir tərəf-

dən ancaq öz yaratdıqlarını axıradək dərk edir, digər tərəfdən də ancaq 

dərk etdiklərini yarada bilir. Bunların hər ikisi sonsuz və  əbədi dünyanın 

lokal bir sahəsi olaraq «insanlı dünya» və «insan üçün dünya» modelindən 

ibarətdir. Beləliklə, bizim yaşadığımız dünya, bizim üçün real olan dünya 

işıqlanmış insan əqlinin miqyasına uyğun olan bir dünyadır. Dünyanın 

yerdə qalan hissəsi bizim üçün qaranlıqdır və bizim üçün yoxdur, Kant 

termini ilə desək, böyük miqyasda «özlüyündə şey»dir.  

Real dünya alatorandır; mütləq işıqla mütləq qaranlıq arasında, 

varlıq (being) və heçlik (non being) arasında yerləşir. Neoplatonizm fəlsə-

fəsində ağıl dünyası işıqlı, maddi dünya isə qaranlıq hesab olunur. Zaman-

məkan da ancaq maddi dünyaya, materiyaya xasdır.  Əslində isə qaranlıq 

olan maddi dünya yox, mütləq materiyadır.  İdeya – işıqlı dünya zaman-




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə