Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə2/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   2   3   4   5   6   7   8   9   ...   281

Ön söz 

 

 

 

7



bir sıra nəticələr Qərb elmi-fəlsəfi məkanında bir qədər sonra – 80-ci il-

lərdə tədqiqat obyektinə çevrilmişdir.  

Professor S.Xəlilovun bu kitabında da bir sıra məsələlər ilk dəfə 

araşdırılır. Elmşünaslığın yalnız avropasentrizm mövqeyindən deyil, türk-

islam məfkurəsini də  nəzərə almaqla ümumbəşəri dəyərlər prizmasından 

yazılması bütün islam dünyası üçün əlamətdar bir hadisədir. Kitab ümum-

bəşəri səciyyəli problemlərlə yanaşı, iqtisadi sahədə bir sistemdən digərinə 

keçid prosesini yenicə tamamlamış bir ölkə, məhz Azərbaycan üçün spe-

sifik olan problemləri də əhatə edir.  

Sovetlər Birliyindən ayrıldıqdan və müstəqillik əldə etdikdən sonra 

Azərbaycanda elmin yenidən təşkilatlanması qarşıda duran ən mühüm 

vəzifələrdən biridir. Bütün dünyada böyük ölkələrlə kiçik ölkələr üçün elm 

modelləri fərqli olduğuna görə, nəhəng Sovet İttifaqından qalmış köhnə 

elm modeli artıq bu gün Azərbaycanda özünü doğrultmur və yeni təşkilati 

forma axtarışına böyük ehtiyac vardır. Lakin bu axtarışlar və islahatlar kor-

təbii surətdə aparıla bilməz. Artıq çoxdandır ki, Qərbdə yeni bir tədqiqat 

istiqaməti – “elm haqqında elm” yaranmışdır və bu sahədə hər hansı bir is-

lahat da ancaq dünya təcrübəsini nəzərə almaqla yanaşı, həm də elmşü-

naslığın tövsiyələrinə əsasən aparılmalıdır.  

Müəllifin haqlı olaraq göstərdiyi kimi, müasir dövrdə elm, bir tərəf-

dən mədəniyyət hadisəsidirsə, digər tərəfdən iqtisadiyyatın tərkib hissəsi-

dir. Belə ki, yeni elmi biliklərin  əldə olunması istiqamətində axtarışların 

mütəşəkkil surətdə həyata keçirilməsi və alınan nəticələrdən ölkənin prak-

tik ehtiyaclarının ödənilməsi üçün istifadə olunması iqtisadiyyatın inkişa-

fına böyük təkan verə bilər. Lakin bu o zaman mümkün olur ki, elmdən is-

tifadə olunması  pərakəndə xarakter daşımayaraq, müntəzəm və planlı su-

rətdə aparılsın. Digər tərəfdən də, əhalinin elmi dünyagörüşünün yüksəldil-

məsi və bizi əhatə edən təbii-ictimai mühitin getdikcə daha çox dərəcədə 

elmi-texniki nailiyyətlərlə zənginləşdirilməsindən dolayı insanların da yeni 

texnikadan istifadə qaydalarını mənimsəməsi bütövlükdə cəmiyyətin elmi-

ləşməsinə, mədəniyyətin strukturunda elmin nisbi payının artmasına gəti-

rib çıxarır. Bütün bu tendensiyaların öyrənilməsi elmin həm də bir sosial 

sistem kimi nəzərdən keçirilməsini tələb edir. Prof. S.Xəlilovun kitabı hər 

iki aspektdə elmin rolunun düzgün dəyərləndirilməsinə və müvafiq nəticə-

lər çıxarılmasına imkan verir.  



Elm haqqında elm 

 

 



 

8

Prezident  İlham  Əliyev son çıxışlarında ölkəmizdə elm və  təhsilin 



inkişaf etdirilməsi zərurətini xüsusilə vurğulamış və neft kapitalının intel-

lekt kapitalına çevrilməsi üçün yeni ictimai-iqtisadi inkişaf strategiyası ha-

zırlanmasını məqsədəuyğun hesab etmişdir. Bu siyasi iradənin realizasiya-

sı üçün cəmiyyətin bütün inkişaf aspektlərini əhatə edən islahat proqramla-

rının həyata keçirilməsinə böyük ehtiyac vardır. Lakin bu proqramlar da öz 

növbəsində ancaq geniş və  hərtərəfli elmi araşdırmalar sayəsində işlənib-

hazırlana bilər. Bu cəhəti nəzərə alan müəllif cəmiyyətin strukturunda el-

min optimal yeri məsələsinə də xüsusi diqqət vermişdir. Kitabda, bir tərəf-

dən elmi tədqiqatların səmərəsini artırmaq üçün, digər tərəfdən də alınan 

elmi nəticələrin operativ surətdə tətbiqinə xidmət edən yeni mexanizmlərin 

yaradılması üçün dəyərli təkliflər vardır.  

Müəllifin irəli sürdüyü ən mühüm ideyalardan biri də elm və təhsil 

arasında inteqrasiya proseslərini sürətləndirmək, ali təhsil müəssisələrində 

elmi yaradıcılıq atmosferi yaratmaq, Təhsil–Elm–İstehsalat zəncirinin bü-

tün halqalarını möhkəmləndirmək zərurətinin vurğulamaqdan ibarətdir. Bu 

baxımdan, məqsədi əsasən maarifçilik olan ibtidai və orta təhsil şəbəkəsin-

dən fərqli olaraq, ali təhsil pilləsində, xüsusilə də magistraturada elmi mü-

hitin formalaşdırılması, haqlı olaraq Akademiya ilə universitetlər arasında 

iş birliyinin yeni formalarının tapılması tövsiyə olunur.  

Müəllif yazır ki, cəmiyyətin ümumi inkişaf tendensiyalarını araşdır-

madan, yaşadığımız dövrün ümumi səciyyəsini vermədən, hər bir intensiv 

iqtisadi və texnogen inkişaf mərhələsindən sonra cəmiyyətin daxili ahəngi-

ni təmin etmək üçün xüsusi tədbirlər görmədən elmi-texniki islahatlara 

başlanması arzu olunan nəticələrə gətirməyə də bilər.  

Digər tərəfdən, biz texniki inkişafdan daha dəyərli olan mədəni-mə-

nəvi sərvətlərimizi risk altına ata bilmərik. Ona görə də, ölkəmizdə böyük 

iqtisadi reformaları bütün nailiyyətlərin əsasında dayanan insan amilini də 

nəzərə almaqla, texnogen sivilizasiyanın birtərəfli qaydada inkişafından 

dolayı  mənəvi dəyərlərin sıxışdırılmasına yol vermədən həyata keçirmək 

tələb olunur. Amma mövcud vəziyyətin təhlili nə göstərir? Böyük iqtisadi 

nailiyyətlər müqabilində humanitar və ictimai elmlər sahəsində inkişaf 

tempi çox da yüksək deyil və  cəmiyyətimizin ahəngdar tərəqqisinə nail 

olmaq üçün humanitar düşüncənin rolunun daha da artırılması zəruridir.  

Azərbaycanda ictimai elmlərin inkişafına həqiqətən böyük ehtiyac 

var. Elm üçün əlverişli şərait yaratmış qabaqcıl ölkələrdə təbiətşünaslıq və 



Ön söz 

 

 

 

9



texniki elmlər sahəsində əldə olunan nailiyyətlərlə biz də tanış ola bilirik. 

Bu sahədə qarşımızda duran vəzifə də ilk növbədə bu ümumbəşəri prosesə 

qatılmaqdan ibarətdir.  İctimai elmlərdə isə elə problemlər var ki, onların 

tədqiqi birbaşa bizim mənafeyimizə təsir edir və bu işi biz görməsək, baş-

qa xalqlar bizim əvəzimizə görməyəcəklər.  

S.Xəlilovun 70-ci illərdə elmin sosial strukturuna və optimal təşki-

latı formalarına dair apardığı tədqiqatlar 80-ci illərdə elmin məntiqi-episte-

moloji aspektdə öyrənilməsi ilə tamamlanır və bu iki tədqiqat istiqaməti 

vahid mürəkkəb sistemin fərqli rakursları kimi nəzərdən keçirilir. Ən 

önəmlisi budur ki, müəllif həmin dövrdə aparılan tədqiqatların sadəcə ic-

malını vermir və həm də öz mövqeyini ortaya qoymaqla mövcud təlimlərə 

alternativ olan, onları ehtiva etməklə yanaşı, yeni ideyalarla zənginləşdiril-

miş sistemli bir konsepsiya irəli sürür. Təəssüf ki, müəllif sonrakı 15-20 il 

ərzində elm fəlsəfəsi və elmşünaslıq problemlərindən uzaqlaşmış, fəlsəfə-

nin başqa sahələrində tədqiqat apardığından, bu sahəyə az diqqət vermiş-

dir. Amma son illərdə prof. S.Xəlilovun yenidən elmşünaslıq məsələlərinin 

öyrənilməsinə qayıtması, görünür, ölkəmizdə elmin yenidən təşkilatlanma-

sına yaranmış ehtiyacla bağlıdır. Bununla belə, S.Xəlilovun oxuculara təq-

dim olunan bu fundamental əsəri hansı isə yerli, lokal problemlərlə  məh-

dudlaşmayıb, dünya elmşünaslığının inkişaf etdirilməsi baxımından da 

diqqətə layiqdir.  

Elmin mahiyyətindən, funksiyalarından, metodlarından bəhs edən 

S.Xəlilov bu məsələləri sadəcə kənar müşahidəçinin dili ilə qələmə almır, 

hər bir tədqiqat əsərində olduğu kimi, elə bu əsərində də ümumi ilə xüsusi-

nin vəhdətindən çıxış edir; dünyada gedən elmi axtarışlara qatılmaqla ya-

naşı, Azərbaycan elmi mühiti üçün də spesifik cəhətləri nəzərə alır, ölkə-

mizdə aparılan tədqiqatlara öz münasibətini bildirir və bu zaman “yerli el-

mi tədqiqatlar” üçün spesifik olan bəzi qüsurlu cəhətləri də vurğulamağı 

yaddan çıxarmır. Əvvəla, təəssüf ki, müasir Azərbaycan elmi-fəlsəfi fikrin-

də tədqiqatçılıqdan daha çox icmalçılıq geniş yayılmışdır. Bu isə müəllifin 

dediyi kimi, bizim hələ maarifçilik mərhələsində olduğumuza dəlalət edir. 

Yəni biz dünya miqyasında qəbul olunmuş, əslində isə məhz Qərb düşün-

cəsinin məhsulu olan təlimlərin  əsas ideyalarını dilimizə çevirərək azər-

baycanlı oxucular üçün bir növ məlumat bazası yaradır, ona dünya elmində 

nələrdən söhbət getdiyini bilmək imkanı veririk. Bu, əlbəttə, elm deyil, 

məhz maarifçilikdir. Lakin, təəssüf ki, bizim maarifçilər icmal yazarkən 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə