Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə6/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   2   3   4   5   6   7   8   9   ...   281

Elm haqqında elm 

 

 



 

18

üzvlüyünə  nəyə görə pul sərf edənlər tapılır? Meşşanlar dünyasında elm 



özü heç kimə lazım deyilsə, onun imicindən istifadə etmək nəyə görə la-

zımdır? Suala sualla cavab vermək istərdik: Əgər zinət əşyaları, bahalı pal-

tarlar, dəbdəbələr cəmiyyətə fayda vermirsə və bura sərf olunan kapital gə-

lir gətirmirsə, onda nəyə lazımdır? Yəqin hər iki sualın cavabı eyni olacaq-

dır. Görünüş yaratmaq üçün, özünü cəmiyyətə libası və ya titulu ilə təqdim 

etmək üçün, imici asan yolla qaldırmaq üçün və s. Nəticədə həqiqi elmin 

arxa plana keçməsi və psevdoelmlə əvəz olunması təhlükəsi yaranır ki, bu-

na da heç cür yol vermək olmaz. 

Keçid dövründə, elmin ictimai şüurda pozitiv bir hadisə kimi hələ də 

saxlandığı, lakin ictimai-iqtisadi bir hadisə kimi öz yerini tapa bilmədiyi 

bir şəraitdə elmin imitasiyasına ehtiyac yaranır. Bəziləri köhnə elmin təşki-

lati formalarını, bəziləri hətta bu təşkilatların yerləşdiyi binaları və öz əv-

vəlki funksiyalarını artıq çoxdan itirmiş laboratoriyaları, bəziləri üstündə 

monoqrafiya və ya elmi məcmuə yazılmış kitabları, bəziləri elmi titul və 

adları, bəziləri elmi idarələrdə çalışan və orada rəsmi maaş alan adamları 

elmin özü ilə qarışıq salırlar. 

Ayrıca götürülmüş bir şəxs üçün fərdi miqyasda elmlə  məşğul ol-

maq, ola bilsin ki, ancaq bir düşüncə prosesidir. Baxmayaraq ki, bu düşün-

cənin məhsulu müəyyən vasitələrlə elmi ictimaiyyətə çatdırılmayınca, o ən 

böyük yenilik də olsa, hələ elmə aid olmayacaqdır. Yəni hətta fərd üçün də 

elm fərdi miqyas daşıya bilməz. O ki qala, cəmiyyət üçün, xalq üçün. Mü-

əyyən bir xalq və ya ölkə üçün elm ayrı-ayrı adamların mənəvi tələbatı, in-

tellektual əyləncəsi olmayıb, sənayenin, təsərrüfatın, ümumiyyətlə, istəni-

lən ictimai fəaliyyət sahəsinin inkişafına xidmət edən ideya-nəzəri təminat 

mənbəyidir. Elmi-tədqiqat sahələri ilə müxtəlif ictimai fəaliyyət sahələri 

arasında isə bir körpü olaraq müvafiq texnika və texnologiya sahəsi daya-

nır. Bu olduqca böyük, bütün ölkə miqyasında həyata keçən mürəkkəb icti-

mai prosesdir.  

Bəli, elm planetar, ümumbəşəri hadisədir. Vahid böyük elm prosesi-

nə daxil ola bilməyən, ondan kənarda qalan və sanki özü üçün yaradılmış 

olan lokal elm strukturları isə əsl elm deyil. Böyük elmə daxil olmağın öz 

şərtləri vardır. Bunlardan biri dünya miqyasında  əldə olunmuş yeni elmi 

biliklərin və elmi axtarışların ön cəbhəsində olmaqdır. Cəbhə xəttindən ge-

ridə qalanlar müasir elmi prosesə qoşulmayaraq, artıq keçilmiş yolların 

künc-bucağında hansı isə tədqiqatla məşğul ola bilərlər, lakin bu, elm he-



Giriş 

 

 

 

19



sab edilə bilməz. Elmin öz meyarları, elmilik şərtləri vardır ki, elmşünaslı-

ğın bir vəzifəsi də onları öyrənməkdir.  

Bu kitabda elmin özü, daxili komponentləri ilə bərabər, onun sıx su-

rətdə bağlı olduğu sahələr, elmin infrastrukturu tədqiq olunur. Elm və tex-

nika, elm və istehsalat, elm və dil, elm və nəşriyyat və s. bu kimi qarşılıqlı 

münasibətlərin araşdırılması elm sisteminin əhatə dairəsini və əlaqələr şə-

bəkəsini müəyyənləşdirməyə imkan açır. 

Hər hansı bir hadisənin obyektiv məntiqini, təbii inkişaf meyllərini 

müəyyənləşdirmədən, onu optimal surətdə idarə etmək mümkün deyil. El-

mi-texniki tərəqqinin fəlsəfi tədqiqindən həqiqətən səmərəli olan praktik 

nəticələr ala bilmək üçün bu işə subyektiv təsir altında və ya müəyyən mü-

nasibətlə yazılmış  əsərlərin tədqiqindən başlamaq, onları  rəhbər tutmaq, 

artıq qəbul edilmiş terminologiyaya qeyd-şərtsiz istinad etmək düzgün ol-

mazdı. Qarşıda duran problemin böyük siyasi, iqtisadi və sosial əhəmiyyəti 

tədqiqatın daha ciddi şəkildə, yalnız obyektiv əsaslara, real tarixi proseslə-

rin, faktların ümumiləşdirilməsinə istinad etməklə aparılmasını tələb edir. 

Buna görə də, kitabda heç bir yüksək kompetensiyalı mövqeyə kor-koranə 

arxalanmaq təşəbbüsü göstərilməmiş, elmi-texniki tərəqqinin tədqiqinə 

onun mənşəyinin öyrənilməsindən başlanmış və əlaqədar proseslərin təbii-

tarixi inkişaf yolu izlənməklə müasir mərhələdə nə kimi bir obyektiv və-

ziyyət yarandığı və bu vəziyyəti xarakterizə etmək, onun elmi mənzərəsini 

yaratmaq üçün nə kimi anlayışlara ehtiyac olduğu müəyyən edilmişdir. 

Tədqiqat göstərir ki, elmi və texniki tərəqqinin məcmuyu kimi möv-

cud olan və bütöv sistemlilik şərtini ödəyən hansı isə bir hadisə yoxdur. 

Belə ki, elm və texnikanın yalnız özləri üçün spesifik olan elə müstəqil 

tərəfləri, hissələri var ki, onlar «elm-texnika» sistemindən kənarda qalır. 

Deməli, bu iki hadisənin məcmuyunu yeni bir adla işarə etmək və bu mə-

nada elmi-texniki tərəqqidən danışmaq obyektiv məzmuna heç də uyğun 

gəlmir. Anlayışların nisbəti gerçək hadisələr arasındakı həqiqi nisbəti əks 

etdirmir və obyektiv vəziyyəti ifadə etmir. 

Digər tərəfdən də, elm və texnika arasındakı əlaqənin tarixi inkişaf 

yolunun öyrənilməsi nəticəsində elə bir yeni hadisə aşkar olur ki, o, indiyə 

qədər xüsusi tədqiqat obyektinə çevrilməmiş və «adsız» qalmışdır. Bu ha-

disə elmdən texnikaya keçidi təmin edən fəaliyyətlə bağlıdır. Kitabda 

«elm-texnika» sisteminin əhatə dairəsi müəyyənləşdirildikdən sonra bu ye-

ni hadisənin məhz həmin sistemin formalaşması və inkişafı prosesi olduğu 




Elm haqqında elm 

 

 



 

20

aşkar edilir. Tədqiqat göstərir ki, bu hadisəni hər mənada məhz elmi-texni-



ki tərəqqi adlandırmaq məqsədəuyğundur. Deməli, həqiqətdə diqqətəlayiq 

olan yeni keyfiyyətli bir hadisə öz həqiqi məzmununa uyğun istiqamətdə 

tədqiqat predmetinə çevrilməmişdir. Əksinə, ayrıca, yeni adla çağırılması-

na heç bir ehtiyac və  əsas olmayan, qarşılıqlı tamamlama və daxili kom-

paktlıq şərtini ödəməyən bir qeyri-müəyyən toplu, elmi və texniki tərəqqi-

nin məcmuyu yeni bir adla ifadə olunaraq “elmi-texniki tərəqqi” adlandı-

rılmışdır. Tədqiqat işində elmi-texniki tərəqqi indiyə  qədər «qəbul olun-

muş» mənada deyil, elmi və texniki tərəqqi ilə paralel surətdə mövcud olan 

və birincidən ikinciyə keçidi təmin edən bir proses kimi başa düşülür. Bu 

mövqe elmi-texniki tərəqqinin yeni konsepsiyasının  əsasını  təşkil edir və 

onu bir daha isbata yetirmək üçün elmi-fəlsəfi ədəbiyyatda ilk dəfə olaraq 

elmi-texniki tərəqqinin mənşəyi və genezisi təhlil olunur. Göstərilir ki, el-

mi biliklərin texnikada maddiləşməsinə xidmət edən yeni fəaliyyət sahəsi-

nin nisbi müstəqil sosial sistem kimi formalaşması XIX əsrin ikinci yarı-

sından başlasa da və  hələ indiyədək tamamlanmasa da, bu fəaliyyət çox 

qədim mənşəyə malikdir. 

İnsanın həm də bir sosial varlıq kimi formalaşması İnsan-Təbiət mü-

nasibətinin cəmiyyətlə vasitələnməsindən başlanır. Burada cəmiyyət və ya 

ictimai münasibətlər yalnız insanlar arasındakı ünsiyyətlə, nitqin əmələ 

gəlməsi ilə məhdudlaşdırılmır, zira bu, prosesin həqiqi mürəkkəb gedişini 

təhrif etmək olardı. Kitabda göstərilir ki, insan ilə təbiət arasındakı müna-

sibətin vasitələnməsində mühüm yer tutan və sosial mühitlə bağlı olan ün-

sürlərdən biri – koqnitiv biliklər, müasir mərhələdə – elm, o biri isə texni-

kadır. 


Elm və texnikanın İnsan–Təbiət qarşılıqlı münasibətində tutduğu ye-

ri daha dəqiq təsəvvür edə bilmək üçün bu qarşılıqlı təsir müəyyən yaxın-

laşmada insanın təbiətə  və  təbiətin insana təsirlərinin sintezi kimi, başqa 

yaxınlaşmada isə ayrı-ayrılıqda, diferensial surətdə nəzərdən keçirilir. Bu-

rada təbiətin insana bir bioloji varlıq kimi, təbiətin bir hissəsi kimi təsiri 

nəzərə alınmır; bu – təbiət daxilində gedən prosesdir. İnsan-Təbiət qarşı-

lıqlı  təsirindən danışdıqda insan təbiətdən fərqlənən və müəyyən mənada 

ona qarşı dayanan bir tərəf kimi, sosial varlıq kimi götürülür. 

Belə yaxınlaşmada təbiətin insana təsiri spesifik bir hadisə kimi or-

taya çıxır ki, bu da idrakın əsasını təşkil edir. Bu spesifik hadisənin mexa-

nizmi araşdırılarkən idrak, inikas, şüur və praktika anlayışlarının əhatə dai-



Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə