Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə7/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   2   3   4   5   6   7   8   9   10   ...   281

Giriş 

 

 

 

21



rələri və qarşılıqlı nisbətinin bir daha nəzərdən keçirilməsinə ehtiyac oldu-

ğu aşkara çıxır. Belə ki, obyektiv gerçəkliyin (xüsusi halda təbiətin) insan 

beynində inikası ilə insanın obyektiv gerçəkliyə (təbiətə) dəyişdirici müna-

sibətinin obyektiv gerçəklikdə (təbiətdə) inikası eyni xarakterli proses de-

yil. Bunlar hər ikisi inikasdır, hər ikisi yalnız insan üçün səciyyəvidir və 

inikasın eyni səviyyəsinə – ali formasına aiddir. Lakin birinci – idrak hadi-

səsinə, ikinci isə praktikaya uyğun gəlir. 

İdrak və praktika arasındakı vəhdəti nəzərə almaqla bərabər, onları 

nisbi müstəqil hadisələr kimi tədqiq etmək imkanına diqqət yetirilir. Gös-

tərilir ki, şüur və bilik hadisələri yalnız idrak prosesi ilə, qnoseologiya ilə 

məhdudlaşmır.  Şüur idrakdan əlavə praktikanın mənəvi aspektini, fəaliy-

yətlə bağlı olan və bilavasitə ona xidmət edən bilikləri də əhatə edir. Bu-

nunla da, tədqiqat işində biliklərin yalnız idrakla əlaqələndirilməsi, «bilik» 

anlayışı altında bir qayda olaraq, yalnız koqnitiv biliklərin nəzərdə tutul-

ması tənqid edilir və əməli biliklər keyfiyyətcə fərqli şüur hadisəsinin nəti-

cəsi olmaqla koqnitiv biliklərdən fərqləndirilir. Lakin müəyyən abstraksiya 

halında qnoseologiya və texnologiya, elmi və praktik fəaliyyət bir-birindən 

fərqləndirilsə  də, sosial prizmadan baxdıqda onlar vəhdət halında, vahid 

mürəkkəb prosesin daxili tərəfləri kimi ortaya çıxır. Daha doğrusu, sosial-

iqtisadi tələbat bu iki hadisənin əlaqələndirilməsini tələb edir. Elmi-texniki 

tərəqqi də məhz bu tələbatdan yaranır. 

Elmi-texniki tərəqqi nisbi müstəqil bir hadisə olmaqla elmin elə bir 

inkişaf mərhələsində formalaşır ki, onun texnikaya (istehsalata yox, məhz 

texnikaya – sınaq nümunəsinin hazırlanmasına) tətbiqi üçün yeni keyfiy-

yətli xüsusi fəaliyyət sahəsinə ehtiyac yaranır. Daha dəqiq desək, məqsədi 

gerçəkliyi dərk etmək olan elmi fəaliyyətlə  və habelə  məqsədi gerçəkliyi 

sosial tələbata uyğun surətdə dəyişdirmək olan texnoloji fəaliyyətlə yanaşı, 

məqsədi elmi biliklərin texnikaya tətbiqindən ibarət olan elmi-texniki fəa-



liyyət dövrün tələbatına çevrilir və bu funksiyanın icrası üçün müvafiq so-

sial-təşkilatı struktur yaranır. Bu proses obyektiv qanunauyğun prosesdir 

və elmi-texniki tərəqqinin sürətləndirilməsinə nail olmaq üçün bu qanuna-

uyğunluğu vaxtında aşkar etmək və onun optimal yolla həyata keçirilmə-

sinə şərait yaratmaq lazımdır. Prosesin kortəbii gedişi də gec-tez müvafiq 

təşkilati formanın qərarlaşmasına gətirib çıxarmalıdır. Lakin baxılan ob-

yektiv ictimai hadisənin məzmununu və meyllərini vaxtında aşkara çıxar-



Elm haqqında elm 

 

 



 

22

maq və ən optimal təşkilati formanı planlı surətdə, vaxtında həyata keçir-



mək – fəlsəfi tədqiqatın iqtisadi səmərəsinə ən yaxşı misaldır. 

Kitabda elm və elmi-texniki tərəqqi haqqında irəli sürülən yeni kon-

sepsiyaya uyğun olaraq elm və texnikanın tərəqqisi elmi-texniki tərəqqinin 

komponentləri kimi götürülmür. Ona görə də, elmi-texniki tərəqqinin məz-

mununu açmaq üçün elm və texnikanın təkcə bu prosesə daxil olan, bu 

prosesdə iştirak edən tərəfləri deyil, həm də bu prosesdən kənarda qalan, 

nisbi müstəqilliyə malik olan tərəflərini aşkara çıxarmaq tələbatı yaranır. 

Digər tərəfdən, elm və texnika tam müstəqil hadisələr kimi deyil, qarşılıqlı 

əlaqədə və vəhdətdə öyrənilir, onların elmi-texniki tərəqqidə iştirak xüsu-

siyyətləri də aşkara çıxarılır.  

Elm, bir tərəfdən, sosial-mədəni bir hadisə kimi, idraki proses kimi, 

biliklər sistemi kimi, digər tərəfdən də, ictimai praktikaya xidmət edən tət-

biqi əhəmiyyətli hadisə kimi, «bilavasitə məhsuldar qüvvə» kimi nəzərdən 

keçirilir. Burada məhz bu ikinci aspekt birincidən fərqli olaraq elmi-texni-

ki tərəqqiyə daxil edilir. İndividual qnoseoloji proseslərdən təşkilatlanmış 

elmi tədqiqatlara və alınan nəticələrin tətbiq mexanizmlərindən texnologi-

yaya keçid kimi geniş miqyaslı ictimai hadisənin rüşeymləri mürəkkəb sis-

tem kimi götürülən elmin ikili təbiətində axtarılır. Elmin idraki və tətbiqi 

funksiyalarının daxili vəhdəti də bu zaman ortaya çıxır.  

Tədqiqat göstərir ki, elmi-texniki tərəqqinin nisbi müstəqil hadisə 

kimi formalaşdığı bir dövrdə elm ilə istehsalat arasında vasitəçi rolu oyna-

yan istehsal texnikasının prinsipcə yeni növlərinin yaranması elmin öz da-

xilində gedən proseslərlə sıx surətdə bağlıdır. 

Əvvəla, elmin ictimai həyatda rolu artdıqca və onun praktik əhəmiy-

yətinə dair şübhələr silindikcə  cəmiyyət elmin maddi bazasını daha da 

möhkəmləndirir, elmə ayrılan vəsaitin miqdarı getdikcə artır, elm bir sosial 

sistem kimi getdikcə daha böyük miqyas alır. Daha doğrusu, elm sosial-

mədəni sistem olmaqla yanaşı, həm də sosial-iqtisadi və sosial-texnoloji 

sistemə çevrilir. Əvvəllər yalnız kiçik laboratoriyalar şəklində olan ekspe-

rimental tədqiqat bazaları indi böyük istehsal birlikləri ilə rəqabətə girə bi-

ləcək mürəkkəb təcrübə-sınaq bazalarına çevrilir, elmi müəssisələr daxilin-

də təcrübə – Konstruktor Büroları və hətta zavodlar yaranır ki, bu da elm-

istehsalat birliklərinin yaradılması sahəsində başlıca amillərdəndir. 

Bilavasitə elmi tədqiqat məqsədlərinə xidmət edən texniki sistemlər 

–  elm texnikası  istehsal məqsədi ilə  də istifadə olunur; hər halda indiki 



Giriş 

 

 

 

23



dövrdə belə bir imkan yaranmışdır. 

Yüz illər boyu elmi tədqiqat aparatları unikal qurğulardan ibarət ol-

muş, elm adamlarının konkret məqsədlə irəli sürdükləri ideya əsasında bir 

və ya bir neçə nüsxə texniki qurğu – aparat düzəldilmiş və vaxtı keçdikdən 

sonra (daha mükəmməl eksperimental cihazlarla əvəz edildikdən sonra) 

muzey eksponatına çevrilmişdir. Müasir dövrdə elm sahəsində qarşıya çı-

xan problemlərin həlli, ideyaların yoxlanması üçün daha tək bir mikroskop 

və ya Atvud maşını kifayət etmədiyindən, çox mürəkkəb texniki qurğulara 

ehtiyac yarandığından, bir tərəfdən, elm texnikasının özünün düzəldilməsi 

çətinləşmiş və bu məqsədlə sənayenin elmə xidmət edən yeni sahəsi yaran-

mışdır; digər tərəfdən də, elmi məqsədlərlə yaradılmış unikal texniki sis-

temlərdən istehsal məqsədilə də istifadə etmək imkanı yaranmışdır ki, bü-

tün bunlar elm, texnika və istehsal arasındakı münasibətin xarakterinə təsir 

göstərmişdir. 

Əgər əvvəllər elm bir növ istehsalın əlavəsi kimi çıxış edirdisə, indi 

istehsalın elmin əlavəsinə çevrilməsi (təşkilati və funksional baxımdan; 

əslində son məqsəd yenə də istehsaldır) meyli üstünlük təşkil edir. 

Kitabda təqdim olunan mühüm nəticələrdən biri də elmi-texniki tə-

rəqqi ilə elmi-texniki inqilab arasındakı nisbətin müəyyənləşdirilməsidir. 

Məlum olur ki, elmi-texniki tərəqqinin yeni konsepsiyası elmi-texniki inqi-

laba olan bir sıra ənənəvi münasibətlərin dəyişilməsini tələb edir. Məsələ 

burasındadır ki, elm və texnikanın inkişaf tarixi izlənilərkən aşkar edilən 

ən mühüm inqilabi yenilik məhz elmi-texniki tərəqqinin nisbi müstəqil ha-

disə kimi yaranması, formalaşmasıdır. Müəyyənləşdirilir ki, elmi-texniki 

inqilabdan danışmazdan  əvvəl, qarşıda elmi-texniki tərəqqinin özünün nə 

kimi bir yeniliklə, nə kimi keyfiyyət dəyişilməsi ilə bağlı olduğunu müəy-

yənləşdirmək problemi durur. 

Bu yenilik isə insanın bir insan kimi formalaşması tarixi fonunda, 

İnsan-Təbiət münasibətlərinin inkişafının qanunauyğun nəticəsi kimi orta-

ya çıxır, elmi-texniki tərəqqinin ən ümumi əmək bölgüsü ilə bağlılığı aşkar 

edilir. 

Elmi-texniki inqilaba gəlincə, yalnız elmi-texniki tərəqqini xarakte-

rizə edən yeni fəaliyyət sahəsi (elmi-texniki fəaliyyət) və yeni bilik səviy-

yəsi (elmi-texniki bilik) müəyyənləşdirildikdən sonra, həmin bu yeni sahə-

nin öz tarixini izləmək hesabına burada nə kimi inqilabi dəyişikliklər baş 

verdiyini aşkara çıxarmaq olar. 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə