Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə10/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   6   7   8   9   10   11   12   13   ...   281

Bilik – Elm – Bilik 

 

 

 

31



hiyyət kimi iki təzahürünün fərqləndirilməsinin şahidi oluruq. Bu ikiləşmə 

əslində  məhz bilik anlayışı üçün mümkündür. Əksər anlayışlar, məsələn, 

“alma” üçün məzmun və mahiyyət üst-üstə düşür. “Kitab”, “film”, “şeir” 

anlayışları kimi “bilik” də spesifik anlayışdır. Çünki onların hər birinin 

mahiyyət-məzmundan əlavə bir daxili məzmunu da vardır. Satıcının kita-

bın  daxili məzmunundan xəbərdar olmasına ehtiyac yoxdur. Kitabın qiy-

məti əsasən onun çapına sərf olunan vəsaitlə, yəni onun poliqrafik keyfiy-

yətinə görə müəyyən edilir. Kitabın daxili məzmunu daha çox, oxucunu 

maraqlandırır. Kitab bir predmet kimi və kitab hansı isə bir məzmunun 

simvolik ifadəsi, açıqlanması kimi. Onu digər cisimlərdən fərqləndirən 

forma və cismani məzmundursa, digər kitablardan fərqləndirən daxili məz-

munudur. “Bilik” anlayışı da məhz bu cür ikiləşir. Düzdür, onun cismani 

mövcudluğu yoxdur, amma onu digər ruhi-intellektual hadisələrdən fərq-

ləndirən zahiri cəhətlər vardır. Yəni bilik xatirə ilə, hisslə, təəssüratla, sev-

gi ilə, hətta həqiqətlə müqayisə oluna bilər. Belə müqayisə zamanı onun 

daxili məzmunu nəzərə alınmır. Bu, tibbə aid bilikdirmi, yoxsa fizikaya və 

ya fəlsəfəyə, – fərqi yoxdur. Platon da məhz bu cəhəti nəzərdə tutur. Bi-

liyin özü ruhi-mənəvi aləmə aid digər hadisələrdən fərqlənir. Hissdən, sev-

gidən fərqli olaraq, bilik anlayışlarla birmənalı ifadə olunur, insanın hissi 

yaşantıları, subyektiv amillər xaricində olub obyektiv, rasional xarakter da-

şıyır. Ancaq məzmun xaricində, mücərrəd bilikdən, – ümumiyyətlə bilik-

dən danışarkən biliyin həqiqiliyi, obyektivliyi, rasionallığı  və s. bu kimi 

ümumi  əlamətlər önə  çəkilir. Başqa rakursda isə söhbət nəyi bilməkdən, 

yəni onun predmetindən, daxili məzmunundan gedir. Bu halda isə bilik an-

layışının özü məlum bir şey kimi götürülür və onun əlamətləri dartışılmır.  

Təsadüfi deyil ki, riyaziyyatçılar riyaziyyatın, fiziklər – fizikanın, ta-

rixçilər – tarixin nə olduğunu izah etməkdə çox vaxt çətinlik çəkirlər. Çün-

ki riyaziyyatçı riyaziyyatın daxili məzmununu bilir, o, riyaziyyat dünyası-

nın içərisindədir və onu kənardan seyr edib, digər yaxın hadisələrlə müqa-

yisə etməkdə aciz qala bilər.  

Con Bernal elmi fəaliyyətin spesifikasını müəyyənləşdirməyin çətin-

liklərindən bəhs edərək yazır ki, elm adamının fərqləndirilməsi elmin nə 

olduğunu müəyyənləşdirməkdən daha rahatdır. Ona görə  də,  ən asan yol 

elmi alimlərin gördüyü iş kimi səciyyələndirməkdir.

1

1

 Bir dəfə məşhur fizik 



                                                 

1

 Дж. Бернал. Наука в истории общества, с. 19. 




Elm haqqında elm 

 

 



 

32

R.Feynmandan soruşurlar ki, “fizika” nədir? O isə “fizika fiziklərin gecə 



yarıdan sonra məşğul olduqları  işdir”, – deyə cavab verir. Feynman belə 

hesab edirdi ki, ayrı-ayrı fiziki problemləri öyrənməklə fizikanın nə oldu-

ğunu təsəvvür etmək mümkün deyil. Fizikanı nə isə bir tam olaraq “duy-

maq” üçün onun digər elmlərlə müqayisədə  və ümumiyyətlə elmlərin də 

digər fəaliyyət sahələri ilə müqayisədə spesifikasını müəyyənləşdirmək 

lazımdır.

1

1

 Əslində bu da vəziyyətdən bir çıxışdır. Görünür, tanınmış fizik 



öz ixtisasının mahiyyətini izah etməkdə çətinlik çəkdiyini büruzə vermək 

istəməmişdir. Ciddi yanaşıldıqda isə, onun cavabı belə olmalı idi: “Bunu 

filosoflardan soruşun”. M. Haydegger də diqqəti məsələnin bu tərəfinə yö-

nəldərək yazır: «Bir fizik məhz fizik olaraq fizika haqqında heç bir açıqla-

ma verə bilməz. Fizikin bütün mülahizələri fizikanın öz predmeti daxilin-

dədir. Fizikanın özü isə  hər hansı bir fizika təcrübəsinin predmeti de-

yildir».

1

2



   

Eləcə də riyaziyyat, biologiya və s. sahələrdə çalışan adamlar bu sa-

hənin mahiyyətini və infrastrukturunu deyil, hansı isə konkret riyazi və ya 

bioloji məsələləri araşdırırlar. Yaxud mühəndis mühəndisliyin, dilçi dilin, 

şair  şeirin nə olduğunu bilməyə  də bilər. Bunları bilmək artıq filosofluq 

məqamıdır.  Əlbəttə,  şair  şeir yazmağın qaydalarını da bilir, şeirin özünü 

yazarkən isə heç bu qaydalara ehtiyacı da olmur. Çünki hər şey bədahətən 

baş verir. Lakin şeirin mahiyyəti bu qaydalarda ifadə olunmur. Ayrıca gö-

türülmüş bir şeirin ideyasını açmaq, izah etmək üçün isə ədəbi tənqid var-

dır. Amma ümumiyyətlə  “şeir” anlayışını izah etmək, onun mahiyyətini 

açmaq üçün öncə  bədii təfəkkürün, obrazın, emosional yaşantının episte-

moloji təhlili verilməlidir. Eləcə də bilik, eləcə də elm.  

C.Hokins diqqəti buna yönəldir ki, kompüter şahmat oynasa da, əs-

lində  şahmatın nə olduğunu bilmir və ya kalkulyator hesab əməliyyatları 

aparsa da, riyaziyyatın nə olması barədə təsəvvürü yoxdur.

1

3



 Əslində bura-

da söhbət dərk olunmuş fəaliyyətdən fərqli olaraq, dərk olunmamış, kortə-

bii icradan gedir. Biz zehni sahədə şüurlu və qeyri-şüuri fəaliyyəti də fərq-

ləndirsək, elmi yaradıcılığın özü iki yarusda nəzərdən keçirilə bilər. Elm 

                                                 

1

 Р.Фейнман, Р.Лейтон, М.Сэндс. Фейнмановские лекции по физике, вып. 1. М., 



«Мир», 1965, с. 21. 

2

 Martin Heydegger. Bilim Üzərinə  İki Ders. Türkcesi: Hakkı Hünler.İstanbul, 



Paradiqma, 1998, s. 38. 

3

 Д. Хокинс, С.Блейксли. Об интеллекте. М., «И.Д.Вильямс», 2007. 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə