Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə18/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   14   15   16   17   18   19   20   21   ...   281

Elm haqqında elm 

 

 



 

50

etmək məcburiyyətində qalırlar. Çünki bizi əhatə edən mühitin özü adi şü-



ur səviyyəsindən kənara çıxan informasiya daşıyıcısına çevrilir və insan bu 

mühitdə özünü rahat hiss edə bilmək üçün həmin informasiyaya yiyələn-

məli olur.  

Bilik vertikal ox boyunca öz sosial statusuna görə üç fərqli keyfiyyət 

dərəcəsinə malikdir. Daha doğrusu, biz kobud bölgü aparsaq onun üç 

mərtəbəsini göstərə bilərik: elməqədərki bilik, elmi bilik və elmdənsonrakı 

bilik.  Əslində adətən biliyi iki yerə ayırırlar: elmi və qeyri-elmi. Amma 

qeyri-elmi anlayışında müəyyənlik yoxdur. Digər tərəfdən, “elmi bilik” 

anlayışının özü də düşdüyü kontekstdən asılı olaraq fərqli mənalara və 

funksiyaya malikdir. Bir mühəndis üçün müəyyən bir bilik ancaq ondan 

istifadə etmək, yəni onu hansı isə texniki sistemə tətbiq etmək baxımından 

əhəmiyyət kəsb edir. Bu baxımdan, bilik özlüyündə dəyərdir, onun elmi və 

ya qeyri-elmi olması mühəndis üçün əhəmiyyətli deyil. Əsas məsələ onun 

dəqiq, etibarlı bilik olmasıdır. Lakin etibarlılıq və elmilik fərqli şeylərdir. 

Belə ki, sınaqdan çıxmış əməli bilik hələ əməli təcrübədə sınağa çəkilmə-

miş elmi bilikdən daha etibarlıdır. Bir elm adamı üçün müəyyən bir məlu-

matın məhz elmi bilik olması onun məntiq və elmi arqumentasiya ilə əsas-

landırılması, isbata yetirilməsi sayəsində müəyyənləşdirilir. Bu biliyin 

praktikada özünü doğruldub doğrultmaması elm adamı üçün deyil, tətbiq-

çilər üçün önəmlidir. Bir çox hallarda yeni elmi ideyaların praktik yoxlan-

ması uzun illər  ərzində mümkün olmur. Lakin bu, həmin ideyanın elmi 

dəyərini azaltmır.  

Marksizm fəlsəfəsi və bir çox materialist fəlsəfi təlimlər həqiqətin, 

həmçinin elmi biliyin əsas meyarı kimi praktikanı götürürlər. Lakin başqa 

təlimlərdə fərqli meyarlar tətbiq olunur.  

Elmi biliklərin ümumiyyətlə biliklər sistemində yerini müəyyənləş-

dirmək üçün həm üfüqi və həm də vertikal koordinat oxu üzərində biliklə-

rin təsnifatı aparılmalıdır. Bu sahədə yazılan tədqiqat əsərlərində bir qayda 

olaraq biliklərin vertikal üzrə iki səviyyəsi göstərilir: empirik və nəzəri bi-

lik səviyyələri. Amma əslində hər iki səviyyə elmi biliyin öz daxili qurulu-

şuna aiddir. Bizi isə maraqlandıran elmi biliyin digər bilik formaları ilə 

müqayisəsidir. Elmşünaslıqda və epistemoloji ədəbiyyatda rast gəlinən 

digər anlayış – «adi bilik» isə  əslində çox vaxt biliyin sahələr üzrə 

bölgüsündəki «məişət bilikləri» anlayışına uyğun gəlir. Bu baxımdan adi 

biliklər empirik biliklərlə qarışıq salınmamalıdır.  




Bilik – Elm – Bilik 

 

 

 

51



Faktiki 

bilik 


Praktiki 

bilik


Elmi 

bilik


Elmi-fəlsəfi 

bilik


Elmi-praktiki 

bilik


 

 

 



 

 

Sxem 1. 

 

Hansı biliklərin vertikal üzrə təsnifat şkalasında daha yüksək, hansı-

ların isə aşağı səviyyədə olduğunu müəyyənləşdirmək üçün meyar olaraq 

fərdidən ümumiyə prinsipi seçilir. Yəni hissi idrak səviyyəsində mənimsə-

nilən və adətən fərdi təzahürləri əks etdirən biliklər aşağı səviyyəyə uyğun 

olduğu halda ümumiləri və ümumilər arasında fərqi ifadə edən biliklər 

yüksək səviyyə hesab olunur. Ən aşağı səviyyə olaraq heç bir məqsədyön-

lü axtarış aparmadan xarici hissi təsirlərin fiksasiyası götürülür. Yəni söh-

bət hissi idrak səviyyəsində inikasdan – faktdan gedir. Lakin hər hansı bir 

cisim və ya hadisənin hissi inikasının fakt və ya faktiki bilik halında for-

malaşması üçün insanın müvafiq anlayışlarla ilkin tanışlığı  tələb olunur. 

Yəni hər bir hissi təcrübə aktı bütün əvvəlki təcrübənin kontekstində biliyə 

çevrilir. Bununla belə, biz ilk bilik mərhələsini  şərti olaraq faktiki bilik 

adlandırırıq. Praktiki biliyin isə faktiki bilikdən fərqi ondan ibarətdir ki, 

burada təsadüfi hallar istisna olunur və ancaq müəyyən konkret şəraitdə 

həmişə  təkrarlanan faktlar nəzərə alınır. Elmi biliyə keçid ancaq bundan 

sonrakı  mərhələ kimi qiymətləndirilə bilər. Təqdim etdiyimiz sxem 2-yə 

görə, elmi bilik özü də son məqsəd və son səviyyə olmayıb, daha yüksək 

səviyyənin, daha ali məqsədin yolunda bir məqamdır. Bu yüksək məqsəd 

ya məqsədyönlü praktika, ya da fəlsəfi dünyagörüşü ola bilər. Lakin bu 

məqamlara keçid üçün yenə də aralıq mərhələyə ehtiyac vardır ki, sxemdə 

bu – elmi-fəlsəfi və ya elmi-praktiki bilik kimi göstərilmişdir.  

Lakin bu sxem ancaq elmə gedən və elmdən yüksələn biliyin ardıcıl-

lığını göstərir. Halbuki, əks istiqamətdə hərəkət də vardır. Yəni elmə yuxa-

rıdan, dini-fəlsəfi, hətta mifik düşüncə  səviyyəsindən də  gəlmək (enmək) 

olar. Bu halda insanın, fəhmi, intuisiyası  və dünyagörüşü onun konkret 

faktiki hadisələrə münasibətini ifadə etmək üçün təməl rolunu oynayır. Yə-

ni yuxarıdakı iyerarxik düzülüş tam tərsinə (bəlkə  də, düzünə) çevrilmiş 

olur.  

Elm fəlsəfəsində bütün mübahisələrin təməlində  məhz bu iki əks 




Elm haqqında elm 

 

 



 

52

inkişaf yolundan hansına üstünlük vermək dilemması dayanır. Lakin eyni 



hadisə haqqında iki fərqli başlanğıcdan gələn fikirlər, təsəvvürlər heç də 

həmişə eyni vaxtda yaranmır. Tarixin müəyyən mərhələsində dini və mifik 

təsəvvürlərdən qaynaqlanan fikirlər hissi təcrübədən başlanan və onların 

nəzəri ümumiləşdirməsi kimi ortaya çıxan təsəvvür və  fərziyyələrlə üst-

üstə düşməyə də bilər.  

Məsələn, kainatın quruluşu haqqında fikirlər heç də hissi təcrübənin 

ümumiləşdirilməsi ilə yaranmamışdır. Hələ eramızdan əvvəl VII əsrdə Ho-

mer kainatın strukturunu təsvir edərkən, şübhəsiz ki, ancaq mifik təfəkkür-

dən çıxış edirdi. O, Yeri iki əks tərəfin Səmanın və Tartarın (dumanlıq, xa-

os) ortasında təsəvvür edirdi.

4

1

 Bu ideya kainatın dumanlıqlardan 



yaranması haqqında Laplas və Kant təlimlərindən 2500 il əvvəl irəli 

sürülmüşdü. Biz Laplas ideyasına elmi hipotez kimi baxdığımız halda, 

Homer söyləmlərinə ancaq mif kimi yanaşırıq. Halbuki, onların ikisi də 

hissi təcrübə ilə  əlaqəsiz  şəkildə irəli sürülmüşdür. Kainatın strukturu və 

genezisi haqqında elmi təcrübə  və müşahidələrə  əsaslanan hipotezlər isə 

hələ təzə-təzə meydana gəlir.   

Elmin özünü dərk etmək cəhdləri elmlə əlaqəli bütün hadisələrin da-

ha təfərrüatlı və hərtərəfli təhlilinə ciddi tələbat doğurur ki, bu da ilkin ola-

raq elmə mövcud yanaşmaların yenidən nəzərdən keçirilməsini zəruri edir. 

Elmi biliyin özünəməxsus cizgilərinin dəqiq müəyyənləşməsi biliyin digər 

növləri arasında onun yerinin təyin olunmasını tələb edir. Lakin biliyin el-

mi olmayan növlərinin təsnifatı indiyəcən kifayət qədər tədqiq olunmamış-

dır.  

Elmi-fəlsəfi ədəbiyyatda adətən biliyin iki səviyyəsi qeyd edilir: em-



pirik və nəzəri. Bununla belə, daha dəqiq yanaşanda aşkarlanır ki, bu cür 

bölgü elmin daxilində aparılır. Yəni, söhbət ümumiyyətlə biliyin yox, elmi 

biliyin bölgüsündən gedir. Ən pisi isə budur ki, bir qayda olaraq müəlliflər 

bilikdən danışarkən məhz elmi biliyi nəzərdə tutduqlarının fərqinə var-

mırlar. Ona görə də, biliyin daha aşağı səviyyələrinə xas olan əlamətlərin 

empirik biliyə aid edilməsi kimi hallara tez-tez rast gəlinir. Bu anlayışın 

belə qeyri-müəyyənliyi haqqında ədəbiyyatda dəfələrlə qeyd olunub. Mə-

sələn, N.K.Vaxtomin «elmi olmayan empirik biliyin» elmi bilikdən ayrıl-

                                                 

1

 Ф.Х.Кессиди.  От  мифа  к  логосу  (становление  греческой  философии).  М., 



«Мысль», 1972, с. 91. 


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə