Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə16/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   12   13   14   15   16   17   18   19   ...   281

Elm haqqında elm 

 

 



 

46

nəvi olaraq bu sonuncu – astrofizika adlanır. Yəni astronomiya ilə fizika-



nın arasında bir elm sahəsi olduğu vurğulanır.  

Təfərrüata varmadan, vurğulamaq istərdik ki, deməli, bu bölgüdə 

hadisələrin miqyasından daha çox, xarakteri və öyrənilmə metodları nəzərə 

alınır. Əgər fizikanın metodları başqa bir struktur səviyyəsində tətbiq olu-

nursa, bu elmin statusu yenə  də mübahisəli qalır. Məsələn, sahəyə görə 

bölgü aparıldıqda canlı aləmin öyrənilməsi biologiyanın predmetinə daxil-

dir. Lakin burada fizikanın metodları tətbiq olunursa və ya daha doğrusu, 

canlı aləmdə gedən fiziki proseslər öyrənilirsə, bu elm sahəsinə bir növ 

kompromis variantı olaraq “biofizika” deyirlər. Yaxud canlı aləmdə kim-

yəvi proseslər öyrənilirsə, bu fənn “biokimya” adlandırılır.  

Müxtəlif fənlər yalnız predmetlərinə və metodlarına görə fərqlənmir. 

Artıq təhsil sistemində müvafiq diferensiasiya getdiyinə görə  və elmi-

tədqiqat institutları, konfranslar, jurnallar və s. də ayrıldıqlarına görə, hər 

bir fənnin öz elmi ictimaiyyəti və elitası formalaşmışdır ki, bu da elmlərin 

qarşılıqlı əlaqəsini zəiflədir, hansı isə kompleks problemin həllini müxtəlif 

elm sahələrinin birgə iştirakı ilə təşkil etməyi çətinləşdirir.  

Belə bir maraqlı faktı xatırlamaq yerinə düşərdi ki, II Dünya mühari-

bəsi dövründə atom bombasının düzəldilməsi üzərində gərgin iş getdiyi bir 

vaxtda, fiziklərlə kimyaçılar arasında məsafə, hətta müəyyən mənada uçu-

rum olması bu işi bir neçə il ləngitmişdi. Həmin hadisənin tarixçəsini ya-

zan U.L.Lourens qeyd edir ki, bu dövlət sifarişinin yerinə yetirilməsi üçün 

dövrün  ən böyük fizikləri cəlb olunmuşdu. Lakin uranın saflaşdırılması, 

yüngül və ağır uranın bir-birindən ayrılması işi çox ləng gedirdi. Səbəb isə 

bu imiş ki, fiziklər bu məqsədlə kütlə spidometrindən istifadə edirlərmiş, 

amma kimyaçı T.Qrehemin qaz diffuziyası qanunundan xəbərsiz imişlər: 

“Uran-235 ayırmaq üçün Qrehemin qanununu tətbiq etməyin mümkün ol-

duğunu nə Fermi, nə Bor, nə  də uranın bölünməsini ilk kəşf edənlərdən 

heç kim ağlına belə gətirməmişdi. Qaz diffuziyası zavodu nəhəng kimya-

texnologiya qurğusu idi, kimya isə nüvə fizikası mütəxəssisləri üçün tama-

milə yad bir fənn idi. Elmin bir-birindən tamamilə təcrid edilmiş belə iki 

sahəyə bölünməsi məhz ona səbəb olmuşdu ki, nüvə fizikləri öz problem-

lərinin həlli üçün kimya elminin prinsiplərini tətbiq edə bilməmişdilər”.

3

1

  



                                                 

1

 U.L.Lourens. İnsan və atom. Atom enerjisinin kəşfi, ondan istifadə olunması və onun 



gələcəyi. Bakı, Azərnəşr, 1975, s. 60.   


Bilik – Elm – Bilik 

 

 

 

47



Beləliklə, elm nə qədər bölünürsə və ayrı-ayrı fənlər müstəqilləşərək 

bir-birindən nə  qədər uzaqlaşırsa, onlar arasında körpü salmağa da bir o 

qədər çox ehtiyac yaranır. Nəticədə elmin diferensiallaşması ilə paralel 

surətdə elmin inteqrasiyası da dövrün tələbinə çevrilir.   

İctimai elmlərdə də belədir. Bildiyimiz kimi insan bir neçə rakursda 

nəzərdən keçirilir. Son vaxtlar ayrıca “insanşünaslıq”, “antropologiya” ki-

mi fənlər formalaşsa da, insan haqqında bütün biliklərin vahid elmi istiqa-

mətdə, bir fənn çərçivəsində toparlanması mümkün deyil. İnsanın bədəni 

statik halda anatomiyanın, bədəndə gedən proseslərin öyrənilməsi halında 

isə fiziologiyanın, psixi proseslərin öyrənilməsi psixiatriyanın və psixolo-

giyanın predmetinə daxil edilir. Söhbət sağlam insan orqanizminin öyrənil-

məsindən gedir. Kənaraçıxmalar, xəstəliklər, patologiyalar isə artıq başqa 

bir elmin sahəsinin, təbabətin predmetinə aiddir. Lakin burada da sahələrə 

görə bölgü aparılır və s.  

Biz hələlik belə ümumi təsəvvürlə kifayətlənərək, biliklərin sahələrə 

görə bölgüsündə bir sıra əsas meyarları nəzərə çatdırdıq. Elm inkişaf etdik-

cə, müxtəlif tədqiqat obyektləri və cismani dünyada fərqli təzahürləri olan 

hadisələr sanki ortaq məxrəcə gətirilir və bu müxtəlifliyin əsasında duran 

təməl prinsiplər üzə çıxarılır. Onda təbiətin yuxarıda apardığımız bölgüsü 

də bir növ aradan qalxır. V.S.Styopin yazır: “XX əsrin axırıncı qərinəsində 

varlığın üç əsas sahəsi – cansız təbiət, üzvi aləm və ictimai həyat – haqqın-

da təsəvvürləri ümumelmi statusa malik olan təməl prinsiplər əsasında bir-

ləşdirmək, bütöv elmi mənzərə yaratmaq üçün real imkanlar açılmışdır”.

3

1



 

Müasir elmin ən böyük nailiyyətlərindən biri məhz dünyanın vahid elmi 

mənzərəsini yaratmaq istiqamətində atılan addımlardır. Məsələn, qravitasi-

yanın universal xarakteri hələ neçə əsr bundan əvvəl kəşf edilmişdi. Sonra-

kı dövrdə, XIX əsrin  ən böyük elmi yeniliklərindən biri elektromaqnit 

sahəsinin təbiətinin öyrənilməsi və onun universal qarşılıqlı  təsir forması 

kimi təsbit edilməsi olmuşdur. XX əsrdə isə nüvə qüvvələri, güclü və zəif 

qarşılıqlı təsir formaları kəşf edilmiş və bu dörd sahə formasının əsasında 

vahid sahə nəzəriyyəsinin yaradılması istiqamətində böyük axtarışlar apa-

rılmışdır. A.Eynşteynin ümumi nisbilik nəzəriyyəsi ilə başlanan bu axtarış-

lar Əbdus-Səlamın tədqiqatlarında daha universal xarakter almışdır. Vahid 

sahə nəzəriyyəsi ilə yanaşı, kvant ideyası da yeni universal bir təlimin tə-

                                                 

1

 В.С.Степин. Философия науки. Общие проблемы. М., Гардарики., 2007, с. 331. 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə