Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə13/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   9   10   11   12   13   14   15   16   ...   281

Elm haqqında elm 

 

 



 

38

Elm nisbi zəruri hadisələri, yəni müəyyən şərtlər daxilində baş ver-



məli olan hadisələri, başqa sözlə səbəb-nəticə münasibətlərini öyrənir.  

Fəlsəfə varlığın dəyişməyən qatlarını, dəyişkənlik görüntüsü arxa-

sındakı sabitliyi öyrənir. 

Tarix dəyişiklikləri, elm dəyişmənin qanunauyğunluqlarını, fəlsəfə 

sabit qalanları əks etdirir.  

Fəlsəfə dünyanı zaman və məkan xaricində öyrənir. Zaman və mə-

kan müəyyənliyi isə tarixin tələbidir. Elmdə tarixi zaman prosessual za-

manla – müddətlə  əvəz olunur. Elm müstəvisində zaman münasibətləri – 

səbəbiyyət, məkan münasibətləri – komparativlik və qarşılıqlı təsir şəklin-

də ortaya çıxır.  

Tarix təkcələr (hadisələr), elm ümumilər arasındakı münasibəti öy-

rənir. Fəlsəfə isə ən ümumilər (universalilər) arasındakı münasibətləri öy-

rənməklə yanaşı, tarixin özünü də ümumilər müstəvisində  nəzərdən keçi-

rir.  İnsan da, bəşəriyyət də  əbədi ideya dünyasının sakinlərinə çevriləndə 

fəlsəfənin predmetinə daxil olurlar. 

Tarix olanı, elm ola biləni, fəlsəfə olmalı olanı öyrənir. Elm gerçək 

dünyanı  təsvir və izah edir, fəlsəfə  əsl (həqiqi) dünyanı  təsəvvür etməyə 

çalışır. Elm insanın barışmalı olduğu reallığı, fəlsəfə insanın yüksəlməli ol-

duğu idealı ifadə edir.  

Tarix hafizəni, elm real dünyanı, incəsənət romantik, fəlsəfə ideal 

(həqiqi) dünyanı öyrənir.  

Elm soyuq ağlın, tarix isidilmiş xatirələrin, fəlsəfə yanar zəkanın 

məhsuludur.  

Tarix nasiranə, elm soyuqqanlı, fəlsəfə poetikdir.  

Tarix hadisələr səviyyəsində qərar tutur, elm hadisələrdən mahiyyə-

tə doğru gedir, fəlsəfə isə mahiyyətdən başlayır. 

Dünyanı dərk etmək üçün elm, dünyanı duymaq üçün poeziya, incə-

sənət var. Fəlsəfə isə duyğulu idrakdan və poetik səviyyəyə qalxmış elm-

dən yaranır. 

Tarix fəlsəfə ilə əks qütb təşkil edir. Fəlsəfə ilə tarixin arasında çox 

geniş bir fikir sahəsi dayanır ki, elmi və bədii təfəkkür də bura daxildir. 

Son dövrlərdə ictimai inkişafın nəticəsi olaraq cəmiyyətin kəsb etdi-

yi yeni keyfiyyət halını səciyyələndirmək üçün elmin bu və ya digər törə-

məsi önə  çəkilir. Ya “informasiya cəmiyyətindən”, ya “bilik cəmiyyətin-

dən”, ya innovasiya dövründən, ya intellektual elitanın prioritetliyindən 



Bilik – Elm – Bilik 

 

 

 

39



söhbət açılır. Bütün bunlar əslində yeni ictimai inkişaf mərhələsinin ma-

hiyyətini dərk etmək və onu rəmzləşmiş şəkildə ifadə etmək təşəbbüsləri-

dir.  İnformasiya da, bilik də tarixin lap ilk dövrlərindən başlayaraq insan 

həyatının ayrılmaz tərkib hissəsi və cəmiyyətin əsas hərəkətverici qüvvələ-

rindən biri olmuşdur. 

Antik dövrdə “bilik” anlayışı çox vaxt “rəy” və ya “münasibət”, “tə-

əssürat” anlayışları ilə müqayisə olunmuşdur. Yəni müəyyən bir hadisə 

haqqında hər hansı bir məlumat, təəssürat və ya rəy hələ bilik hesab olun-

murdu. Bu məsələ özünün klassik təhlilini Platonun “Menon” və «Teetet» 

əsərlərində tapmışdır. Burada biliyin həqiqiliyi, xeyirli və ya ziyanlı olması 

və s. bu kimi fundamental məsələlər müzakirə olunur. Amma hələ elmi və 

qeyri-elmi bilik bölgüsü aparılmır.  

Bu problem orta əsrlərdə də filosofların əsas müzakirə mövzuların-

dan olmuşdur. İslam Şərqinin böyük filosofu və alimi Əbu Nəsr Fərabi bi-

liklərin və elmlərin təsnifatına dair tədqiqat aparmaqla yanaşı, Platonun bi-

lik haqqında baxışlarını da təhlil etmişdir. Fərabinin Platonu «Teetet» əsə-

rində biliyi tədqiq edir və bilik insan üçün ən ali məqsəd hesab olunur. 

Fərabi Platonu Protaqorla müqayisə edir və göstərir ki, Protaqora görə, in-

san ətrafdakı şeylər haqqında biliklər əldə edə bilməz: o, ancaq anadangəl-

mə biliklərə malikdir.

2

1

 (Əslində Fərabinin Protaqoru da elə Platondur, çün-



ki Platon öz əsərlərindəki iştirakçıların dilindən təkcə onların ona bəlli 

olan mövqeyini yox, həm də öz mövqeyini ifadə edirdi.) Platon özünün 

«Protaqor»  əsərində bu məsələni təhlil edərkən iştirakçı  tərəfin mövqeyi 

olaraq göstərir ki, öyrənmə, təlim, tədqiqat doğrudan da fayda vermir və 

düzgün biliklərə gətirmir. Lakin bu mövqeyə cavab kimi göstərir ki, tədqi-

qat elə məhz bilikləri əldə etmək üçündür. Bu mövqe «Menon» əsərində də 

davam etdirilir.

2

2



  

Maraqlıdır ki, hələ o dövrdə Platon bilikləri təkcə idrak müstəvisin-

də deyil, həm də  fəzilət və fayda müstəvisində  nəzərdən keçirirdi. Bu 

yanaşma iki min üç yüz il sonra praqmatizm fəlsəfəsində yenidən gündəmə 

gəlir. Bir fərqlə ki, Platon insanların faydalı  və xeyirli hesab etdikləri ilə 

həqiqətdə faydalı və xeyirli olanı fərqləndirirdi. Çünki ictimai rəy zərurəti 

                                                 

1

 Аль-Фараби. Историко-философские трактаты, с. 109. 



2

 Bax:  Платон.  Собрание  сочинений  в 4-х  томах.  Том 1, М., «Мысль», 1990. 

Протагор  (с. 418-476. Менон  (с. 575-612); Аль-Фараби.  Историко-философские 

трактаты, с. 110-111.  




Elm haqqında elm 

 

 



 

40

və həqiqəti ifadə etməyə də bilərdi və Platona görə bir qayda olaraq belə 



də olurdu. Fərabi bu mövqeyə şərh verərək faydalı və sərfəlini fərqləndirir. 

Fərabiyə görə, faydalı (Xeyir) zəruri ola bilər, sərfəli isə heç də  həmişə 

zəruri və müsbət bir şey olmur.

2

1



 

Filosofu başqa sənət sahiblərindən fərqləndirən odur ki, o, şərti-fayda-



lı şeylərlə həqiqətən faydalı olan zəruri-faydalı şeylər arasındakı fərqi üzə çı-

xarır. «Pir» əsərində o, zəruri biliklərin aşkarlanmasını fəlsəfənin əsas vəzi-

fələrindən biri kimi təqdim edir. Digər sənət sahələrində isə biliklər şərti xa-

rakter daşıyır. Məsələn, «İon»  əsərində göstərdiyi kimi, poeziyanın verdiyi 

biliklər həqiqətdən uzaq olduğuna görə nəyinki fayda vermir, əksinə, məq-

səddən uzaqlaşdırır. 

Fərabi isə zəruri bilikləri deyil, zəruri mövcudatı önə çəkir. O, «ət-

T‘əliqat» əsərində yazır: «Müdriklik – həqiqi varlığın dərkidir, həqiqi var-

lıq isə özü-özlüyündə zəruri mövcudatdır. Filosof məhz özü-özlüyündə Zə-

ruri haqqında kamil biliyi olandır».

3

2

 Bu məsələdə Platonla Fərabi arasında 



eyniyyət məqamı  həqiqi, zəruri olanın önə  çəkilməsidir. Fərq isə bundan 

ibarətdir ki, Platon həqiqi varlıq və zəruri mövcudluq dedikdə ideyanı, Fə-

rabi isə Allahı nəzərdə tutur. Fərabiyə görə, «Birincidən başqa həqiqi filo-

sof yoxdur, belə ki, ancaq o, özünü dərk etməkdə kamildir».

3

3

 «Özü-özlü-



yündə  zəruri olan – məqsəddir və  hər  şey onunla tamamlanır… Hər bir 

məqsəd fəzilətdir. O isə – mütləq fəzilətdir».

3

4

 Burada Fərabi fikrini əsas-



landırmaq üçün Qurani-Kərimin ən-Nəcim surəsindən «Ağır dönüş Rəbbi-

nədir» (42-ci ayə) kəlamını yada salır. Platonda isə «ideya» anlayışı daha 

mütəhərrik olduğundan o, rahatlıqla «zəruri bilik» anlayışına keçir və fəl-

səfəni bəni-adəm üçün də əlçatan edir. Lakin bununla belə, filosofluq sıra-

dan biri üçün yox, ilahi mahiyyətə qovuşanlar üçündür.  

Platona görə, zərurət ideyaya adekvatlıq kimi başa düşülməlidir. Hər 

hansı bir şeyi anlamaq bu şeyin ideyasını anlamaqdır.

3

5



 İdeya isə adi insan-

lar üçün əlçatmaz olduğundan onlar adətən şey haqqında hissi təcrübədən 

çıxış edərək rəy söyləyir, fikir yürüdürlər. Hisslərin verdiyi məlumat isə 

                                                 

1

 Аль-Фараби. Историко-философские трактаты, с. 116. 



2

 Аль-Фараби. Естественно-научные трактаты. Алма-Ата, Наука, 1987, с. 286. 

3

 Yenə orada. 



4

 Yenə orada.  

5

 Н.Е.Скворцов.  Платон  о  сознании  в  борьбе  с  сенсуализмом  и  эмпиризмом. – 



Платон: Pro et contra. СПб.: 2001, с. 278. 


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə