Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə12/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   8   9   10   11   12   13   14   15   ...   281

Elm haqqında elm 

 

 



 

36

elm isə fəlsəfəyə uyğundur.



2

1

 Əslində Bekonun təsnifatında elm ilə fəlsəfə 



tamamilə eyniləşdirilir ki, bu da yolverilməz haldır. Biz bu barədə arqu-

mentlərimizi bir az aşağıda qeyd edəcəyik. Amma indi məhz tarixlə elmin, 

yaxud tarixlə  fəlsəfənin belə  kəskin  şəkildə  fərqləndirilməsinin səbəbləri 

üzərində dayanaq.  

Hissi təcrübə ilə tarixi yaxınlaşdıran odur ki, hər ikisi təkcələri, fərdi 

hadisələri əks etdirir. Amma bunu elm və fəlsəfə haqqında demək olmaz. 

Çünki elmdə ümumilər arasındakı münasibət ifadə olunduğundan, burada 

hər hansı bir zaman-məkan müəyyənliyi olmur. Yəqin bu cəhətə görədir 

ki, bəzi tədqiqatçılar fəlsəfəni “ümumi elm” adlandırırlar.

2

2



 Bu cür yanaş-

mada tarix, elm və fəlsəfənin nisbəti təkcə, ümumi və ən ümuminin nisbəti 

kimi başa düşülür. Halbuki, fəlsəfəni elmdən fərqləndirən yalnız ümumilik 

dərəcəsi olmayıb, həm də düşüncə tərzindəki fərqdir. “Ümumi elmlər” isə 

əslində mahiyyəti üzrə elm anlayışına daxil olub, əhatə dairəsinə görə daha 

ümumi nəzəriyyələr üzərində qurulur. Belə elmlərə daha çox dərəcədə fən-



lərarası elmlər aid edilir ki, onlar da xüsusi elmlərdən daha əhatəli olsalar 

da, hələ fəlsəfi ümumiləşmə səviyyəsinə qalxmırlar. Kibernetika, sinergeti-

ka və s. təlimlər belə ümumnəzəri və əlaqələndirici keyfiyyətə malikdirlər. 

M.Mesaroviçin yazdığı kimi, “ümumi nəzəriyyə o dərəcədə ümumi olmalı-

dır ki, artıq mövcud olan bütün konkret nəzəriyyələri  əhatə edə bilsin”.

2

3



 

Beləliklə, tarix ilə  fəlsəfə arasında, bir tərəfdən, xüsusi və ümümi – fən-

lərarası elmlər, digər tərəfdən də, bədii idrak, poetik təfəkkür dayanır.  

Bu fərqi Aristotel də nəzərə alırdı. Onun məşhur «poeziya fəlsəfəyə 

tarixdən daha yaxındır», daha dəqiqi «poeziya tarixdən daha fəlsəfi və da-

ha ciddidir» fikri

2

4

 poeziyadakı fəlsəfəliyi ifadə etməkdən daha çox, tarix-



dəki «fəlsəfəsizliyi» (anti-fəlsəfi mahiyyəti) ifadə edir. Belə ki, tarix və fəl-

səfə insan təfəkkürünün diametral əks qütblərində qərar tutur və bütün di-

gər düşüncə formaları bu iki qütb arasındakı spektrin müxtəlif məqamla-

rından ibarətdir. 

Hegel də buna yaxın mövqedən çıxış edərək diqqəti tarix ilə fəlsəfə 

                                                 

1

 Ф.Бекон. О достоинстве и приумножении наук // Сочинения. В 2-х томах. Т. 1. 



М., «Мысль», 1971, с. 157.  

2

 Б.М.Кедров. Ленин, наука, социальный прогресс. М., Политиздат, 1982, с. 14. 



3

 М.Месарович.  Основания  общей  теории  систем // Общая  теория  систем.  М., 

«Мир», 1966, с. 18. 

4

 Aristotel.  Poetika (poeziya sənəti haqqında. – tərcüməçi Aslan Aslanovdur). Б., 



«Azərnəşr», 1974, s. 63. 


Bilik – Elm – Bilik 

 

 

 

37



arasındakı  əkslikliyə yönəldir: «Fəlsəfə  dəyişməz,  əbədi olanı, özlüyündə 

mövcudatı  dərk etmək istəyir; onun məqsədi – həqiqətdir. Tarix isə  nə 

vaxtsa mövcud olmuş, başqa bir vaxtda isə sıradan çıxmış və yeri başqaları 

tərəfindən tutulmuş olanlardan danışır. Əgər biz bundan çıxış ediriksə ki, 

həqiqət  əbədidir, onda o keçici olanların sırasına daxil olmur və deməli, 

onun tarixi yoxdur. Amma əgər onun tarixi varsa, tarix ancaq idrakın 

keçmiş obrazlarının təsviri olduğundan, burada həqiqəti tapmaq mümkün 

deyil, belə ki, həqiqət ötəri, keçmiş ola bilməz».

2

1

  



Tarix artıq baş vermiş hadisələri «öyrənir», daha doğrusu, təsvir 

edir. Başqa sözlə, tarix hadisələrin gerçək gedişatının (gerçəkliyin) surəti, 

təsviridir. Əlbəttə, tarixçi baş vermiş hadisələrin sadəcə şəklini çəkmir, çə-

kə də bilməz. Çünki tarix indi yaşadığımız həyatın deyil, nə vaxtsa keçmiş-

də yaşanmış bir həyatın restavrasiyası cəhdidir. 

Aristotel mövcudatın iki halını fərqləndirir: imkan halında olan var-

lıq və gerçəkləşmiş varlıq.

2

2



 Başqa sözlə, söhbət potensial və aktual möv-

cudatdan gedir. Hansı isə ideya konkret dövrün və  şəraitin tələbi ilə 

gerçəkləşirsə, öz maddi təcəssümünü tapırsa və elmi-terminoloji simvolika 

ilə ifadə olunursa, – o artıq tarixə düşmüş olur. Amma tarixi şəraitin 

dəyişməsi ilə  həmin imkanın (ideyanın, planın) sıradan çıxması da 

mümkündür, hər bir yeni şəraitdə yaşarlı olması  və yenidən realizasiya 

imkanını saxlaması da.  

Kuno Fişer də diqqəti fəlsəfə ilə tarix arasındakı  əksliyə yönəldir: 

«Tarix və fəlsəfə anlayışları arasında belə bir əkslik vardır: tarix hadisələ-

rin zamana görə varisliyi olmadan təsəvvür edilə bilməz, fəlsəfə isə həqi-

qətin dərki üzərində qurulur ki, həqiqət də ancaq şeylə tam uyğunluq halın-

da olan təsəvvürdən ibarətdir. Burada iki imkan vardır: təsəvvür  şeyə ya 

uyğundur, ya da uyğun deyil. Birinci halda təsəvvür həqiqi, ikinci halda 

yanlışdır. Həqiqət ancaq birdir, o hadisələrin zamana görə varisliyini ifadə 

etmir və deməli onun tarixi də yoxdur».

2

3



 

Tarix zəruri və ya təsadüfi olmasının fərqinə varmadan, artıq baş 

vermiş hadisələrdən bəhs edir.  

                                                 

1

 Г.В.Ф.Гегель.  Лекции  по  истории  философии.  Книга  первая.  Санкт-Петербург, 



Наука, 2001, с. 74.  

2

 Аристотель. Метафизика. (1045а 30), с.232. 



3

 Куно  Фишер.  История  философии  как  наука // История  Новой  философии; 

Декарт: его жизнь, сочинения и учение. – СПб.: Мифрил, 1994, с.4. 



Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə