Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə17/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   13   14   15   16   17   18   19   20   ...   281

Elm haqqında elm 

 

 



 

48

məli olmuşdur. Fiziklərin irəli sürdüyü kvant təlimi sonralar kimyaya, bio-



logiyaya və s. elmlərə də tətbiq olunmuşdur. V.S. Styopinin də haqlı olaraq 

göstərdiyi kimi təməl prinsiplər elmlərin inteqrasiyasında mühüm rol oy-

nayır və müxtəlif fənlər çoxluğunda birləşdirici amil olmaqla yanaşı, 

müxtəlif dissiplinar ontologiyalarda invariant kimi çıxış edir.

4

1

  



Uzun müddət müxtəlif elm sahələrini birləşdirən yeganə ümumi 

vasitə formal məntiq, təfəkkür formalarının eyniyyəti olmuşdur. Amma 

XX əsrdən başlayaraq bir tərəfdən riyazi məntiqin, ehtimal nəzəriyyəsinin, 

statistik metodların rolunun artması, digər tərəfdən isə  əsrin böyük 

riyaziyyatçısı Lütfi Zadənin irəli sürdüyü qeyri-səlis məntiq təliminin 

geniş yayılması formal məntiq hegemoniyasına son qoymuşdur.  

Elmi biliklər yüksək dərəcədə  əlaqələnərək dünyanın vahid elmi 

mənzərəsini təmin etmək istiqamətində toparlanır, inteqrasiya olunur. 

Onun da təməlində elmi biliyin sinkretik biliklər toplusundan ayrılaraq 

müstəqil bilik növü kimi formalaşması prosesi dayanır. Düzdür, tarixən 

əməli biliyin bir çox formaları elmi bilikdən xeyli əvvəl mövcud olmuşdur, 

amma müasir dövrdə elmi biliklərin rolunun artması heç də o demək deyil-

dir ki, ənənəvi bilik formaları daha artıq əhəmiyyətini itirmişdir. Biliklərin 

təkamülü prosesində daha yüksək forma kimi yaranan bilik növləri əvvəl-

kiləri ləğv etməyərək, onlarla yanaşı mövcud olur.  

Əlbəttə, indiki dövrdə  əməli biliklərin bölgüsü ilə elmi biliklərin 

bölgüsü arasında tam adekvatlıq yoxdur. Əslində, hər bir insanın malik ol-

duğu və adi şüur səviyyəsində qavranılan, gündəlik praktikanın tələblərinə 

cavab verən biliklərin xüsusi təsnifatı aparılmır. Onlara çox vaxt adi bilik-

lər  və ya əməli biliklər deyirlər. Təsnifat ixtisaslaşma zamanı lazım olur. 

Yəni müəyyən bir sahənin daha dərindən öyrənilməsi həmin sahəyə dair 

bütün tədqiqatlarla tanış olmaq, bu sahədə bütün yeni bilikləri mənimsə-

mək vəzifəsini qarşıya qoyur. Yəni bütün sahələri dərindən mənimsəmək 

mümkün olmadığına görə, ixtisaslaşma labüd olur. Müəyyən bir fəaliyyət 

sahəsində çalışan adamların öz ixtisasına uyğun surətdə  mənimsəməli ol-

duğu zəruri, təməl biliklər qruplaşdırılır və onlar müəyyən ad altında ümu-

miləşdirilərək başqa biliklər qrupundan fərqləndirilir. Bu məxsusiləşmiş 

qrup tədricən yeni bir fənnin formalaşması üçün ilkin şərt olur. Daha sonra 

həmin sahəyə dair tədqiqat metodları da məxsusiləşir.   

                                                 

1

 Yenə orada. 




Bilik – Elm – Bilik 

 

 

 

49



Yəni elm sadəcə biliklər sistemi kimi başa düşülə bilməz. Bizi ma-

raqlandıran yalnız biliklərin deyil, həm də tədqiqatların vahid sistem halına 

gəlməsidir. Yəni ancaq yekun nəticələrin hansı isə əlahiddə bir müstəvidə 

sonradan birləşdirilməsi yox, elmi yaradıcılıq proseslərinin öz aralarında 

əlaqəsi və onun da öz növbəsində  məlum biliklər sistemi ilə bütöv bir 

şəbəkə halına gətirilməsidir. 

Əlbəttə, elmi biliklərin də öz sistemi vardır. Yəni pərakəndə elmi bi-

liklər müəyyən ümumiləşdirici ideyalar, nəzəriyyələr, təlimlər, metodoloji 

prinsiplər əsasında birləşdirilərək bir tam halına gələ bilər. Düzdür, bu hal-

da yenə də bütövlükdə elmi biliklər sistemindən yox, ancaq ayrı-ayrı fən-

lərdən söhbət gedə bilər. Yəni fizika sahəsində, kimya sahəsində və s. bü-

tün biliklər – bir-birini tamamlayan vahid, bütöv bir sistem halına salınır. 

Lakin hələ ki, müxtəlif fənlər öz aralarında rahatca toplana bilmir; arada 

məsafələr, böyük boşluqlar vardır ki, müəyyən sahələrdə inteqrasiya getsə 

də, başqa sahələrdə yaxınlaşmalar çox azdır. Lakin elm inkişaf etdikcə ya-

xınlaşmalar artır, yeni əlaqələndirici – fənlərarası elmlər yaranır. Əvvəlcə 

kibernetika, sonra sinergetika, bir tərəfdən, müxtəlif elm sahələrinin ara-

sında “boşluğu” doldurmaq, digər tərəfdən, yeni metodologiya statusunda 

çıxış etməklə elmlə metodologiya arasında sərhədləri götürmək missiyası 

ilə çıxış etdilər. Vaxtilə vahid fəlsəfədən ayrılmış elm sahələri yenidən fəl-

səfəyə yaxınlaşarkən belə metodoloji plasdarm yaradırlar. Elmin bütövləşə 

bilməsi üçün onun təməlində duran ideya daha ümumi, daha inteqrativ xa-

rakter daşımalıdır.  

Elmin fənlərə görə bölgüsü əslində çox qədimlərdən başlanmışdır. 

İlk bölgülərdən biri Ksenokrat tərəfindən verilmişdir. O, elmləri fəlsəfənin 

qolları kimi üç qrupa bölür: fizika, etika və məntiq.

4

1

 



 XIX əsrdə ən mükəmməl təsnifatlardan biri H.Spenserə məxsusdur. 

Onun “Elmlərin təsnifatı”

4

2

 əsəri bu gün də öz əhəmiyyətini saxlamaqdadır.  



Elmşünaslıqda ancaq elmi biliklərin və elmlərin (fənlərin) təsnifatı 

aparılır. Amma ilkin bilik bazası olmadan, heç bir sahə üzrə ixtisaslaşmış 

bilik əldə etmək mümkün deyil. Digər tərəfdən, bilik daha universal xarak-

ter daşıyır və elm adamı olmayan şəxslər də getdikcə daha çox bilik əldə 

                                                 

1

 Bax:  Дж.Диллон.  Наследники  Платона:  исследование  истории  Древней 



Академии. СПб, Изд-во Санкт-Петерб. Унив-та, 2005, с. 117-118. 

2

 Г.Спенсер.  Классификация  наук // Опыты  научные,  политические  и 



философские, с. 549-592. 


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə