Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə5/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   2   3   4   5   6   7   8   9   ...   281

Elm haqqında elm 

 

 



 

16

mizdə çox ləng gedir. Baxmayaraq ki, Azərbaycanda elmşünaslıqla bağlı 



tədqiqatların aparılmasına hələ 70-ci illərdən başlanılmışdı, müstəqillik 

dövründə bu sahədə  məqsədyönlü siyasət aparılmadığından “elmdə isla-

hat” işləri əsasən kortəbii və pərakəndə surətdə həyata keçirilmişdir. Ancaq 

Azərbaycan Respublikası Prezidentinin neft kapitalını intellektual kapitala 

çevirmək haqqındakı məşhur çağırışından sonra bu sahəyə diqqət artmış və 

ölkəmizdə elmşünaslığın inkişaf etdirilməsinə necə böyük ehtiyac olduğu 

üzə çıxmışdır.  

“Elm haqqında elm” kitabında biz, bir tərəfdən bu ehtiyacı ödəməyə, 

yəni elm haqqında, onun funksiyaları, inkişaf qanunauyğunluqları haqqın-

da məlumat verməyə, digər tərəfdən də bu sahədə çağdaş problemləri araş-

dıraraq, təkcə ölkəmiz üçün deyil, bütün dünya elmşünaslığı üçün aktual 

olan bir sıra mühüm məsələləri tədqiq etməyə çalışmışıq. Bu məqsədlə 

Qərb elmşünaslıq məktəbində əldə olunmuş nailiyyətlərlə keçmiş Sovetlər 

birliyində aparılan tədqiqatların nəticələrini birləşdirmək, habelə  Şərq el-

mi-fəlsəfi fikir ənənələrində bu məsələyə dair əhəmiyyətli sayıla biləcək 

ideyaları nəzərə almaq mövqeyindən çıxış etmişik. Belə ki, Qərb fəlsəfə-

sində elmin bir məntiqi-koqnitiv sistem kimi tədqiqinə geniş yer verilsə də, 

onun sosial aspektləri, texnika və istehsalla qarşılıqlı əlaqəsi məsələləri öz 

elmi-fəlsəfi ifadəsini marksizmdə daha çox tapmışdır. Texnika və texnolo-

giyanın elmi-fəlsəfi  əsaslarının Azərbaycanda çox az tədqiq olunduğunu 

və müasir dövrdə elm haqqında tam təsəvvür yaratmaq üçün bu sahələrin 

də  işıqlandırılması  zərurətini nəzərə alaraq, biz kitaba texnika və texniki 

biliklə bağlı olan, habelə sovet dövründə “elmi-texniki tərəqqi” və “elmi-

texniki inqilab” adı altında aparılan tədqiqatların əsas məzmununu da daxil 

etməyi məqsədəuyğun hesab etmişik. 

Müstəqil və müasir bir ölkə olaraq, Azərbaycanda elmi inkişaf etdir-

mək cəhdləri anlaşılandır. Yəni biz istəyirik ki, inkişaf edən iqtisadiyyatı-

mız, sənayemiz, kənd təsərrüfatımız və xidmət sahələrinin geniş şəbəkəsi 

ilə yanaşı, öz milli mədəniyyətimiz,  ədəbiyyatımız, musiqimizlə yanaşı – 

öz elmimiz də olsun. Və bu məqsədlə dövlət büdcəsindən də hər il xeyli 

miqdarda pul ayrılır, elmi tədqiqat müəssisələri fəaliyyət göstərir, kitablar 

çap olunur və s. Lakin elm spesifik bir sahədir. Hər ölkənin öz elmi ola bil-

məz. Həqiqi elmin subyektlərindən birinə çevrilmək üçün isə ilk növbədə 

elmin təbiətini, özünəməxsus cəhətlərini, “huyunu-xasiyyətini” bilmək la-

zımdır. “Elm haqqında elm” də məhz bu ehtiyacdan dolayı yaranmışdır. 



Giriş 

 

 

 

17



Müasir mərhələdə Azərbaycanda yüksək ictimai-iqtisadi inkişaf 

tempi, təbii ki, elmin də bu proseslərdə fəal iştirakının təmin edilməsi vəzi-

fəsini qarşıya qoyur. Digər tərəfdən, elmin funksiyalarını ancaq iqtisadi sə-

mərə ilə  məhdudlaşdırmaq olmaz. Elmin həm də humanitar missiyası  və 

dünyagörüşünün formalaşdırılmasında mühüm rolu vardır. Cəmiyyətdə nü-

fuzlu elm adamlarının, böyük intellekt sahiblərinin fikri nə qədər çox nəzə-

rə alınsa, bir o qədər yaxşıdır.  İndi çoxlu ictimai təşkilatlar, o cümlədən

elm və təhsil sahəsində beynəlxalq və milli elmi mərkəzlər, assosiasiyalar, 

fondlar, habelə, müxtəlif profilli akademiyalar yaradılır. Cəmiyyətdə ge-

dən proseslərdə istər-istəməz ictimai rəyin rolu artır və bu təşkilatlar onun 

formalaşmasına böyük təsir göstərirlər. Demokratik cəmiyyətdə sağıcı ilə 

alimin səsi bərabər olduğu kimi, belə təşkilatlar da bir hüquqi şəxs olaraq 

ictimai-siyasi proseslərə qatılmaq üçün eyni hüquqi imkanlara malikdir. 

Kapitalizm cəmiyyətinə doğru getdiyimiz üçün kapital öz qüdrətini bütün 

sahələrdə, o cümlədən, elm və təhsil sahələrində də göstərməyə başlamış-

dır. Lakin elm sahəsində kapitalın dövriyyə müddəti çox böyük olduğun-

dan, yeni yaranan burjuaziya elmi tədqiqat sahələrinə investisiya qoymaq 

barədə düşünmür. Əsl elmin əvəzinə, onun ancaq adından və nüfuzundan 

bəhrələnmək üçün psevdoelmi təşkilatlar və qurumlar yaradılır, elmi adlar 

altında cəfəng məzmunlu və ya çoxdan məlum olan biliklərdən ibarət qa-

lın-qalın kitablar buraxılır, müxtəlif cür elmi titullar, fəxri adlar, mükafat-

lar təsis edilir. Nəticədə kapital həqiqi elmin inkişafı üçün nə isə etməyə 

tələsməsə də, onu psevdoelmi mühitlə əvəz etməyə çalışır və müasir rek-

lam texnologiyasına söykənən zahirən zəngin, dəbdəbəli üz qabığının pa-

rıltısında itirib-batırır, gözəgörünməz edir. Kim isə ingilis dilini bildiyinə 

görə xarici ölkələrdən sertifikatla qayıdır, kim isə internetin imkanlarından 

istifadə edib yeni-yeni informasiyalarla əsl alimləri belə mat qoyur, kim isə 

sadəcə pulu olduğuna görə öz adına həmin bu informasiyaların tərcüməsin-

dən ibarət qalın-qalın kitablar buraxdırır. Kim isə yenə də sadəcə pulu və 

ya vəzifəsi olduğuna görə, heç ingilis dilini öyrənməsə də, heç internetdən 

istifadə edə bilməsə də, dolayısı ilə onlardan bəhrələnir, kim isə heç yeni 

informasiyadan da istifadə etmədən, başqalarının əməyi hesabına kitablar 

və dissertasiya işləri yazdırır və s. 

Sual oluna bilər ki, əgər indiki şəraitdə elmi-tədqiqat işinə heç kim 

maya qoymaq istəmirsə, bəs onda elmi adlara, titullara, müxtəlif “beynəl-

xalq” psevdoelmi təşkilatların, “akademiyaların” yaradılmasına və onların 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə