Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə35/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   31   32   33   34   35   36   37   38   ...   281

Elm haqqında elm 

 

 



 

94

üçün ənənəvi yaxınlaşma “metodudur”. Konfutsi deyir ki, ən mühüm bilik 



insanın nəyi bildiyini, nəyi bilmədiyini bilməsidir. Təəssüf ki, biz çox vaxt 

bilmədiklərimizi tamamilə unudur, görməzliyə vururuq. Sokratın məşhur 

“bircə onu bilirəm ki, heç nə bilmirəm” kəlamı sanki ancaq gəlişigözəl söz 

kimi, keçmişdə qalmış və müasir dövrün “bilik dağarcıqlarına” aid olma-

yan bir fikir kimi qəbul edilir. Halbuki, təkcə bir insan ömrü ərzində yox, 

bütün bəşəriyyətin neçə min illər ərzində öyrəndikləri və bildikləri də bil-

mədikləri müqabilində çox kiçikdir. Dərk olunmuş, yaxşı ölçülüb-biçilmiş 

(o da ancaq nisbi mənada) addımların  əhatəsi olduqca məhdud bir dairə 

daxilindədir. Bütün yerdə qalan dünya, sirli-sehrli olaraq qalır. Bütün bö-

yük sonsuz hadisələr çoxluğu və onların mürəkkəb, labirintli səbəbiyyət 

zəncirləri – çox mürəkkəb bir şəbəkə təşkil edir: insan idrakı bunların heç 

milyondan bir faizini də mənimsəməmişdir. Lakin bilmədiklərimiz bizə öz 

həyatımızı qurmaqda mane olmur; sanki onlar həqiqətən yox imiş. “Sağ-

lam şüur” və məntiq çərçivəsindəki sonlu “dünya”nın dünyalaşması və hə-

qiqi böyük dünyanın, tükənməzliyin, sonsuzluğun yoxlaşması prosesi ge-

dir! Hissə və tam “varlıq” və “yoxluq” kimi görünür; hissələr tamı görün-

məz edir. Tamın, bütövün görünməzliyi! Nizamın, qaydanın sonsuzluqda 

itməsi!  İdrak xaricində olanın üstəlik inam da olmayanda qaranlıqda qal-

ması, pərdələnməsi! Və bir də inam işığı! Bu işıq dərk olunanın sərhəd-

lərini genişləndirir.  

Əslində inamsız görünən imansızın bütün inam potensialı hissi 

təcrübə və praktik əql bölgəsində, dərk olunan, rasionallaşmış lokal dünya 

(psevdodünya, fani dünya) miqyasında toplanmış, konsentrasiya olunmuş-

dur və bu üzdən də  həqiqi dünyaya, böyük dünyaya, tükənməz, sonsuz, 

əbədi dünyaya işıq sala bilmir, özünü ilahi inam kimi ifadə edə bilmir.   

İnsan dünyanı dərk etmək iddiasındadır, halbuki ən kiçik bir hadisə 

haqqında da bildikləri dəryada bir damladır. Deməli, idrak prosesində kor-

təbii inam həlledici rol oynayır. Sanki insan özünü aldatmasa, gələcək ax-

tarışlar üçün ruh yüksəkliyi əldə edə bilməz. 

Əslində inam və idrak iki qütbdür ki, biri digərsiz yarımçıq olar. 

Amma bu qütblər eyni tərtibli deyil. Bu münasibət iki zirvə və ya iki dərya 

arasında yox, damla ilə dərya arasındakı münasibəti xatırladır. Üstəlik lo-

kal olanın dərki də inam sayəsində mümkün olur. Sonsuzluq isə idrak xari-

cində olduğundan ancaq inamın ixtiyarına verilir, yəni insan onu mənim-

səyə bilməsə  də, özünü onun öhdəsinə buraxır. Müxtəlif xalqlarda və 



Bilik – Elm – Bilik 

 

 

 

95



müxtəlif zamanlarda mühitin, arealın inam və idrak arasında bölüşdürül-

məsi müxtəlif nisbətlərdə olmuşdur. Birinin mütləqləşdirilməsi və digə-

rinin sıxışdırılması, çəpərlənməsi, hətta ümumiyyətlə  nəzərdən atılması 

xalqları ya mənəvi, ya da pozitiv-rasional inkişafdan geri qoymuşdur.  

İki ifrat qütb arasında insanların əksəriyyətinin, “normal insanların” 

qərar tutduğu ictimai mühit, cəmiyyət, dövlət yerləşir. Bu cəmiyyət adam-

larını Aristotel “ictimai canlı” adlandırır. Onun fikrinə görə, cəmiyyətdən 

kənarda ancaq ya zəif və mənəvi cəhətdən naqis olanlar, ya da çox güclü – 

fövqəlinsan olanlar qala bilərlər. Bu iki qütbün biri heyvanlığa, o biri ilahi-

liyə yönəlidir.

9

1

 Platon da insanın  əməli vərdişlərə  və ilkin biliklərə yiyə-



lənməsini, nitq və idrak qabiliyyəti əldə etməsini  ədalət və inam hissi ilə 

əlaqələndirir. Onun fikrinə görə, insanı heyvandan fərqləndirən bütün vər-

diş və qabiliyyətlərin, bütün əməli biliklərin təməlində dini hiss və Allaha 

inam dayanır. O yazır ki, müxtəlif sənətlərə insanların ayrı-ayrı qrupları yi-

yələnsə  də, həqiqət və  həya hissi bütün insanlarda olmalıdır; bunsuz cə-

miyyət mövcud ola bilməz.

9

2

 Beləliklə, insanı heyvandan fərqləndirən, 



bütün canlıların  əşrəfi edən, bir tərəfdən bilik və nitq, digər tərəfdən isə, 

mütləq inam və universal haqq-ədalət hissidir.   

Əmin ər-Reyhani bu iki qütb haqqında yazır: “Zəif və sıxışdırılmış 

xalqlar əsas etibarilə spiritual olurlar; güclü xalqlar isə materialist mövqe-

yə sahib olurlar. Birincilər, dini ideallara ümid bəsləyərək müəyyən ruhi 

yüksəkliklərdə uçur, hal-hazırda və daima öz süstlük və tənbəlliyinə bəraət 

qazandırmaq üçün görücü insan yaradırlar; o birilər isə maddi şeylər axta-

rır, öz xəzinələri üçün yer kürəsinin dərinliklərini oyur və dinamik gücləri 

keçilməz sterilliyə çatana və gözlənilməz, dəhşətli bir reaksiyada partlaya-

na qədər enməyə davam edirlər”.

9

3

 Birincilər real həyatın təməlindən ayrıl-



mağı, səmaya yüksəlməyi həyat tərzinə çevirməyə çalışır, ikincilər yerin 

dərinliyinə enməklə  də qalmır, bu dərinlikdə möhkəmlənməyə çalışırlar. 

Halbuki, hər bir insanın yer həyatı  və  səma həyatı, praktik fəaliyyəti və 

mistik təcrübəsi bir-birini sıxışdırıb çıxarmamalı, bir-birini tamamlama-

lıdır.  Əmin  ər-Reyhani bu iki ifrat halı belə müqayisə edir: “İnkişafı 

                                                 

1

 Аристотель. Политика // Сочинения в 4-х томах. Т. 4. М., Мысль, 1984, c. 378-379. 



2

 Платон. Протагор // Диалоги. Книга первая, М., Эксмо, 2007, c. 204. 

3

 Ameen F. Rihani. The path of Vision. Platform İnternational, Washington, D.C., 2008, 



c. 9. 


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə