Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə38/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   34   35   36   37   38   39   40   41   ...   281

Bilik – Elm – Bilik 

 

 

 

101



 

rasionallığa olan inamdır. Bu mənada rasionalizmin özünü, yəni məntiqin 

mütləqləşdirilməsini də  məntiqə  pərəstiş kimi, bir inam forması kimi gö-

türmək olar. Biz məntiqin prinsiplərini qəbul edirik. Niyə, nəyə görə bunu 

hamı dinməz-söyləməz qəbul edir? Bu nədir?  Əslində bu da inamdır... 

Həm də elə bir inam ki, heç müzakirəsinə ehtiyac duyulmur. 

Əvvəla, hissi təcrübədən alınan biliklərə sadəlövh realizm səviyyə-

sində bir inam var. İkincisi, bu yolla alınmış empirik biliklərin məntiqi təh-

lili və ümumiləşdirməsi sayəsində əldə edilən nəzəri müddəaların həqiqili-

yinə də bir daxili inam var ki, bu da əslində məntiqə olan inamdır. Bu, ra-

sional idrakı müşayiət edən bir inamdır. Bu yerdə – dini hissə münasibət 

kontekstində Con Lokkun əqlə üstünlük verən rasionalist konsepsiyası ya-

da düşür. O dini inama qarşı çıxmasa da, əqli və biliyi inamdan üstün tutur: 

«İnam heç vaxt bizi biliklərimizə zidd olan bir şeyə əmin edə bilməz».

1

1

 



Amma ümumiyyətlə insan idrakının hər iki pilləsində (hissi və rasi-

onal) qeyri-aşkar şəkildə iştirak edən inam özü də dövrün ümumi ab-hava-

sına, prioritet ümumi düşüncə üslubuna uyğun surətdə dəyişir. Kun termi-

nologiyası ilə desək, inam da paradiqmaya daxil olur və o dəyişiləndə, 

inam da dəyişir. Qaliley-Nyuton mexanikası üzərində köklənmiş bir dün-

yagörüşü həmin bu paradiqma çərçivəsində fəaliyyət göstərən bütün idraki 

prosedurların həqiqiliyini qəbul edir. Amma bu paradiqmanın yetişdirdiyi 

“normal elm adamının” Eynşteynin nisbilik nəzəriyyəsinə  və ona əsasla-

nan bütün sonrakı elmi prosedurlara inanmağı gəlmir. Ənənəvi düşüncədən 

kənara çıxan, fikirdə köklü, inqilabi dəyişiklik tələb edən nə varsa, hamısı 

şübhə ilə qarşılanır. Ta o vaxta qədər ki, bu yeni nəzəriyyə özünü təsdiq 

edir və ya başqa sözlə desək, özünə inam yaradır. Təsadüfi deyil ki, İ.La-

katos bu cür dəyişikliyi dini inamın dəyişilməsi ilə müqayisə edir.

1

2



 Daha 

doğrusu, Lakatos burada Kunun mövqeyini ifadə edir. K.Popper təliminin 

Kun tərəfindən tənqid olunan “sadəlövh falsifikasionizm”dən fərqli olaraq, 

başqa bir cəhəti – məhz elmi inqilablara biliyin inkişafında rasional 

rekonstruksiya kimi baxmaq təşəbbüsü isə müsbət qiymətləndirilir.

1

3



        

İnsan bildiyinəmi, yoxsa bilmədiyinəmi daha çox inanar? Əslində 

                                                 

1

Дж  Локк.  Избранные  философские  произведения.  В 2 –х  томах,  т.1,  М., 1960, 

с.671. 

2

 И.Лакатос. Наука: разум или вера? // Кун Т. Структура научных революций. М., 



АСТ, 2001, c. 275. 

3

 Yenə orada. 




Elm haqqında elm 

 

 



 

102


insan nəyi isə bilik kimi qəbul edirsə, deməli, ona inanır. Yəni onun doğru-

luğuna inanır. U.Ceyms yazır: «Praktik nöqteyi-nəzərdən bizim dərk olun-

maz obyektlərin mövcudluğuna inamımız bu obyektlər bizim idrakımız 

üçün əlçatan olsa idi, onlar haqqında biliklərimizə tam ekvivalentdir».

1

1

 Di-



gər amerikan filosofu C.Santayananın fikrinə görə, ümumiyyətlə heç bir 

obyekt haqqında bilik həqiqi ola bilməz. O da Platon kimi hissi təcrübədən 

alınan bilikləri rəy adlandırır və belə hesab edir ki, o, ancaq insanın inamı 

(belief) sayəsində bilik kimi dəyərləndirilir.  İnam güclü olanda, bilik 

ehkama çevrilir.

1

2



 Təsadüfi deyildi ki, C.Santayana hər hansı bir biliyi nisbi 

hesab edir və onu ehkamlaşdırılmasını «heyvani inam» adlandırır. 

Söhbət nisbi biliyin nə  dərəcədə  həqiqətə uyğun olmasından gedir. 

Axı, bilik şübhə ilə əkizdir. Hüseyn Cavid nahaq demirdi ki, “mərifət nuru 

şübhədən parlar”.

1

3



 Yaxud Dante deyir: “Şübhə  mənə heç də bilikdən az 

həzz vermir”. Öyrənmək, bilmək, dərk etmək yolu ilə mütləq həqiqətə çat-

maq mümkün deyil. Nəyi isə öyrəndikcə problemlər azalmır, əksinə, artır, 

yeni suallar ortaya çıxır. Amma öyrənməyə  cəhd etməsən, araşdırmasan, 

sual da çıxmır, şübhə də yaranmır. Təsadüfi deyil ki, “düşünürəmsə, demə-

li, varam”, – deyən Dekartdan neçə  əsr  əvvəl Avqustin “şübhələnirəmsə, 

deməli, varam”, – deyirdi.

1

4



  

Əslində elmi skeptisizm həqiqətə çatmağın mühüm şərtlərindən, va-

sitələrindən biridir. Təsadüfi deyildir ki, K.Popper hər hansı bir müddəanın 

təkzib olunma imkanını elmiliyin mühüm şərtlərindən biri kimi irəli sürür-

dü.

1

5



 İ.Lakatosun da vurğuladığı kimi, biliyin intellekt vasitəsi ilə əsaslan-

dırılması  həmişə sual altında olmuşdur.

1

6

  Hələ  qədim yunan fəlsəfəsində 



skeptisizm artıq bir metodoloji prinsip kimi formalaşmışdı.  

Bəli, şübhəçilik elmi idrakın zəruri komponentlərindən biridir. Lakin 

idrak xaricində, nəyi isə dərk etməyə heç cəhd belə göstərmədən ona inan-

maq və ya inamsızlıq göstərmək tamamilə başqa bir şeydir. Biz burada el-

mi skeptisizmdən deyil, mənəviyyat müstəvisində inamsızlıqdan danışırıq.  

                                                 

1

 У.Джеймс. Многообразие религиозного опыта. М., 1993, c. 51. 



2

 Д.Сантаяна. Скептицизм и животная вера. СПб., 2001, c. 7. 

3

 Hüseyn Cavid. İblis // Seçilmiş əsərləri. Bakı, Çaşıoğlu, 2004. 



4

 ААвгустин. Исповедь. Москва: Канон+, 1997, с. 320. 

5

 K.Поппер. Логика и рост научного знания. Избранные работы. М., 1983, c. 379. 



6

 И.Лакатос. Наука: разум или вера? c. 273. 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə