Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə40/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   36   37   38   39   40   41   42   43   ...   281

Elm haqqında elm 

 

 



 

106


olmadan, sadəcə hədislərlə, öyüd-nəsihətlə inkişaf edə bilməz. Bax, islam 

belə idrak baryeri ilə üzləşib. Ona görə  də, sonradan elm və texnologiya 

sahəsində inkişaf dayanıb. 

Həqiqi islam sadə olmalıdır, mərasimlərdən uzaq olmalıdır və insa-

nın intellektual potensialının inkişafına, yaradıcılığının həyata keçirilmə-

sinə geniş meydan açılmalıdır. Mən burda sufiliyin məqamlarından istifadə 

etməyin tərəfdarıyam. Başqa çox faydalı yollar da var, əgər absurda 

çatdırmasalar. Amma çatdırıblar. Tərki-dünyalığa, asketizmə aparıb çıxa-

rıblar. Halbuki, insan sadəcə öz nəfsini idarə edə bilirsə, bu o demək deyil-

dir ki, o mütləq tərki-dünya olmalıdır.  

Burada incə bir məqama diqqət yetirmək tələb olunur. Bir var, islam 

dini – şəriət kimi, həyat tərzi kimi, praktik məsələlər və rasional məqamlar 

kimi, bir də var, islam dini – məhz din kimi, inam kimi. Bunlar fərqli 

şeylərdir. Düzdür, Qurani-Kərim bunların hər ikisini ehtiva edir. Amma, 

bunları eyniləşdirmək olmaz. İslamda inamla, yəni dini mahiyyətlə yanaşı 

sosial məzmun da var. Digər dinlərdə sosial məzmun bir o qədər də ön 

plana çıxmır. Nə sosial, nə hüquqi məqamlar, demək olar ki, yoxdur.  

İndi bütün, vəzifə bundan ibarətdir ki, dinlə elmin münasibətində iki 

fərqli cəhəti qarışıq salmayaq. Birincisi, məsələyə Qurani-Kərimin elmə 

münasibəti mövqeyindən yanaşmaq, ikincisi isə Qurani-Kərimdə elmi 

müddəaların olub-olmaması aspektindən yanaşmaqdır. Mənim ən çox xo-

şuma gəlməyən  şey Quranda müasir tələbşünaslığa aid elmi müddəaların 

axtarılması  cəhdləridir. Bir çoxları belə hesab edirlər ki, bununla Qurana 

hörmət gətirirlər. Əlbəttə, Quranda elmi müddəaların axtarılması  tədqiqat 

baxımdan maraqlıdır. Lakin ona dəyər verən heç də bu

 

müddəalar deyil.  



İnam təkcə dindən ibarət deyil. İnamın formaları çoxdur; müxtəlif 

tipli ideologiyalar, o cümlədən, ateizmin özü də bir inamdır. Tamam başqa 

inam formaları da var. Prinsipcə biz onlara da din deyə bilərik. Bu şərti 

şeydir. Yəni, inam üzərində qurulan şeyə o zaman din kimi baxmaq olar ki, 

sonradan onun real tərəfdarları olur, cəmiyyətdə, ictimai proseslərdə da-

vam edir. Məhdud miqyasda olan inam cərəyanları müntəzəm sürətdə 

yaranır da, keçib gedir də. Amma, bunlar dinə çevrilmirlər. Dünya dinləri 

böyük miqyaslı hadisələrdir. Amma məsələni belə də qoymaq olar ki, çox-

lu sayda lokal dinlər olsun. Hər şey yanaşmadan asılıdır.  

Bir şey qəti aydındır ki, bütün dinlər inam üzərində qurulur. Din ra-

sional fikir üzərində, yaxud elm üzərində qurulmur. Digər tərəfdən, dinin 



Bilik – Elm – Bilik 

 

 

 

107



 

ictimai miqyası böyük olsa da, heç də bütün insanlar həqiqi dindar deyillər. 

Həqiqi böyük dindar olan çox az adam tapa bilərsən ki, mütləq inam möv-

qeyindən çıxış etsin, onu qeyri-adi bir hissiyyatla, vəhy məqamında duy-

sun. Bu özü də gərək ilahi qüdrətdən insana verilmiş olsun. Verilməyibsə, 

bu cür adamlar, adi adamlar – istər yazıçı olsun, istər akademik olsun, – 

kim olur-olsun, onlar hər şeyə rasional baxımdan yanaşırlar. Bu adamlarda 

bütöv, böyük duyğu yoxdur. Olmadığına görə  də onların dinə inanması 

asan deyil. Ola bilsin ki, biz onları inandırmaq üçün Quranda olan elmi bi-

likləri göstərək. Deyək ki, burada elə şeylər var ki, onları sənin heç başbi-

lənin də bilmirdi, amma min il əvvəl onlar bu kitabda göstərilmişdi və s. 

Yeri gəlmişkən, indi bu sahədə çox kitablar yazılır, çox «tədqiqatlar» apa-

rılır… Belə ki, inanmayan şəxslərə dini ancaq rasional yolla izah etmək 

olar. Lakin belə «inandırmaq» bizə lazımdırmı? Bunu ölçüb-biçmək 

gərəkdir… 

Əlbəttə, cəmiyyətdə, dünyada, islama qarşı təzyiqlər olduğu bir za-

manda ola bilsin ki, biz islam dininin rasional baxımdan da üstün olmasını 

göstərək. Hesab edirəm ki, burada elə böyük qəbahət olmaz. Amma biz 

qəlbən bilməliyik ki, məhz buna görə inanmırıq, həqiqəti çatdırmaq üçün 

sadəcə bu yoldan da istifadə edirik. Bizim özümüz isə, bundan asılı olma-

dan ilkin bir şərt kimi mütləq mövqedən çıxış edərək inanırıq. Yəni həqiqi 

dindar adamın inamı elmi müddəalar və rasional idrak üzərində qurula 

bilməz. 

Əslində elm heç də tamamilə məntiq üzərində qurulmayıb. Düzdür, 

məntiqlə, induktiv metodla, aposterior biliklər əsasında qurulan konseptual 

sistemlər çoxluq təşkil edir. Amma bir də aksiomatik sistemlər var. Bütün 

aksiomatik sistemlər – aksiomatika inam üzərində qurulub. Məsələn, hara-

dan müəyyən edilib ki, bu paralellər kəsişmir və s. Bunlar hamısı inam 

üzərində qurulub. Elm inamsız keçinə bilməz. Yəni xalis məntiq üzərində 

elmin özünü də qurmaq mümkün deyil. Yeni elmi ideyalar təkcə hafizə və 

məntiq sayəsində  əldə oluna bilsə idi, bunu hamı edərdi. Məlum bilikləri 

mənimsəmək adi bir şeydir, yenilik gətirmək isə yaradıcılıq prosesidir. 

Burada  şəxsiyyətin mənəvi durumundan, emosional vəziyyətindən, daxili 

enerjisindən çox şey asılıdır. Yaradıcı  şəxs intuisiya qabiliyyətinə malik 

olmalıdır. Başqalarının adi, standart baxışla görə bilmədiyini duymaq, sez-

mək və məhz bu sezginin sahəsində kəşf etmək iqtidarında olmalıdır. Ya-

radıcı şəxsin bir ayağı yerdə, bir ayağı göydə olur. Daha doğrusu, o, intel-



Elm haqqında elm 

 

 



 

108


lektlə yerə bağlı olduğu qədər də sevgi ilə göyə bağlı olmalıdır. Böyük hə-

qiqətlər kəşf məqamında açılır. İlahi bilgilər isə vəhylə verilir. Vəhy məqa-

mı kəşf məqamından da yüksəkdir. 

 Doğrudan da, inamla rasional düşüncənin münasibətləri çox mü-

rəkkəbdir. Biz bu məsələni ancaq müəyyən rakursda nəzərdən keçiririk.  

 Gerçəkliyin rasional analizinə din heç bir məhdudiyyət qoymur. 

Ən yaxşısı budur ki, dinlə elm, inamla idrak ayrılsın. Bunlar bir-birinə qa-

rışmasın. Dinlə elm nəinki qarşılaşdırılmamalı, həm də eyniləşdirilməməli-

dir. Eyniləşdirmək qarşılaşdırmaqdan daha böyük günahdır. Dinlə elmin 

qarşılaşdırılması həmişə ziyanlı olub. Əgər islamın elmin inkişafına ləngi-

dici təsiri olubsa, bu ona görə olub ki, islamla elmi eyniləşdiriblər.  

İslamın elmə münasibəti iki cür şərh olunur. Birincisi, bizim başa 

düşdüyümüz mənada elm, ikincisi isə dini kitab mənasında elm. Doğrudan 

da, islamda kifayət qədər dəlillər var ki, elm məhz birinci mənada qəbul 

edilməlidir. Dönə-dönə qeyd edilir ki, təbiətin, yerin və göyün yaradılışın-

da insan üçün dərk olunması gərək olan ayətlər vardır. Və bunun üçün in-

san ona verilən əqli imkandan istifadə etməlidir. Amma dinlə elm, yenə də 

vurğulamaq istəyirəm ki, eyniləşdirilməməlidir. Bəli, Quranda rasional yo-

zumlu elmi fikirləri nə qədər desən tapmaq mümkündür. Onların bir qismi 

sonradan elmin inkişafı nəticəsində təsdiqini tapıb və s. Amma, onlar Qu-

ranın mahiyyəti deyil. Mahiyyət məhz bütövlükdə insana bütün digər yara-

dılmışlardan fərqli olaraq dünyanı dərk etmək imkanının verilməsidir. İn-

sana ağlından istifadə etmək tövsiyə olunur, başqa sözlə desək, öz idrakına 

inam təlqin olunur.    

Belə bir sual meydana çıxır ki, məbədə aparmasına inanmadığımız 

rasionallıq bizə lazımdırmı?  

Məsələ burasındadır ki, rasionallıq heç zaman məbədə apara bilməz. 

Rasional düşüncə bir adamın miqyasında olan proses olsaydı, bu mümkün 

idi. İnanan insan eyni zamanda rasional düşüncəyə malik olan insan olsay-

dı, inamı bir çıraq kimi qarşısına qoyub dalınca gedərdi. Amma rasional 

idrak, elm sosial prosesdir. Bir insanın həyatı ilə tamamlanan proses deyil. 

Neçə-neçə nəsillərin əvəzlənməsindən, onların düşüncəsinin, fəaliyyətinin 

toplanmasından meydana çıxır. Bu prosesə inamı olanlar da qatılır, inamı 

olmayanlar da. Və onun nailiyyətlərindən inamlılar da bəhrələnir, inamsız-

lar da. Dindarlar da, ateistlər də, yəni eyni bir atomun kəşfindən atom 

bombası da yaranır, atom istilik stansiyası da. Elmin, idrakın nailiyyətləri 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə