Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə42/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   38   39   40   41   42   43   44   45   ...   281

Elm haqqında elm 

 

 



 

112


daha təkcə elm adamları deyil, həm də istehsal müəssisələrinin sahibkarları 

və onların mənafeyini müdafiə edən dövlət özü maraqlı olur. 

Cəmiyyət elmi məhz onun praktik istifadə imkanlarına görə inkişaf 

etdirir, bu məqsədlə müxtəlif sosial institutlar fəaliyyət göstərməyə başla-

yır. Elm getdikcə daha çox dərəcədə  fərdi hadisədən və ya kiçik qruplar 

miqyasından böyük sosial sistemlər miqyasına keçir, ümumcəmiyyət hadi-

səsinə çevrilir. 

Elm dövlət miqyasında təşkil olunmuş ictimai hadisə kimi formalaş-

mazdan qabaq da elmi fəaliyyət var idi. Ayrı-ayrı adamlar bu zaman elmlə 

öz daxili mənəvi ehtiyaclarını ödəmək üçün məşğul olurdular. Qədim yu-

nanların bəziləri elmlə məşğul olsa da, onun tətbiqi ilə, praktik məsələlərlə 

məşğul olmağı özlərinə yaraşdırmır mənsub olduqları yüksək ictimai təbə-

qənin əxlaqi meyarlarından çıxış edirdilər. Nəzəri fikir sahiblərinin təcrü-

bəyə həqarətli münasibəti o dərəcədə kəskin idi ki, məsələn, Aristotel qadı-

nın dişlərinin sayının kişininkinə nisbətən az olduğunu iddia etmiş, lakin 

onları saymağı heç ağlına da gətirməmişdir. Aristotelin törəmə nəzəriyyəsi 

və sürətin qüvvə ilə mütənasib olması haqqındakı  nəzəri müddəası da nə 

onun özü tərəfindən, nə də xələfləri tərəfindən yoxlanmamış, iki min ildən 

artıq kor-koranə surətdə qəbul edilmişdir. 

Orta əsrlərdə elmin geri qalması, sxolastika hüdudlarını keçə bilmə-

məsi onun praktika ilə əlaqəsinin zəifliyindən irəli gəlir ki, bu də o dövrün 

ümumi mənəvi atmosferi, hakim əxlaq normaları ilə izah olunmalıdır. Kü-

bar ailədən çıxmış adamlar bu cəmiyyətin mənəvi meyarlarına uyğun ola-

raq praktik məsələlərlə  məşğul olmağı özlərinə  sığışdıra bilmirdilər. Bu 

dövrdə ixtiralar da çox vaxt “təhsil görməmiş və hakim sxolastikanın təsi-

rinə düşməmiş sadə işçilər, sənətkarlar tərəfindən edilirdi”.

1

1

 Kübar cəmiy-



yətin nümayəndələri  əmək adamlarına yuxarıdan aşağı baxdıqları kimi, 

məqsədəuyğun əməli fəaliyyətin məhsulu olan yeniliklərə də həqarətlə ba-

xırdılar.  İnsan ağlının açdığı yolları keçmədən, birbaşa mənəvi yetkinlik 

zirvəsinə çatmaq əxlaqı ağıldan nəinki yüksək tutmaq, hətta ona qarşı qoy-

maq,  əməli fəaliyyətdən ayrılmış abstrakt etiketləri yaratmaq və bunları 

mütləqləşdirmək – aristokratiyanın mənəvi və sosial süqutunun əsas səbəb-

lərindəndir. Orta əsrlərdə hökm sürən cəngavərlik psixologiyası və aristo-

krat mənəviyyatının rasional biliyə və praktikaya münasibəti Don Kixotun 

                                                 

1

 В.И. Вернадский. Избранные труды по истории науки. М., 1981, с.84-85. 




Bilik – Elm – Bilik 

 

 

 

113



 

yel dəyirmanına münasibətində öz əksini obrazlı surətdə çox gözəl 

tapmışdır. 

Aristokratiya tərəfindən qəbul edilməyən praktik elm burjuaziyanın 

mənəvi xüsusiyyətlərinə  və maddi ehtiyaclarına tamamilə uyğun gəlirdi. 

Elmin məhz kapitalizm cəmiyyətində intensiv surətdə inkişaf etməsinin

bütöv sosial sistem kimi formalaşmasının əsas səbəblərindən biri də məhz 

bu idi. 


İntibahla açılan Yeni Dövr ilk çağlarda antik mədəniyyətin yenidən 

canlanması təsirini bağışlasa da, tezliklə burjua mədəniyyətinə qapı rolunu 

oynadı. Kapitalizm cəmiyyəti mənəvi etalonlarla təcrübi biliyin, ağlın qar-

şılaşdırılmasında ikinci qütbü seçdi; ülvi toxunulmaz olan heç bir hiss, heç 

bir əxlaqi norma ilə hesablaşmadan rasional düşüncənin, empirik elmin aç-

dığı geniş yola çıxdı və sürət götürdü. Mənəvi meyarla elmi-praktik meyar

hissi ilə rasional arasındakı ziddiyyət indi də ikincilərin mütləqləşdirilməsi 

nəticəsində  kəskinləşməyə başladı, adət-ənənənin hökmranlığı öz yerini 

pulun, iqtisadi amillərin hökmranlığına verdi. Uzaqgörən adamlar bu zid-

diyətdə Avropanın süqutunun başlanğıcını gördülər. Rasional düşüncəyə, 

elmi-praktik fəaliyyətə və onun gətirdiyi yeniliklərə düşmən münasibətdən 

irəli gələn Don Kixot faciəsi mənəvi saflığa, insanın hisslərə etinasızlıqdan 

irəli gələn burjua faciəsi ilə əvəz olundu. Əlbəttə, burada yenə də bədii ob-

raza müraciət etmək yerinə düşərdi. Lakin Don Kixotun faciəsi təbii real 

olsa da, kapitalizm cəmiyyətinin və burjua təfəkkür tərzinin ziddiyyətləri 

bir burjua fərdiyyətinin faciəsində tam mənası ilə ifadə oluna bilmir. Təkcə 

ona görə yox ki, böyük faciələr yalnız zəngin mənəviyyatlara sığışa bilər, 

həm də ona görə də ki, burjuaziyanın utilitar-praktik təfəkkür tərzi əslində 

onun bütün nailiyyətlərinin başlıca hərəkətverici qüvvəsidir. Nəyi isə qur-

ban vermədən nəyə isə nail olmaq mümkün deyil. Burjua cəmiyyətinin sə-

naye sahəsindəki sürətli yürüşü də orta əsrlərin mənəvi-əxlaqi normalarını 

tapdayıb keçmək hesabına mümkün olmuşdu. 

Kapitalizm cəmiyyətinin müəyyən mənada mütərəqqi xarakter daşı-

dığı ilk əsrlərdə onun məhsuldar qüvvələrin inkişafı üçün açdığı geniş im-

kanlar və bu imkanları şərtləndirən yeni təfəkkür tərzi, təbii ki, həmin döv-

rün fəlsəfi fikrində də öz əksini tapmışdı. Bununla yanaşı, biliklərin utili-

tar-praktik istifadəsinə üstünlük verən bu yeni təfəkkür intibah dövrünün 

düşüncə tərzi simasında həm də mənəvi sələfə malik idi. İntibah dövrünün 

mənəviyyatı feodal cəmiyyətinin təfəkkür tərzindən köklü surətdə fərqlən-



Elm haqqında elm 

 

 



 

114


məklə  bərabər, antik dövrün mənəviyyatını da sadəcə  təkrar etməyərək, 

praktik fəaliyyətə münasibət məsələsində ona nisbətən xeyli qabağa get-

mişdi. 

Məhz intihab dövründə elm ilə praktikanın qarşılıqlı əlaqəsinə olan 



zərurət tam mənası ilə dərk edilmiş, onların bir-birini tamamlamasına dair 

dahiyanə fikirlər söylənmişdi. Özünün çoxsahəli şəxsi fəaliyyəti ilə fəlsəfə 

və incəsənətin, elm və praktikanın vəhdətinə parlaq nümunə olan Leonardo 

da Vinçi tərcübəni dəqiq biliyin atası hesab edir, praktikadan doğmayan 

elmləri əsassız və qüsurlu sayırdı. Böyük mütəffəkir, eyni zamanda elmin 

də praktika üçün mühüm şərt olduğunu nəzərə alaraq yazırdı: “Elmsiz 

praktikaya aludə olan adam gəmini sükansız və kompassız idarə etmək is-

təyən kapitana bənzər; o hara üzdüyünü özü də bilməz”.

1

1

 



Yeni dövr fəlsəfəsində elminmi praktika üçün, praktikanınmı elm 

üçün həlledici olmasına dair sual intibah dövründə qərarlaşmış olan vahid 

mövqeyi haçalanmasına gətirib çıxardı. Daha doğrusu, elmin praktika üçün 

rolunun qiymətləndirilməsində yekdillik əldə olunsa da, praktikanın, təcrü-

bənin elmin inkişafında rolu iki müxtəlif mövqedən  şərh edilməyə 

başlandı. 

F.Bekon tərəfindən əsası qoyulan birinci istiqamət–empirizm fəlsə-

fəsinə görə, hər cür elmi bilik yalnız təcrübə yolu ilə, praktikadan əldə edi-

lə bilər. Antik dövrdə və Orta əsrlərdə təcrübəyə olan böyük etinasızlıqdan 

sonra ona belə xüsusi diqqət verilməsi əlbəttə, təqdirəlayiq hadisə idi. La-

kin F. Bekon və onun davamçıları şüurun fəal xarakterini nəzərə almır, in-

tuisiyanın idrakda rolunu araşdırmırdılar. Daha dəqiq məlumat əldə etmək 

üçün təcrübəni təkmilləşdirmək tələbi irəli sürüldüyü halda, bu təcrübənin 

nəticələrini zəka işığında nəzərdən keçirmək tələbi qoyulmurdu və əksinə, 

zəkaya həqiqi bilik əldə edilməsi üçün maneə kimi baxılırdı. F.Bekon ya-

zırdı: “...Zəkaya qanad yox, qurğuşun bağlamaq lazımdır ki, onun sıçrayış 

və uçuşunun qarşısını almaq mümkün olsun”.

1

2



 Zəkanın özü insanın bütün 

əvvəlki təcrübələrinin yekunu kimi, onun mənəvi və maddi həyatının 

vəhdətindən hasil olan nəticə kimi qəbul edilmirdi. 

R.Dekart və onun davamçıları olan rasionalist filosofların mövqeyi-

nə görə isə, ayrı-ayrı təcrübi faktlardan çıxış edərək qəti və ümumi hökm-

                                                 

1

 Леонардо да Винчи. Избранные произведения. Т.1, М.-Л., 1935, с. 53. 



2

 Ф. Бэкон. Сочинения: в двух томах, т. 2, М., 1972, с. 76. 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə