Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə44/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   40   41   42   43   44   45   46   47   ...   281

Bilik – Elm – Bilik 

 

 

 

117



 

fikirlərin ictimailəşməsinə və ümumictimai hadisə olan elmin yaranmasına 

xidmət edir. 

İnsanın  əqli qabiliyyətlərinin ilk inkişafı isə yalnız məqsədəuyğun 

əməli fəaliyyətin, əməyin nəticəsidir. Gerçəkliyə fəal, dəyişdirici münasi-

bət bəsləmədən, təkcə seyr sayəsində hadisələrin,  şeylərin mahiyyətini 

dərk etmək, dünyanın sirlərinə bələd olmaq mümkün deyil. Deməli, zəka 

seyrlə yanaşı, həm də əməli fəaliyyətin məhsuludur. 

İnsanın ağlı, düşüncə qabiliyyəti nə qədər çox inkişaf etsə, gerçəklik 

haqqında o qədər dəqiq, düzgün bilik əldə edir, hiss orqanlarının verdiyi 

zahiri məlumatla kifayətlənməyərək daxili, sabit, zəruri əlamətləri üzə çı-

xarır, ümumilərin nə dərəcədə əlaqəli olduğunu öyrənir. Ayrı-ayrı konkret 

hadisələr, təkcələr arasındakı  əlaqə adi şüur səviyyəsində  də üzə  çıxarıla 

bilər, elmi bilik isə, Feyerbaxın dediyi kimi, ümumilər arasındakı əlaqəni 

əks etdirir. 

Biliklərin əsasında əməli fəaliyyət dayansa da, bilik də öz növbəsin-

də fəaliyyət meydanını genişləndirməyə xidmət edir. Lakin hər bir konkret 

fəaliyyət üçün müəyyən konkret biliklər tələb olunur. Esxil deyir ki, əsas 

məsələ çox bilməkdə deyil, lazım olanı bilməkdədir. Bizim kristalloqrafiya 

müəllimimiz, görkəmli alim Xudu Məmmədov öyrədirdi ki, alim olmaq 

üçün yadda saxlamaqdan daha çox, yaddan çıxarmağı bacarmaq lazımdır. 

Başqa sözlə, elmi fəaliyyət biliyə seçki ilə yanaşılmasını, müəyyən bir fik-

rin, ideyanın aydınlaşması, kristallaşması üçün zəruri olan ən mühüm bi-

liklərin ön plana çəkilməsini, xüsusi müstəviyə köçürülməsini tələb edir. 

Fikrin müəyyən problemə fokuslanmasına mane olan, həmin anda “yaddan 

çıxarılmalı” olan biliklər isə başqa bir problemin həlli zamanı ön plana 

çəkilir və s. 

Çox pulu olan, lakin ondan istifadə etməyi bacarmayan adamlar ol-

duğu kimi, çox biliyi olan, lakin lazım gəldikdə onu saf-çürük edərək mü-

əyyən istiqamətə yönəldə bilməyənlər də var. Çox bilmək hələ alim olmaq 

deyil. Elmi xidmət hər bir alimin ümumi bilik xəzinəsindən nə qədər pay 

götürməsi ilə deyil, bu xəzinəyə nə qədər pay verməsi ilə müəyyən olunur. 

Yuxarıda qeyd etdiyimiz kimi, biliklər iki yerə bölünür. Bilavasitə 

insanların maddi fəaliyyətinə xidmət edən biliklər (əməli biliklər) olduğu 

kimi, ancaq aralıq mərhələ vasitəsi ilə tətbiq olunan biliklər də vardır. “İn-

sansızlaşdırılmış” dünyanın obyektiv qanunauyğunluqlarını  əks etdirən 

koqnitiv biliklərdən praktikada istifadə etmək üçün bir fərdi fəaliyyət miq-



Elm haqqında elm 

 

 



 

118


yasından kənara çıxan xüsusi sosial mexanizm, xüsusi qüvvə tələb olunur. 

Deməli, yeni bilik əldə etmək insanın güc-qüvvəsini öz-özünə artırmır. 

Əksinə bu biliyin qüvvəyə çevrilməsi üçün ilkin qüvvə, xüsusi maddi 

vəsait, fəaliyyət lazımdır. 

Bəzən maddi fəaliyyət imkanı  məhdud olduqda, güc-qüvvə çatma-

dıqda insanın  ən nəcib arzu və niyyəti həyata keçməmiş qalır. Müdrik 

adam gücsüz olduqda dünyadakı ahəng pozuntularını duyur, dərk edir, am-

ma onları aradan qaldıra bilmir. Dünyanı məqsədəuyğun şəkildə dəyişmək 

üçün nə etmək lazım olduğunu bilir, lakin buna qüvvəsi çatmır. Bu, müd-

rik adamın faciəsidir. Başqa birisinin isə maddi imkanı, gücü-qüvvəsi var, 

lakin nə etmək lazım olduğunu bilmir, daha doğrusu, onun lazım bildiyi əsl 

həqiqətdən çox uzaqdır. Buna baxmayaraq, güclü olan “haqlı” çıxır. Bu – 

nadan adamın xoşbəxtliyidir. 

Orta əsr Şərq fəlsəfəsində müdrik adamın faciəsi nadanın xoşbəxtli-

yindən üstün tutulur. Maraqlıdır ki, bu ideya əxlaqi baxımdan deyil, həm 

də ümumiyyətlə faydalılıq baxımından irəli sürülür: “Bilik əməlsiz də fay-

dalı ola bilər, halbuki biliksiz (elmsiz) əməlin faydası yoxdur”. Burada bi-

liyin, elmin təkcə  məhsuldar qüvvə yox, həm də sosial-mədəni sərvət ol-

ması fikri çox gözəl ifadə olunmuşdur. Elmə arxalanmayan fəaliyyətin 

puçluğu ideyası Füzulinin məşhur misralarında öz poetik tərənnümünü 

belə tapmışdır: 

 

Elmsiz şeir əsası yox divar olur, 



Əsassız divar qaətdə bietibar olur. 

 

Şərq fəlsəfəsi hər bir işin elm, bilik əsasında görülməsini zəruri sa-



yır. Yüz ölçüb bir biçmək hikmətini əsas götürür. Zira güclə görülə bilmə-

yən işlər bilik və fərasətlə görülə bilər. Əl-Qəzali yazırdı: “Fəlsəfənin həqi-

qi məqsədi xoşbəxtliyə aparan yolu göstərməkdir ki, o da elm və  əməlin 

birləşdiyi nöqtədən keçir”.

1

1

 



Sual oluna bilər ki, elm ilə əməl arasındakı əlaqənin həlli kimi mü-

hüm bir problem orta əsr Şərqində düzgün həll olunmuşdusa, bəs nəyə gö-

rə sonrakı dövrlərdə Şərq ölkələri elmi-texniki tərəqqi sahəsində geri qal-

dı? 


Nəzərə almaq lazımdır ki, əvvəla,  Şərqdə elm, bilik dedikdə daha 

                                                 

1

 Yenə orada. 




Bilik – Elm – Bilik 

 

 

 

119



 

çox dərəcədə humanitar sahələr: fiqh, əxlaq nəzəriyyəsi, didaktika və s. nə-

zərdə tutulurdu. “İnsansızlaşmış” dünyanın deyil, insan dünyasının öyrə-

nilməsinə üstünlük verilirdi. Məhz bu cəhət elmlə, fəlsəfə ilə poeziyanın 

məqsədini yaxınlaşdırdığından çox vaxt sinkretik formalar yaranır, fəlsəfi 

və elmi fikirlər də poeziyada ifadə olunurdu. Poeziya fikri insana bila-



vasitə  çatdırmaq üçün çox əlverişli idi. Təbiət haqqındakı fikirləri, zehni 

bilikləri əməli fəaliyyətə tətbiq edərək təbiət qüvvələrinin praktik istifadəsi 

şəklində insanların ixtiyarına vermək başqa cür düşüncə tərzi tələb edirdi. 

O dövrdə elm, əlbəttə, müstəqil surətdə  də inkişaf edir, elmi trak-

tatlar yaranırdı. Lakin belə əsərlər də tətbiq üçün vasitə olmaqdan daha çox 

özlüyündə  dəyərə malik olan müstəqil bir sərvət kimi qiymətləndirilirdi. 

Elm bir növ özü özünün məqsədinə çevrilmişdi. 

Əməl dedikdə isə ilk növbədə insanın insani fəaliyyəti: əxlaqi key-

fiyyətləri, özünü insanlar arasında necə aparması, mövcud cəmiyyətdə qə-

rarlaşmış olan mənəvi normalara nə dərəcədə əməl etməsi nəzərdə tutulur-

du. Anlayışın əhatə dairəsi məhdudlaşdırılmışdı. 

Şərq fəlsəfəsi alimi-biəməlləri ifşa edir və yalnız o adamları həqiqi 

mənada müdrik hesab edir ki, sözü ilə əməli düz gəlsin. Təsadüfi deyil ki, 

Sədi öz dediklərinə əməl etməyən alimi əlində çıraq gəzdirən kora bənzə-

dir. Elm nuru ilk növbədə alimin öz mənəvi dünyasını işıqlandırmalı, onun 

əməllərinə düzgün istiqamət verməlidir. 

Lakin bəşəriyyətin keçdiyi tarixi yol əslində elm və biliyin əxlaqla, 

insani keyfiyyətlərlə çox az əlaqədar olduğunu isbat etmişdir. İnsan nəinki 

ümumiyyətlə elmlərə, hətta etikaya, əxlaq haqqındakı biliklərə  nə  qədər 

mükəmməl yiyələnirsə-yiyələnsin, bu hələ onun real əxlaqı haqqında, 

insani keyfiyyətləri haqqında heç nə demir. İnsanı tərbiyə etməyin yolları 

daha mürəkkəbdir. O dövrdə isə (bəzən elə indi də) elm, bilik əxlaqi-mənə-

vi kamilliyin əsas açarı hesab edilirdi.  

XI  əsrdə yazıb-yaratmış böyük türk şair-mütəfəkkiri Balasaqunlu 

Yusif öz poemasını biliyin vəsfinə həsr etmişdir. “Seçilmiş adamlar biliklə 

fərqlənirlər”,

1

1

 – deyən şair, alimlərə böyük qiymət verir.  



Y.Balasaqunlunun “ağıl və bilik” anlayışlarına münasibəti böyük 

maraq doğurur.  Şərqdə  ağla həmişə böyük qiymət verilmiş, ağıllı olmaq 

şərəf hesab olunmuşdur. Amma Balasaqunlu deyir ki, adam nə qədər ağıllı 

                                                 

1

 Yusif Balasaqunlu. Qutadğu bilig. Bakı, Avrasiya press, 2006, s. 152. 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə