Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə47/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   43   44   45   46   47   48   49   50   ...   281

Elm haqqında elm 

 

 



 

128


Necə ki, bulaq qaynayır və getdikcə artan sular axıb dağ çaylarına 

çevrilir, həm təsərrüfatda istifadə olunur, həm də axıb hansı isə bir göldə 

və ya dənizdə qərar tapır, eləcə də elmi yaradıcılıq prosesi çağlayan bulağa 

bənzədilsə, alınan biliklər qismən istehsalatda, təsərrüfatda tətbiq olunur 

və bununla yanaşı elmi biliklər sisteminə, bilik anbarına qatılaraq gələcək 

tətbiqlərini gözləyir. K.Popper belə obyektivləşmiş biliklər sistemini “bad-

ya” və ya “üçüncü dünya” adlandırır. Daha ümumi şəkildə elmi biliyin 

saxlanma formalarından söhbət gedir. Amma sual olunur ki, hansı model 

bunları elm sisteminə daxil etməyə imkan verir? Belə ki, elm dedikdə an-

caq elmi yaradıcılıq və yeni elmi biliklərin alınması prosesini nəzərdə tut-

saq, elmin nəticələri, obyektivləşmiş elmi biliklər və onların tətbiqi, reali-

zasiyası və s. bu kimi məsələlər elmə daxil olmayacaqdır.  

Elmin hansı miqyasda öyrənilməsi “elm” anlayışının hansı mənada 

götürülməsindən, elm sisteminə hansı struktur səviyyəsinin daxil edilmə-

sindən asılıdır. Belə ki, əgər ancaq müstəqim mənada elmdən, yəni elmi 

yaradıcılıq prosesindən, yeni elmi biliklərin əldə edilməsindən, elmi kəşf-

lərdən danışırıqsa, onda elmin həm məntiqi-epistemoloji, həm də sosial 

sistem kimi həcmi minimal olacaqdır. Burada ancaq yaradıcı elm adamla-

rının, elmi yeni ideyalarla zənginləşdirən alimlərin fəaliyyəti əhatə oluna-

caqdır. Lakin ilkin elmi biliklər bazası olmasa, elmi kadrların yetişdirilmə-

si prosesi, yəni elmə yönəli təhsil olmasa, cəmiyyətin elmə sosial sifarişi, 

elm ilə istehsal arasında körpü olmasa, yüksək dərəcədə təchiz edilmiş la-

boratoriyalar və zəngin kitabxanalar olmasa heç bir yaradıcı alim tədqiqat-

la məşğul ola bilməz, yeni elmi kəşflər baş verməz. Deməli, elm sisteminin 

həcmi ilk baxışda göründüyündən daha genişdir, təkcə yerdən qaynayan 

bulaq yox, bu suyun yığılıb artması və çaylardan, dənizlərdən buxarlanaraq 

buludlarda toplanması  və daha sonra yağaraq torpağı islatması bütöv bir 

dövri proses kimi baş tutmasa, bulaq da daha yerin təkindən qaynaya bil-

məz. Əlbəttə, elmin dövri proses kimi nəzərdən keçirilməsinin suyun döv-

ranı ilə müqayisəsini davam etdirsək, belə bir məqam da diqqəti cəlb edir 

ki, yağış bilavasitə bulağa, çaya və dənizə də tökülür, amma bunlar su döv-

ranının üzdə görünən qatıdır. Yağış suyu ilə bulaq suyu eyni deyil və onun 

hasil olması üçün su ancaq yerin dibindən süzülərək və minerallarla zən-

ginləşərək qayıtmalıdır. Məlum biliklərin mənimsənilməsi üçün də nisbə-

tən məhdud bir dövri sistem yetərlidir. Yəni biliklər hansı formada və sə-



 

Elm və onun inkişaf yolu 

 

 

 

129



 

viyyədə  mənimsənilirsə, həmin forma və  səviyyədə  də başqalarına 

ötürülür.  

Yeni biliklər  əvvəlkiləri sadəcə  mənumsəmək, sistemləşdirmək və 

yenidən qablaşdırmaq hesabına əmələ gələ bilməz. Nə isə yeni bir ideya-

nın, qanunun, təlimin yaranması üçün onun insan daxili aləminin dərin qat-

larından keçərək yeni məzmun və mahiyyətdə üzə  çıxması  tələb olunur. 

Burada yenə  də dövri prosesin iki müxtəlif qatından danışmaq mümkün-

dür. Biri – problemin insanın intellektual dünyasından keçərək işıqlanması, 

o biri – kosmik düşüncə sisteminə qatılaraq işıqlanmasıdır. Daha böyük bir 

dövri prosesin iştirakçısına çevrilmək və bunun sayəsində problemə kos-

mik zəkanın işığında baxmaq, məlum biliklərin məntiqi təhlili və ümumi-

ləşdirməsi ilə deyil, ilham və  vəcd məqamlarında bilavasitə  mənimsəmə 

yolu ilə yeni biliklər qazanmaq. Bu zaman  dövri prosesin dərinlik dərəcəsi 

qeyri-müəyyən olur, çünki rasional idrakın hüdudlarından kənara çıxır.  

İndiyəqədərki elmşünaslıq elmi məhz rasional idrak hüdudlarında 

araşdırmış  və müvafiq dövri prosesin sosial strukturunu təhlil etmişdir. 

Lakin istər təhsil sistemi ilə, istərsə də sənaye və ya xidmət sahələri ilə or-

taq sahələrin məhz hansı sistemə aid olması məsələsi açıq qalmışdır.   

Elmin müstəqil bir sahə kimi institutlaşması, yoxsa təhsil sisteminin 

və ya istehsal sahəsinin strukturunda yer alması onun daxili məzmununa 

təsir etməsə  də, tədqiqatların yönünə və xarakterinə təsir göstərir. Funda-

mental, yoxsa tətbiqi elmlərə üstünlük verilməsi müvafiq sosial struktur və 

təşkilati birlik formaları tələb edir. Universitetlərin nəzdində əsasən funda-

mental elmlərə üstünlük verildiyi halda, biznes strukturlarının, istehsal mü-

əssisələrinin strukturunda tətbiqi elmlər üstünlük təşkil edir. Başqa sözlə 

desək, elmin məzmunu ilə onun təşkilati forması arasında bir uyğunluq 

olur. Ona görə  də, elmin daha optimal təşkili üçün əvvəlcə onun təkcə 

epistemoloji müstəvidə deyil, həm də sosial müstəvidə öyrənilməsi la-

zımdır.  

Elm anlayışının tədqiqi, elmin bir sistem kimi nəzərdən keçirilməsi, 

onun inkişaf qanunauyğunluğunun öyrənilməsi son dövrlərdə xüsusi 

aktuallıq kəsb etmişdir ki, bu da elmin sosial və iqtisadi rolunun müqayisə 

olunmaz dərəcədə artması ilə əlaqədardır.  

Təbii ki, bu sahədəki tədqiqat elə ilk mərhələdən sistemli xarakter 

daşıya bilməzdi və buna ehtiyac da olmamışdı. Bu sahənin tədqiqinə  hər 

dəfə elmin və elmi inkişafın bu və ya digər cəhətini öyrənmək zərurəti 



Elm haqqında elm 

 

 



 

130


yaranarkən, qarşıya çıxan cari tələblərin xüsusiyyətlərinə spesifikasiyasına 

uyğun olaraq müraciət edilmişdir. Buna görə də müxtəlif aspektlərdəki təd-

qiqatlar genetik əlaqə ilə birləşməmişdir və xeyli dərəcədə rabitəsiz xarak-

ter daşıyır. Bununla belə, hələ yeganə bütöv tədqiqat şəbəkəsi formalaşma-

sa da, bu sahədəki mövcud elmi işləri bir neçə başlıca tədqiqat istiqa-

mətində qruplaşdırmaq olar; elmin tarixi, metodoloji, sosioloji, iqtisadi, 

qnoseoloji və s. aspektlərdəki tədqiqi, həmçinin onun planlaşdırılması  və 

proqnozu probleminin öyrənilməsi – hər biri ayrılıqda nisbi müstəqil tədqi-

qat sahəsi kimi götürülə bilər. Bu sahələrdən hər birinin inkişafı da nisbi 

qapalı  çərçivə daxilində  həyata keçir və digər aspektlərdəki tədqiqatlarla 

yalnız zahiri tellərlə bağlana bilər.  Əslində isə bütöv sistem təşkil edən 

elmin və elmi inkişaf prosesinin müxtəlif aspektlərdəki tədqiqi də bütöv və 

sistemli xarakter daşımalıdır. Zira ayrı-ayrı diferensial tədqiqatların 

istiqamətləndirilə bilməsi üçün tədqiqat predmeti haqqında vaxtaşırı da 

olsa bütöv təsəvvür əldə edilməsi vacibdir. 

Məhz buna görədir ki, son vaxtlarda elmin müxtəlif aspektlərdə öy-

rənilməsindən alınan nəticələri vahid tədqiqat sahəsində – «elmşünaslıq» 

(yaxud «elm haqqında elm») adı altında birləşdirməyə çalışırlar.  

Elmşünaslıqda daxili tamlıq əldə edilməsi üçün əsas şərt metodoloji 

əsasların hazırlanması  və başlıca fəlsəfi problemlərin həllidir. Çünki elə 

konkret məsələlər vardır ki, ümumi fəlsəfi təsəvvür əldə etmədən onların 

həlli qeyri-mümkündür. V.A.Dmitriyenko məhz belə hallardan birini nəzə-

rə alaraq yazır: «Elmin tabe olduğu qanunauyğunluqları aydınlaşdırmadan 

onun idarə olunması problemini həll etmək ağlasığmazdır»; ona görə  də, 

nə  qədər ki, elmin inkişaf qanunları  dəqiqləşdirilməyib, onun idarə olun-

ması və planlaşdırılması da tamamlanmamış qalacaq».

1

1

 



Müasir dövrdə elmin mahiyyətini və inkişaf qanunauyğunluğunu 

müəyyənləşdirmək zərurəti bütün aydınlığı ilə hiss olunsa da, problem öz 

ümumi həllini hələ də tapmamışdır. Bununla belə, elmin müxtəlif konkret 

cəhətlərinin müəyyənləşdirilməsi, onun inkişaf xüsusiyyətlərini əks etdirən 

çoxlu məlumatlar toplanması qısa dövrdə böyük nailiyyətdir. 

Tədqiqat işlərinin bir hissəsi (zahirən fəlsəfi aspekt) bilavasitə elmin 

mahiyyətinin öyrənilməsinə yönəldilmişdir. Lakin bu tədqiqatlar elmin 

                                                 

1

 В.А.Дмитриенко.  Об  общих  закономерностях  развития  науки. «Учение  записи 



Томского госуниверситета. Проблемы методологии и логики наук». Томск, 1969, с.5. 


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə