Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə55/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   51   52   53   54   55   56   57   58   ...   281

 

Elm və onun inkişaf yolu 

 

 

 

153



 

görünüşü memarın yaradıcı qabiliyyətindən asılı olur. Eynilə elmdə də ya-

radıcılıq müxtəlif miqyaslı ola bilir. Bununla belə qeyri-yaradıcı xarakterli 

işlər üstünlük təşkil edir. 

Alimi vaxt aparan qeyri-yaradıcı işdən azad etmək və elmi fəaliyyəti 

intensivləşdirmək zərurəti bu fəaliyyətdə EHM-dan istifadə edilməsinə gə-

tirib çıxardı.  Əgər elmi fəaliyyət bütövlükdə yaradıcı xarakter daşısaydı, 

onda bu sahədə EHM-ı  tətbiq etmək mümkün olmazdı. Kompüter yalnız 

şablon təfəkkürü əvəz edə bilər

1

1



. Burada fikrin gedişini proqramlaşdırmaq 

mümkündür. Yaradıcı elmi fəaliyyəti isə alqoritmləşdirmək mümkün deyil. 

Elmi fəaliyyətin yaradıcı  və qeyri-yaradıcı elementlərinin tutuşdu-

rulması onların elmin strukturunda yerini müəyyənləşdirmək, spesifik cə-

hətlərini üzə çıxarmaq imkanı verir. Lakin elmi fəaliyyətin bu cür müqayi-

səli təhlili onun elm sistemində yerini təyin etmək üçün kifayət etmir. Bu 

məqsədlə elmi fəaliyyətin həmçinin sosial strukturunu da açmaq lazım gə-

lir. Nəzərə almaq lazımdır ki, elmi fəaliyyət ayrı-ayrı xırda kommunikasi-

ya miqyaslı prosedurların özünəməxsus birləşmələrindən ibarət olan kifa-

yət qədər mürəkkəb bir prosesdir. Ümumiləşdirilmiş elmi fəaliyyəti öyrən-

mək üçün əvvəlcə elmi fəaliyyətin konkret proseslərinin strukturunu araş-

dırmaq lazımdır. . 

Bəs bütöv bir proses olan ictimailəşdirilmiş elmi fəaliyyəti ayrı-ayrı 

aktlara ayırmaq mümkündürmü? Belə olduqda prosesin həqiqi görünüşü 

təhrif olunmazmı? Bu problemin sonrakı təhlili elmi fəaliyyətin tədqiqinə 

bu cür yanaşmanın daha səmərəli olduğunu göstərir. Nəticəsiz elmi axta-

rışlardan fərqli olaraq elmi tədqiqatın hər bir dolğun, bitkin prosedurunun 

nəticəsində ən ümumi elmi biliyi zənginləşdirən hansısa yeni bir bilik əldə 

olunur. Tədqiqatın davamı elmi fəaliyyətin yeni dövrəyə aid olur. Elmi fə-

aliyyətin yeni dövrənin fərqli bir şəraitdə başqa qrup alimlər tərəfindən də 

aparılması mümkündür. Deməli, elmi fəaliyyətin hər bir konkret halqası 

təkcə problemin qoyuluşu, müəyyən elmi nəticənin  əldə edilməsi kimi 

məntiqi-qnoseoloji parametrlərlə

1

2



 yox, həmçinin digər sosial parametrlərlə 

də xarakterizə olunur. 

                                                 

1

 Bax:  Эдвард  де  Боно.  Рождение  новой  идеи:  о  нешаблонном  мышлении.  М., 



«Прогресс», 1976. 

2

 Bütöv bir proses olan ən ümumi elmi fəaliyyətin ayrı-ayrı prosedurlarının qeyd edil-



məsi nisbi, şərti olduğundan, bu prosedurun əvvəli və sonu da nisbidir. Məqsəd hansısa 


Elm haqqında elm 

 

 



 

154


Elmi fəaliyyətin diskret xarakteri tarixi tədqiqat fonunda daha aydın 

görünür. 

İnkişafının ilk mərhələlərində elm hələ bütöv, qlobal bir xarakter da-

şımırdı. Vahid elm yox idi. Onun əvəzinə elmi fəaliyyətin ayrı-ayrı növlə-

rinin xaotik toplusu mövcud idi. Vahid sosial sistem kimi elm yalnız infor-

masiyanın ötürülməsi üsullarının inkişaf səviyyəsi elmi nailiyyətləri cə-

miyyət miqyasında yaymaq imkanı verdikdən, elmi fəaliyyətlə istehsalatın 

tələbləri arasında müntəzəm yekdil əlaqələr yarandıqdan sonra formalaş-

mışdı. 

İlk elmi işlər ayrı-ayrı alimlər tərəfindən bir-birindən təcrid olunmuş 



formada aparılırdı. Buna görə  də elmi fəaliyyət ayrı-ayrı alimlərin 

fəaliyyəti  şəklində mövcud idi. Elmi fəaliyyətin proseduru bir alim 

tərəfindən icra edilirdi. Elmi fəaliyyətin sosial strukturuna görə sadə bir 

proseduru elmin tarixi inkişafının ilk mərhələsi üçün səciyyəvi idi. Elmin 

sonrakı inkişaf mərhələlərində elmi fəaliyyətin konkret prosedurlarının 

həyata keçirilməsi prosesinə getdikcə daha çoxlu sayda elmi işçilər cəlb 

edilirdi. Son dövrlərdə alimlərin beynəlxalq  əməkdaşlığı sayəsində bu 

prosesin ən ümumi miqyasda həyata keçiriləcəyi istisna olunmur. 

Miqyasından asılı olmayaraq, elmi fəaliyyətin hər bir dolğun, nisbi 

bitkin prosedurunu üç mərhələyə ayırmaq olar: 

1) elmi tədqiqat üçün hansısa ibtidai (ilkin) məlumatlar tələb olunur. 

Onlar ideal (əvvəlki elmi tədqiqatların nəticələri) və maddi (eksperiment 

vasitələri, hesablayıcı maşınlar və b.) şəkildə ola bilər. Başqa sözlə, elmi 

fəaliyyətin ilk mərhələsi elmi aparatla tanış olmanı  və eksperimentin 

hazırlanmasını nəzərdə tutur; 

2) ibtidai (ilkin) məlumatlar  əsasında sonrakı  tədqiqat aparılır. Bu 

tədqiqat həm nəzəri, həm də eksperimental xarakterli ola bilir. Elmi fəa-

liyyətin bu mərhələsi bir elmi işçi və ya, yuxarıda qeyd etdiyimiz kimi, 

qrup tərəfindən həyata keçirilə bilər. Hər bir konkret halda elmi tədqiqat 

müəyyən nəticəni əldə edənədək davam edir; 

3) hər bir ayrıca halqanın başa çatdırılması üçün əldə olunmuş nəticə 

nəşr edilməli və elmin özündə  və ya digər fəaliyyət sferalarında tətbiq 

olunmalıdır. Əks təqdirdə əldə olunmuş nəticə elmə çıxışı olmadığına, icti-

                                                                                                                

yeni bir biliyi əldə etmək deyil. Bu bilik, bir tərəfdən, elmi fəaliyyətin növbəti 

prosedurunun başlanğıcıdırsa, digər tərəfdən, praktiki tətbiqin əsası ola bilir.  




 

Elm və onun inkişaf yolu 

 

 

 

155



 

mailəşdirilmədiyinə görə, öz mənasını itirir. 

Elmi fəaliyyətin bu mərhələlərindən hər birinin öz strukturu var. 

Lakin “elm” sistemi haqqında elementar təsəvvürləri  əldə etmək üçün 

onları ayrılıqda təhlil etməyə ehtiyac yoxdur. 

Fikrimizcə, elmin tarixi məhz elmi fəaliyyətin tam dövrənin ilk dəfə 

realizə olunduğu vaxtdan başlayır. Elmi fəaliyyətin ayrı-ayrı elementləri, 

hissələri hələ eramızdan  əvvəl həyata keçirilsə  də,  əldə edilmiş biliklər o 

zaman praktika ilə qovuşmurdu. Elmi fəaliyyətin tam dövrəsi tamamlan-

mırdı. “XVIII əsr  əvvəlki tarixin dağınıq  şəkildə, təsadüf formasında 

mövcud olan bütün nəticələrini bir yerə  yığıb onların daxildən bir-birinə 

çəlpəşməsinin zəruri olduğunu göstərdi. İdrakın saysız-hesabsız xaotik mə-

lumatları nizama salınıb səbəbiyyət əlaqəsinə gətirildi; bilik elmə çevrildi 

və elmlər bir tərəfdən fəlsəfə, digər tərəfdən də praktika ilə qovuşaraq bit-

kinliyə yaxınlaşdı”

1

1



Elmin inkişaf səviyyəsi bu və ya digər tarixi mərhələdə elmi fəaliy-

yətin xarakteri, elmi idrakın metodları, biliyin toplanması  və saxlanması 

metodları, informasiyanın ötürülməsi üsulları və s. ilə şərtlənir. 

Yuxarıda qeyd etdiyimiz kimi, elmin inkişafında ilk əsas mərhələ 

bütövlükdə cəmiyyət çərçivəsində vahid elmin formalaşması mərhələsidir. 

Elmin inkişafında keyfiyyətcə ikinci əsas irəliləyiş elmi biliyin vəhdətinə 

nail olmaq səyləri olmuşdur. Empirik elmdən nəzəri elmə tarixi keçid 

məhz bu proses sayəsində baş vermişdi. F.Engels yazırdı: “Empirik təbiət-

şünaslıq o dərəcə böyük miqdarda müsbət material toplamışdır ki, hər bir 

ayrıca tədqiqat sahəsində bu materialı sistematik və öz daxili əlaqəsinə uy-

ğun surətdə qaydaya salmaq lap qəti bir zərurət olmuşdur. Habelə ayrı-ayrı 

bilik sahələri arasında düzgün əlaqə yaratmaq da eyni dərəcə  zəruri bir 

vəzifə olmaqdadır. Lakin təbiətşünaslıq bu işlə məşğul olduqda nəzəriyyə 

sahəsinə girmiş olur...”

1

2



 

Öz növbəsində elmin nəzəri səviyyəsinin meydana gəlməsi elmlərin 

inteqrasiyasına səbəb olurdu. 

Beləliklə, elmi fəaliyyətin sosial və  məntiqi-qnoseoloji rakurslarını 

nəzərə alaraq onun strukturunun təhlili elm sisteminin dinamik təbiətini 

                                                 

1

 Маркс К., Энгельс Ф. Соч. т.1. s. 599.  



2

 Engels F.Təbiətin dialektikası. B., 1966. s.25 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə