Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə58/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   54   55   56   57   58   59   60   61   ...   281

 

Elm və onun inkişaf yolu 

 

 

 

161



 

tirə bilərdi. V.A.Lektorski yazır: “Elmlər sistemi içərisində insan proble-

mindən danışarkən etiraf etmək lazımdır ki, insan haqqında vahid termin 

hələ yoxdur; olsa-olsa mozaik, bir-birilə heç də həmişə əlaqələnməyən təd-

qiqatlardan söhbət gedə bilər. Biz hələ indi-indi üzərində insan haqqında 

gələcək elmi qurmaq üçün vahid ümumi əsaslar yaratmağa cəhd göstəri-

rik”.

1

1



 Doğrudan da, bu sahədəki elmi tədqiqatların inkişaf dinamikasının 

izlənməsi göstərir ki, sistem bütövləşmədən parçalanır. “Şəxsiyyət” prob-

lemi ayrılaraq fəlsəfə, sosiologiya və psixologiyanın kəsişmə xəttində nisbi 

müstəqillik kəsb edir.

1

2

 Amma bu sahə  də bütövləşmədən parçalanır və 



bəzi istiqamətlər, məsələn, “şəxsiyyətin psixologiyası”, nisbi müstəqil 

fənn, yaxud Lakatosun termini ilə desək, tədqiqat proqramı kimi 

formalaşır.

1

3



  

Antropologiya artıq çoxdandır ki, müstəqil bir fənnə çevrilmiş  və 

hətta onun öz daxili tədqiqat istiqamətləri də nisbi müstəqillik əldə etmiş-

dir. Düzdür, indi insanı  cəmiyyət və  mədəniyyət rakurslarında nəzərdən 

keçirən sahələr sosial-kulturoloji antropologiya fənnində birləşir.  İnsanı 

fiziki varlıq kimi öyrənən sahələr – fiziki antropologiyada, daha geniş 

planda, ruh və bədənin vəhdəti kimi öyrənən sahə isə – fəlsəfi antropologi-

ya adlanır. Amma bu sahələr özü də bir tərəfdən, təmərküzləşərək vahid 

antropologiya elmini təşkil etsə də, bu düyündən daha geniş  şəbəkəli bu-

daqlanma gedir və çoxlu sayda konkret antropoloji fənlər yaranır: linqvis-

tik, koqnitiv, tarixi, iqtisadi, siyasi, hüquqi və s. antropologiyalar.

1

4



 Düzdür, 

Azərbaycanda və azərbaycanlı oxucuların bələd olduğu Rusiya mətbuatın-

da sosial (kulturoloji) antropologiyaya aid məsələlər  əsasən “kulturologi-

ya” adı altında araşdırılır, amma son vaxtlarda dünyada qəbul olunmuş 

təsnifata uyğun olaraq antropologiya terminindən də istifadə olunur və bu 

                                                 

1

 В.А.Лекторский.  Человек  как  проблема  единого  исследования // Человек  в 



системе наук. Отв. ред. И.Т.Фролов. М., Наука, 1989. 

2

 Э.В.Ильенков. Что же такое личность? // С чего начинается личность. М., Полит-



издат, 1983;  В.И.Толстых. Человек человечества // С чего начинается личность. М., 

Политиздат, 1983;  Л.Хьелл,  Д.Зиглер.  Теории  личности.  СПб., «Питер»,  1997; 



К.С.Холл,  Г.Линдсей.  Теории личности.  М., «КСП+»,  1997;  Психология  личности.  В 

2-х томах. Самара, Изд. Дом. «Бахрах», 1999. 

3

 Д.Фейдимен, Р.Фрейгер. Теория и практика личностно-ориентированной психо-

логии.  Сост.:  Р.Р.Кашапов.  М.,. 1995 Г.Айзенк.  Структура  личности.  М., «КСП+», 

1999; В.Райх. Анализ личности. М., «КСП+», 1999.  

4

 



U

unesdoc.unesco.org/images/0008/000829/082946eb.pdf

H

  



Elm haqqında elm 

 

 



 

162


adda kitablar da yazılır.

1

1



 

Yaxud təhsil sisteminin cəmiyyətdə yerinin və özünəməxsus 

funksiyalarının öyrənilməsi sosial fəlsəfənin və sosiologiyanın predmetinə 

aiddir. Təhsil sistemində idarəetmə  məsələləri menecmentin sahələrindən 

biridir. Təhsilin maddi-texniki baza ilə təmin olunması, təhsil müəssisələri-

nin infrastrukturunun formalaşdırılması, təhsilin maliyyələşdirilməsi və s. 

bu kimi problemlər də əslində iqtisadiyyatın predmetinə daxildir.  

Beləliklə, təhsilin fəlsəfəsi, təhsilin sosiologiyası, təhsil menecmen-

ti, təhsilin iqtisadiyyatı və s. bu kimi nisbi müstəqil tədqiqat sahələri for-

malaşır ki, bunlar da müstəqil bir elm olmayaraq fəlsəfə, sosiologiya, 

menecment və iqtisadiyyat fənlərinin strukturuna daxildir. Lakin bütün bu 

tədqiqatlar başqa bir en kəsiyində, məhz təhsil ön plana çəkildiyi təqdirdə

nisbi müstəqil bir fənnin – təhsilşünaslığın tərkib hissələri kimi də 

nəzərdən keçirilə bilər. 

Elmin özü də müxtəlif fənlərin, tədqiqat istiqamətlərinin kəsişmə sa-

həsindəki düyünlərdən biridir. Biz elmin tarixi, sosiologiyası, iqtisadiyyatı, 

metodologiyası, fəlsəfi və epistemoloji rakursları haqqında artıq danışmı-

şıq. Hətta məhz elmin tədqiqi ilə əlaqədar yaranmış yeni sahələrdən bəhs 

etmişik. Bu da “elm” hadisəsinin özünün də bir düyün halına gəldiyinə də-

lalət edir. Ümumiyyətlə, hər bir anlayış müəyyən bir konsepsiya hüdudun-

da istiqaməti və yönü bəlli olan vektorial kəmiyyətdir. Başqa konsepsiyala 

daxil olduqda onun istiqaməti mütləq dəyişməlidir. Yəni anlayışın daşıdığı 

informasiya onun modulunu, kontekstlə  əlaqəsi isə istiqamətini müəyyən 

edir. Konkret bir təlimin tərkibində daxil olduğu əlaqələr sistemi anlayışı 

müəyyən bucaq altında yönəltdiyindən, bir kontekstdə işlənən eyni (eyni-

mi?) bir anlayış başqa kontekstdə yenidən yönləndirilməlidir. Bu, yüklü 

zərrəciyin daxil olduğu sahənin intensivliyinə və istiqamətinə uyğun olaraq 

köklənməsini xatırladır.  

İstənilən əhəmiyyətli bir hadisə və müvafiq anlayış elmin inkişafının 

müəyyən mərhələsində problemə – düyünə çevrilə bilər və bu düyünün ye-

tişməsindən yeni tədqiqat istiqamətləri yarana bilər. Yəni hər bir anlayış 

                                                 

1

 Bax,  məs.:  В.Феллер.    Введение  в  историческую  антропологию.  Опыт  решения 



логической проблемы философии истории. М., КНОРУС, 2005; Э.А.Орлова. Культур-

ная  (социальная)  антропология.  М.,  Академический  проект, 2004; C/Wulf.  Tarihsel 

Kültürel Antropoloji. Ankara, Dipnot, 2004; Л.Вольтман. Политическая антропология. 

М., Белые альвы, 2000.  




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə