Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə59/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   55   56   57   58   59   60   61   62   ...   281

 

Elm və onun inkişaf yolu 

 

 

 

163



 

potensial düyün olmaqla  fənlərarası problemə çevrilə bilər. 1988-ci ildə 

YUNESKO tərəfindən qəbul olunmuş  fənlərin nomenklaturasında

1

1



 indi 

çox aktual olan bir sıra tədqiqat istiqamətlərinin müstəqil elm sahəsi kimi 

göstərilməməsi  əslində onların məhz fənlərarası statusu ilə  əlaqədardır. 

Həmin təsnifatda ekologiya, sinergetika, kulturologiya kimi adlara rast gəl-

məsək də, onları bu və ya digər konkret tədqiqat istiqamətinin sistemaltı 

kimi görmək mümkündür. Son illərin bəzi təsnifatlarında isə bu sahələr 

müstəqil elm kimi göstərilir və  şaxələnmə onların öz içərisində gedir. 

Məsələn, “insan ekologiyası” bir sistemaltı kimi “insan biologiyası”nın, 

“heyvan ekologiyası” – “zoologiya”nın içərisinə daxil edilmiş, ayrıca eko-

logiya adında elm isə göstərilməmişdir.

1

2

    



Müasir kimyada maddənin quruluşu ilə bağlı müxtəlif struktur sə-

viyyələrinin hər birində fizika tətbiq olunmağa başlamışdır. Yəni kimya 

problemlərinin araşdırılmasında riyazi və fiziki biliklərin və qanunauyğun-

luqların tətbiq olunması əvvəlcə fiziki kimyanın, daha sonra riyazi kimya-

nın və nəhayət kvant kimyasının nisbi müstəqil fənlər kimi formalaşmasına 

gətirib çıxarmışdır.  Ənənəvi kimya məsələlərinin daha dərindən və  dəqiq 

tətbiq olunması onların fiziki problemlər müstəvisinə keçirilməsi ilə nəti-

cələnir. Amma XIX əsrdə O.Kont kimyəvi və fiziki problemlər arasında 

həmişə bir sərhəd olduğu qənaətində idi və kimya məsələlərinin fizikalaş-

dırılmasının əleyhinə çıxış edirdi. Hətta XX əsrdə akademik B.M.Kedrov 

da ona haqq qazandıraraq fizika ilə kimya arasında fərqlərin guya obyektiv 

təbiətə malik olduğunu iddia edir. Amma zaman keçdikcə tarixən kimyaya 

aid olan məsələlər getdikcə daha çox dərəcədə fizikanın predmetinə daxil 

olur. Başqa sözlə desək, fiziklər kimyanın bölgəsinə daxil olaraq, sanki 

onu özününküləşdirməyə çalışırlar. Amma elmlərin bir-birinə nüfuz etməsi 

qaçılmaz prosesdir və ortaq sahələrdə yeni-yeni fənlər və ixtisaslar yara-

nır.

1

3



 T.Kun belə hesab edir ki, hər bir yeni fənnin yaranması ancaq müva-

fiq paradiqmanın yaranması sayəsində mümkündür.

1

4

 Amma fizikada elə 



nəzəriyyələr var ki, onlar bir fənnin çərçivəsindən kənara çıxaraq bir çox 

fənlərə təsir göstərirlər. Doğrudan da, hər bir normal elm sanki bir paradiq-

                                                 

1

Bax: S.Xəlilov. Elmşünaslığa girişBakı, Azərbaycan Universiteti, 2010, s. 331. 



2

 Yenə orada. 

3

   Ю.И.Соловьев,  В.И.Курашов.  Химия  на  перекрестке  наук:  Исторический  про-



цесс развития взаимодействия естественнонаучных знаний.  М., Наука, 1989. стр. 71. 

4

 Т.Кун. Структура научных революций. М., АСТ, 2001, стр.226-227. 




Elm haqqında elm 

 

 



 

164


manın ətrafında yaranır. Yeni paradiqmaya keçid Kuna görə, elmdə inqilab 

kimi dəyərləndirilir. Halbuki, yeni paradiqma həm də yeni fənn üçün baş-

lanğıc rolu oynaya bilər. Yəni nəyi isə inkar etmədən, elmi əvvəlki inkişaf 

trayektoriyasından döndərmədən, başqa bir səmtdə  də inkişafın təməlinin 

qoyulması prosesi gedir. Bu mənada düyün nöqtələri iki cür olur. Birincisi, 

əvvəlki inkişaf xəttinin tamamlanması  və yeni inkişaf xəttinə keçid. 

İkincisi, düyün nöqtəsindən haçalanma və yeni budaqların ayrılması. Bax, 

bu ikinci yol Kun təlimində  nəzərə alınmamışdır. Bizim təklif etdiyimiz 



düyün nöqtələri və haçalanmalar təlimi daha universal modeldir.  

Müxtəlif elm sahələri nə zaman eyni düyün nöqtəsində birləşir? Bu 

suala cavab vermək üçün öncə pozitiv və neqativ təbiətli düyünlərin fərq-

ləndirilməsi lazımdır. Neqativ düyünlər adətən metod çatışmazlığında və 

ya dilin məhdudluğunda özünü göstərir. Müxtəlif elmlər çox vaxt eyni me-

todlardan, eyni riyazi aparatdan və modellərdən istifadə etdikləri üçün hələ 

kəşf olunmamış bir universal əlaqə, qanun, düstur və ya metodun çatış-

mazlığı, boşluğu özünü fərqli vaxtlarda da olsa, bu elmlərin hamısında 

göstərir. Yəni hər bir fənn, elmi tədqiqat istiqaməti gec-tez bu çatışmazlığı, 

boşluğu hiss edərək onu doldurmağa, yeni metodu öz imkanları daxilində 

axtarıb-tapmağa çalışır. Düzdür, burada bir vaxt sürüşməsi, asinxronluq da 

olur, amma məsələnin həllini tapa bilməyən hər bir fənn gözləmə mövqeyi 

tutur, ta o vaxta qədər ki, başqa fənlər də  gəlib burada ilişirlər. Nəhayət, 

günlərin bir günü, hansı elminsə kontekstində problemin həll metodu 

tapılanda, gözləmədə olan digər elmlər də inkişaf üçün yeni impuls almış 

olurlar. Kun təlimində bu mənzərənin təsviri  problem-bilməcə  (puzzle-



solving) termini vasitəsilə verilir. Amma bu termin elmin inkişafında daha 

universal prosesləri ifadə eləmək üçün nəinki yetərli deyil, hətta əsas kon-

septdən kənara çıxmaqla terminoloji sistemə daxil ola bilmir. Digər 

tərəfdən də, yuxarıda göstərdiyimiz kimi, Kunun işlətdiyi problem-bilməcə 

(puzzle-solving) ifadəsi düyün termininin daşıdığı ikinci mənanı, yəni yeni 

haçalanmalar üçün təməl olmaq funksiyasını ehtiva edə bilmir. 

Bir tərəfdən, haçalanma, genişlənmə və yeni dar ixtisas sahələrinin 

yaranması baş verirsə, digər tərəfdən, inteqrativ proseslər gedir. Amma hər 

halda min illər boyu əsasən sabit qalan fundamental bölgülər vardır. Söh-

bət makrostrukturdan gedir. Məsələn, alimlərin böyük əksəriyyəti hələ Pla-

ton və Aristotel dövründən qalan bir bölgünü indi də davam etdirirlər. Belə 

ki, məntiq-riyaziyyat sahəsi, təbiət elmləri və ictimai elmlər indi də 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə