Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə67/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   63   64   65   66   67   68   69   70   ...   281

Elm haqqında elm 

 

 



 

182


Düzdür, Kun konsepsiyası elmin inkişafında sosial-mədəni amillərin 

rolunu nəzərə almaqla fərqlənir. Lakin bu amillər  əslində  nəyə  təsir 

göstərir: elmin özünə, elmi yaradıcılıq prosesinə, onun infrastrukturuna, 

təşkilati formalarına, yoxsa daha nələrə?!    

Elmin inkişafının ictimai mühitlə, siyasi, iqtisadi və mədəni-mənəvi 

amillərlə bağlılığı bu inkişaf prosesinin özünə, tempinə  təsir göstərsə  də, 

onun daxili məzmununa heç bir təsir göstərmir. Bu mənada neopozitiviz-

min, postpozitivizmin, tənqidi realizmin və s. Kun tərəfindən məhz sosial 

determinasiyanın nəzərə alınmaması ittihamı ilə  tənqid olunmasının heç 

bir elmi əsası yoxdur. R.Karnap, K.Popper və s. elmi biliklərin, təlimlərin 

və ümumiyyətlə elmin daxili məzmununun araşdırılması ilə  məşğuldur. 

Sosial amillər isə stasionar elmə, Popperin “üçüncü dünya” adlandırdığı el-

mi biliklər sisteminə yox, onun hələ formalaşmamış ön cəbhəsinə, elm 

adamlarına və onların vasitəsilə elmi yaradıcılığın gedişatına təsir göstərir. 

Bu fərqi daha düzgün təsəvvür etmək üçün Əbu Turxanın dünya inkişafı 

üçün irəli sürdüyü daha fundamental bir qanunauyğunluqdan çıxış etsək 

yerinə düşər. Belə ki, onun təliminə görə, təbii mühit canlı aləmin təkamü-

lünə təsir edərkən, onların daxili məzmununa toxunmur. Bir bitki cücərir-

sə, ona torpaq, hava, su, işıq lazımdır. Yəni bitki onlar vasitəsilə təbiətdən 

qida alır. Lakin bitkinin daxili məzmunu inkişaf edib nəyə çevriləcəyi bu 

mühitin verdiyi qidadan, onun nə dərəcədə münbit olmasından az asılıdır 

və ya heç asılı deyil. Çünki bitki öncədən proqramlaşdırılmış daxili məz-

muna malikdir. Mühit bu proqramın məzmununa deyil, ancaq realizasiya-

sına, daha tez və daha mükəmməl surətdə açılmasına təsir edir. Eləcə  də 

elmin insanlardan asılı olmayan öz ilkin proqramı vardır. Bu proqram əs-

lində təbiətin proqramına adekvatdır. Ona görə də, alimlərin bir qismi onu 

təbiətdən (təbiətin özündən) oxumağa çalışır. Digər qisim alimlər isə onu 

elm kitabının özündən oxuyurlar. Amma hissə-hissə, ayrı-ayrı cümlə və ya 

uzaq başı abzas həcmində. Amma nəinki bütöv fəsil, heç bir paraqrafı da 

birbaşa bu kitabdan oxumaq heç kimə müyəssər olmur. Alimlər ayrı-ayrı 

fraqmentlərdən bütöv mətni özləri quraşdırırlar. Lakin bunun üçün öncə 

bütöv mətnin ideya istiqaməti bəlli olmalıdır. Böyük ideya və təfərrüatlar 

arasında rabitə yaradılması, hissi təcrübə ilə təbiətin öyrənilməsindən qaza-

nılmış biliklərin insanın fəhmlə birbaşa Elm kitabından götürdüyü struktur 

əsasında düzülməsi və bu zaman ortaya çıxan ziddiyyətlər, uyuşmazlıqlar 

və elmi ictimaiyyətin onların aradan qaldırılmasında cəhdləri.  




 

Elm və onun inkişaf yolu 

 

 

 

183



 

Elm  əvvəlcədən yazılmış kitabdır. Və alimlər onu yazmağa deyil, 

oxumağa çalışmalıdırlar.    



Elm haqqında elm 

 

 



 

184


 

 

 

 

 

Elmin  

inkişaf qanunauyğunluğu 

 

 



Elmin hüdudları üfüqü xatırladır: nə  qədər çox 

yaxınlaşırsansa, o qədər uzağa çəkilir

P.Buast 

 

Elmi tərəqqinin hüdudsuzluğu ən çox onun kumulyativ xarakterinin 



nəticəsidir. Kumulyativlik – elmi biliklərin yenisi ilə  əvəz olunmayaraq, 

üst-üstə toplanması deməkdir. Müasir elmşünaslıq elmi inkişaf qanunauy-

ğunluğunun daha mürəkkəb xarakterə malik olduğunu aşkar etsə  də, hər 

halda bu xassə elmin mühüm səciyyələrindən biri olaraq qalmaqdadır. 

Elmin spesifikasından söhbətlər gedərkən o, bir qayda olaraq, fəlsə-

fə, din, incəsənət və əxlaqla qarşılaşdırılır. Bu zaman kumulyativlik xassə-

si elmi bütün bu hadisələrdən fərqləndirən başlıca xüsusiyyət kimi çıxış 

edir. Bu gün orta məktəbdə oxuyan şagird fizika haqqında İ.Nyutona nis-

bətən daha çox məlumata malikdir. Sıravi elmi işi, aspirant A.Eynşteynin 

nəzəriyyəsinə  əlavələr edir, onun tətbiq dairəsini daha da genişləndirir. 

Başqa cür mümkün də deyil; hər hansı elm korifeyi elm binasında yeni bir 

mərtəbə tikirsə, sonrakı nəsil artıq bu yeni mərtəbədə rahat yerləşərək onun 

üzərinə yeni kərpiclər qoymaqla məşğul olur. 

İncəsənətdə belə deyil. Bu günün hər hansı  bəstəkarının L.Betho-

vendən və ya Ü.Hacıbəyovdan daha mükəmməl musiqi bəstələməsi nəinki 

qanunauyğunluq deyil, hətta ağlasığmaz bir haldır. Müasir rəssamlar İnti-

bah dövrü rəssamlarından daha da yaxşı çəkə bilsə idilər Rafaelin, Leonar-

do da Vinçinin, Mikelancelonun əsərlərinin qiyməti günü-gündən daha da 

artardımı? Hər bir yeni şair nəsli Füzulidən, Puşkindən bir addım qabağa 

getsə və ya, başqa sözlə, onların qalxdığı mərtəbədə dayanıb üstünə bircə 

kərpic də  əlavə etsə, poeziya binası hara ucalardı? Ümumiyyətlə, vahid 

poeziya binasından, vahid musiqi abidəsindən danışmaq mümkündürmü? 




 

Elm və onun inkişaf yolu 

 

 

 

185



 

Xeyr. Sənət məmləkətində hər bir şairin, rəssamın, bəstəkarın ucaltdığı ay-

rıca məbədlər var ki, onlar bir-birindən seçilir və heç vaxt bir-birinin üzəri-

nə toplanmır. Sənət əsəri hansı isə vahid bir binanın kərpicinə, nəhəng sə-

nət maşınının vintinə çevrilsə, öz bütövlüyünü və ahəngini itirər və daha 

sənət əsəri olmaz. 

Eləcə də fəlsəfə və əxlaq sahəsində. Hər bir yeni nəslin nümayəndəsi 

əvvəlkindən daha zəngin mənəviyyatlı və daha tərbiyəlimi olur? Nəzəriy-

yədən də, təcrübədən də məlumdur ki, belə bir qəti hökm səhvdir. Bəs on-

da əxlaqda, incəsənətdə və s. tərəqqi yoxdurmu? Tərəqqi var, o kumulyativ 

yolla və ya buna bənzər surətdə həyata keçmir. Hər sonra gələk əvvəlkini 

yaratdığının üzərində deyil, onunla yanaşı başqa  əsərlər yaradır, özünə-

məxsus mənəvi aləmə,  əxlaqi keyfiyyətlərə malik olur. Bu keyfiyyətlər 

yalnız həmin dövrün ümumi ahəngindən deyil, həm də real həyat tərzin-

dən, konkret ictimai-iqtisadi mühitdən asılı olur. Burada tərəqqi ilə yanaşı, 

xüsusi şəraitlərdə geriləmə, tənəzzül və s. də tamamilə təbii haldır. 

Elmdə isə geriyə yol yoxdur. Ayrıca bir ölkənin elmi tərəqqisində 

nisbi tənəzzül məqamları olsa da, bütövlükdə elm maşını daim irəli gedir, 

elm binası heç vaxt tamamlanmır, üzərinə yeni-yeni mərtəbələr əlavə olu-

nur. Ümumi bir yüksəliş var və hər bir ölkənin məqsədi bu yürüşdən geri 

qalmamaq, onun ön cəbhəsinə çıxmaqdır. 

Əlbəttə, biz bununla elmin inkişaf yolunun mürəkkəbliyini, burada 

da böhranların və inqilabların labüdlüyünü inkar etmək istəmirik.  Əsas 

məqsəd, təfərrüatlara varmadan, yekun inkişafın vahid istiqamətini və 

müntəzəm xarakterini göstərməkdir. 

Lakin doğrudanmı elmi tərəqqinin həddi-hüdudu yoxdur? Bəs bu 

prosesin məhdudlaşdırılmasına yönəldilmiş amillər necə? 

Belə amillər var və o dərəcədə ciddi amillərdir ki, bir sıra tədqiqatçı-

lar elmin son həddindən, onun inkişafında «doyma» halından, elmi poten-

sialın tükənməsindən söhbət açırlar. Doğrudan da, əgər elmi informasiya 

həddindən artıq çoxalırsa, insanın intellektual imkanı əsasən yerində saydı-

ğı halda, elm gündən-günə mürəkkəbləşirsə belə söhbətlər tamamilə 

təbiidir. 

Elmin son həddi barədə mübahisələr yalnız müasir dövrdə ortaya 

çıxmamışdır. Bu haqda əvvəllər də danışılmışdır. Məsələn, XIX əsrdə tex-

nikanın sürətli inkişafından sonra durğunluq yarandığı və mexanisizmin el-

mi düşüncə  tərzinə hakim kəsildiyi bir şəraitdə bundan sonra elmin yenə 



Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə