Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə68/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   64   65   66   67   68   69   70   71   ...   281

Elm haqqında elm 

 

 



 

186


inkişaf etməsi imkanı şübhə altına alınırdı. Elmin real inkişaf yolu isə gös-

tərdi ki, burada hər bir böhran həddindən sonra dünyanın yeni elmi mənzə-

rəsinə, yeni təfəkkür tərzinə keçidlə əlaqədar sıçrayışlı inkişaf başlanır və 

s. Lakin müasir dövrdə elmin hüdudu ilə əlaqədar şübhələr daha çox sosial 

amillərin təhlili nəticəsində yaranır. Məsələn, elmin müasir inkişafı elmi 

işçilərin sayının sürətlə artması ilə müşayiət olunur. Bu sürət Yer kürəsin-

də adamların sayının artma sürətindən qat-qat böyükdür. Deməli, bu hal 

müntəzəm davam edərsə, yaxın gələcəkdə gərək bütün adamlar elmlə məş-

ğul olsunlar. Bəs sonrakı inkişaf nəyin hesabına təmin ediləcəkdir? M.Del-

bryukun dediyi kimi, cəmiyyət həmişə cavan qalır, elm isə qocalır. 

Bu cür dəlillərə istinad edən tədqiqatçılar unudurlar ki, elmi işçilərin 

sayının artması elmin inkişafını təmin edən yeganə amil deyil. Bu gün el-

min tətbiqi sayəsində istehsalatda ekstensiv inkişaf xəttindən intensiv inki-

şaf xəttinə keçildiyi kimi, elmin öz inkişafında da intensiv xəttə keçid tə-

min edilərsə, elmi işçilərin sayını artırmağa ehtiyac qalmaz. İnformasiya 

tutumunun məhdudluğuna gəlincə, burada elektron-hesablama maşınları-

nın yaddaşı insanın köməyinə gəlir. Elm özü öz gələcək inkişafı üçün yol 

açır. 


Kompüter texnologiyasının inkişafı ilə  əlaqədar olaraq elmi infor-

masiyanı saxlamaq imkanları da xeyli artmışdır. Əgər əvvəllər ilkin infor-

masiya və material toplanması və onlardan istifadə mexanizmlərindən tut-

muş yeni elmi nəticələr alınmasına qədər bütün idraki prosedurlar bir insan 

beynində gedirdisə, indi alimlər kompüterlərin timsalında öz fəaliyyət dai-

rələrini kifayət dərəcədə genişləndirə, habelə müxtəlif alimlərlə birgə fəa-

liyyətə qoşula bilirlər. Yəni əslində söhbət elmi yaradıcılığın fərdi miqyas-

dan elmi işçi qrupu və ya hətta müəyyən ixtisas üzrə elmi ictimaiyyət miq-

yasına keçməsindən gedir. İnsanın, elmi işçinin böyük miqyaslı analoqu 

olan bu yeni ictimai subyektin düşüncə və elmi yaradıcılıq fəaliyyəti hələ 

kifayət qədər tədqiq olunmamışdır. Epistemologiya min illər boyu ancaq 

fərdi elmi yaradıcılığı, fərdi elmi idrakı tədqiq etmişdir. Amma son yüzil-

likdə gedən idrak prosesləri artıq yeni tipli və yeni mahiyyətli proseslərdir. 

Burada idrakın öz daxili sosial strukturu vardır. Düzdür, bu yanaşma bir 

növ “sosial idrak” anlayışını xatırladır, amma biz sadəcə sosial idrakdan 

deyil, ictimai miqyas almış  və bu mənada sosiallaşmış elmi idrak prose-

sindən danışırıq. 

Elmi informasiyanın və elmi idrak metodlarının geniş miqyas aldığı 




 

Elm və onun inkişaf yolu 

 

 

 

187



 

bir  şəraitdə ayrıca götürülmüş bir alim artıq ona alternativ olan və elmin 

subyekti kimi çıxış edən “elmi ictimaiyyət”lə rəqabətdə çətinlik çəkir. Yə-

ni hansısa daha böyük tədqiqat qrupuna daxil ola bilməyən elm adamı bir 

növ oyundankənar vəziyyətdə qalmış olur. 

Vəziyyətdən çıxış üçün fərdi tədqiqatçılar gec-tez bu və ya digər el-

mi məktəblər tərəfindən cəlb olunur və onların sayəsində lokal elmi qrup-

lar daha da güclənir. Ona görə də, hazırda böyük elmi tədqiqat ictimaiyyət-

ləri elmi mühiti olmayan ölkələrdəki fərdi tədqiqatçılar hesabına genişlən-

diyindən getdikcə daha çox beynəlmiləlləşirlər.   

Beləliklə, elmin üfüqündə yaxın gələcəkdə onun sürətli inkişafına 

mane ola biləcək heç bir şübhəli qaraltı görünmür. Hətta texniki tərəqqi 

sahəsində, təbii enerji ehtiyatları sahəsində qarşıya çıxan bir sıra prinsipial 

çətinliklərin də əlacı yalnız elmin tərəqqisində axtarılır. 

Elmin tərəqqisindən danışa bilmək üçün metodoloji prinsip kimi 

istiqamətlənmiş inkişaf  anlayışından istifadə etmək lazım gəlir. Belə ki, 

elmin daxili hərəkəti, hansı isə biliklərin arxaikləşməsi və hansı isə yeni 

tədqiqat sahələrinin və yeni biliklərin aktuallaşması prosesi həmişə gedir 

və bu tipli hadisələrin, dəyişmələrin inkişaf kimi götürülməsi elmdə  hər 

hansı bir inkişaf qanunauyğunluğunun açılmasına imkan verə bilməz. Belə 

bir qanunauyğunluğun müəyyən edilməsi üçün isə öncə  hərəkətin üstün 

istiqamətləri müəyyənləşdirilməlidir. Yəni biz inkişaf kateqoriyasından 

yox,  əslində  tərəqqi anlayışından çıxış edirik və bu zaman tərəqqinin 

meyarları bəlli olmalıdır.  

XX əsrin 50-60-cı illərində “elmşünaslıq” və ya “elm haqqında elm” 

adı altında ortaya çıxan yeni tədqiqat istiqaməti elmdə məhz riyazi olaraq 

qiymətləndirilə bilən parametrlərin təhlili ilə  əlaqədar idi. Belə ki, elmin 

sosial sistemə çevrilməsi və maddi ictimai təcəssümü məhz elm üçün spe-

sifik olan bir sıra hadisələrin ölçülməsinə imkan yaratdı. Bunlar ilk növbə-

də elmi-tədqiqat müəssisələrinin, elmi məktəblərin, elmi işçilərin, jurnalla-

rın, məqalələrin və s. və s. sayılması  və müəyyən statistik nəticələr  əldə 

edilməsindən ibarətdir. Yəni əslində böyük elm, onun daxili məzmunu, ev-

ristik proseslər və s. kənar edilməklə ancaq məhz ölçülə bildiyinə görə bir 

qrup zahiri göstəricilər ümumiyyətlə elmin inkişaf göstəriciləri kimi önə 

çıxdı.  


Əslində  kəmiyyət göstəricilərinin önə  çıxması üçün elmin özünə 

olan münasibət buna uyğunlaşdırılmalıdır. Tanınmış elmşünas D.Prays 60-




Elm haqqında elm 

 

 



 

188


cı illərdə yazırdı: “Elm odur ki, elmi jurnallarda, məqalələrdə, monoqrafi-

yalarda çap olunur”.

1

1

 Görünür, riyazi modelləşdirmənin tətbiqi üçün elm 



anlayışı bu dərəcədə  bəsitləşdirilməli imiş. Elmin inkişafının belə formal 

göstəricilər  əsasında təsəvvür olunması riyazi elmşünaslığın hələ  dəbdə 

olduğu 70-ci illərdə bizim tərəfimizdən tənqid olunmuşdu.

2

2



  

Kəmiyyət artımı ilk növbədə elmi biliklərin çoxalması  və onların 

saxlanması üçün istifadə olunan vasitələrin həcminin artması ilə bağlıdır. 

Əgər biz kitabların sayının dinamikasını  nəzərdən keçirsək, hətta hər bir 

dar ixtisas sahəsi üzrə elm adamının oxumaq imkanlarından qat-qat çox in-

formasiya toplandığı aşkar olur. Əvvəllər müəyyən sahə üzrə alim olmaq 

üçün cəmi bir neçə  məşhur kitabı oxumaq kifayət edirdi. İndi isə bütün 

planet miqyasında elmi kitabların sayı sürətlə artır. E.Tofflerin müraciət et-

diyi statistikaya görə, XVI əsrə  qədər Avropada ildə  təqribən 1000 adda 

kitab çıxırdı. Başqa sözlə, bütöv bir əsr ərzində cəmi 100 000 kitab. 1950-

ci ilin hesablamalarına görə isə, cəmi bir ildə 120 000 kitab çap olunurdu, 

60-cı illərdə artıq gündə 1000 kitab! E.Tofflerin hesablamalarına görə, 

dünya miqyasında elmi-texniki ədəbiyyat hər il 60 milyon səhifə artmaq-

dadır.


2

3

 Amma bunlar ancaq kəmiyyət göstəriciləridir.  



XX əsrin 60-cı illərində elmi işlərin keyfiyyət göstəricilərini rəqəm-

lərlə ifadə edə bilmək üçün E.Qarfildin təşəbbüsü ilə yaradılan Elmi İnfor-

masiya  İnstitutunda iqtibasların sayına görə  dərəcələnmə sistemi tətbiq 

olundu.


2

4

 Əlbəttə, bu sistemin üstünlükləri çoxdur. Amma real elmilik də-



yərini bu yolla dəqiq ölçmək mümkün deyil. Elm tarixində elə hallar ol-

muşdur ki, böyük elmi ideyalar uzun müddət digər tədqiqatçıların diqqə-

tindən kənarda qalmışdır. Yəni Qarfildin indeksasiya sistemi elmi işin də-

yərini, elmin inkişaf səviyyəsini ölçməkdən daha çox, “elmi dəbin” 

tendensiyasını müəyyənləşdirmək üçün səmərəlidir. 

Bibliometriya və kitabxanalarda elektron resursların idarə olunması 

                                                 

1

 D.Price. The science of science // Bulletin of the Atomic Scientist. Vol. XXI. № 8. 



Oct. 1965, p. 5. 

2

 Bax: S. Xəlilov. Elmin  inkişaf qanunauyğunluqlarının tədqiqi və müvafiq metodoloji 



məsələlər // Azərbaycan SSR EA Xəbərləri. “Tarix, fəlsəfə və hüquq” seriyası, 1976, № 3.  

3

 Э.Тоффлер. Шок будущего. М., АСТ, 2008, с. 43-44. 



4

 E.Garfield, I. H. Sher. New Factors in the Evaluation of Scientific Literature Through 

Citation Indexing // American Documentation. 1963. Vol. 14, No. 3. p. 195–201; B. Jin., 

B.Wang. Chinese Science Citation Database: Its construction and application // 

Scientometrics. 1999. Vol. 45, Iss. 2. p. 325–332. 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə