Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə66/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   62   63   64   65   66   67   68   69   ...   281

 

Elm və onun inkişaf yolu 

 

 

 

179



 

dıran elmin inkişafının indiki məqamında onun bütöv olub-olmaması yox, 

belə bir bütövlüyün, belə bir vahid modelin prinsipcə mümkün olub-olma-

ması  məsələsidir.  Dünyanın vahid elmi mənzərəsi, “bütöv elm” modeli 

təşəbbüsləri həmişə olmuşdur. Hər bir inkişaf mərhələsində alimlər obyek-

tiv gerçəkliyi adekvat əks elətdirən bir model qurduqlarını  zənn ediblər. 

Bəzən hətta bunu bir model kimi yox, həqiqət kimi, gerçəyin adekvat ob-

razı kimi qəbul ediblər.  

Lakin alimlərin “özünü aldatması” sonlu bir obrazın sonsuzluğu ifa-

də edə bilmək iddiası ilə bağlıdır. Əslində isə bizim bütün biliklərimiz və 

min illər ərzində elmin əldə etdiyi nailiyyətlər gerçək dünyanın ancaq mü-

cərrəd, ümumiləşmiş, digər tərəfdən isə adda-budda, hissələrlə  dərkidir. 

Yəni hələ neçə-neçə elmlər yaranacaq və onlar dünyanın elmi mənzərəsini 

nəinki yeni adalar və yarımadalarla, hətta ola bilsin ki, bütöv materiklərlə 

zənginləşdirəcəklər.      

Nəzərə alınmalıdır ki, elm bu dünyanın dəyişkənliyini, konkret 

təzahürlərini yox, ümumilər arasında münasibəti, sabit, universal əlaqələr 

sistemini, konfiqurasiyanı, maketi öyrənir! 

Amma bu, sözün yüksək mənasında və  məhdud çərçivədə elmdir. 

Sözün geniş mənasında elm anlayışına fərqli məzmunlar da daxil edilir. El-

miliyin əsas meyarını ödəməyən, amma insanlar üçün gərəkli olan müəy-

yən sahədəki biliklərin sistemləşdirilmiş təqdimatı da çox vaxt elmlər sıra-

sına daxil edilir. Məsələn, tarix, coğrafiya, geologiya, arxeologiya, dilçilik 

(xüsusi dilçilik), ədəbiyyat tarixi və s. elmin mahiyyəti, elmi həqiqət və el-

miliyin meyarları baxımından klassik elmlərdən (fizika, kimya və s.) köklü 

surətdə fərqlənirlər. Məsələ burasındadır ki, bu tədqiqat sahələri çox vaxt 

ümumiləri, universal kəmiyyətləri deyil, məkan-zaman baxımından kon-

kret hadisələri öyrənir və bu sahədə sadəcə faktiki material (empirik bilik) 

toplamaqla məşğul olurlar. Məsələn, coğrafi ekspedisiyalar planetimizin 

insanların naməlum qalmış guşələrini aşkar etmək və onların faktiki təsvi-

rini verməklə məşğul olur. Buradakı kəşflər təbiətin hansısa universal qa-

nunlarının deyil, onun konkret təzahürlərinin müşahidə olunması və aşkar 

edilməsi mənasında kəşflərdir. Eləcə  də,  əgər geoloqlar hansı isə  ərazidə 

neft, qaz və ya filiz yataqları aşkar edirsə, bu, konkret bir obyektin, bəlli 

bir kontinium çərçivəsində öyrənilməsidir. Ümumiləşdirmələr və bu sahə-

dəki ümumi metodlardan istifadə edilməsi sonrakı mərhələdir. Amma hal-

buki, geoloji kəşfiyyatla elmi müstəvidəki araşdırmalar arasında demar-



Elm haqqında elm 

 

 



 

180


kasiya aparılmır. Nəticədə çox vaxt empirik-faktiki yeniliklərlə həqiqi elmi 

yeniliklər eyni bir fənnin bərabərhüquqlu tərkib hissələri kimi dəyərləndi-

rilir. Onu da qeyd edək ki, coğrafiyada, geologiyada və təbiətin bilavasitə 

öyrənilməsi ilə məşğul olan digər sahələrdə elmilik fazasına keçid istər-is-

təməz fizika, kimya, biologiya kimi klassik elmlərlə  kəsişmə sahəsində 

mümkün olur.  

Əlbəttə, fəlsəfə, riyaziyyat, məntiq kimi sahələr də məxsusi mənada 

elmə daxil deyil, lakin onların fərqləndirilməsi zərurəti başqa səbəbdən or-

taya çıxır və biz bu fərqi ayrıca nəzərdən keçirəcəyik. Coğrafiyada, arxeo-

logiyada, tarixdə isə ayrıca götürülmüş ərazidən, konkret dağdan, çaydan, 

şəhərdən, ölkədən söhbət gedir. Zaman-məkan müəyyənliyi olan bir hadisə 

təsvir olunur. Bu hələ elm deyil, amma özlüyündə bir dəyərdir. Çünki bu 

məlumatlar insanlara lazımdır. Müasir nəqliyyat-kommunikasiya  şəraitin-

də bu məlumatlar adi görünə bilər; yəni onsuz da hamının bildiyi bir şey 

kimi. Amma vaxtilə bu və ya digər coğrafi obyektin – ərazinin, gölün, ça-

yın, dənizin kəşfindən söhbət gedirdi. Və bu “kəşflər” elmə aid edilməyib, 

özgə hansı sahəyə aid edilə bilər. Eləcə də botanikada, zoologiyada – ayrı-

ayrı bitki və ya heyvanların “kəşfi”; bu mərhələdə hələ ümumilərdən, növ-

lərdən, hansı isə tendensiyadan, qanunauyğunluqdan söhbət getmir. Və 

müasir elmi meyarlar baxımından bunlar heç biri elmə aid deyil. Sadəcə 

faktiki biliklərin toplanması  mərhələsidir. Sonra isə bunların qruplaşdırıl-

ması, növləşdirilməsi, təsnifatı başlanır ki, bu, artıq ümumiləşdirmədir və 

bu mənada elmə girişdir. 

Eləcə də geoloji kəşflər. Söhbət hansı isə konkret neft yatağının, qaz 

və ya qızıl ehtiyatlarının aşkarlanmasından gedir. Yəni ünvanı  bəlli olan, 

konkret bir təbii-maddi şəraitdə üzə çıxarılan (başqa bir şəraitdə isə dəyi-

şilməsi prinsipcə mümkün olan), hansı isə iqtisadi və ya siyasi mülahizə-

lərdən, subyektiv amillərdən asılı olaraq istismar edilən və ya dincə qoyu-

lan yataqların texniki şərtlərinin öyrənilməsi – bütün bunlar böyük elmin 

özü yox, elmlə ictimai həyat arasında yer alan və yenə də faktiki biliklər 

əsasında qurulan elmi-texniki və texnoloji işləmələrdir. Yəni bu “kəşflər” 

əslində bir o qədər də elmə aid deyil. Elmə aid olan bu konkret faktiki 

materialın ümumiləşdirilməsi  əsasında (əgər faktlar ümumiləşdirmə üçün 

yetərli olacaq qədər çoxdursa) əldə edilən qanunauyğunluqlardır. Deməli, 

geoloji kəşfiyyat özü bir elm olmayıb, elm ilə praktika arasında, təkcə ilə 

ümumi arasında mövqe tutur. Tək bir geologiya timsalında da biz dar mə-



 

Elm və onun inkişaf yolu 

 

 

 

181



 

nada elmlə onun böyük əhatəsi arasında fərqi görə bilərik. Maraqlı bir ana-

logiya yada düşür: şəhərlərin əhalisi siyahıya alınanda, sözün dar mənasın-

da  şəhərin özündə (metropolis) və  şəhərətrafılarla birlikdə (meqapolis) 

əhali xeyli dərəcədə fərqli olur. Elmdə “şəhərətrafı”na uyğun gələn elmilik 

meyarlarını ödəməsə də, müəyyən bir elmin yaranmasında iştirak edən və 

onun həndəvərində olan faktiki biliklərdir. Orta məktəb proqramlarında 

əhatə olunan: coğrafiya, botanika, zoologiya, tarix, ədəbiyyat, dil (konkret 

bir dil – məsələn, ingilis dili və s.), astronomiya və demək olar ki, bütün 

fənlər üzrə verilən biliklər bir qayda olaraq, müvafiq elmlərin özünü yox, 

bu “elmətrafı”, daha doğrusu, elməqədərki biliklər sistemini əhatə edir. 

Ancaq yuxarı siniflərdə “ümumi biologiya”, “ədəbiyyat nəzəriyyəsi” və s. 

bu kimi fənlər əvvəl keçilənlərin nəzəri ümumiləşməsi kimi təqdim edilir 

və burada müvafiq elmlərin də əsasları öyrədilmiş olur.  

Astronomiyada göy cisimləri; ayrı-ayrı planetlər və onların hərəkəti 

haqqında müəyyən məlumatlarla yanaşı, həm də müvafiq  hərəkət qanuna-

uyğunluqlarına dair biliklər verilir ki, bu da elmi əsaslarla elməqədərki bi-

liklərin qatışıq təqdimatıdır. Eləcə də fizika və kimya fənlərində xalis elm 

yox, bu cür qatışıq təqdim olunur.  

Biz bu misalları ona görə gətirmirik ki, orta məktəbdə ancaq elm öy-

rədilsin, əksinə, elmətrafı biliklərin də xüsusi dəyərə malik olduğu və el-

min mənimsənilməsinə  də  məhz onlardan başlamaq zərurətini vurğulayı-

rıq. Bəzən tarixin, riyaziyyatın, fəlsəfənin elm olmaması haqqında iddia 

müvafiq sahələrin nümayəndələri tərəfindən narazılıqla qarşılanır. Buraya 

botanikanın, zoologiyanın, coğrafiyanın, geologiyanın elmətrafı biliklər 

sistemini də  əlavə edərək, sual qoymaq olar ki, bütün bu biliklərin xalis 

elm anlayışına uyğun olmaması onların dəyərini azaldırmı? Poeziya elm 

olmadığı üçün heç xiffət eləmir. Eləcə də fəlsəfə. Elmdən daha yüksək ol-

maq, yaxud elməqədərki zəruri biliklər sistemi olmaq, yaxud elmlə yanaşı, 

insanın mənəvi-intellektual dünyasında ayrıca lövbər salmaq nəyə görə 

əskiklik sayılmalıdır? Kim tarixin elmdən daha az əhəmiyyətli olduğunu 

iddia edə bilər? Amma bu başqa məsələ ki, ayrı-ayrı tarixi hadisələr deyil, 

bütövlükdə tarixi inkişafın ümumi qanunauyğunluğundan söhbət gedə; bu, 

artıq elmdir, amma ictimai şüur üçün, yeni nəslin tərbiyəsi üçün tarixin özü 

qədər zəruri deyil. Daha doğrusu, elmin belə funksiyaları yoxdur. Biliklər 

ancaq şəxssizləşdikdən, milli-mənəvi dəyərlərdən “təmizləndikdən” sonra 

elmə çevrilə bilər.   



Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə