Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə62/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   58   59   60   61   62   63   64   65   ...   281

Elm haqqında elm 

 

 



 

170


kimi götürülə bilər. Amma soruşulsa ki, bu fakültədə hüquq elmi üzrəmi, 

yoxsa hüquqla bağlı əməli fəaliyyət sahələri üçünmü kadr hazırlanır, – bu-

na cavab verməyə çətinlik çəkərdilər. Çünki bəzi istiqamətlərdə nəzəri və 

əməli fəaliyyət hələ kifayət dərəcədə diferensiallaşmamışdır. “İnstitut” ad-

landırılan digər ali məktəblərdə mühəndislər, müəllimlər, həkimlər və s. 

hazırlanırdı. Amma sonralar ali məktəblərin əksəriyyəti universitet adlan-

dırılsa da, burada ancaq ad dəyişikliyi baş verdi, ənənəvi bölgü isə yenə 

saxlanmış oldu.  

Xarici ölkələrdə elm sahələri üzrə kadr hazırlığı çox vaxt “fənn və 

ədəbiyyat” fakültəsində  həyata keçirilir. Yəni  əslində söhbət müəllim ha-

zırlığından gedir, məhz  elm üçün kadr hazırlayan ayrıca fakültələr olmur. 

Bu proses ancaq magistratura pilləsindən başlayır. Xüsusi elmi yaradıcılıq 

qabiliyyəti hiss olunan tələbələrə universitetdə qalaraq növbəti mərhələdə 

təhsilini davam etdirmək təklif olunur. “Elmi axtarış” xəstəliyinə 

yoluxduqdan sonra isə gənc kadrlar yollarını öz istəkləri əsasında seçirlər. 

İstər ali təhsil, istərsə də elmi-tədqiqat müəssisələrində bütün ölkə-

lərdə hamı tərəfindən qəbul olunmuş bir bölgü göstərmək çətindir. Amma 

hər halda müəyyən ümumi cəhətlər vardır ki, bu da təhsil sistemindəki təs-

nifatın elmin daxili təsnifatına əsaslandığını göstərir. Qeyri-elmi fəaliyyət 

sahələri üçün kadr hazırlığı da həmin sahələrin nə  dərəcədə elmi biliklər 

əsasında təşkil olunmasından asılı olaraq elmlə bilavasitə əlaqədardır.   

Elmdə  fənlər üzrə bölgüdən başqa, digər meyarlar üzrə  də  təsnifat 

aparılır.  

Elmi tədqiqatın xarakterinə, məqsəd və funksiyalarına görə elmi fən-

ləri adətən iki fərqli istiqamətdə qruplaşdırırlar:  fundamental  və  tətbiqi

Ənənəvi yanaşmaya görə, fundamental tədqiqatlar təbiətin obyektiv qanu-

nauyğunluqlarının aşkarlanmasına yönəlmişdir və cari tələbatdan, istehsa-

lın konkret sifarişlərindən asılı olmayaraq, elmin daxili məntiqindən, özü-

nün qoyduğu suallara cavab axtarışından çıxış edir. Fundamental elmlərin 

xarakteri elədir ki, biliklərin mənimsənilməsi metodoloji prinsiplər, elmi-

fəlsəfi dünyagörüşü ilə sıx surətdə bağlıdır. Burada çox geniş miqyaslı el-

mi nəzəri baza tələb olunur. Fundamental elmi tədqiqatlar min illərdən bəri 

əldə edilmiş biliklər, çox müxtəlif konsepsiyalar və onların sistemləşdiril-

məsi, dünyanın ümumelmi mənzərəsinin və elmi paradiqmaların dəyişil-

məsi ilə nəzəri sistemlərdə bir geriyə qayıdış, bütün əvvəlki nəzəriyyələrin 



 

Elm və onun inkişaf yolu 

 

 

 

171



 

və prinsiplərin yenidən nəzərdən keçirilməsi, yenidən sistemləndirilməsi 

tələb olunur. 

Tətbiqi elmlər isə fundamental tədqiqatlar sayəsində  əldə edilmiş 

nəzəri biliklərin praktik ehtiyaclara uyğun surətdə yönəldilməsinə, nəzəriy-

yə ilə texnologiya arasında körpü atılmasına xidmət edir. Lakin bu məsələ-

də iki fərqli mövqe, fikir ayrılığı da vardır. Belə ki, əksər mənbələrdə bu 

anlayışlar bizim yuxarıda izah etdiyimiz mənada işlədilsə də, bəzi müəllif-

lər “fundamental” sözünü “xüsusi əhəmiyyətli”, “önəmli” mənasında, ya-

xud təməl elmi səviyyə mənasında işlətməklə tətbiqi elmlərin daha funda-

mental olduğunu sübut etməyə çalışırlar.

1

1



  

Fundamental  və  tətbiqi bölgüsü əslində  nəinki fənn daxilində, hər 

bir tədqiqat daxilində də aparıla bilər. Məsələn, yazılan dissertasiya işləri-

nin çoxu, hətta tətbiqi məsələlərə  həsr olunsa da, giriş hissəsində proble-

min nəzəri-fundamental tərəfləri işıqlandırılmış olur. Bu cür fəndaxili və 

tədqiqatdaxili bölgülərlə yanaşı, bəzi fənləri bütövlükdə fundamental elm-

lərə, digərlərini isə tətbiqi elmlərə aid etmək praktikası da yayılmışdır. Mə-

sələn, ümumi bir fənn kimi fizika, kimya, biologiya, coğrafiya və s.-dən 

bəhs olunarkən çox vaxt fundamental elmlər nəzərdə tutulur. Həmin fən-

lərdən ayrılmış tətbiqi elmlər isə nisbətən dar sahələri əhatə etməklə ayrıca 

adlar altında təsnif olunurlar; məsələn, elektrotexnika, tətbiqi mexanika, 

spektroskopiya, aşkarlar kimyası və s. Akademik D.İ. Bloxintsev belə he-

sab edir ki, alimin fəaliyyətini fundamental və tətbiqi sahəyə ayırmaq prak-

tiki olaraq qeyri-mümkündür. Əslində konkret elmi fəaliyyətin tərkibində 

onlar bir-birini tamamlayırlar.

1

2

 A.Zotov və M.Xolmyanski də belə hesab 



edirlər ki, tətbiqi elmlər bütöv elmin üzvi tərkib hissəsidir və onu funda-

mental tədqiqatlardan ayırmaq olmaz.

1

3

  V.V. Çeşev də  həmin mövqedə 



duraraq yazır ki, fundamental elmi tətbiqi elmlə qarşılaşdırmaq yox, hər 

bir tədqiqatın idraki əsasları kimi dəyərləndirmək olar. “Fundamental elm-

də baş verən proseslər həm texnoloji, həm də sosial-mədəni  əlaqələrlə 

                                                 

1

 Bax: Н.В.Карлов. О фундаментальном и прикладном в науке и образовании, или 



Невозведи дом свой на песке // Вопросы философии, 1995, № 11; М.В.Рац. К вопросу 

о  фундаментальном  и  прикладном  в  науке  и  образовании // Вопросы  философии, 

1996,  № 9; Б.И.Пружинин.  О  пользе  фундаментальности  или  быть  ли  в  России 

большой науке // Вопросы философии, 1996, № 12.  

2

 Д.И. Блохинцев. Пропорции в науке // Наука и жизнь. 1974, № 6, с. 77.   



3

 А.Ф.Зотов, М.М.Холмянский.  Так есть ли «две науки»?, с. 67.   




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə