Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə60/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   56   57   58   59   60   61   62   63   ...   281

 

Elm və onun inkişaf yolu 

 

 

 

165



 

təsnifatların əsas sütunlarını təşkil edir.  

Əlbəttə, elmin inkişafının müasir mərhələsində olduqca müxtəlif və 

sayca olduqca çox ixtisasların olması təsnifatı xeyli çətinləşdirir. Və belə 

düşünmək olardı ki, qədimdə – elmlərin sayı az olanda təsnifat daha rahat 

aparıla bilərdi. Amma tərsinə: ancaq elmin ən yüksək inkişaf səviyyəsin-

dən baxdıqda dərin qatdakı əlaqələr üzə çıxır və ənənəvi olaraq formalaş-

mış müxtəlif fənləri vahid prinsiplər əsasında qruplaşdırmaq imkanı yara-

nır. Ona görə də, hər iki amili nəzərə alan universal bir yanaşma tələb olu-

nur. Bu amillərdən biri ənənəvilik, o biri inkişafın son mərhələsində üzə çı-

xan genetik əlaqələrdir. Məsələn,  əgər Fərabi metod yaxınlığından çıxış 

edərək optikanı və göy cisimləri haqqında elmləri, habelə musiqini riyaziy-

yatla bir qrupa salırdısa, müasir dövrdə tamamilə  fərqli meyarlar tətbiq 

olunur. Məntiq və riyaziyyat bütün elmlər üçün universal vasitə və metod 

kimi dəyərləndirildiyindən onları başqa elmlərdən fərqləndirmək lazım 

gəlir. Zatən Platon məhz belə bir mövqedən çıxış edirdi. Riyaziyyatın çox 

və ya az tətbiq olunması elmilik şərtini müəyyənləşdirmək üçün meyar 

olsa da, bölgü – təsnifat üçün meyar ola bilməz. Təəssüf ki, lap bu yaxınla-

ra qədər, keçmiş SSRİ-də və daha sonra MDB ölkələrində fizika və riya-

ziyyat eyni elm blokuna daxil edilir və elmi dərəcə verilərkən fiziklərə və 

riyaziyyatçılara vahid bir ad verilirdi: fizika-riyaziyyat elmləri doktoru. 

Bu,  əlbəttə mahiyyətdən yox, zahiri əlamətlərdən çıxış etməyin nəticəsi 

idi. Digər tərəfdən, görünür, ənənələrdən yaxa qurtarmaq elə də asan məsə-

lə deyil. Maraqlı burasıdır ki, bəzi müstəqil fənlər isə  əksinə, bütöv elm 

sahəsi kimi dəyərləndirilirdi. Məsələn, kulturologiya kimi fənlərarası  və 

inteqrativ bir  fənnin ayrıca elmi istiqamət kimi götürülməsi elmşünaslığın 

tələbləri ilə heç cür uzlaşmır. Belə ki, mədəniyyətin tarixi öyrənilirsə, bu – 

tarix elmlərinə, nəzəriyyəsi öyrənilirsə, bu – fəlsəfi elmlərə aiddir.  

Digər tərəfdən, onda gərək kibernetika, sinergetika,  biokimya, bio-

fizika, fiziki kimya və s. fənlərarası ixtisas sahələri də riyaziyyatdan, fizi-

kadan, kimyadan və s. ayrılsın və kimə isə “biokimya elmləri doktoru”, 

“kibernetika elmləri doktoru” və s. adı verilsin. Belə  pərakəndəliyə yol 

verməmək üçün elmlərin fundamental təsnifatından çıxış edilməlidir.  

Əgər elmlərin təsnifat tarixini nəzərdən keçirsək, hər şey fəlsəfənin 

daxili bölgüsündən başlanır. Çünki qədim dövrdə elmlər hələ  fəlsəfədən 

ayrılmamışdı. Təsadüfi deyil ki, Aristotel də elmlərin təsnifatını fəlsəfənin 

daxili hissələri kimi vermişdi. O, fəlsəfəni üç yerə ayırırdı: nəzəri, praktiki 



Elm haqqında elm 

 

 



 

166


və yaradıcı. Nəzəri fəlsəfəyə  məntiqi, riyaziyyatı, fizika və metafizikanı 

aid edirdi. Praktik fəlsəfəyə etikanı, iqtisadiyyatı  və siyasəti aid edirdi. 

Bundan başqa o, sənət sahələrini də elmin (fəlsəfinin) bölmələri kimi gös-

tərir poeziyanı, ritorikanı və incəsənəti buraya aid edirdi. Maraqlıdır ki, bü-

tün bu sahələr üzrə Aristotel ayrıca  əsərlər yazmış, və elmin bütün 

sahələrini ehtiva etməyə çalışmışdır.  

Orta əsrlərdə də elm fəlsəfədən hələ tamamilə ayrılmamışdı və filo-

soflar müxtəlif elm sahələri ilə də məşğul olurdular. Amma artıq ayrılma 

tendensiyası da hiss olunurdu. Məsələn,  Əbu Nəsr Fərabi öz təsnifatında 

elmləri fəlsəfədən ayrı, müstəqil surətdə nəzərdən keçirirdi. O hətta “Elm-

lərin təsnifatı haqqında” ayrıca bir əsər də yazmışdı. Maraqlıdır ki, birinci 

bölməyə Fərabi dil haqqında elmləri daxil edirdi. Dilə belə yüksək qiymət 

verilməsi ilə biz bir də düz min il sonra, linqvistik analiz və analitik fəlsəfə 

nümayəndələrinin timsalında rastlaşırıq. Fərabi yazır: “Dil haqqında elm 

iki hissədən ibarətdir. Birinci hissə – sözlərin yadda saxlanması və onların 

mənalarını bilmək.  İkinci – bu sözləri idarə edən qanunları bilmək (yəni 

qrammatika – S.X.).”

1

1



 Daha sonra Fərabi dilçiliyin öz daxili təsnifatını 

verir, nitq hissələrindən, söz birləşmələrindən, yazı qaydalarından bəhs 

edir. Maraqlıdır ki o, poetikanı, şeirin daxili qaydalarını və formalarını da 

dilşünaslığın tərkibində nəzərdən keçirir.   

Daha sonra Fərabi məntiq bölməsini açıqlayarkən bir daha qram-

matika və poetika məsələlərinə qayıdır, mühakimələrin təsnifatında poetik 

mühakiməyə ayrıca yer verir. Sofistika, dialektika, ritorika və s. ilə yanaşı, 

poetikanın da geniş  tədqiqinə, habelə kateqoriyalara da ayrıca kitab həsr 

etməsi Fərabinin Aristotel təsnifatına sadiq olduğunu göstərir. Riyaziyyatı 

Fərabi çox geniş mənada başa düşür və bir növ o dövrdə bəlli olan bütün 

dəqiq elmləri bura daxil edir. Görünür o, riyaziyyatı dəqiqliyin göstəricisi 

kimi qəbul edirdi. Bununla yanaşı, Fərabi burada da bölgü aparır və fizi-

kanı müstəqil bir bölmə kimi nəzərdən keçirir. O, fizikanı  səkkiz sahəyə 

ayırır, birinci sahədə “təbiətin harmoniyasına” aid məsələlər toplanır. İkin-

ci sahəyə aid problemlər “səma və kainat” adı altında toplanır. “Yaranma 

və məhvolma” bölməsində o, maddələrin əmələ gəlməsi və elementlərinə 

parçalanmasından bəhs edir ki, bu da əslində kimya elminə işarədir. Daha 

                                                 

1

 Аль-Фараби. Слово о классификации наук // Философские трактаты. Алма-Ата, 



Наука, 1970, с. 109. 


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə