Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə57/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   53   54   55   56   57   58   59   60   ...   281

 

Elm və onun inkişaf yolu 

 

 

 

159



 

mərhələ kimi qeyd edir. O, yazır ki, psixiatriyanın əsaslı tibbi bilik sahəsi 

kimi formalaşması  və elmi instituta çevrilməsi üçün bir tərəfdən onun 

predmetinin, yəni əqli xəstəliklərin müəyyənləşdirilməsi, digər tərəfdən də, 

müvafiq sosial təşkilatlanma tələb olunur.

1

1



  

Eyni bir predmetin müxtəlif elmlərin tədqiqat obyektinə çevrilməsi 



düyün nöqtəsində sıxlığın artmasına gətirir. Sanki bir mənzərə fərqli dillər-

də və ya müxtəlif sənət vasitələri ilə təsvir olunur. Eyni bir hadisə haqqın-

da rəssamın, bəstəkarın və  şairin yaratdığı  təəssüratların toplanmasından 

əldə edilən yekun təsəvvür heç də daha mükəmməl olmayıb, əslində eklek-

tik səciyyə daşıyır; yəni onun vahid ahəngi yoxdur. Ona görə də, qarşıda 

duran vəzifə hər üç təsvir üslubunu və ya hər üç dili ehtiva edən universal 

bir modelin yaradılmasından ibarət olur. İnsanın idrak fəaliyyəti eyni vaxt-

da psixologiyanın, qnoseologiyanın və neyrofiziologiyanın predmeti ol-

maqla bərabər, sanki onun kənardakı bir modelini, süni intellekti öyrənən 

informatika və kibernetikanın da predmeti olur. Bu fərqli elm sahələri nə-

inki vahid bir elmdə birləşmir, əksinə, birləşmə yerində, düyün nöqtəsində 

yeni bir elm sahəsinin yaranma tendensiyası hiss olunur. Pensilvaniya Uni-

versitetinin professoru Gary Hatfield bunu “beyin haqqında yeni elm

1

2



Dr. Brian L.Keeley isə neyroetologiya 

1

3

 adlandırır. V.F.Venda isə təbii və 



süni intellekti bir müstəvidə öyrənən elmin predmetini “hibrid intellekt” 

termini ilə ifadə edir.



 

1

4



  Bir sözlə, intellekt özü intellektin predmeti kimi, 

çoxşaxəli bir problem kimi çoxlu müxtəlif fənlərin kəsişmə nöqtəsində da-

yanaraq elmin düyünlərindən birinə çevrilmişdir.  İndi bu düyündən 

haçalanan yeni fənlərin kontekstində müvafiq olaraq intellektin intensivli-

yini ölçmək üçün İQ, emosional intellektin səviyyəsini ölçmək üçün EQ və 

yaradıcı intellektuallığın qiymətləndirilməsi üçün CQ testləri hazırlanır.

1

5

 



Yəni intellekt hər dəfə bir rakursda və ya fərqli kəsişmə nöqtələrində nə-

zərdən keçirilir. Kibernetikanın əsasını qoyan N.Viner elə kitabının adın-

daca həm maşınların, həm də canlıların idarə olunması sistemini əhatə 

                                                 

1

 Yenə orada, s. 149-150. 



2

 G. Hatfield. The Brain’s “New” Science: Psychology, Neuropsychology and 

Constraint // Philosophy of Science, 2000, suppl. to  vol. 67, Num. 3. 

3

 Brian L.Keeley. Neuroethology and the Philosophy of Cognitive Science // Philosophy 



of Science, 2000, suppl. to  vol. 67, Num. 3. 

4

 В.Ф.Венда. Системы гибридного интелекта: Эволюция, психология, информатика. 



М., Машиностроение, 1990.  

5

 Г.Алдер. CQ или мускулы творческого интеллекта, М., Гранд, 2004, с. 17. 




Elm haqqında elm 

 

 



 

160


edir.

1

1



 Kibernetikanın digər elmlərlə  əlaqələri və  əlaqədən yaranan yeni 

tədqiqat istiqamətləri indi də geniş planda tədqiq olunmaqdadır.

1

2

  



Ənənəvi elmlər, fizika, kimya, biologiya və s.-in predmeti çox geniş 

sahələri  əhatə edir. Amma zaman keçdikcə, elmlər diferensiallaşır, bu-

daqlar şaxələnir, sahələr daralır. Müəyyən problemlər aktuallaşır və onların 

tədqiqi üçün kifayət qədər alimlər qrupu cəmləşir, müvafiq institutlaşma

sosial təşkilatlanmalar gedir. Digər tərəfdən də, elmlərin kəsişmə nöqtələ-

rində problemlər üzrə tədqiqat mərkəzləri yaranır. Biz yuxarıda “intellekt” 

mövzusunu belə fənlərarası bir problem kimi nəzərdən keçirdik. Eləcə də, 

“insan” bir bütöv obyekt kimi müxtəlif elmlərin predmetinə daxil olur, in-

sanşünaslıq mərkəzləri yaranır.

 

İnsan fenomenini bir küll halında öyrən-



mək cəhdləri göstərilir.

1

3



 Lakin insan haqqında biliklərin bir yerə cəmlən-

məsi hələ bütöv fənnin formalaşması deyil. Bu cür məcmuələr olsa-olsa 

kollektiv monoqrafiya

1

4



, toplu

1

5



, lüğət və ya ensiklopediya

1

6



 halında olur. 

İnsanın ayrı-ayrı rakurslarda deyil, bütövlükdə, vahid funksional bir sistem 

kimi nəzərdən keçirilməsi nəticə etibarilə yeni bir fənnin yaranmasına gə-

                                                 

1

 Н.Винер. Кибернетика или управление и связь в животном и машине. М., Наука, 



1983. 

2

 Bax,  məs.:  А.В.Брушлинский.  Психология  мышления  и  кибернетика.  М., 



«Мысль», 1970; В.Н.Пушкин.  Психология  и  кибернетика.  М., «Педагогика», 1971; 

«Искуственный  интеллект»  и  психология.  М., «Мысль», 1976; Д.И.Дубровский.  Ин-

формация,  сознание,  мозг.  М.,  Высш.  школа, 1980; В.Ю.Крылов,  Ю.И.Морозов. 

Кибернетические модели и психология. М.. Наука, 1984; М.А.Холодная. Психология 

интеллекта. СПб., «Питер», 2002.  

3

 Bax, məs.: Т. де Шарден. Феномен человека. М., Наука, 1987; М.Шелер. Положе-



ние человека в Космосе // Проблема человека в западной философии. М., «Прогресс», 

1988;  А.Печчеи.  Человеческие  качества.  М., «Прогресс», 1985; В.Франкл.  Человек  в 

поисках  смысла.  М., «Прогресс», 1990; Н.Моисеев.  Человек  и  ноосфера.  М.,  Мол. 

гвардия. 1990; В.П.Казначеев,  Е.А.Спирин.  Космопланетарный  феномен  человека: 

проблемы комплексного изучения. Новосибирск, Наука, 1991; В.Дильтей. Воззрение 

на мир и исследование человека со времен Возрождения и Реформации. М.-Иеруса-

лим, Унив. книга Gesharim, 2000; Ч.Х.Кули. Человеческая природа и социальный по-

рядок.  М.,  Идея-пресс, 2000; Д.Дьюи.  Проблемы  человека //  Реконструкция  филосо-

фии. Проблемы человека. М., Республика, 2003 və s.  

4

 Bax,  məs.:  Человек  и  его  бытие  как  проблема  современной  философии.  М., 



Наука, 1978; Человек в системе наук. Отв. ред. И.Т.Фролов. М., Наука, 1989.  

5

 Проблема  человека  в  западной  философии.  М., «Прогресс», 1988; Человек: 



Мыслители прошлого и настоящего о его жизни, смерти и бессмертии. Древний мир 

– эпоха Просвещения. М., Политиздат, 1991. 

6

 Bax,  məs.:  Ю.Г.Волков,  В.С.Поликарпов.  Человек:  Энциклопедический  словарь. 



М., Гардарики, 2000.  


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə