Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə65/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   61   62   63   64   65   66   67   68   ...   281

Elm haqqında elm 

 

 



 

176


bilavasitə bağlıdır. Lakin müxtəlif dinlərdə bu bağlılıq bir qədər fərqlidir. 

Məsələn islamda dini etiqad ilk növbədə  fərdə aiddirsə, xristianlıqda kil-

sələr insanla Allah arasında vasitəçilik missiyasını üzərinə götürərək dini 

ictimailəşdirmişlər. Ona görə  də, islam aləmində ilahiyyat və dinşünaslıq 

əsasən humanitar sahəyə aid olsa da, xristian dünyasında cəmiyyət sfera-

sına aiddir. Amma islamda da hər bir fərd üçün nəzərdə tutulan həyat tərzi 

və davranış qaydaları (fiqh) dini yönlü dövlətlərdə cəmiyyət və dövlət sə-

viyyəsində  təsbit olunmaqla hüquq sisteminin əsasını  təşkil edir və 

beləliklə ictimailəşmiş olur.  

İstənilən halda bütün dinlər həm humanitar, həm də cəmiyyət sferası 

ilə sıx surətdə bağlıdır.  

Tarix də həmçinin. Tarix özü və tarixlə tərbiyə daha çox humanitar 

sahəyə aid olsa da, tarixşünaslıq və tarix fəlsəfəsi daha çox ictimai elmlərə 

aiddir. 


Eləcə də fəlsəfə. Bir çox təsnifatlarda fəlsəfə humanitar sahəyə aid 

edilir. “Özünü dərk et” prinsipindən çıxış edildikdə, bu doğrudan da belə-

dir. Amma insan fəlsəfəsindən fərqli olaraq tarix fəlsəfəsi daha çox dərəcə-

də ictimai yönlüdür. Yəni onun predmetini insan yox, cəmiyyət; fərdi ruh 

yox, ictimai ruh təşkil edir. İnsanın özünüdərki, millətin özünüdərki və nə-

hayət, bəşəriyyətin özünüdərki fəlsəfənin strukturunda fərqli səviyyələrdir.  

Göründüyü kimi, biz humanitar və ictimai elmlər bölgüsündə insan 

və cəmiyyət bölgüsünə əsaslanırıq. 

Lakin sual olunur ki, insan problematikasına onun fiziki varlığı, 

bədəni ilə bağlı məsələlər də aiddirmi, yoxsa ancaq mənəvi aləm, onun iç 

dünyası  nəzərdə tutulur? Belə ki, bəzi təsnifatlara görə, insan bədəni bir 

təbiət hadisəsi olmaqla, təbiətşünaslığın predmetinə daxil edilir.  

Əslində isə insan bədəni, bir tərəfdən, təbiətə aid olsa da, digər tərəf-

dən, onun əməli fəaliyyəti və mənəvi-ruhani aləmi üçün də mühüm bir rol 

oynadığına görə, həm də humanitar sahəyə aiddir. Bu mənada insanın fizi-

ki sağlamlığına xidmət edən səhiyyə sistemi və idman da humanitar sahəyə 

aid edilə bilər. Maraqlı haldır ki, səhiyyə özü insana xidmət etməklə huma-

nitar mahiyyət daşısa da, təbabət bir elm sahəsi kimi humanitar elmlərə de-

yil, daha çox dərəcədə təbiətşünaslığa aiddir. Lakin son dövrün praktikası 

göstərir ki, təbabət hər halda sadəcə  təbiət elmi kimi qəbul edilə bilməz, 

çünki burada insan ruhu, psixikası ilə və deməli, ümumiyyətlə, humanitar 

sahə ilə sıx bağlılıq vardır.  




 

Elm və onun inkişaf yolu 

 

 

 

177



 

K.Marks və F.Engels yazırdı: “Harada ki, spekulyativ təfəkkür həqi-

qi həyatla üzləşərək kəsilir, orada həqiqi  müsbət elm, praktik fəaliyyətin, 

insanların praktik inkişaf prosesinin təsviri başlayır”.

1

1

 Bəli, antik fəlsəfə-



dən, nəzəri fəlsəfi təfəkkürdən başlanmış böyük idrak marafonu harada isə 

gerçək həyatın daşlı-kəsəkli yollarında finişə yaxınlaşır, nəzəri modellərlə 

həyatın reallıqları arasındakı uyğunsuzluqlar getdikcə daha çox dərəcədə 

özünü büruzə verir və  təfəkkürün gücü öz enerjisini tükətdiyindən insan 

hər şeyə sanki yenidən – sıfırdan başlayır. Bu dəfə insan öz empirik düşün-

cəsini işə salır və sadə  həyat məsələlərinin təcrübi dərkindən başlayaraq 

nəzəri təfəkkürə doğru yeni bir marafon yürüşünə çıxır.  

Hazırda müxtəlif xalqlar və ölkələr vahid elm sistemindən eyni 

dərəcədə istifadə etmirlər.  Əksər ölkələrin iqtisadi və texnoloji inkişaf 

səviyyəsi müasir elmin tətbiqinə uyğun gəlmir. Bunun üçün həm ictimai-

təşkilatı infrastruktur, həm iqtisadiyyatın texnoloji strukturu müasir elmin 

“dilində” yazılmış – qurulmuş olmalıdır.  

Q.M.Qlaqoleva yazır: “Elmi kəşflərin və tətbiq üçün hazırlanmaların 

texnoloji mənimsənilməsi onların yeni texnikanın real nümunələrində, yeni 

texnoloji prosesdə həyata keçirilməsinə imkan verir. Təcrübi-eksperimen-

tal istehsal məhz elmi prosesi sənaye prosesinə çevirən halqa olur; həm də 

elə bir halqa ki, özündə həm elmi tədqiqatın, həm də istehsalın elementlə-

rini birləşdirir”.

1

2

 Əlbəttə, müəllifin elmdən istehsala gedən yolu keyfiyyət-



cə fərqli mərhələlərə ayırmaq cəhdi təqdirəlayiqdir. Lakin Q.M.Qlaqoleva 

bu məsələdə ardıcıllıq nümayiş etdirmir. Belə ki, “yeni texnika nümunəsi” 

və “yeni texnoloji proses” əslində fərqli mərhələlərdir. Başqa sözlə desək, 

“nümunə” tək nüsxədə olduğu halda, “yeni texnoloji proses” ancaq silsilə 

istehsal aktlarına aiddir.  

Elmi kəşfin tətbiq üçün hazırlanması isə  əslində elmi fəaliyyətdən 

fərqli təbiətə malikdir. Belə ki, elmin məqsədi obyektiv gerçəklikdə, təbi-

ətdə olan qaydanın, ahəngin, strukturun aşkar edilməsi və terminlərlə, ya-

xud riyazi dillə ifadə olunmasıdır. Halbuki, tətbiq üçün hazırlanma prose-

sində insan özünün bildiklərini təbii materiala transfer etməyə çalışır. Elmi 

inkişafın ilk dövrlərində alimlər hər iki mərhələni özündə birləşdirir və öz-

                                                 

1

 К.Маркс и Ф.Энгельс. Сочинения. Изд.второе, т 3, c. 26. 



2

 Г.М.Глаголева.  Технологическое  освоение  научных  открытий  и  разработок 

(экономические аспекты), М., «Экономика», 1977, с. 47. 



Elm haqqında elm 

 

 



 

178


lərinin hansı isə ideyasını tətbiq üçün özləri hazırlayırdı. P.L.Kapitsa yazır: 

“Əvvəlki vaxtlarda nəinki Nyuton və Hyugens, hətta Maksvell kimi nəzə-

riyyəçilər də öz nəzəri mülahizələrinin eksperimental yoxlanmasını özləri 

həyata keçirirdilər. İndi isə ancaq istisna hallarda nəzəriyyəçi öz nəzəriy-

yəsini yoxlamaq üçün təcrübə qoyur”.

1

1



 Yəni artıq elmin öz daxilində əmək 

bölgüsü, diferensiallaşma getmiş, yeni bir qayda formalaşmışdır.  

Müasir dövrdə qloballaşmanın və dayanıqlı inkişaf konsepsiyasının 

tələblərinə uyğun olaraq müxtəlif elm sahələri arasında qarşılıqlı əlaqə get-

dikcə genişlənir və elmdaxili inteqrativ proseslər gedir. A.D.Ursul “daya-

nıqlı inkişaf problemlərinin təbii-elmi, humanitar, texniki, kənd təsərrüfatı, 

tibbi və fənlərarası sahələrin tədqiqat cəbhəsinin genişlənməsini, bioloji və 

sosial sistemlərin tarazlaşması, habelə yer və kosmosun bütöv sisteminin 

ayrı-ayrı elementləri və prosesləri üzrə biliklərin ümumi elmi istiqamətlər-

də birləşməsini” yeni dövrün əsas tələbləri kimi qeyd edir.

1

2

 Onun fikrinə 



görə, müasir  inkişaf mərhələsində elm, texnika və texnologiya noosfer ori-

yentasiyasına keçməlidir.

 

1

3



 Belə ki, Yerin təbiətinə antropogen təzyiq azal-

malı, noosferogenezin kosmik magistralı formalaşmalıdır.

1

4

  Əlbəttə, noo-



sfer ideyası  gələcək elmin əsas inteqrativ prinsiplərindən biri ola bilər. 

Amma elmin məhz hansı istiqamətdə inkişaf edəcəyini birqiymətli şəkildə 

proqnozlaşdırmaq hələ mümkün deyil.   

İndi bizim elm kimi qəbul etdiyimiz biliklər sistemi, əslində vahid 

bütöv bir sistem olmayıb, ayrı-ayrı fənlərdə təmərküzləşmiş, strukturlaşmış 

nisbi müstəqil epistemoloji sistemlər çoxluğu heç də yeganə mümkün va-

riant deyil.  

Əvvəla, bir daha vurğulamaq istəyirik ki, hansı isə vahid elmdən da-

nışmaq üçün hələ  də kafi əsas yoxdur. İndi olsa-olsa ayrı-ayrı elmlər var 

ki, bunların bir qismi o dərəcədə yaxınlaşmışdır ki, onlardan vahid bir sis-

tem kimi bəhs etmək bəlkə  də mümkündür. Amma bəzən bu elmlərin öz 

daxilində də elə ayrılmalar baş verir ki, dünyanın vahid elmi mənzərəsin-



dən  danışmağın hələ tez olduğu aydınlaşır. Bununla belə, bizi maraqlan-

                                                 

1

 П.Л.Капица. Эксперимент, теория, практика: Статьи и выступления. М., Наука, 



1981, с. 190-191. 

2

 Послесловие  академика  А.Д.Урсула // С.Халилов.  Основания  научно-техничес-



кого  прогресса.  Логико-методологический  анализ.  Москва, «Экономика  и  инфор-

матика», 1997, с. 137. 

3

 Yenə orada, s. 136. 



4

 Yenə orada, s. 138. 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə