Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə64/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   60   61   62   63   64   65   66   67   ...   281

Elm haqqında elm 

 

 



 

174


 

Əslində dəqiq elmlərin özünüdərk səviyyəsinə çatması iki aspektdə 

həyata keçir. Elmə məntiqi-epistemoloji rakursda, biliklər sistemi və elmi 

yaradıcılıq aktlarının cəmi kimi baxan elm adamları elmi özünüdərk sis-

temlərində də riyaziyyatın və dəqiq elmlərin metodlarından istifadə edirlər. 

Onlar təbii ki, ictimai elmlərin buraya qatılması haqqında heç düşünmürlər 

də. Halbuki, özünüdərk hadisəsi əslində fəlsəfənin predmetinə daxildir. Və 

dəqiq elm adamları da bu məsələlərə toxunarkən  əslində  fəlsəfi qatda 

bulunduqlarının fərqində olmurlar. Məsələyə filosoflar müdaxilə etdikdə 

isə, onlar dəqiq elm və ictimai elm arasında ayrıseçkilik etmədən, daha 

universal yanaşma üsulundan çıxış edirlər. Ona görə  də, elm fəlsəfəsinin 

ictimai elmləri əhatə edən hissəsi daha çox dərəcədə fəlsəfə tədqiqatçıları 

və sosioloqlar tərəfindən həyata keçirilmişdir.

1

1



  Həm də belə bir mövqe 

mövcuddur ki, ictimai gerçəkliyin dərk olunması təbiətin dərkinə nisbətən 

spesifik  xüsusiyyətlərə malikdir və ona görə  də, “ictimai idrak”, “sosial 

idrak”, “tarixi idrak” kimi terminlərdən istifadə olunur.

1

2

 T.Haff həm təbiət, 



həm də cəmiyyət elmləri üçün vahid metodoloji prinsipdən çıxış etməyin 

tərəfdarı olan  Q.Mendelin “naturalistik monizm” mövqeyi ilə V.Dilteyin 

iki fərqli metodologiyadan çıxış etmək mövqeyini qarşılaşdıraraq kompro-

mis yaratmağa, ortaq bir variant tapmağa çalışır.

1

3

 Həm də bu fikri T.Haff 



M.Veberin sosial elmlərin metodologiyasına dair təlimini  şərh edərkən 

söyləyir. J.Aqassi də ictimai elmlərin spesifikasını öyrənməyin tərəfdarı-

dır. O, yazır: “Fizika heyrətamizdir, amma fiziklərin qiymət vermədiyi 

                                                 

1

 Н.Стефанов.  Теория  и  метод  в  общественный  науках.  М., «Прогресс», 1967; 



Г.А.Антипов, А.Н.Кочергин.  Проблемы  методологии  исследования  общества  как  це-

лостной  системы.  Новосибирск,  Наука, 1988; Д.Лукач.  К  онтологии  общественного 

бытия.  Пролегомены.  Пер.  с  нем.  М., «Прогресс», 1991; Социо-логос.  Пер.  с  англ., 

нем.,  франц.,  М., «Прогресс», 1991; Л.  фон  Мизес.  Концепция  социальных  наук // 

Теория  и  история:  интерпретация  социально-экономической  эволюции.  Челябинск, 

Социум, 2009, с. 229-232.    

2

 Проблемы познания социальных явлений. Свердловск, Уральский Гос.Унив., 1980; 



Г.А.Антипов.  Историческое  прошлое  и  пути  его  познания.  Новосибирск,  Наука, 1987; 

В.Ж.Келле, М.Я.Ковальзон. Теория и история. (Проблемы теории исторического прогрес-

са. М., Изд-во полит. литературы, 1981; Г.С.Арефьева. Общество, познание, практика. М., 

«Мысль», 1988; З.Бауман. Мыслить социологически. Пер. с англ., М., Аспект Пресс, 1996. 

3

 T.E.Huff.  On the Methodology of the Social Sciences: A rev. essay. Pt. 1 // 



Philosophy of the Social sciences. Toronto, 1981, vol. 1, № 4, p. 462-463.    


 

Elm və onun inkişaf yolu 

 

 

 

175



 

ictimai elmlər bəzən daha heyrətamiz olur”.

1

1

  



İctimai elmlər həqiqətən xeyli dərəcədə spesifik sahədir. Onların 

ümumi cəhətləri çoxdur. Amma buna baxmayaraq, müvafiq elm sahələri 

qarşısında qoyulan vəzifələri daha konkret dərk edə bilmək üçün bu sahə-

lərin özünə də diferensial yanaşa bilməli, onları fərqləndirməliyik.  

Humanitar və ictimai elmlər ilk baxışda nə  qədər yaxın görünsələr 

də, əslində xeyli dərəcədə fərqli mahiyyət və məzmuna malikdirlər.  

Digər tərəfdən də, bir var humanitar elmlər, bir də var ümumiyyətlə 

humanitar sahə.  

İnsan, onun mənəviyyatı, estetik dünyası, arzu və idealları – huma-

nitar sahənin əsas predmetidir. Tarix, bədii ədəbiyyat, incəsənət də huma-

nitar sahəyə aiddir. Bu başqa məsələ ki, göstərilən humanitar hadisələrin 

hər birinin öz elm və fəlsəfə səviyyəsi də vardır. Tarix, tarixşünaslıq («ta-

rix elmi» – bəzən sadəcə «tarix» də deyilir; yəni hər iki məna eyni sözlə 

ifadə olunur) və tarix fəlsəfəsi, bədii ədəbiyyat, ədəbiyyatşünaslıq (filolo-

giya) və  ədəbiyyat fəlsəfəsi (aşağı yarusda bu sahə  «ədəbi tənqid» kimi 

məlumdur), incəsənət, sənətşünaslıq və sənət fəlsəfəsi (estetika), din, din-

şünaslıq və din fəlsəfəsi, mənəvi tərbiyə, pedaqogika və etika geniş planda 

götürdükdə humanitar sahəyə aiddir. Son vaxtlar daha inteqrativ bir elm 

sahəsi kimi insanşünaslıqdan, bəzən də antropologiyadan bəhs olunur. Mə-

naları eyni olsa da, bu iki tədqiqat istiqamətində  bəzən fərqli məzmunlar 

qruplaşdırılır.  

Sovet dövründə insan özü də ilk növbədə sosial varlıq kimi götürül-

düyünə görə, insanşünaslıq da cəmiyyətşünaslığın içərisində  əridilmişdi. 

İnsan fərdiyyətinin önə çəkilməsi daha çox dərəcədə Qərb dünyası, kapita-

list ölkələri üçün səciyyəvi idi. Ona görədir ki, humanitar təfəkkür də, in-

san haqları mövzusu da, irsiyyət məsələləri də, fərdi-psixoloji problemlər 

də daha çox Qərbdə öyrənilirdi.  İnsanın sosiallaşması  hətta bədii  ədəbiy-

yatda da öz əksini tapmışdı. İndi kommunist ideologiyasından ayrıldıqdan 

sonra, qarşımızda duran vəzifələrdən biri də insanşünaslığı  bərpa etmək, 

fərdin cəmiyyətdə itmək, fərdiyyətini itirmək təhlükəsinin qarşısını al-

maqdır.  

Din də humanitar sahəyə aiddir. Çünki insanın mənəvi aləmi ilə 

                                                 

1

 J.Agassi. The Social Base of Scientific Theory and Practice // Rationality in Science 



and politics. Dordrecht, Reidel, 1984, p. 27. 


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə