Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə56/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   52   53   54   55   56   57   58   59   ...   281

Elm haqqında elm 

 

 



 

156


aşkar etmək, habelə onun tarixi inkişafındakı əsas keyfiyyət mərhələlərini 

müəyyən etmək imkanı verir. 




 

Elm və onun inkişaf yolu 

 

 

 

157



 

 

 

 

 

  

Elmlərin təsnifatı 

 

 



Elmlərin təsnifatı və onun təşkilatlanması prosesi sıx surətdə əlaqə-

dardır. Belə ki, elm vahid, bütöv koqnitiv sistem kimi formalaşmadığına və 

bir çox xüsusi elmləri, fənləri, ixtisasları  tədqiqat istiqamətlərini özündə 

birləşdirdiyinə görə  və bu sahələr arasında hələ kifayət dərəcədə  məsafə 

olduğuna görə,  əvvəlcə onların hər birinin ayrılıqda strukturlaşmasına və 

institutlaşmasına ehtiyac olur. Təbii ki, bir kimyaçının  ədəbiyyatçı  və ya 

astronomların işindən xəbər tutmasına ehtiyac olmaya da bilər. Amma 

onun kimyaçıların hazırda nə ilə  məşğul olduğunu, hansı problemlərin 

gündəmdə olduğunu bilməsi tələb olunur. Xüsusən, özünün tədqiqat apar-

dığı dar ixtisas sahəsində bütün dünya miqyasında görülən işlərdən xəbər-

dar olması şərtdir. Yəni o, virtual şəkildə də olsa həmin ixtisas üzrə alimlər 

birliyinin üzvü olmalıdır. Hər bir yeni elmi nəticə müvafiq sahədəki bilik-

lər sisteminə daxil edilməli və bu birlik daxilində hamının ümumi sərvəti-

nə çevrilməlidir. Əslində söhbət elmlərin və ya fənlərin, ixtisasların koqni-

tiv institutlaşması prosesindən gedir. Lakin bu proses gec-tez müvafiq so-

sial institutlaşma ilə tamamlanmalıdır. Çünki elmi məzmun müstəvisində 

kommunikasiyanın təmin edilməsi üçün hər hansı problem və ya ixtisas 

üzrə mütəxəssisləri formal surətdə birləşdirən və onların  əlaqəsini təmin 

edən sosial vasitələr olmalıdır. Alimlər adətən müəyyən bir jurnal ətrafında 

birləşir. Dünya miqyasında eyni ixtisas üzrə bir neçə jurnal çap olunursa 

onların hamısı birləşdirici amil kimi çıxış edir. Bundan başqa elm və ixti-

sas sahələri üzrə assosiasiyalar, ictimai təşkilatlar, dərnəklər, seminarlar da 

bu funksiyaya xidmət edir. Amma ən vacib olan və daha sıx birliyin təmin 

olunmasına xidmət edən müvafiq ixtisas üzrə fakültələr, kafedralar, labora-

toriyalardır. Keçmiş SSRİ-dən qalan ənənəni davam etdirən bəzi ölkələrdə 

Elmlər Akademiyaları  və müvafiq institutlar, bölmələr fəaliyyət göstərir 

ki, əslində bunlar müvafiq ixtisas sahələri üzrə alimlərin daha sıx surətdə 



Elm haqqında elm 

 

 



 

158


təmərküzləşməsinə imkan yaradır. Amma bir ölkə daxilində sıx birləşmək 

yetərli olmur. Ona görə də elmi institutlaşma beynəlxalq miqyasda həyata 

keçməli, bütün dünyadakı müvafiq institutlar, fakültələr və kafedralarla 

əlaqə yaradılmalıdır. Bu problemə təhlil edən R.Uitli diqqəti koqnitiv insti-

tutlaşma ilə sosial institutlaşma arasında  əlaqəyə yönəldir. Onun fikrinə 

görə, sosial təşkilatlanma olmasa alimlər öz aralarında elmi informasiya 

mübadiləsi apara bilməsələr elmin koqnitiv müstəvidə institutlaşması  və 

müstəqil fənlərin yaranması da mümkün deyil.

1

1

 Uitli belə hesab edir ki, 



Kun hər bir elmdə vahid bir paradiqmanın  olduğunu iddia etsə də, əslində 

fərqli koqnitiv strukturlar mövcud olur və onlar arasında eninə və dərininə 

əlaqələr yaranır. Yəni müxtəlif struktur səviyyələrindən danışmaq müm-

kündür.


1

2

  



Lakin elmin fənlərə ayrılması  və  hər fənnin öz daxili bölgüsü çox 

şərti və bəzən mübahisəli olduğu kimi, sosial institutlaşma və təşkilati for-

ma məsələlərində  də uyğun problemlər yaranır.  Əslində vahid dəyişməz 

təsnifat aparıla bilməz, çünki elmin daxili dinamikası buna imkan vermir. 

Zaman keçdikcə bəzi ixtisas sahələri arxa plana keçir və yeniləri yaranır. 

Bu proses müxtəlif bilik sahələrinin yaxınlaşması  və  kəsişmə bölgəsində 

yeni problemlərin üzə çıxması sayəsində həyata keçə bildiyi kimi, eyni bir 

sahənin nəzəri və tətbiqi səviyyələri arasında körpü atılması sayəsində də 

həyata keçə bilər. Məsələn, psixiatriyanın nisbi müstəqil şəkildə institutlaş-

masını M.Fuko belə  təsvir edir: “Qərarlaşdığı dövrdə, yəni XVIII əsrin 

sonu - XIX əsrin  əvvəllərində psixiatriya ümumi təbabətin ixtisaslaşmış 

sahəsi deyildi. XIX əsrin əvvəllərində, elə sonralar da, bəlkə lap XX əsrin 

ortalarınadək psixiatriya tibbi biliyin və ya nəzəriyyənin xüsusi bir sahə-

sindən çox, ictimai gigiyena sahəsi kimi fəaliyyət göstərirdi. Təbabətin bir 

bölməsinə çevrilməzdən  əvvəl, psixiatriya sosial müdafiə, xəstəlik və ya 

xəstəliklə birbaşa, ya da dolayı surətdə bağlı olan hadisələr üzündən 

cəmiyyətin qarşılaşa biləcəyi hər hansı bir təhlükədən müdafiə sahəsi kimi 

institutlaşmışdır. Psixiatriya bir növ sosial profilaktika, bütövlükdə ictimai 

bədənin gigiyenası kimi institutlaşırdı”.

1

3



 M.Fuko psixiatriyanın elm kimi 

formalaşmaq yolunda bu sahədə elmi jurnal nəşr olunmasını mühüm bir 

                                                 

1

 Whitley R. Cognitive and social institutionalization of scientific and research areas. – 



In: Social Process of Scientific Development. Ed. By R. Whitley. London., 1974, p. 69-95. 

2

 Yenə orada, səh. 71. 



3

 М.Фуко. Ненормальные. СПб., Наука, 2005, с. 149. 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə