Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə70/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   66   67   68   69   70   71   72   73   ...   281

 

Elm və onun inkişaf yolu 

 

 

 

191



 

masına ehtiyac vardır. Başqa sözlə, burada spesifik meyarlar sistemi ol-

malıdır. Lakin təəssüf ki, elmiliyin meyarları çox vaxt “elmi biliyin” hə-

qiqiliyi və onun sözlərlə düzgün ifadə olunması prosedurunun təfərrüatları 

çərçivəsində axtarılır.  

Vahid ümumbəşəri elm sistemi “elm üçün elm” prinsipi ilə formala-

şır. Yəni burada əsas məqsəd bizim utilitar-praktik mühitin deyil, elmin 

özünün qarşıya qoyduğu problemləri həll etmək olduğundan, elmi işlərə 

qiymət verməyin də meyarları  məhz “elm üçün elm” mövqeyindən 

müəyyənləşdirilmişdir. Başqa sözlə, burada elmi işə istehsalatda tətbiqdən 

və iqtisadi faydadan daha çox, böyük miqyaslı elmi axtarışlarda rol oyna-

maq, elmin özü üçün faydalı olmaq baxımından yanaşılır. Bu cəhət məhz 

fundamental elmlər üçün səciyyəvidir. Fundamental tədqiqatlar tezcə öz 

praktik tətbiqini tapa bilmədiyinə görə, onların elmi dəyərinin qiymətləndi-

rilməsi xüsusi metodika tələb edir. Bunun üçün müəyyən bir elmi nəticəyə 

gətirən tədqiqat prosesinin spesifikasından əlavə, bu nəticənin elmi biliklər 

sistemində tutduğu yeri və yeni nəzəriyyələr üçün oynadığı potensial rolu 

dəyərləndirmək tələb olunur.

2

1

  



Baxmayaraq ki, tətbiqi elmlərdə  hədəf elmin özündən daha çox

onun iqtisadi səmərəsidir, burada da elmi fəaliyyət bir neçə mərhələni əha-

tə etdiyinə görə, yekun nəticə alınana qədər aparılan tədqiqatlara ancaq el-

min öz meyarları baxımından qiymət verilə bilər. Əlbəttə, qiymətləndirmə-

nin ən etibarlı forması müvafiq sahə üzrə mötəbər alimlərin rəyidir. Yəni 

hər bir elmi iş ekspertizadan keçirilir, onun elmi dəyəri məhz həmin sahə-

nin mötəbər mütəxəssisləri tərəfindən qiymətləndirilir.  

Əlbəttə, bu üsul daha etibarlı olardı, o zaman ki, mənəvi mühit sağ-

lam olaydı, yəni elmi tələblər yeganə meyar olaydı. Ölkəmizdə  və ümu-

miyyətlə  Şərq dünyasında elmin dəyərləndirilməsini çətinləşdirən  ən mü-

hüm məsələlərdən biri məhz obyektiv münasibətin və prinsipiallığın çatış-

mamasıdır. Görünür bu səbəbdən də daha çox dərəcədə formal göstəricilə-

rə, texniki şərtlərə üstünlük verilir. Xüsusən elmi dərəcə verilməsi zamanı 

formalizm mahiyyəti üstələyir və nəticədə istedadlı adamların elmə gəlişi 

çətinləşir.  

                                                 

1

 Daha  ətraflı, bax: С.С.Халилов.  Рецензия  на  книгу: «Проблемы  оценки  эф-



фективности  фундаментальных  исследований:  логико-методологические  аспекты» 

Ю.Б.Татаринова. М., Наука, 1986 // Вопросы философии. 1988. № 5.  




Elm haqqında elm 

 

 



 

192


Maraqlıdır ki, ölkəmizdə dissertasiya işlərinə qoyulan tələblər sovet 

və Rusiya ənənələrinə uyğun olaraq bütün qiymətləndirmə formalarını 

əhatə edir. Yəni elmi işdən həm yeni ideya, həm kommunikasiya (beynəl-

xalq elm şəbəkəsinə daxil olmaq), həm aprobasiya, həm də tətbiqi nəticələr 

tələb olunur. Tələblərin bu cür müəyyənləşdirilməsi Rusiyada indi də da-

vam edən elmilik meyarlarına əsaslanır.

2

1

 Yəni dissertasiya işi böyük elm 



sisteminin modelinə uyğun surətdə təsəvvür olunur. Halbuki, hər bir kon-

kret tədqiqat  əsəri böyük elm sisteminin əhatə etdiyi bütün mərhələləri 

özündə əks etdirə bilməz. O yalnız böyük zəncirin müəyyən bir halqasına 

uyğun gələ bilər. Bu baxımdan, özlüyündə lokal, bitmiş bir sistem olan 

tədqiqat əsəri – dissertasiya işi əslində böyük sistemin bir hissəsi kimi heç 

nəyə lazım olmur. Ona görə də, əksər hallarda dissertasiya işlərinin arxivə 

getməkdən başqa bir aqibətini görmək çətindir. Halbuki, elm adamının sə-

viyyəsi böyük elmə qatılma dərəcəsi və bu prosesdə rolu ilə müəyyənləşdi-

rilməlidir. Bizim ölkədə isə ən böyük kəşf də etsən, elmi ideyanın nəticələ-

ri həqiqətən tətbiq olunaraq böyük iqtisadi səmərə də gətirsə, ən mötəbər 

jurnallarda məqalələrin də çıxsa (amma bu məqalələrin sayı bəlli rəqəmdən 

az olsa, elmi dərəcə ala bilməzsən. Çünki bunun üçün ancaq formal bir 

prosedur yolu keçilməli, bütöv elm modeli imitasiya olunmalıdır. Bəli, elm 

olmayanda onun yerini imitasiyası tutur. Və belə bir şəraitdə ara-sıra 

böyük elmi işlər görülürsə, onlar da imitasiya formalizminin baryerini keçə 

bilmir.  

Bu dediklərimiz ancaq dissertasiyalara qoyulan tələblərlə bağlı deyil. 

Burada heç olmasa, müəyyən meyarlar və tələblər vardır. Bəs müdafiədən 

sonra? Sonrakı tədqiqatların qiymətləndirilməsi hansı prinsip üzrə aparılır? 

Yəni bizdə elmi ekspertizanın hansı formaları  tətbiq olunur? İş stajı, 

ümumiyyətlə  məqalələrin sayı, kitabların sayı  və neçə-neçə  dəyərsiz 

kitablar, “əsərlər” yığını. 

Bizdə  hələ  də elmlə maarifçilik arasındakı  sərhəd nəzərə alınmır. 

Səbəbi isə budur ki, maarifçilik, elmi biliklərin tədrisi və təbliği, heç olma-

sa kimə isə lazımdır. Məsələn, universitetlərdə əlavə dərs vəsaiti kimi, ya-

xud da intellektli evdar qadınlar üçün elmi-kütləvi ədəbiyyat əvəzi olaraq. 

“Elm adamlarının” isə öz həmvətənlərinin yazdığını oxumağa vaxtı yox-

                                                 

1

 Bax,  məs.:  Б.А.Райзберг.  Диссертация  и  ученая  степень.  Пособие  для  соиска-



телей. М., ИНФРА-М, 2004. 


 

Elm və onun inkişaf yolu 

 

 

 

193



 

dur, onlar ya rusdilli mənbələri oxuyub icmal düzəldir, başqalarının fik-

rindən yeni-yeni kitablar düzüb-qoşur, ya da pul qazanmaq üçün əlavə bir 

işlə məşğul olurlar. Hətta oxusalar da, heç kim tənqidi təhlil mövqeyindən 

oxumur. Azərbaycanda indi hətta müəyyən  ənənəsi olan ədəbi tənqid 

sahəsində də “tənqid”dən əsər-əlamət qalmayıb, o ki qala elmi ədəbiyyata 

münasibət sahəsində. Bir sözlə, “heç kim heç kimin kitabını oxumur”. 

Görünür elə buna görədir ki, çıxan kitabların böyük əksəriyyəti elmi 

kitabxanalara göndərilmir. Hətta Mərkəzi Kitabxana belə bütün kitabları, 

heç olmasa, bir nüsxə halında ehtiva etməyə səy göstərmir.      

Yaranmış belə  vəziyyət elmi meyarlara yenidən baxılmasını, elmi 

ekspertiza işinin daha səmərəli təşkili üçün tədbirlər görülməsini, elmin 

əlaqələndirilməsi sahəsində mövcud boşluğun aradan qaldırılmasını  və s. 

bu kimi operativ tədbirlərin gerçəkləşdirilməsini tələb edir. Yəni ölkəmiz-

də heç olmasa nisbi müstəqil elm sistemindən danışmaq istəyiriksə, bunun 

üçün ilk növbədə sistemliliyi təmin edən şərtlər ödənilməlidir. Bəs bu şərt-

lər nədən ibarətdir? Elm digər fəaliyyət sahələrindən nə kimi spesifik əla-

mətlərlə fərqlənir? Bax, bu suallara cavab tapmaq üçün dünyada artıq ya-

rım əsrdən artıqdır bəlli olan elmşünaslıq fənninin heç olmazsa əsas prin-

siplərini mənimsəmək lazımdır. 

Biz başqa paraqraflarda həqiqi elmi inkişaf məsələlərinə xüsusi diq-

qət verdiyimiz üçün, burada ancaq ənənəvi “ölçmə” metodlarını nəzərdən 

keçirəcəyik. 

Elmin inkişaf qanunauyğunluğu yalnız sistemli tədqiqat sayəsində 

müəyyənləşdirilə bilər. Həm də belə qanunauyğunluqdan ancaq statistik 

mənada danışmaq mümkündür. Hər bir konkret məqamda elm özünün çat-

mış olduğu səviyyə ilə xarakterizə olunur ki, bu səviyyə  də yalnız elmin 

həmin məqamda digər sosioloji sistemlər arasında tutduğu mövqeyi, həm-

çinin müxtəlif stabil kəmiyyət xarakteristikalarını müəyyənləşdirmək sayə-

sində öyrənilə bilər. Lakin «elm» sisteminin dinamik xüsusiyyətlərini tə-

min etmək, inkişaf qanunauyğunluğunu aça bilmək üçün təkcə onun ani 

vəziyyətini yox (bu mümkün də deyil), keçdiyi bütün əsas mərhələləri 

müəyyənləşdirmək, zamana görə təsnif etmək lazım gəlir. Elmin müxtəlif 

tarixi mərhələlərdəki vəziyyətinin müqayisəsi onun inkişaf qanunauyğun-

luğunun açılmasına yalnız o zaman imkan verə bilər ki, belə  mərhələlər 

sayca çox olmaqla statistik nəticə çıxarmaq üçün yararlı olsun. Elmin müx-

təlif tərkib elementlərinin statistik tədqiqi hazırkı dövrdə bu elementlərin 



Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə