Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə69/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   65   66   67   68   69   70   71   72   ...   281

 

Elm və onun inkişaf yolu 

 

 

 

189



 

üzrə tanınmış mütəxəssis V.V.Pislyakov yazır: “İqtibas (sitat) gətirmələrin 

strukturunun təhlilinin və bibliometrik göstəricilərin təyininin əsasını vaxt-

aşırı mətbuat üzrə məlumatların “iqtibas” bazası təşkil edir. Burada yalnız 

jurnal nəşrləri haqqında biblioqrafik məlumatlar (müəllif, başlıq, jurnalın 

adı, il, cild, buraxılış, səhifələr) deyil, həmçinin məqalədə iqtibas gətirilən 

ədəbiyyatın siyahısı toplanır. Bu, həm hər hansı bir məqalədə iqtibas gəti-

rilən nəşrləri, həm də bu məqalədən iqtibas gətirən nəşrləri tapmağa imkan 

verir. Bu yolla istifadəçi onu maraqlandıran məsələ üzrə bütün biblioqrafi-

yanın səmərəli axtarışını  həyata keçirə bilir. Eyni zamanda bu cür məlu-

matlar bazası üzərində yaradılan və bütünlüklə jurnallar üzrə məlumatları 

birləşdirən xüsusi “üstqurum” mütəxəssislərə dövri nəşrlərin biblioqrafik 

göstəricilərinə çıxış əldə etmək imkanı verir.”

2

1



İqtibasları saymaq mümkün 

olduğundan onun bir keyfiyyət göstəricisi kimi istifadə olunması başa 

düşüləndir. Lakin, bizcə, iqtibasların çoxluğu hələ məqalənin və ya kitabın 

ideya orijinallığına dəlalət edə bilməz. Belə ki, burada müəyyən bir möv-

zunun dəbdə olması, müəllifin və jurnalın nüfuzu daha çox rol oynayır.  

Qarşıda duran problem “elmin inkişaf səviyyəsi” anlayışını konkret-

ləşdirmək, real inkişafın göstəricilərini, meyarlarını müəyyən etməkdən 

ibarətdir. Yəni elmin bir səviyyəsi başqasından hansı göstəriciyə görə 

üstün sayıla bilər? Və ya başqa sözlə, elmiliyin meyarları nədən ibarətdir? 

Bax, görünür, elmi tərəqqinin alt qatlarında gedən prosesləri araşdırmaq və 

onları  rəqəmlərin, riyaziyyatın dili ilə ifadə etmək çətin olduğuna görə, 

elmşünasların böyük əksəriyyəti elmin üzdə olan parametrlərinin dinami-

kasını “elmi inkişaf” adı altında araşdırmağa üstünlük verdilər. Əslində isə 

elm ancaq çoxölçülü fəzada mürəkkəb bir sistem kimi nəzərdən keçirilə bi-

lər. Bizim ikiölçülü və üçölçülü fəzada hansı isə qanunauyğunluq tapmaq 

cəhdlərimizin reallığa uyğun nəticə verməsi ona görə mümkün deyil ki, el-

min hər bir rakursu özlüyündə üçölçülü sistemdir. Digər tərəfdən, elmin 

bəzi rakursları skalyar yox, ancaq vektorial kəmiyyət olaraq araşdırılmalı-

dır. Yəni söhbət istiqamətlənmiş inkişafdan gedir. Bir çox ölkələrdə həqiqi 

böyük elm əvəzinə onun surroqatları, psevdoelmi təsisatlar fəaliyyət gös-

tərdiyindən burada “inkişaf” da zahiri parametrlərlə, kəmiyyət göstəriciləri 

ilə səciyyələnir. Belə ki, yeni binalar, yeni institutlar, kafedralar, laborato-

                                                 

1

 В.В.Писляков.  Методы  оценки  научного  знания  по  показателям  цитирования // 



Социологический журнал, № 1, 2007. 


Elm haqqında elm 

 

 



 

190


riyalar, avadanlıq və s. göstəriciyə çevrilir. Burada proses məlum biliklərin 

icmallaşdırılması və “mənimsənilməsindən” ibarətdir.  

Vahid yaradıcı elm sistemində isə inkişaf hətta yeni elmi biliklərin 

əldə edilməsi ilə deyil, dünyanın ümumi elmi mənzərəsinin hər dəfə yeni-

dən qurulması ilə  səciyyələnir. Model, mənzərə yenidən qurulduqda isə

biliklərin kəmiyyəti heç bir rol oynamır və  əksinə, daha kompakt model 

üçün onun qurulmasında istifadə olunan təməl biliklərin az olması daha 

böyük üstünlük sayılır. Başqa sözlə, elmin daxili inkişaf qanunauyğunluğu 

nəinki xətti tənlik və ya eksponent üzrə həyata keçmir, hətta ümumiyyətlə 

kəsilməz funksional asılılıqdan kənara çızır və diskret xarakter daşıyır. Ən 

sadə halda, konsentrik çevrələr modelini misal gətirmək olar ki, burada da 

radiusun getdikcə artması yox, əksinə, azalması bir tendensiya kimi göstə-

rilə bilər. Məzmun rakursunda elm sistemini bir tam halında modelləşdir-

mək, vahid dairə ilə  işarə etmək hələ ki, mümkün deyil. Nəinki müxtəlif 

elm sahələri və fənlər bütövləşə bilməyib, hətta bir fənn daxilində də birlik 

yoxdur və bütün nəzəriyyələr vahid bir nəzəriyyənin, təlimin, prinsipin 

xüsusi halları kimi nəzərdən keçirilə bilmir. Amma ümumi tendensiya bü-

tövləşmək istiqamətindədir. Başqa sözlə desək, “elmin inkişaf səviyyəsi” 

üçün bir meyar da vahidə yaxınlaşmaq hesab olunmalıdır.  

Söhbət sadəcə müxtəlif fənlərin fərqli elm sahələrinin yaxınlaşma-

sından yox, həm də empirik və nəzəri, fundamental və tətbiqi elmlər ara-

sında körpünün daha stabil olmasından gedir.  

Empirik tədqiqatlar həm tətbiqi, həm də fundamental elmlərin struk-

turuna daxil olsa da, onların funksiyası bu fərqli elmi istiqamətlərdə fərqli 

səciyyə daşıyır. Belə ki, empirik məlumatlar fundamental tədqiqatlarda 

ilkin mərhələdə iştirak etməklə nəzəri ümumiləşdirmələr üçün baza rolunu 

oynadığı halda, tətbiqi elmlərdə tədqiqatın son mərhələsində, bir növ elmi 

ideyanın yoxlanması, sınaqdan çıxarılması prosesində kara gəlir. Nəzəri 

araşdırmalar isə fundamental tədqiqatların  əsasını  təşkil etdiyi halda, tət-

biqi elmlərdə lokal səciyyə daşımaqla, bir növ nəzəri işləmə, tətbiqin riyazi 

modelləşdirilməsi kimi başa düşülə bilər. Ona görə də, elmin daxili məz-

mununda inkişafdan danışarkən, burada tədqiqatların fərqli xarakteri və 

fərqli istiqaməti nəzərə alınmalıdır. Bir sözlə, inkişaf müxtəlif struktur böl-

mələrində müxtəlif meyarlar əsasında və fərqli istiqamətlərdə həyata keçir. 

Deməli, hansı isə vahid inkişaf qanunauyğunluğundan danışmaq mümkün 

deyil. Və ya burada fərqli metodologiya və riyazi üsullardan istifadə olun-




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə