Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə46/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   42   43   44   45   46   47   48   49   ...   281

Bilik – Elm – Bilik 

 

 

 

123



 

dövrdə elmə  və  fəlsəfəyə münasibət çox gözəl görünür. Pifaqor adamları 

məqsəd və fəaliyyətinə görə üç qrupa bölür və onları obrazlı surətdə səciy-

yələndirmək üçün Olimpiya oyunlarına gələnlərlə müqayisə edir. Burada 

bir qisim adamlar öz fiziki imkan və qabiliyyətlərini nümayiş etdirərək ya-

rışırlar. Digərləri buraya ticarət məqsədilə  gəlirlər. Üçüncülər isə yalnız 

müşahidə edirlər. Pifaqora görə, həyatda da belədir. Kimlərsə  şöhrətin, 

kimlərsə var-dövlətin qulu olur. Lakin elələri də var ki, yalnız kənardan 

seyr edirlər və yeganə məqsədləri həqiqəti aşkara çıxarmaqdır. Bu üçüncü-

ləri Pifaqor filosof adlandırırdı. Burada fəlsəfə  həm də “təmənnasız elm” 

mənasında başa düşülür. Son məqsəd əldə olunan biliklərdən hansı sahədə 

isə istifadə etmək yox, həqiqətin özüdür. İnsan həqiqətə qovuşanda mənən 

saflaşır. Dünyanı, təbiəti dəyişmək məqsədini qarşıya qoymasa da, heç ol-

mazsa dünyanın, təbiətin ahəngini dərk edir və bu ahəngə uyğunlaşmaq 

imkanı  əldə edir. Burada Heraklitin məşhur “təbiətlə  həmahənglik” prin-

sipi yada düşür... 

Lakin insan hər cür istiqamətli fəaliyyətin subyekti olduğundan də-

yişdirilmiş insan mənəviyyatı istər-istəməz dünyanın da dəyişdirilməsinə 

gətirir. Lakin bu tarixi proses birdən-birə  həyata keçmir. Təməli qədim 

Şərqdə qoyulan, antik dövr və orta əsr Şərq təfəkkür tərzinin süzgəcindən 

keçən bilik-əməl problemi Yeni Dövrdə yeni çalarlarla zənginləşərək bir 

sıra müvəffəqiyyətlər gətirsə  də, özünün tam elmi həllini hələ  də tapma-

mışdır. Tarixi vərəqləmək və onun dərslərini nəzərə almaq bu problemin 

həlli üçün mühüm şərtdir. 

Bütün bu deyilənlərdən sonra, bir daha orta əsr  Şərqində bi-lik və 

əməl probleminin necə həll olunması məsələsinə qayıtsaq, görərik ki, mə-

sələnin bu gün üçün düzgün sayılan həlli elmi biliyə üstünlük və müstəqil-

lik verilməsi, o dövr üçün hələ tez idi. Elmin texniki tərəqqini qabaqlaması 

yalnız XX əsr üçün səciyyəvi olan bir hadisədir və  əksər tədqiqatçılar 

elmi-texniki inqilabın mahiyyətini məhz bununla izah edirlər. 

Elmi yalnız mədəni sərvət kimi başa düşmək, ondan heç bir maddi 

səmərə  və  tətbiq gözləməmək, ona tam təmənnasız münasibət bəsləmək 

ayrı-ayrı adamlara xas ola bilər, lakin dövlət belə mövqedən çıxış edə bil-

məz. Alimə ola bilsin ki, yalnız hikmət, dövlətə isə həm də güc lazımdır. 

Şərqin ənənəvi təfəkkür tərzini müasir dövrdə dövlət siyasəti miqya-

sında təbliğ edən mütəfəkkirlərə  hələ rast gəlmək mümkündür. Görkəmli 

hind filosofu və siyasi xadimi M. Qandi elmdən maddi qüvvə  mənbəyi 



Elm haqqında elm 

 

 



 

124


kimi, texniki tərəqqi naminə istifadə etməyin ardıcıl  əleyhdarı olmuşdur. 

O, bu mövqeyi hər cür zorakılığa qarşı mübarizə proqramına uyğun olaraq 

seçmişdir. Onun fikrincə, insanlara qüvvət deyil, şəfqət lazımdır. Zorakılı-

ğın qarşısını zorakılıqla almaq mümkün deyil. 

Lakin bəşər tarixi, həyat təcrübəsi göstərir ki, zorakılıq  əleyhinə 

uğurla mübarizə apara bilmək üçün də güclü olmaq lazımdır. XX əsrin bö-

yük mütəfəkkir-şairi H.Cavid ənənəvi  Şərq fəlsəfəsini real həyat mövqe-

yindən nəzərdən keçirərək zorakılıq ideyası ilə yanaşı maddi təməldən ay-

rılmış həqiqət ideyasını da tənqid etmiş, bütün yaradıcılığı boyu kitabla qı-

lıncın, həqiqətlə gücün vəhdəti ideyasını bədii şəkildə tərənnüm etmişdir. 

Ən başlıcası isə budur ki, H.Cavid yaradıcılığında bu ideya orta əsrlər üçün 

səciyyəvi olan fərdi bilik və  əməlin vəhdəti ideyasından fərqli olaraq bir 

şəxs miqyasından kənara çıxır, ictimai qrup, xalq, ölkə miqyasında irəli 

sürülür. 

Ən müasir dövrdə gücü simvolizə edən daha artıq qılınc yox, elm ol-

duğundan, Hüseyn Cavidin “həqiqət və gücü birləşdirmək” ideyasını da el-

min düzgün mənəvi prinsiplər  əsasında yönəldilməsi kimi başa düşmək 

olar.  


XXI  əsrdə  Şərq ölkələrində qarşıda duran ən əsas vəzifələrdən biri 

məhz fərdi yaradıcılıq potensialından ictimai güc faktoruna keçiddir. 

Söhbət hələ XII əsrdə Nizami Gəncəvi tərəfindən irəli sürülən və XVII 

əsrdə F.Bekon tərəfindən təkrar olunan “bilik – qüvvədir” həqiqətinin yeni 

inkişaf mərhələsində “elm – ictimai qüvvədir” həqiqətinə transformasiya-

sından gedir.    

 

 



 

 

 



 

 

 



 

 

 



ELM  

 

VƏ ONUN İNKİŞAF YOLU 

 

 

 

 

 

Elm anlayışı



 

 

Elmin metodoloji problemləri 

 

Elmlərin təsnifatı

 

 

Elmin inkişaf qanunauyğunluğu 

 

Elmin məntiqi-qnoseoloji tədqiqi



 

 

 



 

 

 

 

 

Elm yolu bumeranqı xatırladır, nə 

qədər çox uzağa getsən, bir o qədər ilkin 

əsaslara qayıdırsan.  

 

Əbu Turxan 


 

Elm və onun inkişaf yolu 

 

 

 

127



 

 

 

 

 

 

Elm anlayışı 

 

 

Müasir dövrdə elmin böyük rolunu hamı etiraf edir. Hər bir insan öz 

şəxsi həyatında elmin bu və ya digər nəticələrindən istifadə edir və elmi-

ləşmiş texnogen mühitsiz insanı təsəvvür etmək mümkün deyil. Lakin bu-

nunla belə, insanların böyük əksəriyyəti bilavasitə elmdən uzaqdırlar və 

hətta elmə qarşı tam bir etinasızlıq şəraitində yaşayırlar. Bu mühit artıq bi-

zimdir. Yeni nəsil bu mühiti hazır şəkildə mənimsəyir və onun üçün o, bir 

növ təbii mühitdir. Ancaq tarixi aspektdə yanaşdıqda, həyata retrospektiv 

münasibət zamanı aydın olur ki, vaxtilə nə televizor, nə telefon, nə avto-

mobil olub. İnsanlar hətta  ən böyük məsafələri də ayaqla və ya ən yaxşı 

halda at və dəvə ilə qət ediblər. Bircə gün elektrik olmayanda, insan həyatı 

öz normal ritmindən çıxır və dözülməz hala gəlir. Amma biz heç düşün-

mürük də ki, bu “norma” ancaq son əsrlərdə formalaşıb. Ona qədər isə 

neçə minilliklər ərzində həyatın başqa normativləri mövcud olub.  

Bəli, elmin nəticələri həyatımıza o dərəcədə üzvi surətdə daxil olub 

ki, biz onlardan istifadə edərkən nə onların əsasında duran elmi ideyaları, 

nə  də bu kəşflərin müəllifi olan elm adamlarını xatırlayırıq. Yəni əslində 

elm harada isə arxa plandadır. Görüb qurtardığı işləri insanların ixtiyarına 

buraxıb, indi yeni işlərlə məşğuldur. Cəmiyyət bu yeni işlərdən xəbərsiz-

dir; bu yeni işlər ancaq kiçik bir qisim insanların – elm adamlarının maraq 

dairəsindədir. Yəqin bir vaxt gələcək, bugünkü elmin nəticələri də ictimai 

həyatda realizasiya olunaraq elm çevrəsindən kənara çıxacaq və ictimai-tə-

bii mühitin, ikinci təbiətin ayrılmaz tərkib hissəsinə çevriləcəkdir. Və onda 

bu “yeni işlər” də köhnələcək, elmin ön cəbhəsindən uzaqlaşaraq özünün 

elmdən kənar həyatını yaşayacaqdır. Yəni texnikada, texnologiyada, isteh-

salatda və ya hər hansı bir xidmət sahəsində realizasiya olunacaq, özgələş-

miş hala düşəcəkdir. Yaxud potensial imkan kimi, sadəcə elmin hələ tətbiq 

olunmamış, reallaşmamış məhsulu – elmi bilik kimi saxlanılacaqdır.  




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə