Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə45/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   41   42   43   44   45   46   47   48   ...   281

Elm haqqında elm 

 

 



 

120


olsa da, çalışıb elm öyrənməli, hər bir sahə üzrə bilik əldə etməlidir. Yoxsa 

“bilik olmayanda ağıl işə yaramaz”.

1

1

 



XIV əsrdə Marağalı Əvhədi yazırdı: 

 

Nursuz göz kimidir ürək, 



Nadan insanlıqdan uzaqdır gerçək. 

 

Elmdən  əsas məqsəd dünyanı  dəyişdirmək deyil, insanı  dəyişdir-

mək, onu daha kamil etmək idi. İnsanı  dəyişmək üçün ilk növbədə 

dünyanı, mühiti dəyişmək lazım olduğu nəzərdən qaçırılırdı. 

İnsan  ən çox mənəvi gücü ilə  fəxr edir, maddi gücü isə arxa plana 

keçirir, ona bəzən həqarətlə baxırdı. Kobud fiziki qüvvəyə bu cür münasi-

bətə əlbəttə, müəyyən mənada haqq qazandırmaq olar. Belə qüvvə insana 

xas olsa da, əslində yaddır. O həm də fərdi məhdudiyyət üzündən artmır, 

öz-özünü inkişaf etdirmir və ən başlıcası, sükansız (ağıl qüvvə üçün sükan 

olmalıdır) hərəkət edir və son nəticədə özü özünə qarşı birləşməyən kobud 

qüvvə öz məxsusi ağırlığı altında məhv olmağa məhkumdur.  Əksinə, 

hikmətə istinad etdikdə qüvvə qüdrətə çevrilir. H.Cavid gözəl demişdir: 

 

Qüvvə üstündə varsa əqli-səlim, 

Sana həp kainat olur təslim! 

 

Yaxud S.Vurğun “İnsan”-da deyir: 

 

Olmazmı qılıncda ağıl tədbiri, 

Ağılda bir qılınc kəsəri ola? 

 

Kobud qüvvənin hikmətlə, qılıncın tədbirlə cilovlanması ideyası 

müasir dövrdə, nüvə müharibəsi təhlükəsinin dünyanı bürüdüyü bir şərait-

də, xüsusi aktuallıq kəsb edir. Burada həmçinin  yeni təfəkkürün  əslində 

qədim köklərə malik olduğu, lakin məhz bu gün qlobal miqyas kəsb etdiyi 

aşkara çıxır. Lakin çox təəssüf ki, antik dövr və orta əsr fəlsəfəsi bilik və 

əməlin, hikmətlə qüvvənin qarşılıqlı münasibətini ümumən düzgün işıqlan-

dırsa da, bu ideyanı çox vaxt bir fərdin fəaliyyət dairəsinə  tətbiqlə  məh-

dudlaşdırırdı. Böyük ictimai miqyaslarda, dövlət miqyasında elmin maddi 

qüvvəyə çevrilməsi imkanları nəzərdən keçirilmirdi. 

Şərq fəlsəfəsində  hər hansı bir qüvvənin biliklə  tənzim olunması, 

                                                 

1

 Yenə orada, s. 153. 




Bilik – Elm – Bilik 

 

 

 

121



 

idarə edilməsi ideyası ilə yanaşı, biliyin özünün qüvvə kimi çıxış etməsi 

ideyası da irəli sürülürdü. İnsanı bütün canlıların ən qüdrətlisi edən fiziki 

qüvvə deyil, biliyin qüvvəsidir. Sözün geniş mənasında azadlıq qazanmaq, 

nəinki təbiətdə, həm də öz üzərində hökmran olmaq üçün zərurətləri dərk 

etmək, elmlərə vaqif olmaq lazımdır. Hələ XII əsrdə böyük Nizami insanın 

əsl qüdrət və qüvvətini elmlə əlaqələndirərək deyirdi: 

 

Qüvvət elmdədir, başqa cür heç kəs 



Heç kəsə üstünlük eyləyə bilməz. 

 

Bu misralar F.Bekonun məşhur “bilik – qüvvədir” aforizmindən 5 



əsr əvvəl yazılmışdı. Lakin o dövrdə məhsuldar qüvvələrin inkişaf səviy-

yəsi belə bir ideyanın böyük miqyasda həyata keçirilməsinə imkan vermir-

di. Ona görə bu ideyanın da məhz bir fərd miqyası üçün irəli sürüldüyünü 

ehtimal etmək lazım gəlir. Elm həqiqətən F. Bekon dövründən (hətta bir 

qədər sonra) və  məhz Qərb ölkələrində ümumictimai miqyaslı maddi bir 

qüvvə kimi çıxış etməyə başlamışdır. 

Orta əsr Şərq təfəkkür tərzi ayrı-ayrı istisnalara baxmayaraq, elmlə 

istehsal arasında sərhəd çəkirdi. Elmə  nəinki nisbi müstəqil, hətta özü 

özünün məqsədi olan tam müstəqil bir sahə kimi baxıldığından, o, maddi 

həyatın tələblərindən getdikcə daha çox uzaqlaşırdı. Məqsəd elmi qanad-

landırmaq idi. Qərb intibahının və daha sonra kapitalist ictimai-iqtisadi 

münasibətlərinin məhsulu olan “elmin qanadlarına qurğuşun bağlamaq”, 

“onu yerə endirmək” hikməti  Şərqin təfəkkür tərzinə uyğun gəlmirdi. 

Nəticədə elm mövcud texniki inkişaf səviyyəsinə  nəzərən xeyli qabağa 

getdiyindən onun qoyduğu problemlərlə gerçək tələbat və real texniki im-

kan arasında böyük məsafələr yaranırdı. Kimyanı əlkimya, astronomiyanı 

astrologiya  əvəz edirdi. Nəzəri fikrin məhsulları praktikadan qidalanmır, 

praktikada yoxlana bilmirdi. Nəzəri təbiətşünaslıq öz dövrünə görə elə 

yüksək səviyyəyə çatmışdı ki, Nəsirəddin Tusi hesablamalar əsasında 

Amerika qitəsini kəşf edirdi, amma onu əməli olaraq kəşf etmək üçün mü-

vafiq texniki inkişaf səviyyəsi və dünyəvi işgüzarlıq atmosferi yox idi. 

Mövcud təfəkkür tərzinə müvafiq olaraq buna bəlkə heç maraq da göstə-

rilmirdi. 

Burada biz “təmənnasız elm”, dünyəvi məqsədlərdən uzaq olan elm 

ideyası ilə qarşılaşırıq. Belə ideya bizim dövrün təfəkkür tərzinə, elmə olan 

utilitar-praktik münasibətə uyğun gəlməsə də, ayrı-ayrı alimlər tərəfindən 




Elm haqqında elm 

 

 



 

122


bəzən indi də irəli sürülür. XX əsrin elm korifeylərindən biri olan 

A.Eynşteyn əsl elm adamını belə səciyyələndirir: “Elm məbədi mürəkkəb 

quruluşa malikdir. Buraya gələn adamlar da, onları bura gətirən mənəvi 

qüvvələr də müxtəlifdir. Bəziləri elmlə intellektual üstünlük hissinin təsiri 

ilə  məşğul olurdular. Bu mənada elm idman kimidir, hansı sahədə isə 

üstünlüyün üzə çıxmasına – şöhrətə xidmət edir. Başqaları isə öz fikirləri-

nin məhsullarını utilitar məqsədlərə həsr edirlər. Əgər Allahın göndərdiyi 

mələk hər iki kateqoriyaya mənsub adamları  məbəddən uzaqlaşdırsa idi, 

onda məbəd kəskin surətdə boşalmış olardı. Lakin burada yenə də tək-tük 

adam qalmış olardı. Bunlar həmin adamlardır ki, onlarsız elm məbədi 

mövcud yüksəkliyə qalxa bilməzdi. Onlar maddi dünyanın cari qayğı-

larından uzaqlaşaraq elm məbədinə tam təmənnasız gəlmiş adamlardır”.

1

1



A.Eynşeteynin göstərdiyi hər üç kateqoriyanın nümayəndələrinə elm 

aləmində indi də rast gəlmək mümkündür. Lakin müasir dövrün hakim 

təfəkkür tərzi elədir ki, böyük əksəriyyəti məhz ikinci kateqoriyada olan 

alimlər tutur. Antik dövrdə, heç şübhəsiz, birinci, orta əsr  Şərqində isə 

üçüncü kateqoriyadan olan alimlər əksəriyyət təşkil edirdilər. 

Antik dövrdə insanların fiziki imkanlar ilə yanaşı, əqli imkanları da 

bir növ yarış obyektinə çevrilmişdi. Lakin bəzən bu imkanlar bir-birindən 

ayrılır, ya yalnız fiziki qabiliyyətlərə, ya da yalnız əqli qabiliyyətlərə xüsu-

si üstünlük verilirdi. Bu bölgü özünün klassik formasını Sparta və Afina 

məktəblərində tapmışdı. 

Qədim Yunanıstanda əqli qabiliyyətləri üzə çıxarmağın, onları mü-

qayisə etməyin xüsusi üsulları da formalaşmışdır. Canlı mübahisə elmin 

normativləri sırasına daxil olmuşdur. Tamaşaçılar qarşısında fikirlərin toq-

quşması səhnələri ənənəyə çevrilmişdir. 

Lakin antik dövrdə  əqli qabiliyyətlərin yarışı elmin yeganə motivi 

deyildi. Biz həmin dövrün təfəkkür tərzi üçün səciyyəvi olduğuna görə bu 

cəhəti ön plana çəkirik. Əslində qədim yunan mədəniyyəti elmi fəaliyyətin 

bütün sonrakı dövrlər üçün səciyyəvi olan müxtəlif motivlərini ya aşkar 

şəkildə, ya da rüşeym halında özündə saxlayırdı. Orta əsr Şərqinin hakim 

təfəkkür tərzi də antik fəlsəfənin təsirindən kənarda qalmamışdır. 

Böyük yunan filosofu Pifaqorun apardığı maraqlı bir müqayisədə o 

                                                 

1

 А. Эйнштейн. Мотивы научного исследования.– Собр. науч. трудов, т. 4, 1967, с. 



39-40. 


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə