Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə43/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   39   40   41   42   43   44   45   46   ...   281

Bilik – Elm – Bilik 

 

 

 

115



 

lər vermək məntiqi baxımdan qüsürludur. Bir hadisənin yüz və ya min dəfə 

eyni cür təkrar olunması bizə belə düşünməyə tam əsas vermir ki, yüz bi-

rinci və ya min birinci dəfə də bu hadisə məhz həmin cür təkrar olunacaq. 

Bu hökmü yalnız müəyyən ehtimalla vermək olar. Tam yəqinlik məziyyə-

tinə malik olan qəti elmi biliklər isə ancaq zəkanın məhsulu tərəfindən işlə-

nib hazırlanmış  və induktiv metodu rəhbər tutan empirizmi müsbət cə-

hətləri ilə birlikdə inkar edirdi. 

Bu iki fəlsəfi təlim arasındakı bütün ciddi fərqlərə baxmayaraq, on-

lar hər ikisi Yeni Dövrün–yaranmaqda olan kapitalizm cəmiyyətinin hakim 

təfəkkür tərzinə uyğun olaraq elmin praktik rolunu əsas tutur, məhz pozitiv 

elmi bilikləri, utilitar–praktik məqsədlərə xidmət edən təlimləri inkişaf 

etdirməyi lazım bilirdilər. Elmi biliklərin mənbəyi məsələsində empirizmə 

qarşı  çıxan R.Dekart onun istifadəsi məsələsində praktik tələbləri rəhbər 

tutaraq yazırdı:” Mücərrəd fəlsəfə əvəzinə praktik fəlsəfə yaratmaq olar və 

onun köməyi ilə odun, suyun, havanın, ulduzların, göylərin və bizi əhatə 

edən bütün digər cinslərin qüvvə və təsirlərini aydın surətdə, ustaların öz 

sənətlərini bildiyi kimi öyrənmək olar. Bu zaman biz bu qüvvələrdən on-

ların tətbiq oluna bildiyi bütün sahələrdə istifadə edər və beləliklə, təbiətin 

əsl sahibkarı və hakimi ola bilərdik”

1

1

. Burada bircə onu dəqiqləşdirmək la-



zımdır ki, R.Dekart “praktik fəlsəfə” dedikdə əslində “tətbiqi elmləri” nə-

zərdə tutur. “Elm“ yox, “fəlsəfə” deyilməsi o dövrdə elmlərin fəlsəfədən 

hələ tam ayrılmadığını göstərir. 

Klassik alman fəlsəfəsində mühüm terminlərdən biri kimi işlədilən 

“praktik zəka” anlayışı isə utilitar-praktik fəaliyyəti ifadə etməkdən çox 

uzaqdır. O dövrdə Almaniyada ictimai münasibətlərin mürəkkəbliyinə  və 

daxili ziddiyyətlərinə uyğun olaraq praktika anlayışı da, bir tərəfdən, Yeni 

Dövr əks etdirirdisə, digər tərəfdən, orta əsr fəsəfəsi xüsusi Şərq fəlsəfəsi 

fikrinin ənənələrinə uyğun olaraq əxlaq, ədəb mənasında işlədilirdi. Daha 

doğrusu, praktik zəka yalnız insanın təbiətə fəal münasibəti ilə məhdudlaş-

dırılmır, insanın özünə olan dəyişdirici təsir, özünütərbiyə problemi də nə-

zərə alınırdı. Həm də ikinci birinciyə nisbətən daha yüksək məziyyətli ha-

disə hesab olunur, fəlsəfi tədqiqat obyekti olmağa daha çox layiq bilinirdi. 

Utilitar-praktik fəaliyyətin  əsasən hakim kəsildiyi, pozitiv elmlərin 

formalaşdığı və sürətlə inkişaf etdiyi bir dövrdə (XVII-XVIII əsrlər) Qərbi 

                                                 

1

 Р. Декарт. Рассуждение о методе. Л., 1953, с. 54. 




Elm haqqında elm 

 

 



 

116


Avropa gerçəkliyi ilə Kantın praktik zəka təlimi arasında ciddi əlaqə 

tapmaq çətindir. Bu təlimin kökləri  Şərq gerçəkliyi və orta əsrlərin  Şərq 

fəlsəfəsi zəminində daha aydın surətdə üzə çıxır. 

Orta əsrlərdə nəzəri-elmi biliklə praktik fəaliyyət arasındakı ayrılıq 

Şərq üçün də  səciyyəvi olmuşdur. Lakin Şərqdə bu iki tərəf arasındakı 

münasibət daha mürəkkəb və çoxcəhətli idi. Məsələ burasındadır ki, əgər o 

dövrün  Şərq  ədəbiyyatına, ictimai-fəlsəfi fikrinə  nəzər salsaq, biliyin 

əməllə bağlılığı probleminə geniş yer verildiyini görərik. 

Elmin-biliyinmi, yoxsa işin-əməlinmi ilkin və əsas olması problemi 

o dövrdə şərq fəlsəfi fikrinin mərkəzində dayanır. İslam dinində bilik çox 

vaxt inamla, əqidə ilə bağlandığından ilkinlik bir qayda olaraq biliyə veri-

lirdi. Zira dini mövqeyə görə belə qəbul olunurdu ki, əməl, fəaliyyət insan-

lara xas olduğu halda, bilik Allahın insan qəlbinə saldığı işıqdır.

1

1



 Qeyd et-

mək lazımdır ki, burada bilik heç də yalnız etiqad mənasında işlənmir. Di-

ni ayinlərin icra edilməsi biliyə yox, əmələ aid edilir, lakin yenə də bilik 

ondan yüksək tutulur. Abidə nisbətən alimə üstünlük verilir.

1

2

 



O dövrdə Şərqdə bilik – əməl alternativinin həllində ictimai fikir heç 

də yalnız islam dinindən çıxış etmirdi. Orta əsr alimləri bilik və  əməlin 

dialektikasını açmağa və biliyin, elmin əhəmiyyətini və üstünlüyünü mən-

tiqi yolla və konkret misallar, hədislər, hekayətlər vasitəsilə isbata yetirmə-

yə çalışırdılar. 

Yeni dövrdə biliyin yoxsa gücün, kəlamın yoxsa əməlin  əsas ol-

masına dair mübahisələr orta əsr  Şərq fəlsəfəsindən Qərb ictimai fikrinə 

keçir. Neçə əsrdən sonra həmin sualı İ.Götenin qəhrəmanından eşidirik. 

İnsan həyatının əsasını təşkil edən, bəşəri inkişaf üçün ilk başlanğıc 

rolunu oynayan hadisə nədən ibarətdir? Bu sual üzərində dərin düşüncələrə 

dalan Faust ilkinliyi gah sözə, gah zəkaya, gah də qüvvəyə verir. Lakin nə-

hayət, işin, əməlin üzərində dayanır. 

İnsan yalnız təbiətə fəal münasibəti sayəsində, əməli fəaliyyət prose-

sində başqa insanlarla ünsiyyətə girir – söz yaranır. Lakin insan sözlə fikri-

ni, düşündüklərini ifadə edir. Deməli, söz ağıldan, zəkada əvvəl gələ bil-

məz. Ağıl əmr edəni dil bəyan edər, – deyən Xaqani də ağılı sözdən əvvəl 

hesab edir, dili fikrin ötürülməsi üçün vasitə sayırdı. Dil, söz həm də fərdi 

                                                 

1

 Bax:  Ф.  Роузентал  Торжество  знания.  Концепция  знания  в  средневековом 



исламе. М., 1978, с. 243.  

2

 Yenə orada. 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə