Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə39/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   35   36   37   38   39   40   41   42   ...   281

Bilik – Elm – Bilik 

 

 

 

103



 

 Bunun elmi inama, skeptisizmə heç bir aidiyyəti yoxdur. Bu, əqlin, 

başın deyil, qəlbin hökmü ilə inamdır.  İntuitiv inamdır. Bu inam iki əks 

qütb olan «kortəbii inam» və «mütləq inam» arasında çox müxtəlif dərəcə-

lərdə ola bilər.  

Ateistlər dini inamın rasional düşüncədən, elmi idrakdan qidalanma-

dığını, məntiqi dəlillərlə əsaslandırılmadığını rəhbər tutaraq, onu kortəbii, 

«qeyri-elmi» hesab edirlər. (Görünür, bunun nəticəsidir ki, orta əsr sxolas-

tikası Allahın varlığını məntiqi yolla isbat etməyə çalışırdı. Buna biz həm 

müsəlman filosoflarının, əl-Qəzalinin timsalında, həm də xristanlığın ideo-

loqları sayılan Foma Akvinskinin, N.Kuzanskinin və s. simasında rast gəli-

rik. Amma unudurlar ki, məntiq özündən daha yüksək olanı isbata yetirə 

bilməz). Lakin idrakdan kənarda olmaq hələ ondan aşağı bir səviyyəyə də-

lalət etmir. Əksinə, fəlsəfə klassiklərinin böyük əksəriyyəti hissi idrak və 

ya məntiqi təfəkkürlə həqiqətə çatmağı qeyri-mümkün hesab edir və vəhyi, 

fitrəti bunun yeganə yolu sayır. Fitri idrak isə  əslində  təkcə idrakın yox, 

həm də inamın bir forması, yüksək təzahürüdür. Kimlərsə buna intuisiya, 

kimlərsə – sezgi deyir və bunlarsız elmdə böyük kəşf etmək mümkün de-

yil. Dini hiss isə insanın öz qəlbinin dərinliklərini kəşf etmək və burada 

ümumdünya ahənginin izlərini bulmaqdır. Bu ali bir hissdir, müqəddəs 

duyğudur. Ruhun işıqlanması sahəsində hər bir addım ölməzliyə aparır.  

İlk baxışda dini inam başqasına inamın formalarından biridir. Yəni 

bütə, ikonaya, yaxud ağsaqqala, mürşidə inam kimi. Lakin Allaha inam 

dini inamın ali forması olmaqla özünəməxsus bir cəhətlə seçilir. Burada 

başqasına və özünə inam zirvədə birləşmiş olur.  

Sirr deyildir ki, Qərb dünyasının təməl daşını rasional düşüncə təşkil 

edir. Şərq dünyasında isə inam və sevgi güclü, rasionallıq isə zəif olub. 

  Şərqin düşüncə tərzində gözəllik prinsipi həmişə ön planda olmuş 

və praqmatikliyi üstələmişdir. Bu cəhət inam hissində  də özünü göstərir. 

İnsanlar daha çox dərəcədə faydalı olana yox, gözəlliyə pərəstiş etməyi üs-

tün tutmuşlar. Praqmatikliyin tam əks qütbü olan Məcnunluq da ancaq 

Şərq üçün səciyyəvidir.  

 Avropalı heç zaman Məcnun ola bilməz. Bir tərəfdən yəqin ki, ba-

carmaz, digər tərəfdən bu ona heç lazım da deyil. Avropalı hissiyyatın da-

lına düşərək, həyatın digər məqamlarından, məsuliyyətindən, habelə naz-

nemətlərindən  əl çəkməz. O, praqmatik düşünür. Amma bizdə bu hissi 

alüdəçilik hələ də qalmaqdadır. Amma gözəlliyə pərəstiş duyğusu, ani hey-



Elm haqqında elm 

 

 



 

104


rət məqamları, habelə sevgilər fərdi miqyasda lokallaşan qapalı hadisələr-

dir. Məsələn, Məcnunun sevgisi, Kərəmin sevgisi, nə qədər böyük olsalar 

da – bunlar toplanmır və həmişə fərdi miqyasda məhdudlaşmaqla hər hansı 

ictimai proses üçün, tərəqqi üçün əsas ola bilməz. Əlbəttə, biz nə sevginin, 

nə inam hissinin əleyhinə deyillik. Sadəcə olaraq bunu vurğulayırıq ki, 

idrak toplanır, hisslər isə toplanmır. 

Sevgi də, gözəllik duyğusu da, dini hiss də insanın ancaq mənəviy-

yatca kamilləşməsinə xidmət edə bilər. Bunların, əlbəttə, ictimai proseslərə 

də müəyyən təsiri var. Amma ancaq dolayısı ilə. Birbaşa ictimai tərəqqi-

nin, sivilizasiyanın təməlində duran ancaq əmək bölgüsü və elmi bilikdir 

ki, bunların da hər ikisi idrak prosesi ilə bağlıdır.  

Qərbin böyük ideoloqları, Maks Veber, Parsons, onlardan da qabaq 

– Monteskyödən başlamış hamısı, Qərbin bütün uğurlarını, elmin nailiy-

yətlərini, texnologiyanı və s. o şeylər ki, Qərbi Qərb edib, – hamısını xris-

tianlıqla bağlayırlar. Bizim geri qalmağımızı, bütün çatışmazlıqlarımızı isə 

islamla  əlaqələndirirlər.  İstər Parsons olsun, istər Hantinqton – çox nadir 

adamlardan başqa hamısı eyni fikirdədir… Obyektiv, qərəzsiz tədqiqat 

göstərir ki, əslində elmə, sivilizasiyaya düşmən mövqeyində həmişə xristi-

anlıq olmuşdur. Və  əksinə, dinlər içərisində elmə, sivilizasiyaya müsbət 

münasibət bəsləyən yeganə din – islamdır. Amma necə olub ki, hər  şey 

tərsinə olub… Onun izahını belə vermək olar ki, nə qədər porodoksal olsa 

da, məhz islam elmə müsbət yanaşdığına görə, elm islamı  tərk etməyib. 

Elm islamdan ayrılmayıb, danışmaq bir-birinin qoyunlarında yaşayıblar. 

Amma xristianlıq elmə qarşı  çıxdığına görə, inkvizisiyaları yada salın, 

ayrılma getmişdir.  

Elmin, sivilizasiyanın xristianlıqla heç bir əlaqəsi yoxdur. Bu ba-

xımdan, Qərbin inkişafında, nailiyyətlərində xristianlığın rolundan bəhs 

etmək yerinə düşmür. Həm də ona görə ki, xristianlıq da bütün dinlər kimi 

Şərq hadisəsidir və kumulyativlik, toplanma prinsipi ilə uzlaşmır.  

 Əlbəttə, biz demirik ki, Şərqdə ancaq təəssürat və inam var, Qərbdə 

isə elm və texnologiya. Biz heç də bunu mütləqləşdirmək fikrində deyilik. 

Həm Şərqdə, həm də Qərbdə inam da var, elm də. Amma, aparıcı nədir? 

Bizdə rasional-məntiqi düşüncə heç zaman aparıcı olmayıb. Bu gün də biz 

kimi isə seviriksə, göylərə qaldırırıq, bir başqasına isə nifrət edirik, lənət-

ləyirik. Bu, mədhiyyə  və  həcv  ənənəsinin davamıdır. Rasional yanaşma, 

hərtərəfli münasibət, təhlil isə çatışmır. Qərbdə  təhlil üstünlük təşkil edir 




Bilik – Elm – Bilik 

 

 

 

105



 

və münasibətlər formalaşarkən hissiyyat aparıcı olmur. İnam hissi də bir 

növ real ictimai həyatdan ayrılmış və ancaq simvolik olaraq saxlanmışdır. 

Çox təəssüf ki, Qərbin bir çox ideoloqları dinin bu simvolik, hətta virtual 

iştirakını səbəb kimi qələmə verməyə çalışırlar.  

Əlbəttə, tarixdə müəyyən dövrlər olub ki, islam ölkələrində elm yük-

sək dərəcədə inkişaf edib və ümumbəşəri sivilizasiyanın hərəkətverici qüv-

vəsinə çevrilib, amma bu, tarixin artıq keçilmiş bir mərhələsidir. Həm də 

mən  əlamətdar cəhətləri, ümumi prinsipləri deyirəm. Yəni Qərbi Qərb 

edən budur, Şərqi isə xarakterizə edən prinsiplər bunlardır.  

Bəli, həqiqi islam dövründə elmin inkişaf etməsi üçün şərait olub. 

Lakin, sonradan din mövhumatla qarışıb və öz ilkin həqiqi mənasından 

uzaqlaşıb. İndi haradadır həqiqi islam? Yəni müsəlman dünyasında elmin 

tənəzzülü islam ideologiyalaşandan, din mövhumatlaşandan sonra, eyni za-

manda elmi çox istəmək adı ilə onu sıxıb-boğandan sonra başlanıb. (İstə-

mək də iki cür olur. Bir var, istəyirsən – azadlıq verirsən, bir də var, istə-

yirsən – qucaqlayırsan, sıxırsan, deyirsən ki, səni çox istəyirəm, heç yerə 

tərpənmə; tərpənə bilmir, onda müstəqil də olmur. Elmə bu cür münasibə-

tin nəticəsidir ki, islam dünyasında elm əl-qol aça bilməyib, inkişafdan ge-

ri qalıb.)  

Beləliklə, islamın  əsl mahiyyəti arxa plana keçdikdən sonra elmin 

inkişafında problemlər yaranıb.  İndi elə bir müsəlman ölkəsi göstərmək 

çətindir ki, orada həqiqi islam ictimai şüur səviyyəsində bərqərar olsun.  

Biz islamdakı Allah ideyasını düz mənimsəyə bilsək və bütün fəaliy-

yətimizdə azad ola bilsək (yəni burada islamın digər dinlərdən fərqini, 

onun həqiqi gücünü anlamaq lazımdır ki, o, dünya həqiqətini, dünya ahən-

gini, dünya qanunauyğunluğunu ifadə edir), böyük mənada ədaləti, haqq-

hesab hissini başa düşüb, insanlara təlqin edə bilsək, yəni insanlar öz hərə-

kətlərinə görə məsuliyyət hissi keçirsələr və hər şeyi təkcə öz şəxsi maraq-

larından deyil, əbədi dünyadakı haqq-ədalət pozisiyası baxımından qiymət-

ləndirsələr, biz həqiqi islama qayıda bilsək, digər tərəfdən fikir tənbəlliyin-

dən xilas olsaq, – inkişaf da olar, tərəqqi də!  

Biz bunları təlqin etmək üçün formalar tapmalıyıq. İndi bütün bunlar 

ya qəbirlərə sitayişlə, ya hədislərlə əvəz olunub. (Özü də bu hədislərin ək-

səriyyəti sonradan, başqaları tərəfindən yazılmış, əlavə edilmişdir. Hər kəs 

özünün yaxşı hesab etdiyini Peyğəmbərin adına yazmaqla elə bilir ki, ona 

xidmət göstərir). Amma, anlamırlar ki, cəmiyyət analitik təfəkkür, təhlil 



Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə