Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə50/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   46   47   48   49   50   51   52   53   ...   281

 

Elm və onun inkişaf yolu 

 

 

 

137



 

sistemlərdəki daxili ziddiyyətlərin həlli prosesi kimi başa düşülür. Qüsurlu 

olan isə elm və texnikanın daxili quruluşunu, məntiqi strukturunu ayrı-ayrı 

elmi və texniki nailiyyətlərin məcmuyu kimi başa düşməkdir. 

Tarixi tədqiqat üçün ilkin zəruri amillərdən biri də baxılan sistemin 

məntiqi strukturunun məlumluğudur. Bu tələb dialektikada yaxşı  məlum 

olan tarixi ilə məntiqinin vəhdəti prinsipini ifadə edir. Nə elmi, nə texnika-

nı, nə də onların qarşılıqlı münasibətini bu metodlardan təkcə biri ilə öy-

rənmək olmaz. Tarixi tədqiqat hadisəni ictimai tərəqqi fondunda öyrənmə-

yə imkan verdiyi kimi, məntiqi təhlil də onun ümumi mənzərəsini yaratma-

ğa, daxili quruluşunu və  hərəkətverici qüvvələrini müəyyənləşdirməyə 

imkan verir. 

Elm və texnikanın tarixi rolunu, sosial-genetik mənşəyini və inkişaf 

xüsusiyyətlərini təyin etmək üçün onlara biliklərin və qurğuların stasionar 

məcmuyu kimi deyil, fəaliyyətdə olan sistem kimi baxmaq lazım gəlir. Bu 

sistemlərin əsas hərəkətverici qüvvəsi isə insandır; həm də müəyyən zəruri 

biliyə, əmək və tədqiqat vərdişlərinə malik olan insan – elmi işçi və ya tex-

nik. Elmi və texniki inkişaf heç də  səlt proses olmayıb, ayrı-ayrı konkret 

fəaliyyət aktlarının toplusu kimi mövcuddur. Belə konkret fəaliyyətlərin 

hər biri isə müəyyən bir fərdin və ya fərdlər qrupunun hesabına mümkün 

olur. Fərd özlüyündə elmi işçi və ya texniki işçi olmaqdan başqa, eyni za-

manda insandır, şəxsiyyətdir. O, öz bioloji varlığını saxlamaq üçün yeməli 

və geyməlidir, bir şəxsiyyət kimi isə ictimai münasibətlər sferasına daxil-

dir. Məhz buna görə də, elm və texnikanın inkişaf xüsusiyyətləri ictimai tə-

rəqqinin müvafiq mərhələdəki vəziyyəti ilə şərtlənir. 

Sosial mühitin təsiri təkcə elmi və texniki işçilərin ictimai vəziyyət-

lərinə olan təsir ilə kifayətlənmir. “Elm” və “texnika” sistemlərinin daxili 

quruluşuna həm də müxtəlif təchizat vasitələri (binalar, laboratoriyalar, 

eksperimental vasitələr, kitab və jurnal buraxılışı üçün ləvazimat – bütün 

bunlar üçün isə milli gəlirdən pay) daxildir ki, onların təşkili və idarə 

olunması bilavasitə mövcud sosial şəraitlə bağlıdır. Bundan başqa sistemdə 

əsas ünsürlərlə yanaşı əlaqə ünsürlərinin də olması vacibdir, zira sistemin 

daxili tamlıq  şərti yalnız bu vaxt ödənilə bilər. Doğrudan da, “elm” və 

“texnika” sistemlərində əsas ünsür rolunu oynayan elmi və texniki işçilərlə 

yanaşı, çoxlu sayda köməkçi,  əlavə  işçilər (məsələn, inzibati işçilər, xid-

mətçilər, təsərrüfat, mühasibət və  dəftərxana işçiləri və s.) də mövcuddur 

ki, sistemin sosial tamlığı yalnız bu ünsürlərin vasitəsilə mümkün olur. 



Elm haqqında elm 

 

 



 

138


Köməkçi işçilərdən heç biri konkret elmi və texniki nailiyyətlərin 

əldə olunmasında iştirak etmir. Və  yəqin buna görədir ki, indiyə  qədər 

onların müvafiq sistemlərdəki mövqeləri tədqiq olunmamışdır. Lakin 

təcrübə göstərir ki, köməkçi işçiləri – əlaqə ünsürlərini daxil etmədən elm 

və texnika sistem kimi öyrənilə bilməz. 

Köməkçi işçilərə tələbat müasir dövrün xüsusiyyəti olsa da, mahiy-

yət etibarilə xeyli qədim köklərə malik olub, zehni və fiziki əmək bölgüsü 

ilə sıx surətdə bağlıdır. 

Konkret elmi və texniki fəaliyyət zehni və fiziki əmək bölgüsündən 

əvvəl də mövcud olmuşdur. Bu dövr üçün xarakterik olan cəhət ondan 

ibarətdir ki, adamlar elmi və texniki işlə əlavə bir iş kimi – öz maddi ehti-

yaclarını ödədikdən sonra məşğul olmuşlar. Zehni və fiziki əmək bölgüsü 

hər bir fərdin öz daxilində getmişdir. O dövrdə elm fərdlərdə qapanan sis-

temlərin rabitəsiz toplusu kimi təsəvvür oluna bilər.

1



 



Lakin o vaxtdan ki, bəzilərinin topladığı  məhsul başqalarının da 

təminatı üçün kifayət edibdir, həmin başqaları  «əlavə  işlərlə» məşğul 

olmaq imkanı əldə ediblər. «Əlavə işlər» isə ən çox elmdən, incəsənətdən 

və texniki vasitələr hazırlanmasından ibarət olub. Bu hal yeni əmək böl-

güsünə uyğun gəlir və “elm” və “texnika” sistemləri də müvafiq keyfiyyət 

dəyişilmələri keçirirlər. Məsələn, konkret elmi və ya texniki fəaliyyət indi 

artıq bir fərd çərçivəsində tamamilə qapana bilmir, belə ki, elmi işlə 

məşğul olan hər bir fərd öz maddi təminatı baxımından başqasından asılı 

olur. Deməli, elmi və ya texniki fəaliyyət sosial xarakter alır. 

Müasir dövrdə – kollektiv fəaliyyət dövründə elmi iş daha bir sıra 

yeni keyfiyyətlər kəsb edir. Artıq işçilər nəinki təkcə maddi təminat və ya 

hər hansı  kənar amillər baxımından başqalarının fəaliyyətlərindən asılı 

olurlar (bilavasitə istehlak şeyləri istehsalı  və dolayısı istehsal), həm də 

konkret fəaliyyət özü də  fərdlər çərçivəsindən kənara çıxır, “başqaların-

dan” asılı olur. Sistem adamlara nəzərən tam qapanma imkanını  tədricən 

itirir. Daha yalnız nisbi qapalılıqdan söhbət gedə bilər. 

“Elm” və “texnika” sistemlərinin getdikcə genişlənməsi  əsasən iki 

başlıca amil hesabına baş vermişdir: 

                                                 

 Belə hallara, dövr üçün xarakterik olmasa da, istisnalar şəklində, hətta yeni (Koper-



nikdən sonrakı) mərhələdə də rast gəlirik. Məsələn, Spinoza maddi təminat üçün fiziki işlə 

(linza hazırlamaq) məşğul olub.

  



 

Elm və onun inkişaf yolu 

 

 

 

139



 

1. Konkret tədqiqat işləri artıq əməli bilik çərçivəsində aparıla bilmir 

və digər tədqiqatların əldə etdiyi ilkin elmi nəticələrə əsaslanmaq lazım gə-

lir. İnformasiyanın yayılması prosesi sürətləndikcə ilkin məlumat toplusu-

nu getdikcə daha geniş  ərazilərdən və daha çox təfərrüatı ilə öyrənmək 

mümkün olur və bu proses, nəhayət, bütün planet miqyasında yayılır (indi-

ki dövr). 

2. Mövcud elmi məlumatlar əsasında belə, müəyyən nisbi qapalı fəa-

liyyət aktını həyata keçirmək mümkün olmur və bu hal kollektiv tədqiqatı 

zəruriləşdirir.  

Kollektiv tədqiqatın (laboratoriyalar, institutlar, müxtəlif elmi təşki-

latlar və s.) «elm» sisteminə gətirdiyi yeni tipli keyfiyyət dəyişikliyi siste-

min nisbi tamlığını qorumaq üçün elmi fəaliyyətdə  iştirak etməyən «kö-

məkçi işçilərin» də bu sistemə daxil olmasıdır. Bu cəhəti biz ona görə xü-

susilə qeyd edirik ki, o nəinki təkcə elmin və ya texnikanın, həm də ümu-

miyyətlə bütün mücərrəd sistemlərin ictimai aspektdə öyrənilməsi üçün ol-

duqca böyük əhəmiyyət kəsb edir. 

Konkretlik üçün yalnız elmi institutlardakı  vəziyyəti təhlil etməyə 

çalışaq. Burada elmi işçilər yalnız elmi fəaliyyətdə bulunurlar. Bəs qalan 

işlər? İnstitut binasını başqaları tikir, cihazları başqaları qəbul edir, başqa-

ları yerləşdirir, işə götürmək, işdən çıxarmaq, ezamiyyət vermək, müxtəlif 

sənədləri tərtib etmək, maaşları  gətirmək, paylamaq və s. bu kimi işləri 

başqaları görür…

1



 Bütün bu «başqalarsız» kollektiv fəaliyyət mümkün de-

yil. Lakin bu hal başqalarının baxdığımız elmi tədqiqat sistemi ilə yanaşı 

«elm» sisteminə də daxil olmasınımı göstərir? Bizcə, hələlik buna tam əsas 

yoxdur. «Başqaların» «elmi tədqiqat» sisteminə, baxdığımız halda institu-

ta, daxil olması ən çox onların elmi işçilərlə bilavasitə qarşılıqlı münasibət-

də olması ilə bağlıdır. Bu halda sistem həm də nisbi qapalı münasibətlər 

sferası ilə müəyyənləşir. Əgər belə olmasaydı, onda elmi tədqiqat sistemi-

nə daha çox elementlər daxil etmək lazım gələrdi və əslində bəlkə də heç 

bir sistemdən söhbət gedə bilməzdi, zira sistem təşkil etmək müəyyən tə-

ləblərlə şərtlənir. 

Məsələn, elmi işçilər üçün zəruri olan istehlak şeyləri olmasa, elmi 

                                                 

 

Bu işlərdən bəziləri (məs., cihazlara tələbatın müəyyənləşməsi və s.) elmi işçilərin 



iştirakı ilə və ya bilavasitə elmi işçilər tərəfindən görülməlidir, lakin hər halda elmi iş sayıla 

bilməz.


  


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə