Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə34/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   30   31   32   33   34   35   36   37   ...   281

Bilik – Elm – Bilik 

 

 

 

91



 

“Vəhşi” ideya və onun mədəniləşməsi 

Elmlə məşğul olmaq, elmi fəaliyyət prosesinə qatılmaq əslində çox 

geniş bir spektrdə xeyli dərəcədə fərqli fəaliyyət formalarını əhatə edir.  

Elm adamlarının çox az bir qismi sözün həqiqi mənasında elmi yara-

dıcılıqla məşğul olur. Böyük əksəriyyət məlum biliklər sferası daxilində 

yerləşdirmə, təsnifat, ümumiləşdirmə və s. bu kimi məntiqi əməliyyatlarla 

kifayətlənir. Çox az qisim alimlər isə yeni ideyanın bu sferaya gətirilməsi 

(daşınması) yükünü üzərinə götürür. Yəni yeni ideya qərarlaşmış elm 

sisteminə – “normal elmin” hüdudlarına haradansa kənardan gəlir. Bəs kə-

nara “ezam” olunmaq və kənardan nə isə fərqli bir ideya daşıyıb gətirmək 

bir proses kimi elmin ənənəvi metodları iləmi həyata keçir? Şübhəsiz ki, 

yox. Bəs kənardan gətirilən ideya elmi normativlərə  nə  dərəcədə uyğun 

olur? O, elmin dilini bilirmi, yoxsa yad ünsür kimi ögey münasibətləmi 

qarşılaşır? Gətirildiyi və düşdüyü yeni mühitin ab-havasını, qaydalarını, 

dəst-xəttini o necə  mənimsəyir? Burada uzlaşma baş tuturmu və ya 

tutmursa, yeni gələn köhnə sistemdən necə xaric edilir?  

Böyük elmi-konseptual sistemlərdə, nəzəriyyələrdə  bəzi boşluqlar 

olur. Nəzəri konfiqurasiyanın daha gözəl olması onun bütövlüyünün təmin 

edilməsi üçün hansı isə ideya ünsürünə ehtiyac vardır. Biz kənardan daxil 

olan sinkretik, qablaşdırılmamış “vəhşi” ideyada bizə lazım olan həmin 

ünsürü axtarırıq. Bunun isə bir yolu budur ki, yeni ideya boşluğa oturdulur 

və sistemin, konfiqurasiyanın reaksiyası gözlənilir. Əgər sistem onu qəbul 

etdisə, yəni nəzəriyyənin başqa elementləri ilə normal əks-əlaqə yarandısa, 

deməli yeni gələn elə biz axtardığımız imiş. Uyğunlaşma getmədisə, demə-

li, hələ axtarış davam etməlidir.  

Praktikada sınaq-səhv metodu olduğu kimi, nəzəriyyənin komplekt-

ləşməsində də həmin metoddan istifadə olunur. Lakin bu, heç də ən uğurlu 

metod deyil. Yəni tədqiqatçı öz axtarışını məhz həmin boşluğa yönəli apar-

maya da bilər. Əksinə, yeni ideyanı əsas götürərək, onun üzərində yeni bir 

konfiqurasiya, yeni sistem qura bilər. Onda nəzəriyyələr arasında rəqabət 

yaranır və hansı  nəzəriyyə daha yaxşı “işləyirsə”, o da həqiqət hesab 

olunur.  

Biz yeni ideyanın gəlişinə  sınaq-səhv metodu mövqeyindən deyil, 

bir qədər fərqli kontekstdə yanaşmaq istərdik. Əvvəla, yeni ideyanın hara-

dan, hansı mühitdən, hansı kontekstdən intixab edildiyinə  nəzər salaq. 



Elm haqqında elm 

 

 



 

92

Elmi problemin, hətta bütövlükdə müəyyən bir elmin xaricinə  çıxarkən, 



yəni tamamilə başqa istiqamətdə düşünərkən, ola bilsin ki, həyatın özündə, 

ola bilsin ki, poeziyanın, fəlsəfi təlimlərin və ya başqa elmlərin tərkibində 

çoxdan yerləşmiş, hətta 100 il, 1000 il qabaq bəlli olan bir ideya ilə tanış 

olaq. Amma bu ideyanın məhz hansı isə elmdə, hansı isə problemlə bağlı 

axtarışda olduğunu biz sanki birdən dərk edirik. Məhz buna işıqlanma de-

yilir. Çünki biz ideyanı “əlimizdə tutub”, daha doğrusu, fikrimizdə dolaş-

dırıb yenə də tanımırıq, onun məhz axtardığımız, axtarışda olan ideya ol-

duğunu unaya bilmirik. Yüz dəfə yanından keçdiyimiz, yüz dəfə başına 

dolandığımız həmin ideyaya birdən yeni bir nəzərlə baxanda onun əvvəl 

gizli qalan rakursu üzə çıxır. Və biz axtardığımızı sanki indi tapmış oluruq. 

Amma hələ nə qədər ki, bu tapılmış ideya tam açıqlanmayıb və elmi prob-

lematikanın kontekstinə salınmayıb, o, bir kəşf olaraq qəbul edilə bilməz.        

 

 



Bilik – Elm – Bilik 

 

 

 

93



 

 

 

 

 

İnam, şübhə və idrak 

 

 

Şübhə  mənə heç də bilikdən 

az həzz vermir. 

Dante

 

 

İnsan idrakının hüdudları xaricində sonsuz bir məkan var.  



Əgər insan öz şəxsi həyatını və onu əhatə edən lokal mühiti sonsuz-

luğun ayrıla bilməyən bir parçası kimi təsəvvür edirsə, yaxud, başqa sözlə 

desək, konkret həyat hadisələrinə  əbədiyyət və sonsuzluq zirvəsindən ba-

xırsa, burada hissi idrak və  məntiqi təfəkkür acizdir. Yəni insan normal 

elmi düşüncənin hüdudlarından kənara çıxır.  

Həmişə olduğu kimi, yenə  də iki qütb. Ya fəhm, ya təhlil. Ya içə-

ridəki işığın kölgəsində qalmaq, ya işıqsız işləmək. ... 

Əgər insan öz şəxsi həyatını və onu əhatə edən lokal mühiti sonsuz-

luğun bir parçası kimi təsəvvür edirsə, yaxud, başqa sözlə desək, konkret 

həyat hadisələrinə  əbədiyyət və sonsuzluq kontekstində baxırsa, burada 

hissi idrak və məntiqi təfəkkür acizdir. Çünki bu halda insan normal elmi 

düşüncənin hüdudlarından kənara çıxır.  

Empirik elmi tədqiqatlar adətən dünyanın, təbiətin, mühitin bütöv 

halda öyrənilməsinə deyil, lokal maddi mühitin mücərrəd bir modelinə 

yönəlmiş olur. Əlbəttə, hissi təcrübənin obyekti ilk baxışda bütöv bir hadi-

sədir, amma biz orada nəyi isə məqsədyönlü surətdə müşahidə edir, hətta 

ölçürüksə, deməli, nələrdənsə imtina edərək, diqqəti ancaq müəyyən bir 

cəhətə, münasibətə yönəldirik. Əslində ən kiçik hadisə belə, heç vaxt bü-

tövlükdə  və tamamilə öyrənilə bilməz. Lakin insan hansı isə konkret bir 

münasibəti aşkar edirsə, cisim və ya hadisə haqqında (əslində onun lokal, 

sonlu modeli haqqında) nə isə bilirsə, ona elə gəlir ki, həmin cisim və ya 

hadisəni dərk etmişdir. Və kimə isə elə gəlir ki, bu, həqiqətin son instan-

siyasıdır. Bildiyini mütləqləşdirmək, bilmədiklərinə göz yummaq insan 



Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə