Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə22/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   18   19   20   21   22   23   24   25   ...   281

Bilik – Elm – Bilik 

 

 

 

59



edilmişdir. Yəni eyni cür hadisənin təkrarlanması zamanı həmişə eyni bir 

nəticənin alınması insanlara situasiyanı ümumiləşdirmək üçün əsas verir. 

Bu bilik də ibtidai icma dövründə insanın təsadüfi müşahidəsinin sonrakı 

praktik fəaliyyətdə sınaqdan keçirilməsi sayəsində əldə edilmişdir. Bu ha-

disənin elmi izahı isə neçə min illərdən sonra, ancaq XVIII-XIX əsrlərdə 

mexaniki enerjinin istilik enerjisinə çevrilməsi və yüksək temperaturlarda 

oksidləşmə prosesinin sürətlənməsi öyrənildikdən sonra verilmişdir. Yəni 

yanma prosesinin kimyəvi mexanizmi və müvafiq olaraq fiziki və kimyəvi 

proseslərin qarşılıqlı əlaqəsi məhz XIX əsrdə bəlli olmuşdur. Deməli, eyni 

bir biliyin əməli bilik səviyyəsində  məlumluğu ilə onun elmi bilik kimi 

təsbit olunması arasında neçə min illər zaman keçir. 

Baxdığımız misalda bilik praktikada onun elmi kəşfindən əvvəl mə-

lumdur. Amma müasir dövrdə çox vaxt biliklər elmi tədqiqatlar vasitəsilə 

aşkar edilir, ekperimental və ya nəzəri yolla yoxlanılır və ancaq bundan 

sonra istehsalatda və ictimai həyata tətbiq olunur. Əlbəttə, elmi kəşflərin 

nəticəsini tətbiq edən işçilər onun mahiyyətini bilməyə də bilərlər. Çünki 

bilavasitə icraçılar ancaq texnoloji reseptlər vasitəsilə işləyirlər. Onlar gör-

düyü işin «niyə»sinə cavab vermir və bilikləri bir növ kor-koranə  tətbiq 

edirlər. Və bu əməliyyat tədricən əməli vərdişlərə keçir ki, onun da əsasın-

da yenə də praktik bilik dayanır. Lakin bu praktik bilik artıq elmi biliyin 

tətbiqi prosesində formalaşmış olur. Buna ən əyani misal, ustanın televizo-

ru təmir etməsidir. O, televizorun hansı fiziki proseslər sayəsində işlədiyini 

bilməsə də, hansı detalın nə kimi praktik funksiya daşıdığını və hansı xa-

rakterli nasazlığın hansı elementlə bağlı ola biləcəyini əməli bilik səviyyə-

sində mənimsəyir. Beləliklə, elmi biliklər istehsalatda və məişətdə bilava-

sitə deyil, əməli biliklərə çevrilərək istifadə olunur.  

Yeni texnikanın ixtirası və müvafiq texnologiyanın işlənib hazırlan-

ması zamanı istifadə olunan biliklər artıq nə xalis elmi, nə də xalis əməli 

biliklərdir. Biliyin bu yeni formasını biz elmi-texniki bilik adlandıracağıq. 

Bu yeni bilik forması  əslində öz spesifikasına müvafiq olan bir fəaliyyət 

formasının, yəni elmi-texniki fəaliyyətin nəticəsidir.  

Bu yeni fəaliyyət sahəsinin mahiyyətini və xüsusiyyətlərini dərk et-

mək üçün onu elm və texnika, habelə elmi və praktik bilik arasında müna-

sibətlərin inkişafında qanunauyğun bir halqa kimi nəzərdən keçirmək 

lazımdır.  

Texnikanın inkişafının birinci tarixi mərhələsi (yəni nə zaman ki, hə-




Elm haqqında elm 

 

 



 

60

lə süni əmək vasitələri yaranmamışdı) ancaq elementar əmək vərdişlərinin 



formalaşması ilə bağlıdır. Bu dövrdə insan ancaq öz təbii əmək orqanları 

vasitəsi ilə iş görür. Tədricən bu təbii hərəkətlər vərdiş halını aldı və onun 

sayəsində ilk məqsədyönlü fəaliyyət formalaşdı.  Əldə olunmuş  vərdişlər 

bir əmək vasitəsi kimi növbəti nəsillərə ötürülməklə o dövrdə ictimai inki-

şafın səviyyəsini müəyyənləşdirən əsas meyar hesab edilə bilər. Beləliklə, 

ilk tarixi mərhələdə təbii əmək orqanları və əməli vərdişlər yeganə texniki 

vasitələr idi. 

Sonrakı tarixi mərhələdə  əmək vasitələri sırasında məqsədəuyğun 

fəaliyyətin maddi vasitələrini,  əmək alətlərini görmək mümkündür. Bu 

alətlərlə yanaşı onlardan istifadə  vərdişləri də texniki vasitələr sisteminə 

daxil oldu. Və onları tətbiq etməyə imkan verən vərdişlər yarandı.  

Sonrakı dövrdə texnikanın inkişafında yeni keyfiyyətli mərhələ işçi 

maşının yaranması ilə bağlıdır. Maşının əsas xüsusiyyəti bundan ibarətdir 

ki, əvvəllər əmək predmeti üzərində insan tərəfindən görülən işi indi bila-

vasitə maşın həyata keçirir. Lakin işçi maşınların yaranması hələ elmin is-

tehsalata sirayət etməsi deyildi. Belə ki, o dövrdə maşınların çoxu elmi 

kəşflər  əsasında yox, praktik biliklərin inkişafı  və  tətbiqi sayəsində ixtira 

olunurdu. Bu dövrün elmi bilikləri texniki tərəqqinin dalınca gedir və artıq 

praktikada həyata keçirilən texnoloji proseslərin elmi izahına təşəbbüs gös-

tərilirdi. Həmin dövrdə elm qarşısında praktik ehtiyaclardan doğan konkret 

vəzifələr də qoyuldu ki, bu da tətbiqi elmlərin inkişafına böyük təkan 

verdi. Digər tərəfdən, ixtiraçıların düzəltdiyi texniki qurğular və onların 

fəaliyyət mexanizminin elmi müstəvidə nəzərdən keçirilməsi bir sıra yeni 

qanunauyğunluqların aşkar edilməsinə imkan açdı. Bir sözlə, XVIII əsrin 

axırlarına qədər istehsalatda aparıcı bilik növü elmi biliklər deyil, praktik 

biliklər və mühəndis yaradıcılığı idi. Elmi nailiyyətlərdən istifadə olunması 

nadir hadisə idi.  

Elmin istehsalata tətbiqinin müntəzəm və ardıcıl bir prosesə çevril-

məsi XIX əsrdən başlayaraq getdikcə gücləndi. Bu dövrdə texniki yeni-

liklər daha çox elmdəki kəşflərlə əlaqəli surətdə həyata keçir. Əlbəttə, yeni 

elmi biliklərin texniki realizasiyası yeni tipli layihə-konstruktor işləri və 

daha yüksək mühəndis biliyi tələb edirdi. Digər tərəfdən, mühəndis və 

konstruktorların yeni elmi nailiyyətlərdən xəbərsiz olmaları ixtiraçılıq fəa-

liyyətində elmin tətbiqini çətinləşdirirdi. Yaranmış  vəziyyət həm elmin 

strukturunda, həm də ixtiraçılıq fəaliyyətində yeni halqaların əmələ gəlmə-



Bilik – Elm – Bilik 

 

 

 

61



sinə səbəb oldu. Bir tərəfdən texniki elmlər, o biri tərəfdən də elmi-texniki 

fəaliyyət və biliyin inkişafında yeni forma olan elmi-texniki biliklər mey-

dana gəldi. Elmi-texniki fəaliyyət həm elmi yaradıcılıqdan, həm ixtiraçılıq 

fəaliyyətindən, həm də texniki sistemlərin iş prinsipindən onunla fərqlənir 

ki, onun məqsədi nə gerçəkliyin nəzəri səviyyədə mənimsənilməsinə, nə də 

hazır biliklərin texniki realizasiyasına yönəlməmişdir və özünəməxsus 

səciyyə daşıyır. Yəni elmi-texniki fəaliyyət təkcə elm və təkcə texnologiya 

çərçivəsinə sığmayaraq sanki bu iki hadisə arasında körpü rolunu oynayır. 

Burada həm elmi həm də praktiki biliklərdən sıx istifadə olunur.  

Elmi-texniki fəaliyyət sahəsi Qərbdə çox vaxt texnoloji fəaliyyət ad-

landırılır. Halbuki texnoloji fəaliyyət məhz texnikanın istismarı üçün lazım 

olan biliklər və vərdişlər sferasını əhatə edir. Məsələyə aydınlıq gətirmək 

üçün bu sahədə tanınmış mütəxəssis S.F.Kasprzukun fikrinə müraciət 

edək. O, texnologiyanı belə təqdim edir: «Texnologiya bir fəaliyyət sahəsi 

kimi, kim tərəfindən və hansı sahədə həyata keçirilməsindən asılı olmaya-

raq, elm ilə texnika, nəzəri biliklə praktik iş arasındakı boşluğun aradan 

qaldırılmasına xidmət edir».

6

1

  



Burada, əvvəla, müəllifin “texniki fəaliyyət” anlayışında nəyi nəzər-

də tutduğu bəlli olmur, belə ki, “texnoloji fəaliyyət” anlayışının daxil edil-

məsi “texniki fəaliyyət” anlayışına yenidən baxılmasına və ya onun ümu-

miyyətlə  çıxarılmasını  tələb edir. İkincisi,  əgər müəllif texniki fəaliyyətə 

istehsal fəaliyyətini daxil edirsə, onda digər fəaliyyət növləri; bədii yaradı-

cılıq, siyasi fəaliyyət və s. kənarda qalmış olur.  

A.Uaythed isə texnoloji fəaliyyətin formalaşmasını Yeni Dövrün ən 

mühüm hadisələrindən biri hesab edir: “Şübhəsiz, son 300 ildə texnologiya 

böyük inkişaf yolu keçmişdir, amma axır vaxtlara qədər elmin texnikaya 

bilavasitə təsirini müstəqil bir hadisə kimi təsəvvür etmək mümkün olma-

mışdır”.

6

2



 Doğurdan da, elmi biliklərin texnikaya müntəzəm və sistemli şə-

kildə  tətbiq olunması  və beləliklə bu tətbiqi təmin edən xüsusi fəaliyyət 

növünün əmələ gəlməsi ancaq XIX əsrin axırları XX əsrin əvvəlləri üçün 

səciyyəvidir. Bu hadisəni önə  çəkməsini Uaythedin uğuru hesab etmək 

olar. Lakin bizcə, o, bu məsələdə çox irəli gedir və nəinki elmin sistemli 

                                                 

1

 S.F. Kasprzuk. On the conspert of technoloqy and its relation to science and technic // 



Proceeding of the XV World Congress of Philosophy. Sofia, 1973. p.321. 

2

 A.Whitehead. Function of Reason. Boston, Beacon Press, 1971, p. 42.  




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə