Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə41/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   37   38   39   40   41   42   43   44   ...   281

Bilik – Elm – Bilik 

 

 

 

109



 

həmişə  dələduzların da əlinə düşə bilər. Necə ki, müasir terroristlər  ən 

modern silahlardan istifadə edirlər. Bunun çarəsi hələ tapılmayıb. 

Ümumiyyətlə, məsələnin belə qoyulması yanlışdır ki, guya kim ra-

sionallığı qəbul edirsə, inamı qəbul edə bilməz. Çünki inam və idrak bir-

birinə mane olmur. Əksinə, məqsəd bunların vəhdətinə, bir-birini tamamla-

masına nail olmaqdır. 

 



Elm haqqında elm 

 

 



 

110


 

 

 

 

 

Şərqdə və Qərbdə  

elmi biliyin xüsusiyyətləri 

 

 

Şərqin idealı insanın mənəvi kamilliyə çatması, Qərbin idealı isə in-

sanın təbiət üzərində hakim mövqe qazanmasıdır. Buna uyğun olaraq, təbi-

ət elmləri əsasən Qərbdə inkişaf etmiş, Şərqdə isə hikmət və mənəviyyata 

üstünlük verilmişdir.   

Elmə humanitar sahə kimi baxılması da orta əsr  Şərq  ənənələrinə 

məxsus bir düşüncədir. O vaxt elm hikmətin, müdrikliyin bir əlaməti, as-

pekti kimi başa düşülürdü və çox vaxt dini düşüncənin hüdudları daxilində 

nəzərdən keçirilirdi. (Elmin din çərçivəsində nəzərdən keçirilməsinə hətta 

bu gün də rast gəlmək mümkündür.) Orta əsrlərin xristian və islam sxolas-

tikaları da ilahiyyat çərçivəsində elm və fəlsəfə yaratmaq təşəbbüsləri idi.  

Maraqlı haldır ki, islam dünyasında da, xristianlıqda da elmin insti-

tutlaşması dini təsisatlar daxilində baş vermişdir. Şərqdə dini təhsil alma-

ğın vasitələri olan mollaxanalar, mədrəsələr həm də dünyəvi biliklərin öy-

rənilməsinə xidmət etmişdir (bu sırada hələ Ömər ibn Xəttabın dövründə 

dirçəliş tapan və VIII əsrdən elmi araşdırmalar aparan Hərran Universiteti, 

X əsrdən məscid daxilində fəaliyyət göstərən əl-Əzhər Universiteti və XI 

əsrdən fəaliyyət göstərən Nizamiyyə  məktəbləri xüsusi qeyd edilməlidir). 

Şərq (İslam) dünyasında elm və ali təhsilin əsası dini savaddan başlandığı 

kimi, Qərbdə də ilk universitetlər: Bolonya, Oksford, Kembric, Sorbonna – 

hamısı kilsədən çıxmışdır.  

Amma Yeni Dövr bütün sahələrdə olduğu kimi, elmə münasibət 

məsələsində  də paradiqmanı  dəyişir. Daha doğrusu, müasir mənada elm 

məhz bu dövrdə formalaşmağa başladı. Kapitalizm cəmiyyəti heç də yalnız 

ictimai-iqtisadi sahədə yeni bir quruluş forması olmayıb, həm də düşüncə 

tərzinin, mədəniyyətin və elmin yeni keyfiyyət mərhələsinə qədəm qoyma-

sını təmin etdi. Elmin yeni mahiyyətdə və təşkilati formada sanki yenidən 



Bilik – Elm – Bilik 

 

 

 

111



 

yaranması da XVII əsrdən başlayaraq həyata keçdi. O, ictimai istehsal pro-

sesində mühüm bir halqaya çevrilməklə sonrakı bir sıra inqilabların: səna-

ye inqilabı, elmi-texniki inqilab, informasiya inqilabı və s. təməlini qoydu.  

Müasir mənada elm də ancaq Yeni dövrdən başlayaraq formalaşmış-

dır. S.Vulgarın yazdığı kimi, “elm anlayışı ən azından Bekon zamanından 

bəri, Qərb düşüncəsinin hakim və davamlı özəlliyi olmuşdur."

1

1



 Bəzi müəl-

liflər isə bu mövqeyi daha kəskin ifadə edirlər: “Qərbin yeni dini elmdir.”

1

2

  



Antik dövrdə elmi biliklərin  əldə edilməsinə uyğun gələn ruhi-

intellektual fəaliyyət bir tərəfdən fəlsəfə ilə, digər tərəfdən isə, sənətkar 

əməyi ilə qırılmaz surətdə bağlı olduğundan, xalis elmdən və ya hətta elmi 

bilikdən danışmaq çətindir. 

Lakin elmin mənşəyinin məhz bu iki istiqamətdə: fəlsəfə və praktika 

ilə bağlı  fəaliyyətdə axtarılması tamamilə qanunauyğundur. Hətta ilk ya-

xınlaşmada müasir dövrdə elmin əsas struktur pillələrini təşkil edən nəzəri 

və empirik pillələr də bu iki istiqamətin davamı kimi qiymətləndirilə bilər. 

Lakin  əslində bu pillələr yalnız elm sosial institut kimi formalaşdıqdan 

sonra – Yeni Dövrdə əmələ gəlmişdir. 

İnsanların maddi fəaliyyəti ilə deyil, daha çox dərəcədə seyrlə əlaqə-

dar olaraq, deduktiv surətdə meydana çıxan, dünya haqqında ümumiləşmiş 

təsəvvürlərin bir hissəsi kimi formalaşan biliklər xüsusi elmlərə, fənlərə 

aid olmayıb, fəlsəfəyə aid idi. Koqnitiv biliklər hələ elmi biliklər səviyyə-

sinə yüksəlməmişdi. Digər tərəfdən də, əməli fəaliyyətlə əlaqədar yaranan 

biliklər hələ müstəqilləşməmiş, biliklə bacarıq bir-birindən ayrılmamışdı. 

Deməli, alim və sənətkar bölgüsü də hələ ola bilməzdi. Ona görə də qədim 

yunanlar sofist (müdrik) dedikdə həm də sənətkarları (məsələn, dülgər, du-

lusçu və s.) nəzərdə tuturdular. O dövrdə bölgü bilavasitə faydalı işlə məş-

ğul olan, tətbiqi məsələləri həll edən sofistlərlə dünyanı yalnız kənardan 

seyr edən, müdrikliyi yalnız sevən adamlar – filosoflar arasında aparılırdı. 

Elm tarixinin tədqiqi göstərir ki, elmin praktik məqsədlərə xidmət 

edən sistem kimi formalaşması,  əsasən XVII-XVIII əsrlərə  təsadüf edir. 

Yaranmaqda olan kapitalizm cəmiyyəti sənayeni inkişaf etdirmək məqsə-

dilə elmdən istifadə olunmasına təkan verir. Elmin inkişaf etdirilməsində 

                                                 

1

 S. Woolgar. Bilim: bilim idesi üzerine sosyolojik bir araştırma, Türkcesi: Hüsamettin 



Arslan, İstanbul, Paradigma, 1999, səh. 15. 

2

 Г. Байнфилд, Е. Корнголд. Между небом и землей. М. 1997,  с. 27. 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə