Elm haqqında elm
112
daha təkcə elm adamları deyil, həm də istehsal müəssisələrinin sahibkarları
və onların mənafeyini müdafiə edən dövlət özü maraqlı olur.
Cəmiyyət elmi məhz onun praktik istifadə imkanlarına görə inkişaf
etdirir, bu məqsədlə müxtəlif sosial institutlar fəaliyyət göstərməyə başla-
yır. Elm getdikcə daha çox dərəcədə fərdi hadisədən və ya kiçik qruplar
miqyasından böyük sosial sistemlər miqyasına keçir, ümumcəmiyyət hadi-
səsinə çevrilir.
Elm dövlət miqyasında təşkil olunmuş ictimai hadisə kimi formalaş-
mazdan qabaq da elmi fəaliyyət var idi. Ayrı-ayrı adamlar bu zaman elmlə
öz daxili mənəvi ehtiyaclarını ödəmək üçün məşğul olurdular. Qədim yu-
nanların bəziləri elmlə məşğul olsa da, onun tətbiqi ilə, praktik məsələlərlə
məşğul olmağı özlərinə yaraşdırmır mənsub olduqları yüksək ictimai təbə-
qənin əxlaqi meyarlarından çıxış edirdilər. Nəzəri fikir sahiblərinin təcrü-
bəyə həqarətli münasibəti o dərəcədə kəskin idi ki, məsələn, Aristotel qadı-
nın dişlərinin sayının kişininkinə nisbətən az olduğunu iddia etmiş, lakin
onları saymağı heç ağlına da gətirməmişdir. Aristotelin törəmə nəzəriyyəsi
və sürətin qüvvə ilə mütənasib olması haqqındakı nəzəri müddəası da nə
onun özü tərəfindən, nə də xələfləri tərəfindən yoxlanmamış, iki min ildən
artıq kor-koranə surətdə qəbul edilmişdir.
Orta əsrlərdə elmin geri qalması, sxolastika hüdudlarını keçə bilmə-
məsi onun praktika ilə əlaqəsinin zəifliyindən irəli gəlir ki, bu də o dövrün
ümumi mənəvi atmosferi, hakim əxlaq normaları ilə izah olunmalıdır. Kü-
bar ailədən çıxmış adamlar bu cəmiyyətin mənəvi meyarlarına uyğun ola-
raq praktik məsələlərlə məşğul olmağı özlərinə sığışdıra bilmirdilər. Bu
dövrdə ixtiralar da çox vaxt “təhsil görməmiş və hakim sxolastikanın təsi-
rinə düşməmiş sadə işçilər, sənətkarlar tərəfindən edilirdi”.
1
1
Kübar cəmiy-
yətin nümayəndələri əmək adamlarına yuxarıdan aşağı baxdıqları kimi,
məqsədəuyğun əməli fəaliyyətin məhsulu olan yeniliklərə də həqarətlə ba-
xırdılar. İnsan ağlının açdığı yolları keçmədən, birbaşa mənəvi yetkinlik
zirvəsinə çatmaq əxlaqı ağıldan nəinki yüksək tutmaq, hətta ona qarşı qoy-
maq, əməli fəaliyyətdən ayrılmış abstrakt etiketləri yaratmaq və bunları
mütləqləşdirmək – aristokratiyanın mənəvi və sosial süqutunun əsas səbəb-
lərindəndir. Orta əsrlərdə hökm sürən cəngavərlik psixologiyası və aristo-
krat mənəviyyatının rasional biliyə və praktikaya münasibəti Don Kixotun
1
В.И. Вернадский. Избранные труды по истории науки. М., 1981, с.84-85.
Bilik – Elm – Bilik
113
yel dəyirmanına münasibətində öz əksini obrazlı surətdə çox gözəl
tapmışdır.
Aristokratiya tərəfindən qəbul edilməyən praktik elm burjuaziyanın
mənəvi xüsusiyyətlərinə və maddi ehtiyaclarına tamamilə uyğun gəlirdi.
Elmin məhz kapitalizm cəmiyyətində intensiv surətdə inkişaf etməsinin,
bütöv sosial sistem kimi formalaşmasının əsas səbəblərindən biri də məhz
bu idi.
İntibahla açılan Yeni Dövr ilk çağlarda antik mədəniyyətin yenidən
canlanması təsirini bağışlasa da, tezliklə burjua mədəniyyətinə qapı rolunu
oynadı. Kapitalizm cəmiyyəti mənəvi etalonlarla təcrübi biliyin, ağlın qar-
şılaşdırılmasında ikinci qütbü seçdi; ülvi toxunulmaz olan heç bir hiss, heç
bir əxlaqi norma ilə hesablaşmadan rasional düşüncənin, empirik elmin aç-
dığı geniş yola çıxdı və sürət götürdü. Mənəvi meyarla elmi-praktik meyar,
hissi ilə rasional arasındakı ziddiyyət indi də ikincilərin mütləqləşdirilməsi
nəticəsində kəskinləşməyə başladı, adət-ənənənin hökmranlığı öz yerini
pulun, iqtisadi amillərin hökmranlığına verdi. Uzaqgörən adamlar bu zid-
diyətdə Avropanın süqutunun başlanğıcını gördülər. Rasional düşüncəyə,
elmi-praktik fəaliyyətə və onun gətirdiyi yeniliklərə düşmən münasibətdən
irəli gələn Don Kixot faciəsi mənəvi saflığa, insanın hisslərə etinasızlıqdan
irəli gələn burjua faciəsi ilə əvəz olundu. Əlbəttə, burada yenə də bədii ob-
raza müraciət etmək yerinə düşərdi. Lakin Don Kixotun faciəsi təbii real
olsa da, kapitalizm cəmiyyətinin və burjua təfəkkür tərzinin ziddiyyətləri
bir burjua fərdiyyətinin faciəsində tam mənası ilə ifadə oluna bilmir. Təkcə
ona görə yox ki, böyük faciələr yalnız zəngin mənəviyyatlara sığışa bilər,
həm də ona görə də ki, burjuaziyanın utilitar-praktik təfəkkür tərzi əslində
onun bütün nailiyyətlərinin başlıca hərəkətverici qüvvəsidir. Nəyi isə qur-
ban vermədən nəyə isə nail olmaq mümkün deyil. Burjua cəmiyyətinin sə-
naye sahəsindəki sürətli yürüşü də orta əsrlərin mənəvi-əxlaqi normalarını
tapdayıb keçmək hesabına mümkün olmuşdu.
Kapitalizm cəmiyyətinin müəyyən mənada mütərəqqi xarakter daşı-
dığı ilk əsrlərdə onun məhsuldar qüvvələrin inkişafı üçün açdığı geniş im-
kanlar və bu imkanları şərtləndirən yeni təfəkkür tərzi, təbii ki, həmin döv-
rün fəlsəfi fikrində də öz əksini tapmışdı. Bununla yanaşı, biliklərin utili-
tar-praktik istifadəsinə üstünlük verən bu yeni təfəkkür intibah dövrünün
düşüncə tərzi simasında həm də mənəvi sələfə malik idi. İntibah dövrünün
mənəviyyatı feodal cəmiyyətinin təfəkkür tərzindən köklü surətdə fərqlən-
Elm haqqında elm
114
məklə bərabər, antik dövrün mənəviyyatını da sadəcə təkrar etməyərək,
praktik fəaliyyətə münasibət məsələsində ona nisbətən xeyli qabağa get-
mişdi.
Məhz intihab dövründə elm ilə praktikanın qarşılıqlı əlaqəsinə olan
zərurət tam mənası ilə dərk edilmiş, onların bir-birini tamamlamasına dair
dahiyanə fikirlər söylənmişdi. Özünün çoxsahəli şəxsi fəaliyyəti ilə fəlsəfə
və incəsənətin, elm və praktikanın vəhdətinə parlaq nümunə olan Leonardo
da Vinçi tərcübəni dəqiq biliyin atası hesab edir, praktikadan doğmayan
elmləri əsassız və qüsurlu sayırdı. Böyük mütəffəkir, eyni zamanda elmin
də praktika üçün mühüm şərt olduğunu nəzərə alaraq yazırdı: “Elmsiz
praktikaya aludə olan adam gəmini sükansız və kompassız idarə etmək is-
təyən kapitana bənzər; o hara üzdüyünü özü də bilməz”.
1
1
Yeni dövr fəlsəfəsində elminmi praktika üçün, praktikanınmı elm
üçün həlledici olmasına dair sual intibah dövründə qərarlaşmış olan vahid
mövqeyi haçalanmasına gətirib çıxardı. Daha doğrusu, elmin praktika üçün
rolunun qiymətləndirilməsində yekdillik əldə olunsa da, praktikanın, təcrü-
bənin elmin inkişafında rolu iki müxtəlif mövqedən şərh edilməyə
başlandı.
F.Bekon tərəfindən əsası qoyulan birinci istiqamət–empirizm fəlsə-
fəsinə görə, hər cür elmi bilik yalnız təcrübə yolu ilə, praktikadan əldə edi-
lə bilər. Antik dövrdə və Orta əsrlərdə təcrübəyə olan böyük etinasızlıqdan
sonra ona belə xüsusi diqqət verilməsi əlbəttə, təqdirəlayiq hadisə idi. La-
kin F. Bekon və onun davamçıları şüurun fəal xarakterini nəzərə almır, in-
tuisiyanın idrakda rolunu araşdırmırdılar. Daha dəqiq məlumat əldə etmək
üçün təcrübəni təkmilləşdirmək tələbi irəli sürüldüyü halda, bu təcrübənin
nəticələrini zəka işığında nəzərdən keçirmək tələbi qoyulmurdu və əksinə,
zəkaya həqiqi bilik əldə edilməsi üçün maneə kimi baxılırdı. F.Bekon ya-
zırdı: “...Zəkaya qanad yox, qurğuşun bağlamaq lazımdır ki, onun sıçrayış
və uçuşunun qarşısını almaq mümkün olsun”.
1
2
Zəkanın özü insanın bütün
əvvəlki təcrübələrinin yekunu kimi, onun mənəvi və maddi həyatının
vəhdətindən hasil olan nəticə kimi qəbul edilmirdi.
R.Dekart və onun davamçıları olan rasionalist filosofların mövqeyi-
nə görə isə, ayrı-ayrı təcrübi faktlardan çıxış edərək qəti və ümumi hökm-
1
Леонардо да Винчи. Избранные произведения. Т.1, М.-Л., 1935, с. 53.
2
Ф. Бэкон. Сочинения: в двух томах, т. 2, М., 1972, с. 76.
Dostları ilə paylaş: |