Bilik – Elm – Bilik
115
lər vermək məntiqi baxımdan qüsürludur. Bir hadisənin yüz və ya min dəfə
eyni cür təkrar olunması bizə belə düşünməyə tam əsas vermir ki, yüz bi-
rinci və ya min birinci dəfə də bu hadisə məhz həmin cür təkrar olunacaq.
Bu hökmü yalnız müəyyən ehtimalla vermək olar. Tam yəqinlik məziyyə-
tinə malik olan qəti elmi biliklər isə ancaq zəkanın məhsulu tərəfindən işlə-
nib hazırlanmış və induktiv metodu rəhbər tutan empirizmi müsbət cə-
hətləri ilə birlikdə inkar edirdi.
Bu iki fəlsəfi təlim arasındakı bütün ciddi fərqlərə baxmayaraq, on-
lar hər ikisi Yeni Dövrün–yaranmaqda olan kapitalizm cəmiyyətinin hakim
təfəkkür tərzinə uyğun olaraq elmin praktik rolunu əsas tutur, məhz pozitiv
elmi bilikləri, utilitar–praktik məqsədlərə xidmət edən təlimləri inkişaf
etdirməyi lazım bilirdilər. Elmi biliklərin mənbəyi məsələsində empirizmə
qarşı çıxan R.Dekart onun istifadəsi məsələsində praktik tələbləri rəhbər
tutaraq yazırdı:” Mücərrəd fəlsəfə əvəzinə praktik fəlsəfə yaratmaq olar və
onun köməyi ilə odun, suyun, havanın, ulduzların, göylərin və bizi əhatə
edən bütün digər cinslərin qüvvə və təsirlərini aydın surətdə, ustaların öz
sənətlərini bildiyi kimi öyrənmək olar. Bu zaman biz bu qüvvələrdən on-
ların tətbiq oluna bildiyi bütün sahələrdə istifadə edər və beləliklə, təbiətin
əsl sahibkarı və hakimi ola bilərdik”
1
1
. Burada bircə onu dəqiqləşdirmək la-
zımdır ki, R.Dekart “praktik fəlsəfə” dedikdə əslində “tətbiqi elmləri” nə-
zərdə tutur. “Elm“ yox, “fəlsəfə” deyilməsi o dövrdə elmlərin fəlsəfədən
hələ tam ayrılmadığını göstərir.
Klassik alman fəlsəfəsində mühüm terminlərdən biri kimi işlədilən
“praktik zəka” anlayışı isə utilitar-praktik fəaliyyəti ifadə etməkdən çox
uzaqdır. O dövrdə Almaniyada ictimai münasibətlərin mürəkkəbliyinə və
daxili ziddiyyətlərinə uyğun olaraq praktika anlayışı da, bir tərəfdən, Yeni
Dövr əks etdirirdisə, digər tərəfdən, orta əsr fəsəfəsi xüsusi Şərq fəlsəfəsi
fikrinin ənənələrinə uyğun olaraq əxlaq, ədəb mənasında işlədilirdi. Daha
doğrusu, praktik zəka yalnız insanın təbiətə fəal münasibəti ilə məhdudlaş-
dırılmır, insanın özünə olan dəyişdirici təsir, özünütərbiyə problemi də nə-
zərə alınırdı. Həm də ikinci birinciyə nisbətən daha yüksək məziyyətli ha-
disə hesab olunur, fəlsəfi tədqiqat obyekti olmağa daha çox layiq bilinirdi.
Utilitar-praktik fəaliyyətin əsasən hakim kəsildiyi, pozitiv elmlərin
formalaşdığı və sürətlə inkişaf etdiyi bir dövrdə (XVII-XVIII əsrlər) Qərbi
1
Р. Декарт. Рассуждение о методе. Л., 1953, с. 54.
Elm haqqında elm
116
Avropa gerçəkliyi ilə Kantın praktik zəka təlimi arasında ciddi əlaqə
tapmaq çətindir. Bu təlimin kökləri Şərq gerçəkliyi və orta əsrlərin Şərq
fəlsəfəsi zəminində daha aydın surətdə üzə çıxır.
Orta əsrlərdə nəzəri-elmi biliklə praktik fəaliyyət arasındakı ayrılıq
Şərq üçün də səciyyəvi olmuşdur. Lakin Şərqdə bu iki tərəf arasındakı
münasibət daha mürəkkəb və çoxcəhətli idi. Məsələ burasındadır ki, əgər o
dövrün Şərq ədəbiyyatına, ictimai-fəlsəfi fikrinə nəzər salsaq, biliyin
əməllə bağlılığı probleminə geniş yer verildiyini görərik.
Elmin-biliyinmi, yoxsa işin-əməlinmi ilkin və əsas olması problemi
o dövrdə şərq fəlsəfi fikrinin mərkəzində dayanır. İslam dinində bilik çox
vaxt inamla, əqidə ilə bağlandığından ilkinlik bir qayda olaraq biliyə veri-
lirdi. Zira dini mövqeyə görə belə qəbul olunurdu ki, əməl, fəaliyyət insan-
lara xas olduğu halda, bilik Allahın insan qəlbinə saldığı işıqdır.
1
1
Qeyd et-
mək lazımdır ki, burada bilik heç də yalnız etiqad mənasında işlənmir. Di-
ni ayinlərin icra edilməsi biliyə yox, əmələ aid edilir, lakin yenə də bilik
ondan yüksək tutulur. Abidə nisbətən alimə üstünlük verilir.
1
2
O dövrdə Şərqdə bilik – əməl alternativinin həllində ictimai fikir heç
də yalnız islam dinindən çıxış etmirdi. Orta əsr alimləri bilik və əməlin
dialektikasını açmağa və biliyin, elmin əhəmiyyətini və üstünlüyünü mən-
tiqi yolla və konkret misallar, hədislər, hekayətlər vasitəsilə isbata yetirmə-
yə çalışırdılar.
Yeni dövrdə biliyin yoxsa gücün, kəlamın yoxsa əməlin əsas ol-
masına dair mübahisələr orta əsr Şərq fəlsəfəsindən Qərb ictimai fikrinə
keçir. Neçə əsrdən sonra həmin sualı İ.Götenin qəhrəmanından eşidirik.
İnsan həyatının əsasını təşkil edən, bəşəri inkişaf üçün ilk başlanğıc
rolunu oynayan hadisə nədən ibarətdir? Bu sual üzərində dərin düşüncələrə
dalan Faust ilkinliyi gah sözə, gah zəkaya, gah də qüvvəyə verir. Lakin nə-
hayət, işin, əməlin üzərində dayanır.
İnsan yalnız təbiətə fəal münasibəti sayəsində, əməli fəaliyyət prose-
sində başqa insanlarla ünsiyyətə girir – söz yaranır. Lakin insan sözlə fikri-
ni, düşündüklərini ifadə edir. Deməli, söz ağıldan, zəkada əvvəl gələ bil-
məz. Ağıl əmr edəni dil bəyan edər, – deyən Xaqani də ağılı sözdən əvvəl
hesab edir, dili fikrin ötürülməsi üçün vasitə sayırdı. Dil, söz həm də fərdi
1
Bax: Ф. Роузентал Торжество знания. Концепция знания в средневековом
исламе. М., 1978, с. 243.
2
Yenə orada.