Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə37/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   33   34   35   36   37   38   39   40   ...   281

Elm haqqında elm 

 

 



 

98

teminin təbliği və  təlqini, hətta icbari tətbiqi qərarlaşmışdı. Lakin burada 



insanları kilsəyə möhtac eləyən digər bir səbəb də vardı. Bibliyada tövsiyə 

olunan həyat tərzi mükəmməl şəriət sistemi səviyyəsində olmadığından, bu 

funksiyanı kilsə öz üzərinə götürmüşdü. Yəni İsaya tanrılıq keyfiyyəti ba-

ğışlanmaqla  əvəzində onun peyğəmbərlik missiyasını, haqqını  mənimsə-

mişdir.  

Berqson təlimində intuisiya heç də idrakın fövqündə olan bir şey de-

yil. İnsan heç də həmişə ancaq yaradıcılıq məqamında ola bilməz. Normal 

insanın normal təfəkkürü olmalıdır.  İnsan Allahın ona bəxş etdiyi xalis 

əqllə yanaşı, praktik əqlindən də istifadə etməlidir. Əmin ər-Reyhani yazır: 

“Bir vaxtlar biz dua edərdik, indi isə filosofluq edirik. Bir vaxtlar biz yax-

şıydıq, çünki gələcəkdəki mükafata (cənnətə) inanır və ya yenə gələcəkdə-

ki cəzadan (cəhənnəmdən) qorxurduq. Lakin indi biz nə birincisinə inanır, 

nə  də ikincisindən qorxuruq və çox nadir hallarda xeyirxahlığın tez-tez 

səbəb olduğu şeylər uğrunda fədakarlıq etməyə meylli oluruq. Yaxşını və 

həqiqəti  əldə etmək istəyimizdə – mən belə bir istəyin varlığını  və  hətta 

səmimiliyini inkar edə bilmərəm – tez-tez ən kiçik müqavimət (kursiv mə-

nimdir – S.X.) xəttini seçirik. Biz praktiki olmaq və dünyəvi nemətlərə sa-

hib olmaq məcburiyyətindəyik”.

 

1

1



 

Cənnətə və cəhənnəmə inanmaq hesabına əməlisaleh olmaq bir şey-

dir, öz gələcək sonsuz həyatının həqiqət və gözəllik prinsiplərinə uyğunlu-

ğuna əmin olmaq üçün elə bu dünyada ikən həmin prinsiplər əsasında ya-

şamaq başqa bir şeydir. Yəni əslində “o dünya”nın insanın gerçək mənəvi 

həyatının ekstrapolyasiyası kimi başa düşülməsi təklif olunur. “Bu dünya” 

ilə “o dünya” arasında haqq-ədalət, ləyaqət və gözəllik körpüsü atmaq olar

amma “o dünya”nın başqa bir əlaməti də onun zaman-məkan xaricində 

olması, sonsuzluğudur. Bax, həmin bu sonsuzluğa qatılmaq hissiyyatını bu 

dünyada ikən yaşamaq inamın ikiqat transformasiyasını tələb edir.  

Yetkin olmayan insan bu sonsuzluğu sadəcə olaraq duymur,  öz 

məhdud dünyasında öz qafil həyatını yaşayır  və özünü hər şeyə qadir kimi 

hiss edir, özündən müştəbeh olur. Belə insanların sonsuz, böyük dünyaya, 

ruhani həyata çıxışları yoxdur. 

Fani dünyanın illüziyasını  dəf edərək  əbədiyyətə  və sonsuzluğa 

qatılmağın iki fərqli yolu var.   

                                                 

1

 Yenə orada, s. 11. 




Bilik – Elm – Bilik 

 

 

 

99



Birincisi, insan bu sonsuzluq müqabilində özünü bir heç timsalında 

hiss edir və dünyanın dərk olunmasına, öz şəxsi təcrübəsi və ağlı ilə nəyə 

isə nail olmağa çalışmaqla yanaşı, özünü fövqəltəbii qüvvələrin, ən yaxşı 

halda, ilahi inamın ixtiyarına buraxır. Bu halda oriyentasiya üçün həmin 

fövqəltəbii qüvvələrlə rabitəyə girmək, mistik metodlardan istifadə etmək 

lazım gəlir. Mifik təfəkkür və dini təsəvvürlər də bu təməl üzərində 

formalaşır. Din insanı itməyə qoymur. Sonsuzluğun girdabına düşmüş 

insan harada isə uzaqlarda bir işıq görür və üzünü həmin səmtə çevirir.  



İkincisi, dini hissdən, dünyanın ümumi ahəngindən, vəhdət ideya-

sından çıxış etmək və sonsuzluqda sonlunu axtarmaq və sonlunun dərki 

üçün qeyri-rasional yolla gələn məlumatlara, bilgilərə istinad etmək. Bu 

yol elmin “normal elm”dən fərqli, daha yüksək elmi yaradıcılıq sferasına 

aparır. Əsasən din üçün səciyyəvi olan, daha doğrusu, öncə dini kontekstdə 

rast gəlinən ilham, vəcd, “vəhy” hadisələrinin elmi-fəlsəfi yaradıcılıq üçün 

də səciyyəvi olduğu aşkara çıxır.  

Lakin elm adamları ənənəvi, “normal” tədqiqat metodlarından fərqli 

yolla alınan, mənbəyi bilinməyən bilgiləri hələ ki, bir növ təsadüf kimi də-

yərləndirirlər. Yəni nə vaxt ilham pərisinin gələcəyi, nə vaxt intuisiyanın 

işə düşəcəyi, nə vaxt hansı isə qaranlığın işıqlanacağı öncədən bəlli deyil. 

Bunlar ağla sığmayan, idrakın məntiqi gedişatından, «sağlam düşüncədən» 

doğmayan, «qeybdən pay», yaxud ilahi vergi kimi gözlənilmədən peyda 

olan «əlavələrdir». Amma ikinci növ düşünürlərin (şairlərin, filosofların, 

ilahiyyatçıların) mövqeyinə görə, insan həqiqi bilikləri planlı şəkildə, ölçü-

lüb-biçilmiş və proqnozlaşdırılmış halda deyil, məhz ruhun xoş məqamın-

da bir daxili mənəvi yüksəlişin, bir ruhi işıqlanmanın nəticəsi kimi, məhz 

ilahi vergi kimi alır, başqa cür alınmış biliklər isə naqis, qüsurlu, birtərəfli 

hesab olunur.  

Rasional düşüncənin hüdudlarından kənara çıxan yüksək yaradıcılıq 

sferasında inam, daxildən gələn səs, bəsirət gözü həlledici rol oynadığı hal-

da, “normal elm” hissi və rasional idraka əsaslanır ki, burada da hissi təc-

rübədən gələn biliklər tam əminlik yaratmadığından, müxtəlif metodlarla 

təkrar-təkrar yoxlanılır. Və nə qədər yoxlansa da, həmişə şübhə üçün yer 

qalır. Bu – birinci  inamsızlıqdır. Bu baxımdan, elmi biliklərin səhihliyi 

təkcə təcrübə ilə yox, həm də inam və şübhənin dialektikası kontekstində 

üzə çıxır.  



Elm haqqında elm 

 

 



 

100


İkinci inamsızlıq rasional düşüncənin məhsulu olan biliklərin həqi-

qətə adekvatlığı məsələsində ortaya çıxır. Düşüncənin özü, onun istinad et-

diyi metodlar, formal məntiq, “sağlam şüur” şübhə doğurmur. Burada şüb-

hə – əldə olunmuş biliyin məhz həqiqətin son instansiyası olmasına 

yönəlidir. Birinci inamsızlıq isə total səciyyə daşıyır. Yəni mənşəyi, gene-

zisi aydın şəkildə bəlli olmayan bilik, hətta həqiqətə nə qədər bənzəsə də, 

bütövlükdə və tamamilə inkar olunur. Biliyin hansı yolla əldə olunması, is-

tifadə olunan idrak metodları qaranlıq qaldığından, nəticə  də bütövlükdə 

şübhə altına alınır. Amma bu şübhədən qurtulmaq mümkün olsa, biliyin 

həqiqiliyinə şübhə qalmır, çünki o, ardıcıl yaxınlaşma və ya hissi təcrübə-

nin nəticəsi olmayıb, təkcələrin ümumiləşdirilməsindən alınmayıb, məhz 

hazır bilik kimi, ümumi kimi meydana gəlir. Bunu həqiqət olaraq qəbul edə 

bilmək üçün insanda ümumiyyətlə daxili bir inam hissi olmalıdır: dini və 

ya qeyri-dini!  

İnam insanın mənəvi aləminin strukturunda ən önəmli komponent-

lərdən biridir. «İnam» dedikdə, çox vaxt dini inam nəzərdə tutulur. Lakin 

əslində inanmağın çox müxtəlif aspektləri və dərəcələri vardır.  

İnsanın dünya ilə münasibətlərinin qnoseoloji, aksioloji və praktik 

istiqamətlərinə uyğun olaraq üç müxtəlif inam formasından bəhs etmək 

olar. Birincisi, insan öz idrakının nəticəsi olan biliklərin həqiqiliyinə inanır 

və ya inanmır, şübhə edir. İkincisi, nəyin isə yaxşı, savab olduğuna və ək-

sinə, nəyin isə pis, günah olduğuna inanır. Və nəhayət, insan görəcəyi bir 

işin öhdəsindən gələ biləcəyinə və onun müsbət nəticəsinə, faydasına əmin 

olur, inanır və ya gördüyü işə şübhə ilə yanaşır. Digər tərəfdən, tərəf-mü-

qabilin və ya bir başqasının da hər üç istiqamətdə qabiliyyətlərinə inanmaq 

olar.  


Birinci halda insan özü subyektdir; bu zaman iradə və inam üst-üstə 

düşür. İkinci halda inanan biri, subyekt isə başqasıdır, yəni iradi akt baş-

qasına məxsusdur.  

İnsanın özünə inamı və başqasına, özündən kənar bir qüvvəyə inamı 

fərqli təbiətə və mənşəyə malikdir. İnsan özü subyekt olaraq çıxış edərkən 

söhbət onun özünə, öz idraki qabiliyyətinə, zövqünə, qiymətləndirmə səriş-

təsinə və nəhayət, öz əməli fəaliyyətinin motivləri və vasitələrinə inamın-

dan gedir.  



 Əlbəttə, inam geniş anlayışdır; dinə inam və mütləqə inam digər 

inam formalarından fərqləndirilməlidir. Əslində ən geniş yayılmış inam – 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə