Bilik – Elm – Bilik
91
“Vəhşi” ideya və onun mədəniləşməsi
Elmlə məşğul olmaq, elmi fəaliyyət prosesinə qatılmaq əslində çox
geniş bir spektrdə xeyli dərəcədə fərqli fəaliyyət formalarını əhatə edir.
Elm adamlarının çox az bir qismi sözün həqiqi mənasında elmi yara-
dıcılıqla məşğul olur. Böyük əksəriyyət məlum biliklər sferası daxilində
yerləşdirmə, təsnifat, ümumiləşdirmə və s. bu kimi məntiqi əməliyyatlarla
kifayətlənir. Çox az qisim alimlər isə yeni ideyanın bu sferaya gətirilməsi
(daşınması) yükünü üzərinə götürür. Yəni yeni ideya qərarlaşmış elm
sisteminə – “normal elmin” hüdudlarına haradansa kənardan gəlir. Bəs kə-
nara “ezam” olunmaq və kənardan nə isə fərqli bir ideya daşıyıb gətirmək
bir proses kimi elmin ənənəvi metodları iləmi həyata keçir? Şübhəsiz ki,
yox. Bəs kənardan gətirilən ideya elmi normativlərə nə dərəcədə uyğun
olur? O, elmin dilini bilirmi, yoxsa yad ünsür kimi ögey münasibətləmi
qarşılaşır? Gətirildiyi və düşdüyü yeni mühitin ab-havasını, qaydalarını,
dəst-xəttini o necə mənimsəyir? Burada uzlaşma baş tuturmu və ya
tutmursa, yeni gələn köhnə sistemdən necə xaric edilir?
Böyük elmi-konseptual sistemlərdə, nəzəriyyələrdə bəzi boşluqlar
olur. Nəzəri konfiqurasiyanın daha gözəl olması onun bütövlüyünün təmin
edilməsi üçün hansı isə ideya ünsürünə ehtiyac vardır. Biz kənardan daxil
olan sinkretik, qablaşdırılmamış “vəhşi” ideyada bizə lazım olan həmin
ünsürü axtarırıq. Bunun isə bir yolu budur ki, yeni ideya boşluğa oturdulur
və sistemin, konfiqurasiyanın reaksiyası gözlənilir. Əgər sistem onu qəbul
etdisə, yəni nəzəriyyənin başqa elementləri ilə normal əks-əlaqə yarandısa,
deməli yeni gələn elə biz axtardığımız imiş. Uyğunlaşma getmədisə, demə-
li, hələ axtarış davam etməlidir.
Praktikada sınaq-səhv metodu olduğu kimi, nəzəriyyənin komplekt-
ləşməsində də həmin metoddan istifadə olunur. Lakin bu, heç də ən uğurlu
metod deyil. Yəni tədqiqatçı öz axtarışını məhz həmin boşluğa yönəli apar-
maya da bilər. Əksinə, yeni ideyanı əsas götürərək, onun üzərində yeni bir
konfiqurasiya, yeni sistem qura bilər. Onda nəzəriyyələr arasında rəqabət
yaranır və hansı nəzəriyyə daha yaxşı “işləyirsə”, o da həqiqət hesab
olunur.
Biz yeni ideyanın gəlişinə sınaq-səhv metodu mövqeyindən deyil,
bir qədər fərqli kontekstdə yanaşmaq istərdik. Əvvəla, yeni ideyanın hara-
dan, hansı mühitdən, hansı kontekstdən intixab edildiyinə nəzər salaq.
Elm haqqında elm
92
Elmi problemin, hətta bütövlükdə müəyyən bir elmin xaricinə çıxarkən,
yəni tamamilə başqa istiqamətdə düşünərkən, ola bilsin ki, həyatın özündə,
ola bilsin ki, poeziyanın, fəlsəfi təlimlərin və ya başqa elmlərin tərkibində
çoxdan yerləşmiş, hətta 100 il, 1000 il qabaq bəlli olan bir ideya ilə tanış
olaq. Amma bu ideyanın məhz hansı isə elmdə, hansı isə problemlə bağlı
axtarışda olduğunu biz sanki birdən dərk edirik. Məhz buna işıqlanma de-
yilir. Çünki biz ideyanı “əlimizdə tutub”, daha doğrusu, fikrimizdə dolaş-
dırıb yenə də tanımırıq, onun məhz axtardığımız, axtarışda olan ideya ol-
duğunu unaya bilmirik. Yüz dəfə yanından keçdiyimiz, yüz dəfə başına
dolandığımız həmin ideyaya birdən yeni bir nəzərlə baxanda onun əvvəl
gizli qalan rakursu üzə çıxır. Və biz axtardığımızı sanki indi tapmış oluruq.
Amma hələ nə qədər ki, bu tapılmış ideya tam açıqlanmayıb və elmi prob-
lematikanın kontekstinə salınmayıb, o, bir kəşf olaraq qəbul edilə bilməz.
Bilik – Elm – Bilik
93
İnam, şübhə və idrak
Şübhə mənə heç də bilikdən
az həzz vermir.
Dante
İnsan idrakının hüdudları xaricində sonsuz bir məkan var.
Əgər insan öz şəxsi həyatını və onu əhatə edən
lokal mühiti sonsuz-
luğun ayrıla bilməyən bir parçası kimi təsəvvür edirsə, yaxud, başqa sözlə
desək, konkret həyat hadisələrinə əbədiyyət və sonsuzluq zirvəsindən ba-
xırsa, burada hissi idrak və məntiqi təfəkkür acizdir. Yəni insan normal
elmi düşüncənin hüdudlarından kənara çıxır.
Həmişə olduğu kimi, yenə də iki qütb. Ya fəhm, ya təhlil. Ya içə-
ridəki işığın kölgəsində qalmaq, ya işıqsız işləmək. ...
Əgər insan öz şəxsi həyatını və onu əhatə edən lokal mühiti sonsuz-
luğun bir parçası kimi təsəvvür edirsə, yaxud, başqa sözlə desək, konkret
həyat hadisələrinə əbədiyyət və sonsuzluq kontekstində baxırsa, burada
hissi idrak və məntiqi təfəkkür acizdir. Çünki bu halda insan normal elmi
düşüncənin hüdudlarından kənara çıxır.
Empirik elmi tədqiqatlar adətən dünyanın, təbiətin, mühitin bütöv
halda öyrənilməsinə deyil, lokal maddi mühitin mücərrəd bir modelinə
yönəlmiş olur. Əlbəttə, hissi təcrübənin obyekti ilk baxışda bütöv bir hadi-
sədir, amma biz orada nəyi isə məqsədyönlü surətdə müşahidə edir, hətta
ölçürüksə, deməli, nələrdənsə imtina edərək, diqqəti ancaq müəyyən bir
cəhətə, münasibətə yönəldirik. Əslində ən kiçik hadisə belə, heç vaxt bü-
tövlükdə və tamamilə öyrənilə bilməz. Lakin insan hansı isə konkret bir
münasibəti aşkar edirsə, cisim və ya hadisə haqqında (əslində onun lokal,
sonlu modeli haqqında) nə isə bilirsə, ona elə gəlir ki, həmin cisim və ya
hadisəni dərk etmişdir. Və kimə isə elə gəlir ki, bu, həqiqətin son instan-
siyasıdır. Bildiyini mütləqləşdirmək, bilmədiklərinə göz yummaq insan