Bilik – Elm – Bilik
89
yazır: “Dövrün filosofları fəlsəfəni nəinki
dinin xidmətindən azad etdilər,
hətta ümumiyyətlə ondan uzaqlaşdırmağa çalışdılar və elmin, texnikanın
inkişafı bunun üçün əlverişli zəmin hazırlamış oldu”.
9
1
Bununla belə, fəlsə-
fə o dövrdə bir-birinə nəzərən müstəqil surətdə mövcud olan elm və din
arasında əlaqələndirici rol oynayırdı. Elm getdikcə daha çox rasionallaşsa
da, insan idrakının imkanlarının məntiqi təfəkkür çərçivəsindən kənara
çıxdığını fəlsəfə ona xatırlatmaqla yanaşı, həm də gələcək elmin inkişaf
potensialının daha böyük mənbələrini nişan verirdi.
Orta əsr islam fəlsəfəsində işlənib-hazırlanmış fərqli dünyagörüşü və
fərqli metodologiya aşkar və ya qeyri-aşkar şəkildə Qərb düşüncəsinə keç-
miş, amma aparıcı xətt kimi deyil, ikinci planda inkişaf etmişdir. Q.Leyb-
nisin, N.Malbranşın bir sıra ideyaları yeniplatonçuluqla yanaşı, həm də is-
lam fəlsəfi fikrinin bir növ davamı kimi Qərbdə də yayılmışdır. Amma ən
böyük qayıdış fenomenologiyadır. Belə ki, məhz fenomenologiya empiriz-
min və sensualizmin fövqünə qalxmaqla yanaşı, rasionalizmin də fövqünə
qalxmağa cəhd göstərmişdir. Bu, əslində idrakın mahiyyətini kənar şeylə-
rin təbiətində deyil, insanın öz təbiətində, daha doğrusu, insan ilə dünya
arasında universal kosmik rabitədə axtarmaqla bir növ Platon epistemolo-
giyasına qayıdış, inikas təliminin yenidən “tanıma” mexanizmi ilə əvəzlən-
məsi cəhdidir.
Yeni biliklərin və nəzəriyyələrin elmi ictimaiyyət üçün əlçatan, anla-
şılan bir dilə salınması elmin özünün ictimailəşməsinə, tətbiq üçün “açıl-
masına” xidmət edir. Rasionallaşmayan, elmi ictimaiyyətin qəbul etdiyi bir
dildə, ənənəvi elmi terminologiyadan istifadə etməklə nəşr olunmayan bir
bilik, yaxud ideya, nəzəriyyə elmə aid hesab olunmur. Kimin isə fərdi-
subyektiv aləmində mövcud olan, elmin öz dilində, yəni müvafiq termino-
loji kontekstdə ifadə olunmayan hər hansı fikir hadisəsi hələ böyük elmin,
ümumictimai elm hadisəsinin tərkibinə daxil deyil. Görünür, məhz bu sə-
bəbdəndir ki, bir çox alimlər elmi dilə, ümumiyyətlə dil faktına çox böyük
əhəmiyyət verirlər və burada dilçilərin məna axtarışı ilə elmşünasların ade-
kvat söz axtarışı bir-birini tamamlayır.
9
2
“Söz və məna”, “işarə və məna”
1
K. Bünyadzadə. Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk. Bakı, 2006, s. 108.
2
Л.Витгенштейн. Логико-философский трактат, М., Лотос, 1999; Л.Витгенш-
тейн. О достоверности //Философские работы. Часть 1, М., Гнозис, 1994, с. 323-405;
М. Хайдеггер. Письмо о гуманизме // Время и бытие. Статьи и выступления. М.,
Elm haqqında elm
90
problemləri kontekstində aparılan tədqiqatlar da adi danışıq dilindəki söz-
lərin elmi terminlərə çevrilə bilməsi imkanları, dilin məna yükü və elmi
məna arasındakı münasibətlər də həm dilçilər, həm də elmşünaslar
tərəfindən araşdırılan problemlər sırasındadır.
9
1
Elmi yaradıcılığa bütövlükdə yanaşdıqda, məntiqdənkənar – qeyri-
müəyyən idraki proseslər iki mərhələdə nəzərdən keçirilə bilər. Birincisi,
yeni biliyin alınmasına qədərki mərhələ, ikincisi, biliyə məntiqi don geydi-
rildikdən sonra (daha doğrusu, eyni vaxtda) onun adekvat sözlə ifadə olun-
ması, yəni dilin özündə saxladığı qeyri-müəyyənliyin aradan qaldırılması
prosesi. Hər iki mərhələdə aşkar olmayanın aşkarlanması, sərhədlənməsi
və fikir fəzasında lokallaşması nəzərdə tutulur. Dildəki qeyri-müəyyənliyin
aradan götürülməsi, adi danışıq dilindəki məna spektrindən ancaq bir kon-
kret çaların seçilməsi prosesi linqvistik analizdə əsas problemlərdən bi-
ridir.
Hər iki mərhələdə qeyri-şüuri məqam iştirak edir: birinci mərhələdə
fərdi miqyasda, ikinci mərhələdə sosial idrakın əlaməti, kollektiv qeyri-
şüuri kimi. Aşkarlanmayan idraki proseslərin, qeyri-şüuri aktların elmi
yaradıcılıq prosesində iştirakı və onların hansı isə üsullarla tənzimlənməsi
və təsviri haqqında müasir psixologiyada geniş müzakirələr gedir.
9
2
Республика, 1993; Ж. Деррида. Письмо и различие. М., Академ. Проект, 2007;
Х.Патнем. Значение и референция // Новые в зарубежной лингвистике. М., 1982,
Вып. 13; Н.Хомский. Аспекты теории синтаксиса. М., 1972; Ю.Л.Курикалов. От слов к
логосу (этюд философской герменевтики) // ЛОГО
Σ. Ленинградские международные
чтения по философии культуры. Книга 1: Разум, духовность, традиции. Л., Изд-во
Лен.Унив-та, 1991, с. 178-198; Н.Автономова. Познание и перевод. Опыты филосо-
фии языка. М., РОССПЭН, 2008.
1
Н.Мулуд. Анализ и смысл. Очерк семантических препосылок логики и
эпистемологии. М., «Прогресс», 1979;
М.Фуко. Слова и вещи. М., 1977;
Ж.Делез. Ло-
гика смысла. М., «Академия», 1995; Концептуализация и смысл. Новосибирск, Нау-
ка, 1990; М.А.Розов. Знание и механизмы социальной памяти // На пути к теории на-
учного знания (отв. ред.: В.И.Корюкин). М., Наука, 1984; F. İsmayılov. Dil və idrak //
Dilin metafizikası. Linqvistik analiz fəlsəfəsinə dair etüdlər. Bakı, 2002; S.Xəlilov. Dil, tə-
fəkkür və bilik şəxsi və ictimai praktika kontekstində. – Dil haqqında düşüncələr // «Fəlsəfə
və sosial-siyasi elmlər» jurnalı, 2003, № 3-4, s. 115-129.
2
В.Н.Пушкин, Г.В.Шавырина. Саморегуляция продуктивного мышления и проб-
лема бессознательного в психологии // Бессознательное: природа, функции, методы
исследования. Том первый. Тбилиси, «Мецниереба», 1978, с. 770; Э.Б.Финкельш-
тейн. Проблема бессознательного и фундаментальные принципы физики // Бессозна-
тельное: природа, функции, методы исследования. Том четвертый. Тбилиси,
«Мецниереба», 1985, с. 341-352.