Elm və onun inkişaf yolu
159
mərhələ kimi qeyd edir. O, yazır ki, psixiatriyanın əsaslı tibbi bilik sahəsi
kimi formalaşması və elmi instituta çevrilməsi üçün bir tərəfdən onun
predmetinin, yəni əqli xəstəliklərin müəyyənləşdirilməsi, digər tərəfdən də,
müvafiq sosial təşkilatlanma tələb olunur.
1
1
Eyni bir predmetin müxtəlif elmlərin tədqiqat obyektinə çevrilməsi
düyün nöqtəsində sıxlığın artmasına gətirir. Sanki bir mənzərə fərqli dillər-
də və ya müxtəlif sənət vasitələri ilə təsvir olunur. Eyni bir hadisə haqqın-
da rəssamın, bəstəkarın və şairin yaratdığı təəssüratların toplanmasından
əldə edilən yekun təsəvvür heç də daha mükəmməl olmayıb, əslində eklek-
tik səciyyə daşıyır; yəni onun vahid ahəngi yoxdur. Ona görə də, qarşıda
duran vəzifə hər üç təsvir üslubunu və ya hər üç dili ehtiva edən universal
bir modelin yaradılmasından ibarət olur. İnsanın idrak fəaliyyəti eyni vaxt-
da psixologiyanın, qnoseologiyanın və neyrofiziologiyanın predmeti ol-
maqla bərabər, sanki onun kənardakı bir modelini, süni intellekti öyrənən
informatika və kibernetikanın da predmeti olur. Bu fərqli elm sahələri nə-
inki vahid bir elmdə birləşmir, əksinə, birləşmə yerində, düyün nöqtəsində
yeni bir elm sahəsinin yaranma tendensiyası hiss olunur. Pensilvaniya Uni-
versitetinin professoru Gary Hatfield bunu “beyin haqqında yeni elm”
1
2
,
Dr. Brian L.Keeley isə neyroetologiya
1
3
adlandırır. V.F.Venda isə təbii və
süni intellekti bir müstəvidə öyrənən elmin predmetini
“hibrid intellekt”
termini ilə ifadə edir.
1
4
Bir sözlə, intellekt özü intellektin predmeti kimi,
çoxşaxəli bir problem kimi çoxlu müxtəlif fənlərin kəsişmə nöqtəsində da-
yanaraq elmin düyünlərindən birinə çevrilmişdir. İndi bu düyündən
haçalanan yeni fənlərin kontekstində müvafiq olaraq intellektin intensivli-
yini ölçmək üçün İQ, emosional intellektin səviyyəsini ölçmək üçün EQ və
yaradıcı intellektuallığın qiymətləndirilməsi üçün CQ testləri hazırlanır.
1
5
Yəni intellekt hər dəfə bir rakursda və ya fərqli kəsişmə nöqtələrində nə-
zərdən keçirilir. Kibernetikanın əsasını qoyan N.Viner elə kitabının adın-
daca həm maşınların, həm də canlıların idarə olunması sistemini əhatə
1
Yenə orada, s. 149-150.
2
G. Hatfield. The Brain’s “New” Science: Psychology, Neuropsychology and
Constraint // Philosophy of Science, 2000, suppl. to vol. 67, Num. 3.
3
Brian L.Keeley. Neuroethology and the Philosophy of Cognitive Science // Philosophy
of Science, 2000, suppl. to vol. 67, Num. 3.
4
В.Ф.Венда. Системы гибридного интелекта: Эволюция, психология, информатика.
М., Машиностроение, 1990.
5
Г.Алдер. CQ или мускулы творческого интеллекта, М., Гранд, 2004, с. 17.
Elm haqqında elm
160
edir.
1
1
Kibernetikanın digər elmlərlə əlaqələri və əlaqədən yaranan yeni
tədqiqat istiqamətləri indi də geniş planda tədqiq olunmaqdadır.
1
2
Ənənəvi elmlər, fizika, kimya, biologiya və s.-in predmeti çox geniş
sahələri əhatə edir. Amma zaman keçdikcə, elmlər diferensiallaşır, bu-
daqlar şaxələnir, sahələr daralır. Müəyyən problemlər aktuallaşır və onların
tədqiqi üçün kifayət qədər alimlər qrupu cəmləşir, müvafiq institutlaşma,
sosial təşkilatlanmalar gedir. Digər tərəfdən də, elmlərin kəsişmə nöqtələ-
rində problemlər üzrə tədqiqat mərkəzləri yaranır. Biz yuxarıda “intellekt”
mövzusunu belə fənlərarası bir problem kimi nəzərdən keçirdik. Eləcə də,
“insan” bir bütöv obyekt kimi müxtəlif elmlərin predmetinə daxil olur, in-
sanşünaslıq mərkəzləri yaranır.
İnsan fenomenini bir küll halında öyrən-
mək cəhdləri göstərilir.
1
3
Lakin insan haqqında biliklərin
bir yerə cəmlən-
məsi hələ bütöv fənnin formalaşması deyil. Bu cür məcmuələr olsa-olsa
kollektiv monoqrafiya
1
4
, toplu
1
5
, lüğət və ya ensiklopediya
1
6
halında olur.
İnsanın ayrı-ayrı rakurslarda deyil, bütövlükdə, vahid funksional bir sistem
kimi nəzərdən keçirilməsi nəticə etibarilə yeni bir fənnin yaranmasına gə-
1
Н.Винер. Кибернетика или управление и связь в животном и машине. М., Наука,
1983.
2
Bax, məs.: А.В.Брушлинский. Психология мышления и кибернетика. М.,
«Мысль», 1970;
В.Н.Пушкин. Психология и кибернетика. М., «Педагогика», 1971;
«Искуственный интеллект» и психология. М., «Мысль», 1976; Д.И.Дубровский. Ин-
формация, сознание, мозг. М., Высш. школа, 1980; В.Ю.Крылов, Ю.И.Морозов.
Кибернетические модели и психология. М.. Наука, 1984; М.А.Холодная. Психология
интеллекта. СПб., «Питер», 2002.
3
Bax, məs.: Т. де Шарден. Феномен человека. М., Наука, 1987; М.Шелер. Положе-
ние человека в Космосе // Проблема человека в западной философии. М., «Прогресс»,
1988; А.Печчеи. Человеческие качества. М., «Прогресс», 1985; В.Франкл. Человек в
поисках смысла. М., «Прогресс», 1990; Н.Моисеев. Человек и ноосфера. М., Мол.
гвардия. 1990; В.П.Казначеев, Е.А.Спирин. Космопланетарный феномен человека:
проблемы комплексного изучения. Новосибирск, Наука, 1991; В.Дильтей. Воззрение
на мир и исследование человека со времен Возрождения и Реформации. М.-Иеруса-
лим, Унив. книга Gesharim, 2000; Ч.Х.Кули. Человеческая природа и социальный по-
рядок. М., Идея-пресс, 2000; Д.Дьюи. Проблемы человека // Реконструкция филосо-
фии. Проблемы человека. М., Республика, 2003 və s.
4
Bax, məs.: Человек и его бытие как проблема современной философии. М.,
Наука, 1978; Человек в системе наук. Отв. ред. И.Т.Фролов. М., Наука, 1989.
5
Проблема человека в западной философии. М., «Прогресс», 1988; Человек:
Мыслители прошлого и настоящего о его жизни, смерти и бессмертии. Древний мир
– эпоха Просвещения. М., Политиздат, 1991.
6
Bax, məs.: Ю.Г.Волков, В.С.Поликарпов. Человек: Энциклопедический словарь.
М., Гардарики, 2000.