Elm haqqında elm
156
aşkar etmək, habelə onun tarixi inkişafındakı əsas
keyfiyyət mərhələlərini
müəyyən etmək imkanı verir.
Elm və onun inkişaf yolu
157
Elmlərin təsnifatı
Elmlərin təsnifatı və onun təşkilatlanması prosesi sıx surətdə əlaqə-
dardır. Belə ki, elm vahid, bütöv koqnitiv sistem kimi formalaşmadığına və
bir çox xüsusi elmləri, fənləri, ixtisasları tədqiqat istiqamətlərini özündə
birləşdirdiyinə görə və bu sahələr arasında hələ kifayət dərəcədə məsafə
olduğuna görə, əvvəlcə onların hər birinin ayrılıqda strukturlaşmasına və
institutlaşmasına ehtiyac olur. Təbii ki, bir kimyaçının ədəbiyyatçı və ya
astronomların işindən xəbər tutmasına ehtiyac olmaya da bilər. Amma
onun kimyaçıların hazırda nə ilə məşğul olduğunu, hansı problemlərin
gündəmdə olduğunu bilməsi tələb olunur. Xüsusən, özünün tədqiqat apar-
dığı dar ixtisas sahəsində bütün dünya miqyasında görülən işlərdən xəbər-
dar olması şərtdir. Yəni o, virtual şəkildə də olsa həmin ixtisas üzrə alimlər
birliyinin üzvü olmalıdır. Hər bir yeni elmi nəticə müvafiq sahədəki bilik-
lər sisteminə daxil edilməli və bu birlik daxilində hamının ümumi sərvəti-
nə çevrilməlidir. Əslində söhbət elmlərin və ya fənlərin, ixtisasların koqni-
tiv institutlaşması prosesindən gedir. Lakin bu proses gec-tez müvafiq so-
sial institutlaşma ilə tamamlanmalıdır. Çünki elmi məzmun müstəvisində
kommunikasiyanın təmin edilməsi üçün hər hansı problem və ya ixtisas
üzrə mütəxəssisləri formal surətdə birləşdirən və onların əlaqəsini təmin
edən sosial vasitələr olmalıdır. Alimlər adətən müəyyən bir jurnal ətrafında
birləşir. Dünya miqyasında eyni ixtisas üzrə bir neçə jurnal çap olunursa
onların hamısı birləşdirici amil kimi çıxış edir. Bundan başqa elm və ixti-
sas sahələri üzrə assosiasiyalar, ictimai təşkilatlar, dərnəklər, seminarlar da
bu funksiyaya xidmət edir. Amma ən vacib olan və daha sıx birliyin təmin
olunmasına xidmət edən müvafiq ixtisas üzrə fakültələr, kafedralar, labora-
toriyalardır. Keçmiş SSRİ-dən qalan ənənəni davam etdirən bəzi ölkələrdə
Elmlər Akademiyaları və müvafiq institutlar, bölmələr fəaliyyət göstərir
ki, əslində bunlar müvafiq ixtisas sahələri üzrə alimlərin daha sıx surətdə
Elm haqqında elm
158
təmərküzləşməsinə imkan yaradır. Amma bir ölkə daxilində sıx birləşmək
yetərli olmur. Ona görə də elmi institutlaşma beynəlxalq miqyasda həyata
keçməli, bütün dünyadakı müvafiq institutlar, fakültələr və kafedralarla
əlaqə yaradılmalıdır. Bu problemə təhlil edən R.Uitli diqqəti koqnitiv insti-
tutlaşma ilə sosial institutlaşma arasında əlaqəyə yönəldir. Onun fikrinə
görə, sosial təşkilatlanma olmasa alimlər öz aralarında elmi informasiya
mübadiləsi apara bilməsələr elmin koqnitiv müstəvidə institutlaşması və
müstəqil fənlərin yaranması da mümkün deyil.
1
1
Uitli belə hesab edir ki,
Kun hər bir elmdə vahid bir paradiqmanın
olduğunu iddia etsə də, əslində
fərqli koqnitiv strukturlar mövcud olur və onlar arasında eninə və dərininə
əlaqələr yaranır. Yəni müxtəlif struktur səviyyələrindən danışmaq müm-
kündür.
1
2
Lakin elmin fənlərə ayrılması və hər fənnin öz daxili bölgüsü çox
şərti və bəzən mübahisəli olduğu kimi, sosial institutlaşma və təşkilati for-
ma məsələlərində də uyğun problemlər yaranır. Əslində vahid dəyişməz
təsnifat aparıla bilməz, çünki elmin daxili dinamikası buna imkan vermir.
Zaman keçdikcə bəzi ixtisas sahələri arxa plana keçir və yeniləri yaranır.
Bu proses müxtəlif bilik sahələrinin yaxınlaşması və kəsişmə bölgəsində
yeni problemlərin üzə çıxması sayəsində həyata keçə bildiyi kimi, eyni bir
sahənin nəzəri və tətbiqi səviyyələri arasında körpü atılması sayəsində də
həyata keçə bilər. Məsələn, psixiatriyanın nisbi müstəqil şəkildə institutlaş-
masını M.Fuko belə təsvir edir: “Qərarlaşdığı dövrdə, yəni XVIII əsrin
sonu - XIX əsrin əvvəllərində psixiatriya ümumi təbabətin ixtisaslaşmış
sahəsi deyildi. XIX əsrin əvvəllərində, elə sonralar da, bəlkə lap XX əsrin
ortalarınadək psixiatriya tibbi biliyin və ya nəzəriyyənin xüsusi bir sahə-
sindən çox, ictimai gigiyena sahəsi kimi fəaliyyət göstərirdi. Təbabətin bir
bölməsinə çevrilməzdən əvvəl, psixiatriya sosial müdafiə, xəstəlik və ya
xəstəliklə birbaşa, ya da dolayı surətdə bağlı olan hadisələr üzündən
cəmiyyətin qarşılaşa biləcəyi hər hansı bir təhlükədən müdafiə sahəsi kimi
institutlaşmışdır. Psixiatriya bir növ sosial profilaktika, bütövlükdə ictimai
bədənin gigiyenası kimi institutlaşırdı”.
1
3
M.Fuko psixiatriyanın elm kimi
formalaşmaq yolunda bu sahədə elmi jurnal nəşr olunmasını mühüm bir
1
Whitley R. Cognitive and social institutionalization of scientific and research areas. –
In: Social Process of Scientific Development. Ed. By R. Whitley. London., 1974, p. 69-95.
2
Yenə orada, səh. 71.
3
М.Фуко. Ненормальные. СПб., Наука, 2005, с. 149.