Elm və onun inkişaf yolu
161
tirə bilərdi. V.A.Lektorski yazır: “Elmlər sistemi içərisində insan proble-
mindən danışarkən etiraf etmək lazımdır ki, insan haqqında vahid termin
hələ yoxdur; olsa-olsa mozaik, bir-birilə heç də həmişə əlaqələnməyən təd-
qiqatlardan söhbət gedə bilər. Biz hələ indi-indi üzərində insan haqqında
gələcək elmi qurmaq üçün vahid ümumi əsaslar yaratmağa cəhd göstəri-
rik”.
1
1
Doğrudan da, bu sahədəki elmi tədqiqatların inkişaf dinamikasının
izlənməsi göstərir ki, sistem bütövləşmədən parçalanır. “Şəxsiyyət” prob-
lemi ayrılaraq fəlsəfə, sosiologiya və psixologiyanın kəsişmə xəttində nisbi
müstəqillik kəsb edir.
1
2
Amma bu sahə də bütövləşmədən parçalanır və
bəzi istiqamətlər, məsələn, “şəxsiyyətin psixologiyası”, nisbi müstəqil
fənn, yaxud Lakatosun termini ilə desək, tədqiqat proqramı kimi
formalaşır.
1
3
Antropologiya artıq çoxdandır ki, müstəqil bir fənnə çevrilmiş və
hətta onun öz daxili tədqiqat istiqamətləri də nisbi müstəqillik əldə etmiş-
dir. Düzdür, indi insanı cəmiyyət və mədəniyyət rakurslarında nəzərdən
keçirən sahələr sosial-kulturoloji antropologiya fənnində birləşir. İnsanı
fiziki varlıq kimi öyrənən sahələr – fiziki antropologiyada, daha geniş
planda, ruh və bədənin vəhdəti kimi öyrənən sahə isə – fəlsəfi antropologi-
ya adlanır. Amma bu sahələr özü də bir tərəfdən, təmərküzləşərək vahid
antropologiya elmini təşkil etsə də, bu düyündən daha geniş şəbəkəli bu-
daqlanma gedir və çoxlu sayda konkret antropoloji fənlər yaranır: linqvis-
tik, koqnitiv, tarixi, iqtisadi, siyasi, hüquqi və s. antropologiyalar.
1
4
Düzdür,
Azərbaycanda və azərbaycanlı oxucuların bələd olduğu Rusiya mətbuatın-
da sosial (kulturoloji) antropologiyaya aid məsələlər əsasən “kulturologi-
ya” adı altında araşdırılır, amma son vaxtlarda dünyada qəbul olunmuş
təsnifata uyğun olaraq antropologiya terminindən də istifadə olunur və bu
1
В.А.Лекторский. Человек как проблема единого исследования // Человек в
системе наук. Отв. ред. И.Т.Фролов. М., Наука, 1989.
2
Э.В.Ильенков. Что же такое личность? // С чего начинается личность. М., Полит-
издат, 1983;
В.И.Толстых. Человек человечества // С чего начинается личность. М.,
Политиздат, 1983; Л.Хьелл, Д.Зиглер. Теории личности. СПб., «Питер», 1997;
К.С.Холл, Г.Линдсей. Теории личности. М., «КСП+»,
1997; Психология личности. В
2-х томах. Самара, Изд. Дом. «Бахрах», 1999.
3
Д.Фейдимен, Р.Фрейгер. Теория и практика личностно-ориентированной психо-
логии. Сост.: Р.Р.Кашапов. М.,. 1995 Г.Айзенк. Структура личности. М., «КСП+»,
1999; В.Райх. Анализ личности. М., «КСП+», 1999.
4
U
unesdoc.unesco.org/images/0008/000829/082946eb.pdf
H
Elm haqqında elm
162
adda kitablar da yazılır.
1
1
Yaxud təhsil sisteminin cəmiyyətdə yerinin və özünəməxsus
funksiyalarının öyrənilməsi sosial fəlsəfənin və sosiologiyanın predmetinə
aiddir. Təhsil sistemində idarəetmə məsələləri menecmentin sahələrindən
biridir. Təhsilin maddi-texniki baza ilə təmin olunması, təhsil müəssisələri-
nin infrastrukturunun formalaşdırılması, təhsilin maliyyələşdirilməsi və s.
bu kimi problemlər də əslində iqtisadiyyatın predmetinə daxildir.
Beləliklə, təhsilin fəlsəfəsi, təhsilin sosiologiyası, təhsil menecmen-
ti, təhsilin iqtisadiyyatı və s. bu kimi nisbi müstəqil tədqiqat sahələri for-
malaşır ki, bunlar da müstəqil bir elm olmayaraq fəlsəfə, sosiologiya,
menecment və iqtisadiyyat fənlərinin strukturuna daxildir. Lakin bütün bu
tədqiqatlar başqa bir en kəsiyində, məhz təhsil ön plana çəkildiyi təqdirdə,
nisbi müstəqil bir fənnin – təhsilşünaslığın tərkib hissələri kimi də
nəzərdən keçirilə bilər.
Elmin özü də müxtəlif fənlərin, tədqiqat istiqamətlərinin kəsişmə sa-
həsindəki düyünlərdən biridir. Biz elmin tarixi, sosiologiyası, iqtisadiyyatı,
metodologiyası, fəlsəfi və epistemoloji rakursları haqqında artıq danışmı-
şıq. Hətta məhz elmin tədqiqi ilə əlaqədar yaranmış yeni sahələrdən bəhs
etmişik. Bu da “elm” hadisəsinin özünün də bir düyün halına gəldiyinə də-
lalət edir. Ümumiyyətlə, hər bir anlayış müəyyən bir konsepsiya hüdudun-
da istiqaməti və yönü bəlli olan vektorial kəmiyyətdir. Başqa konsepsiyala
daxil olduqda onun istiqaməti mütləq dəyişməlidir. Yəni anlayışın daşıdığı
informasiya onun modulunu, kontekstlə əlaqəsi isə istiqamətini müəyyən
edir. Konkret bir təlimin tərkibində daxil olduğu əlaqələr sistemi anlayışı
müəyyən bucaq altında yönəltdiyindən, bir kontekstdə işlənən eyni (eyni-
mi?) bir anlayış başqa kontekstdə yenidən yönləndirilməlidir. Bu, yüklü
zərrəciyin daxil olduğu sahənin intensivliyinə və istiqamətinə uyğun olaraq
köklənməsini xatırladır.
İstənilən əhəmiyyətli bir hadisə və müvafiq anlayış elmin inkişafının
müəyyən mərhələsində problemə – düyünə çevrilə bilər və bu düyünün ye-
tişməsindən yeni tədqiqat istiqamətləri yarana bilər. Yəni hər bir anlayış
1
Bax, məs.: В.Феллер. Введение в историческую антропологию. Опыт решения
логической проблемы философии истории. М., КНОРУС, 2005;
Э.А.Орлова. Культур-
ная (социальная) антропология. М., Академический проект, 2004; C/Wulf. Tarihsel
Kültürel Antropoloji. Ankara, Dipnot, 2004; Л.Вольтман. Политическая антропология.
М., Белые альвы, 2000.