Elm və onun inkişaf yolu
163
potensial düyün olmaqla fənlərarası problemə çevrilə bilər. 1988-ci ildə
YUNESKO tərəfindən qəbul olunmuş fənlərin nomenklaturasında
1
1
indi
çox aktual olan bir sıra tədqiqat istiqamətlərinin müstəqil elm sahəsi kimi
göstərilməməsi əslində onların məhz fənlərarası statusu ilə əlaqədardır.
Həmin təsnifatda ekologiya, sinergetika, kulturologiya kimi adlara rast gəl-
məsək də, onları bu və ya digər konkret tədqiqat istiqamətinin sistemaltı
kimi görmək mümkündür. Son illərin bəzi təsnifatlarında isə bu sahələr
müstəqil elm kimi göstərilir və şaxələnmə onların öz içərisində gedir.
Məsələn, “insan ekologiyası” bir sistemaltı kimi “insan biologiyası”nın,
“heyvan ekologiyası” – “zoologiya”nın içərisinə daxil edilmiş, ayrıca eko-
logiya adında elm isə göstərilməmişdir.
1
2
Müasir kimyada maddənin quruluşu ilə bağlı müxtəlif
struktur sə-
viyyələrinin hər birində fizika tətbiq olunmağa başlamışdır. Yəni kimya
problemlərinin araşdırılmasında riyazi və fiziki biliklərin və qanunauyğun-
luqların tətbiq olunması əvvəlcə fiziki kimyanın, daha sonra riyazi kimya-
nın və nəhayət kvant kimyasının nisbi müstəqil fənlər kimi formalaşmasına
gətirib çıxarmışdır. Ənənəvi kimya məsələlərinin daha dərindən və dəqiq
tətbiq olunması onların fiziki problemlər müstəvisinə keçirilməsi ilə nəti-
cələnir. Amma XIX əsrdə O.Kont kimyəvi və fiziki problemlər arasında
həmişə bir sərhəd olduğu qənaətində idi və kimya məsələlərinin fizikalaş-
dırılmasının əleyhinə çıxış edirdi. Hətta XX əsrdə akademik B.M.Kedrov
da ona haqq qazandıraraq fizika ilə kimya arasında fərqlərin guya obyektiv
təbiətə malik olduğunu iddia edir. Amma zaman keçdikcə tarixən kimyaya
aid olan məsələlər getdikcə daha çox dərəcədə fizikanın predmetinə daxil
olur. Başqa sözlə desək, fiziklər kimyanın bölgəsinə daxil olaraq, sanki
onu özününküləşdirməyə çalışırlar. Amma elmlərin bir-birinə nüfuz etməsi
qaçılmaz prosesdir və ortaq sahələrdə yeni-yeni fənlər və ixtisaslar yara-
nır.
1
3
T.Kun belə hesab edir ki, hər bir yeni fənnin yaranması ancaq müva-
fiq paradiqmanın yaranması sayəsində mümkündür.
1
4
Amma fizikada elə
nəzəriyyələr var ki, onlar bir fənnin çərçivəsindən kənara çıxaraq bir çox
fənlərə təsir göstərirlər. Doğrudan da, hər bir normal elm sanki bir paradiq-
1
Bax: S.Xəlilov. Elmşünaslığa giriş. Bakı, Azərbaycan Universiteti, 2010, s. 331.
2
Yenə orada.
3
Ю.И.Соловьев, В.И.Курашов. Химия на перекрестке наук: Исторический про-
цесс развития взаимодействия естественнонаучных знаний. М., Наука, 1989. стр. 71.
4
Т.Кун. Структура научных революций. М., АСТ, 2001, стр.226-227.
Elm haqqında elm
164
manın ətrafında yaranır. Yeni paradiqmaya keçid Kuna görə, elmdə inqilab
kimi dəyərləndirilir. Halbuki, yeni paradiqma həm də yeni fənn üçün baş-
lanğıc rolu oynaya bilər. Yəni nəyi isə inkar etmədən, elmi əvvəlki inkişaf
trayektoriyasından döndərmədən, başqa bir səmtdə də inkişafın təməlinin
qoyulması prosesi gedir. Bu mənada düyün nöqtələri iki cür olur. Birincisi,
əvvəlki inkişaf xəttinin tamamlanması və yeni inkişaf xəttinə keçid.
İkincisi, düyün nöqtəsindən haçalanma və yeni budaqların ayrılması. Bax,
bu ikinci yol Kun təlimində nəzərə alınmamışdır. Bizim təklif etdiyimiz
düyün nöqtələri və
haçalanmalar təlimi daha universal modeldir.
Müxtəlif elm sahələri nə zaman eyni düyün nöqtəsində birləşir? Bu
suala cavab vermək üçün öncə pozitiv və neqativ təbiətli düyünlərin fərq-
ləndirilməsi lazımdır. Neqativ düyünlər adətən metod çatışmazlığında və
ya dilin məhdudluğunda özünü göstərir. Müxtəlif elmlər çox vaxt eyni me-
todlardan, eyni riyazi aparatdan və modellərdən istifadə etdikləri üçün hələ
kəşf olunmamış bir universal əlaqə, qanun, düstur və ya metodun çatış-
mazlığı, boşluğu özünü fərqli vaxtlarda da olsa, bu elmlərin hamısında
göstərir. Yəni hər bir fənn, elmi tədqiqat istiqaməti gec-tez bu çatışmazlığı,
boşluğu hiss edərək onu doldurmağa, yeni metodu öz imkanları daxilində
axtarıb-tapmağa çalışır. Düzdür, burada bir vaxt sürüşməsi, asinxronluq da
olur, amma məsələnin həllini tapa bilməyən hər bir fənn gözləmə mövqeyi
tutur, ta o vaxta qədər ki, başqa fənlər də gəlib burada ilişirlər. Nəhayət,
günlərin bir günü, hansı elminsə kontekstində problemin həll metodu
tapılanda, gözləmədə olan digər elmlər də inkişaf üçün yeni impuls almış
olurlar. Kun təlimində bu mənzərənin təsviri problem-bilməcə (puzzle-
solving) termini vasitəsilə verilir. Amma bu termin elmin inkişafında daha
universal prosesləri ifadə eləmək üçün nəinki yetərli deyil, hətta əsas kon-
septdən kənara çıxmaqla terminoloji sistemə daxil ola bilmir. Digər
tərəfdən də, yuxarıda göstərdiyimiz kimi, Kunun işlətdiyi problem-bilməcə
(puzzle-solving) ifadəsi düyün termininin daşıdığı ikinci mənanı, yəni yeni
haçalanmalar üçün təməl olmaq funksiyasını ehtiva edə bilmir.
Bir tərəfdən, haçalanma, genişlənmə və yeni dar ixtisas sahələrinin
yaranması baş verirsə, digər tərəfdən, inteqrativ proseslər gedir. Amma hər
halda min illər boyu əsasən sabit qalan fundamental bölgülər vardır. Söh-
bət makrostrukturdan gedir. Məsələn, alimlərin böyük əksəriyyəti hələ Pla-
ton və Aristotel dövründən qalan bir bölgünü indi də davam etdirirlər. Belə
ki, məntiq-riyaziyyat sahəsi, təbiət elmləri və ictimai elmlər indi də