Elm və onun inkişaf yolu
137
sistemlərdəki daxili ziddiyyətlərin həlli prosesi kimi başa düşülür. Qüsurlu
olan isə elm və texnikanın daxili quruluşunu, məntiqi strukturunu ayrı-ayrı
elmi və texniki nailiyyətlərin məcmuyu kimi başa düşməkdir.
Tarixi tədqiqat üçün ilkin zəruri amillərdən biri də baxılan sistemin
məntiqi strukturunun məlumluğudur. Bu tələb dialektikada yaxşı məlum
olan tarixi ilə məntiqinin vəhdəti prinsipini ifadə edir. Nə elmi, nə texnika-
nı, nə də onların qarşılıqlı münasibətini bu metodlardan təkcə biri ilə öy-
rənmək olmaz. Tarixi tədqiqat hadisəni ictimai tərəqqi fondunda öyrənmə-
yə imkan verdiyi kimi, məntiqi təhlil də onun ümumi mənzərəsini yaratma-
ğa, daxili quruluşunu və hərəkətverici qüvvələrini müəyyənləşdirməyə
imkan verir.
Elm və texnikanın tarixi rolunu, sosial-genetik mənşəyini və inkişaf
xüsusiyyətlərini təyin etmək üçün onlara biliklərin və qurğuların stasionar
məcmuyu kimi deyil, fəaliyyətdə olan sistem kimi baxmaq lazım gəlir. Bu
sistemlərin əsas hərəkətverici qüvvəsi isə insandır; həm də müəyyən zəruri
biliyə, əmək və tədqiqat vərdişlərinə malik olan insan – elmi işçi və ya tex-
nik. Elmi və texniki inkişaf heç də səlt proses olmayıb, ayrı-ayrı konkret
fəaliyyət aktlarının toplusu kimi mövcuddur. Belə konkret fəaliyyətlərin
hər biri isə müəyyən bir fərdin və ya fərdlər qrupunun hesabına mümkün
olur. Fərd özlüyündə elmi işçi və ya texniki işçi olmaqdan başqa, eyni za-
manda insandır, şəxsiyyətdir. O, öz bioloji varlığını saxlamaq üçün yeməli
və geyməlidir, bir şəxsiyyət kimi isə ictimai münasibətlər sferasına daxil-
dir. Məhz buna görə də, elm və texnikanın inkişaf xüsusiyyətləri ictimai tə-
rəqqinin müvafiq mərhələdəki vəziyyəti ilə şərtlənir.
Sosial mühitin təsiri təkcə elmi və texniki işçilərin ictimai vəziyyət-
lərinə olan təsir ilə kifayətlənmir. “Elm” və “texnika” sistemlərinin daxili
quruluşuna həm də müxtəlif təchizat vasitələri (binalar, laboratoriyalar,
eksperimental vasitələr, kitab və jurnal buraxılışı üçün ləvazimat – bütün
bunlar üçün isə milli gəlirdən pay) daxildir ki, onların təşkili və idarə
olunması bilavasitə mövcud sosial şəraitlə bağlıdır. Bundan başqa sistemdə
əsas ünsürlərlə yanaşı əlaqə ünsürlərinin də olması vacibdir, zira sistemin
daxili tamlıq şərti yalnız bu vaxt ödənilə bilər. Doğrudan da, “elm” və
“texnika” sistemlərində əsas ünsür rolunu oynayan elmi və texniki işçilərlə
yanaşı, çoxlu sayda köməkçi, əlavə işçilər (məsələn, inzibati işçilər, xid-
mətçilər, təsərrüfat, mühasibət və dəftərxana işçiləri və s.) də mövcuddur
ki, sistemin sosial tamlığı yalnız bu ünsürlərin vasitəsilə mümkün olur.
Elm haqqında elm
138
Köməkçi işçilərdən heç biri konkret elmi və texniki nailiyyətlərin
əldə olunmasında iştirak etmir. Və yəqin buna görədir ki, indiyə qədər
onların müvafiq sistemlərdəki mövqeləri tədqiq olunmamışdır. Lakin
təcrübə göstərir ki, köməkçi işçiləri – əlaqə ünsürlərini daxil etmədən elm
və texnika sistem kimi öyrənilə bilməz.
Köməkçi işçilərə tələbat müasir dövrün xüsusiyyəti olsa da, mahiy-
yət etibarilə xeyli qədim köklərə malik olub, zehni və fiziki əmək bölgüsü
ilə sıx surətdə bağlıdır.
Konkret elmi və texniki fəaliyyət zehni və fiziki əmək bölgüsündən
əvvəl də mövcud olmuşdur. Bu dövr üçün xarakterik olan cəhət ondan
ibarətdir ki, adamlar elmi və texniki işlə əlavə bir iş kimi – öz maddi ehti-
yaclarını ödədikdən sonra məşğul olmuşlar. Zehni və fiziki əmək bölgüsü
hər bir fərdin öz daxilində getmişdir. O dövrdə elm fərdlərdə qapanan sis-
temlərin rabitəsiz toplusu kimi təsəvvür oluna bilər.
1
∗
Lakin o vaxtdan ki, bəzilərinin topladığı məhsul başqalarının da
təminatı üçün kifayət edibdir, həmin başqaları «əlavə işlərlə» məşğul
olmaq imkanı əldə ediblər. «Əlavə işlər» isə ən çox elmdən, incəsənətdən
və texniki vasitələr hazırlanmasından ibarət olub. Bu hal yeni əmək böl-
güsünə uyğun gəlir və “elm” və “texnika” sistemləri də müvafiq keyfiyyət
dəyişilmələri keçirirlər. Məsələn, konkret elmi və ya texniki fəaliyyət indi
artıq bir fərd çərçivəsində tamamilə qapana bilmir, belə ki, elmi işlə
məşğul olan hər bir fərd öz maddi təminatı baxımından başqasından asılı
olur. Deməli, elmi və ya texniki fəaliyyət sosial xarakter alır.
Müasir dövrdə – kollektiv fəaliyyət dövründə elmi iş daha bir sıra
yeni keyfiyyətlər kəsb edir. Artıq işçilər nəinki təkcə maddi təminat və ya
hər hansı kənar amillər baxımından başqalarının fəaliyyətlərindən asılı
olurlar (bilavasitə istehlak şeyləri istehsalı və dolayısı istehsal), həm də
konkret fəaliyyət özü də fərdlər çərçivəsindən kənara çıxır, “başqaların-
dan” asılı olur. Sistem adamlara nəzərən tam qapanma imkanını tədricən
itirir. Daha yalnız nisbi qapalılıqdan söhbət gedə bilər.
“Elm” və “texnika” sistemlərinin getdikcə genişlənməsi əsasən iki
başlıca amil hesabına baş vermişdir:
∗
Belə hallara, dövr üçün xarakterik olmasa da, istisnalar şəklində, hətta yeni (Koper-
nikdən sonrakı) mərhələdə də rast gəlirik. Məsələn, Spinoza maddi təminat üçün fiziki işlə
(linza hazırlamaq) məşğul olub.
Elm və onun inkişaf yolu
139
1. Konkret tədqiqat işləri artıq əməli bilik çərçivəsində aparıla bilmir
və digər tədqiqatların əldə etdiyi ilkin elmi nəticələrə əsaslanmaq lazım gə-
lir. İnformasiyanın yayılması prosesi sürətləndikcə ilkin məlumat toplusu-
nu getdikcə daha geniş ərazilərdən və daha çox təfərrüatı ilə öyrənmək
mümkün olur və bu proses, nəhayət, bütün planet miqyasında yayılır (indi-
ki dövr).
2. Mövcud elmi məlumatlar əsasında belə, müəyyən nisbi qapalı fəa-
liyyət aktını həyata keçirmək mümkün olmur və bu hal kollektiv tədqiqatı
zəruriləşdirir.
Kollektiv tədqiqatın (laboratoriyalar, institutlar, müxtəlif elmi təşki-
latlar və s.) «elm» sisteminə gətirdiyi yeni tipli keyfiyyət dəyişikliyi siste-
min nisbi tamlığını qorumaq üçün elmi fəaliyyətdə iştirak etməyən «kö-
məkçi işçilərin» də bu sistemə daxil olmasıdır. Bu cəhəti biz ona görə xü-
susilə qeyd edirik ki, o nəinki təkcə elmin və ya texnikanın, həm də ümu-
miyyətlə bütün mücərrəd sistemlərin ictimai aspektdə öyrənilməsi üçün ol-
duqca böyük əhəmiyyət kəsb edir.
Konkretlik üçün yalnız elmi institutlardakı vəziyyəti təhlil etməyə
çalışaq. Burada elmi işçilər yalnız elmi fəaliyyətdə bulunurlar. Bəs qalan
işlər? İnstitut binasını başqaları tikir, cihazları başqaları qəbul edir, başqa-
ları yerləşdirir, işə götürmək, işdən çıxarmaq, ezamiyyət vermək, müxtəlif
sənədləri tərtib etmək, maaşları gətirmək, paylamaq və s. bu kimi işləri
başqaları görür…
1
∗
Bütün bu «başqalarsız» kollektiv fəaliyyət mümkün de-
yil. Lakin bu hal başqalarının baxdığımız elmi tədqiqat sistemi ilə yanaşı
«elm» sisteminə də daxil olmasınımı göstərir? Bizcə, hələlik buna tam əsas
yoxdur. «Başqaların» «elmi tədqiqat» sisteminə, baxdığımız halda institu-
ta, daxil olması ən çox onların elmi işçilərlə bilavasitə qarşılıqlı münasibət-
də olması ilə bağlıdır. Bu halda sistem həm də nisbi qapalı münasibətlər
sferası ilə müəyyənləşir. Əgər belə olmasaydı, onda elmi tədqiqat sistemi-
nə daha çox elementlər daxil etmək lazım gələrdi və əslində bəlkə də heç
bir sistemdən söhbət gedə bilməzdi, zira sistem təşkil etmək müəyyən tə-
ləblərlə şərtlənir.
Məsələn, elmi işçilər üçün zəruri olan istehlak şeyləri olmasa, elmi
∗
Bu işlərdən bəziləri (məs., cihazlara tələbatın müəyyənləşməsi və s.) elmi işçilərin
iştirakı ilə və ya bilavasitə elmi işçilər tərəfindən görülməlidir, lakin hər halda elmi iş sayıla
bilməz.
Dostları ilə paylaş: |