Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə120/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   116   117   118   119   120   121   122   123   ...   136

246 
 
5)  Minimal  sosial  standartların  səviyyələrinə,  sosial  normalara  mütəmadi  olaraq  yenidən 
baxır; 
6) işsizlik, uşaq ölümü, mənzil çatısmazlıgı, səhiyyə və təhsildə olan problemləri həll etmək 
üçün dövlət proqramlarını isləyib hazırlayaraq reallasdırır; 
7) Sosial ödəmələrin, müavinətlərin, kompensasiyaların məbləglərinə nəzarət etməklə onların 
ünvanlı olmasına çalışır; 
8) Sosial siyasəti reallaşdırmaq və ona nəzarəti təskil etmək üçün dövlət orqanlarını yaradır və 
s; [4, s 86]. 
Dünya təcrübəsində 5 sosial siyasət modeli mövcuddur: 
1)  Poternalist  siyasət  modeli:  Bu  model  keçmis  SSRə-də  tətbiq  edilən  model  olmaqla 
aşagıdakı  müsbət  xüsusiyyətlərə  malik  olmusdur:  dövlət  vətəndaşların  hərtərəfli  sosial  iqtisadi 
vəziyyətinə  görə  məsuliyyəti  öz  üzərinə  götürür,  əhali  üçün  zəruri  olan  əmtəə  və  xidmətlərin 
istehsal və bölgüsünü özü həyata keçirir, sosial sabitliyə nail olmaga çalışır. Mənfi xüsusiyyətlərinə 
aid edilir: əqtisadi səmərəliliyin aşagı olması nəticəsində bütün vətəndasların yüksək sosial rifahına 
nail olmaq mümkün olmur və əsas əhali kütləsi üçün sosial sərvətlərin limiti müəyyənləşdirilir. Bu 
sosial siyasəti həm inzibati, həm də iqtisadi metodlarla reallasdırılır. 
2) Sosial siyasətin İsveç modeli: Modelin müsbət cəhətlərinə dövlətin sosial sfera sahələrinin 
yüksək səviyyədə tənzimlənməsi, sosial problemlərin həllində dövlət məsuliyyətinin yüksək olması, 
ümumən,  əhalinin  güclü  sosial  müdafiəyə  ilə  əhatə  olması  aid  edilə  bilər.  Mənfi  cəhətlərinə  isə 
sosial  sfera  sahəsində  mərkəzləsmənin  yüksək  olması  nəticəsində  istirakçılar  üçün  seçim 
azadlığında müəyyən məhdudiyyətlərin olması, yüksək vergiqoymanı göstərmək olar. 
3)  Sosial  rifahın  dövlət  modeli:  Tipik  bazar  iqtisadiyyatı  modeli  olmaqla  dövlətin 
vətəndaslarının  sosial  sabitlik  səraitində  yasamasını  öz  üzərinə  götürməsi  və  çoxlu  sayda  sosial 
xidmətlərin mövcudlugu modelin müsbət cəhətləridir. 
Mənfi  cəhət  kimi  xərclərin  yüksək  olması,  minimal  standartların  ölkə  üzrə  orta  göstəricilərə 
yaxınlaşdırılması çıxıs edir. 
Müstəqillik  əldə  etdikdən  sonra  aparılan  iqtisadi  islahatlar  nəticəsində  ölkəmiz  özünün  sosial-
iqtisadi  inkişafında  yeni  mərhələyə  qədəm  qoymuşdur.  İqtisadiyyatda  müşahidə  olunan  sabit  artım 
templəri ölkənin sosial yönümlü inkişafını təmin etmiş, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni 
iş  yerlərinin  açılması  və  mövcud  əmək  potensialından  daha  səmərəli  istifadə  edilməsi  üçün  əlverişli 
şərait yaratmışdır. Əmək potensialından səmərəli istifadə edilməsi, əmək qabiliyyətli əhalinin məşğulluq 
səviyyəsinin  yüksəldilməsi  məqsədi  ilə  həyata  keçirilən  məşğulluq  siyasətinin  hüquqi,  iqtisadi  və 
təşkilati  əsaslarının  əsas  müddəaları  2001-ci  il  iyulun  2-də  qəbul  olunmuş  “Məşğulluq  haqqında” 
Qanunda,  Azərbaycan  Respublikası  Prezidentinin  26  oktyabr  2005-ci  il  tarixli  Sərəncamı  ilə  təsdiq 
edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasında (2006-2015-ci illər), 15 may 2007-ci il 
tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasının  Məşğulluq  Strategiyasının  həyata 
keçirilməsi  üzrə  Dövlət  Proqramında  (2007-2010-cu  illər)”  öz  əksini  tapmışdır.  Qeyd  edilən  hüquqi 
sənədlərdən  irəli  gələn  vəzifələrin  reallaşdırılması  ölkəmizdə  əmək  potensialından  səmərəli  istifadə 
edilməsi  üçün  imkan  və  zəmin  yaratmışdır.  2004-cü  ildə  qəbul  edilmiş  “Azərbaycan  Respublikası 
Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” həyata keçirilməsi, 2009-
cu  ildə  qəbul  edilmiş  “Azərbaycan  Respublikası  Regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət 
Proqramında (2009-2015-ci illər)” nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması, ölkəmizin regionlarında 
mövcud  əmək  potensialından  istifadəni  yaxşılaşdırmağa,  əhalinin  məşğulluq  səviyyəsinin  müəyyən 
dərəcədə yüksəldilməsinə imkan vermişdir. 
Azərbaycanın  müxtəlif  iqtisadi  rayonları  tarixən  inkişaf  səviyyəsinə  görə  bir-birindən 
əhəmiyyətli dərəcədə fərqlənmişlər. Müəyyən obyektiv və subyektiv səbəblər üzündən son illər bu 
fərq  daha  da  artmış,  mövcud  əmək  potensialından  səmərəli  istifadə  edilməsi,  məşğulluğun 
səviyyəsinin  yüksəldilməsi,  əmək  qabiliyyətli  əhalinin  rayonlardan  iri  şəhərlərə,  xarici  ölkələrə 
axının  qarşısının  alınması  ən  vacib  sosial  –  iqtisadi  problemə  çevrilmişdir.  Bu  mənada  ölkəmizin 
rayonlarında  əhalinin  məşğulluğunun  təmin  edilməsində  önəmli  rol  oynayan  Lənkəran  iqtisadi 
rayonunda  əmək  po-tensialının,  məşğulluğun  quruluşunun  formalaşması  və  təkmilləşdirilməsi, 
onlara  təsir  edən  sosial-iqtisadi  amillərin  rolunun  və  xüsusiyyətlərinin  tədqiqi,  meydana  çıxan 


247 
 
problemlərin  aradan  qaldırılması  yollarının  araşdırılması,  əmək  potensialından  istifadənin 
səviyyəsinin  yüksəldilməsi  və  məşğulluğun  artırılması  istiqamətlərinin  müəyyən  edilməsi, 
Azərbaycanın  rayonlarında  əmək  potensialından  istifadə  səviyyəsinin  yüksəldilməsi  baxımından 
çox önəmli problemlərdir və bu nöqteyi-nəzərdən tədqiqatın mövzusu mühüm aktuallıq kəsb edir. 
Hər bir ölkədə, eləcə də onun regionlarında, əmək potensialının formalaşmasının başlıca şərti 
bu ərazilərdə müəyyən sayda əhalinin mövcud olması və onun doğulub törəməsidir. Əhali, forma və 
məzmu-nundan  asılı  olmayaraq,  bütün  cəmiyyətlərdə  ictimai  istehsal  prosesinin  baş  verməsi  və 
onun  daim  təkrarlanması  üçün  zəruri  şərtdir.  Deməli,  istehsal  prosesinin  daim  təkrarlanması  üçün 
əhalinin,  onun  tərkib  hissəsi  olan  əmək  potensialının  da  təkrar  istehsalı  baş  verməlidir.  Əmək 
potensialının    istehsalı  və  təkrar  istehsalı  ölkədə  yaşayan  əhalinin  sayı  ilə  yanaşı,  onun  cins-yaş 
tərkibindən,  təhsil  səviyyəsi  və  peşə  hazırlı-ğından,  kəbin  və  boşanma  səviyyəsindən,  miqrasiyası 
və yerləşməsi vəziyyətindən asılıdır. Bu proseslərin normal gedişi isə hər bir ölkənin malik olduğu 
istehsal münasibətlərinin xarakteri və məhsuldar qüvvələ-rin inkişaf səviyəsindən asılıdır. 
Hər bir ölkədə məşğulluğun quruluşu, əsasən, həmin ölkədə iqtisadiyyatın (xüsusilə ilə maddi 
istehsal  sahələrinin)  formalaşmış  quruluşundan  asılıdır,  başqa  sözlə,  məşğulluğun  quruluşu  ilə 
iqtisadiyyatın  quruluşu  arasında  birbaşa  əlaqə  vardır.  Deməli,  məşğulluğun  quruluşunun 
təkmilləşdirilməsi bilavasitə iqtisadiyyatın quruluşunun təkmilləşdirilməsindən asılıdır. 
İqtisadiyyatın  quruluşunun  formalaşması  ölkədə  məhsuldar  qüvvələrin  ümumi  inkişaf 
səviyyəsindən  asılı  olsa  da  və  onunla  şərtlənsə  də,  onun  inkişafı  və  təkmilləşdirilməsi,  hər  halda, 
cəmiyyətin  məcmu  tələbatının  təsiri  (dəyişməsi)  səbəbindən  baş  verdiyindən,  əmək  qabiliyyətli 
əhalinin məşğulluq quruluşu-nun səmərəliliyinin yüksəlməsi əsasında reallaşır.  
Əmək potensialının quruluşunu xarakterizə edən əsas göstəricilər iqtisadiyyatda məşğul olan 
əhalinin xalq təsərrüfatının müxtəlif sahələri və ölkənin regionları arasında bölünməsi nisbəti və bu 
nisbətin zaman etibarı ilə dəyişməsidir. Məşğul olan əhalinin ölkənin regionları arasında bölünməsi 
məşgulluğun  quruluşuna  əsaslı  şəkildə  təsir  etməklə  yanaşı,  əhalinin  ölkə  daxili  miqrasiyasının 
səviyyəsinə  də  təsir  göstərir.  Naxçıvan  MR    əmək  ehtiyatlarının  davamlı  və  intensiv  axını  var, 
deməli inkişafı üçün geniş imkanlar yaranır, müxtəlif müəssisə və sahələrin inkişaf edtirilməsi ücün 
şərait  yaradılır.  Dövlətimizin  prioritet  vəzifəsi  daim  onun  sahə  strukturunun  təkmilləşdirilməsi  və 
əhalinin  məşğulluğunun  artırılmasından  ibarətdir.  Ölkəmizdə  bu  problemin  həlli  üçün  mühüm 
müsbət  irəliləyişlər  əldə  olunub.  Qəbul  olunan  “2016-2020-ci  illərdə  Naxçıvan  Muxtar 
Respublikasında  əhalinin  məşğulluğunun  artırılması  üzrə  Dövlət  Proqramı”  işaxtaranların  sosial 
müdafiəsinini  gücləndirilməsi,  işaxtaranların  özünüməşğulluğunun  təmin  edilməsinə,  əmək 
bazarının  tələbinə  uyğun  peşə  hazırlığının  təşkil  edilməsinə  imkan  yaradacaq  və  işaxtaranların 
səmərəli məşğulluğu üçün əlverişli şəraitin yaradılmasına səbəb olacaq.  
Razılaşmaq lazımdır ki, bütövlükdə ölkə üzrə və eləcə də Naxçıvan Muxtar Respublikasında 
savadlı və yüksək səviyyəli kadrların hazırlanmasında müəyyən nöqsanlar peşəkar əmək bazarının 
formalaşmasına, əhalinin rifah halının, məşğulluq səviyyəsinin və işsizliyinin azaldılmasına neqativ 
təsir göstərir. Buna görə gənclərin peşə və ixtisaslara yiyələnməsi üçün dövlət tənzimləməsi siyasəti 
zəruri hesab olunur. 
Əmək  prosesində  innovasiyalardan  istifadə  həyat  tərzinin,  davranış  oriyentasiyası  və 
mədəniyyətin  törəməsidir.  Bu  əmək  prosesində  elmi  yaradıcılığın  və  müəyyən  əhəmiyyətli 
nəticələrin nailiyyətini nəzərdə tutur. Əmək prosesində innovasiyaların formalaşması üçün müəyyən 
işçinin  çalışdığı  təşkilatın,  müəssisənin  innovasiya  potensialı,  yeni  ideyaların  tətbiq  etməsi  üçün 
hazır olmağı son dərəcədə əhəmiyyətli hesab olunur. 
Hal-hazırda  Naxçıvan  Muxtar  Respublikasının  keyfiyyətcə  yeni  demoqrafik  və  sosial 
məhdudiyyətlər  şəraitində  əmək  sahəsində  mövcud  olan  çatışmazlıqlar  əmək  potensialının  idarə 
olunmasında təsirli sistem yaradılmasını tələb edir. 
İqtisadi  fəal  əhalinin  ətraf  mühitin  innovasiya  dəyişikliklərinə  qabaqlayıcı  uyğunlaşmasını 
təmin etməsi üçün aşağıdaki təkliflər irəli sürülür: fasiləsiz peşə təhsili sistemi, məzunların peşəkar 
ixtisaslaşdırılmalarının  şəhadətnaməsi,  təhsil  prosesinin  təşkilində  dövlət  ilə  özəl  sektorun 
əməkdaşlığının təmin olunması. 
Bazar  iqtisadiyyatının  inkişafı  şəraitində  elmi-texniki  tərəqqinin  yüksəlməsi  əmək  potensialının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə